ADNSU-nun rektoru UFAZ-ın Fransadan dəvət olunmuş və uzunmüddətli Bakıda işləyən müəllimləri ilə görüşüb.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı, UFAZ-ın direktoru, dosent Vazeh Əskərov, baş katib Şarlot Payen, Fransadan dəvət olunmuş müəllimlər Robin Merine (fizika müəllimi), Maksim Florent (kimya müəllimi), İgor Paretta (kompüter elmləri) və Mamadou Ndou (riyaziyyat müəllimi)
Oktyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Fransadan dəvət olunmuş və uzunmüddətli Bakıda işləyən müəllimləri ilə görüşüb.
Görüşdə UFAZ-ın direktoru, dosent Vazeh Əskərov, baş katib Şarlot Payen, Fransadan dəvət olunmuş müəllimlər Robin Merine (fizika müəllimi), Maksim Florent (kimya müəllimi), İgor Paretta (kompüter elmləri) və Mamadou Ndou (riyaziyyat müəllimi) iştirak edib.
Azərbaycan-Fransa əməkdaşlığının fonunda UFAZ kimi uğurlu layihənin olduğunu diqqətə çatdıran, həmçinin UFAZ-da görülən işlərdən və yeni layihələrdən danışan rektor təhsilin keyfiyyətinin yüksəldilməsində, maddi-texniki bazanın yaxşılaşdırılmasında, eyni zamanda müəllimlərin hazırlıq səviyyəsinin inkişaf etdirilməsində Fransadan dəvət olunmuş müəllimlərin rolunun vacibliyini vurğulayıb. Müəllimləri ADNSU tələbələri və müəllimləri ilə birgə layihələrdə əməkdaşlıq etməyə dəvət edən rektor bu cür görüşlərin mütəmadi olaraq davam edəcəyini bildirib.
Qeyd edək ki, UFAZ-ın Fransadan dəvət olunmuş, uzunmüddətli Bakıda işləyən müəllimləri texniki fənlər olan kompüter elmləri, riyaziyyat, fizika və kimyanı tədris edirlər.
2019/2020 tədris ili üçün UFAZ-ın müəllim heyəti aşağıdakılardan ibarətdir:
Texniki fənlər (kompüter elmləri, riyaziyyat, fizika və kimya) üzrə mühazirələr keçən 4 uzunmüddətli fransız müəllim;
35 daimi azərbaycanlı müəllim;
Aucun commentaire:
Enregistrer un commentaire