UFAZ-ın Rəhbər Komitəsinin VI iclası keçirilib
2020-01-24 UFAZ Rəhbər Komitəsinin bütün iştirakçıları ilə qrup şəkli
Yanvarın 16-da Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və Strasburq Universitetinin (Unistra) prezidenti Mişel Denekenin başçılığı ilə UFAZ-ın Rəhbər Komitəsinin VI iclası keçirilib.
İclasda Rəhbər Komitənin rəsmi üzvləri, o cümlədən Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov və Aparat rəhbərinin müavini Yaqub Piriyev, UFAZ-ın direktoru, dosent Vazeh Əskərov, baş katib Şarlot Payen, Təhsil Departamentinin rəhbəri Lətifə Nəsibova və Fransa səfirliyinin Əməkdaşlıq və Mədəniyyət işləri üzrə müşaviri Jerom Kel iştirak edib.
Görüşdə Mişel Denekenin Strategiya və İnkişaf üzrə vitse-prezidenti Kristel Roy, Daşınmaz Əmlak Məsələləri üzrə vitse-prezidenti İv Larmet, İnzibati Xidmətlər baş direktorunun müavini Kristof Kasteljo, UFAZ Koordinatoru Jan-Mark Planeks və layihə meneceri Florent Baulieu Strasburq Universitetini təmsil edib.
Rəhbər Komitənin iclasında 2020-ci ildə UFAZ-da Kompüter Elmləri, Geofizika və Kimya mühəndisliyi / Fiziki Kimya istiqamətləri üzrə ADNSU və Unistra-nın akademik nəzarəti altında magistr pilləsinin açılmasına dair təklif müzakirə olunub və təsdiqlənib. Komitə üzvləri, həmçinin UFAZ-ın gələcək tədqiqat fəaliyyətlərinin inkişafı üçün vasitə və metodları müzakirə edərək universitetin ümumi inkişaf strategiyası ilə tanış olublar.
İclasda 2019/2020-ci tədris ilində əldə olunan uğurlar və 2020-ci ilin iyul ayında həyata keçiriləcək ilk “Məzun Günü” ilə bağlı məsələlər də müzakirə olunub.
Rəhbər Komitə ildə iki dəfə alternativ olaraq Bakıda və Strasburqda UFAZ-ın bütün strateji məsələlərini müzakirə etmək üçün keçirilir.
UFAZ ilə əlaqəli məsələləri nəzərdən keçirmək və həll etmək səlahiyyətinə malik olan UFAZ-ın ən yüksək idarəetmə orqanıdır.
Aucun commentaire:
Enregistrer un commentaire