UFAZ-da Anlaşma Memorandumu imzalanıb
Yanvarın 15-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Total E&P Absheron şirkəti– Strasburq Universiteti (Unistra)-ADNSU- UFAZ və Paşa Bank ASC- Strasburq Universiteti (Unistra)-ADNSU-UFAZ arasında akademik və təhsil sahələrində peşəkar əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi çərçivəsində rəsmi Anlaşma Memorandumu imzalanıb.
Görüşdə eyni zamanda Total E&P Absheron şirkəti ilə Fransa səfirliyi arasında da rəsmi Anlaşma Memorandumu imzalanıb. Bu memorandum vasitəsi ilə UFAZ tələbələri 2020-ci ilin sentyabr ayından etibarən Fransada magistratura təhsili üçün nəzərdə tutulan təqaüd imkanlarından istifadə edə biləcəklər.
Sənədləri ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin prezidenti Mişel Deneken, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Total E&P Absheron şirkətinin prezidenti Regis Agut və PAŞA Bank ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov imzalayıb.
İmzalanma mərasimindən əvvəl çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Paşa Bank və Total E&P Absheron şirkəti ilə qurulan əməkdaşlığın tələbələrin və ümumilikdə UFAZ-ın gələcək inkişafı üçün müsbət addım olduğunu bildirib.
UFAZ layihəsinin Azərbaycanda uğurlu fəaliyyətini qiymətləndirdiyini və bunun hər iki ölkə üçün böyük nailiyyət olduğunu qeyd edən Strasburq Universitetinin prezidenti (Unistra) Mişel Deneken Paşa Bank və Total E&P Absheron şirkəti ilə əməkdaşlığın UFAZ üçün böyük nüfuz olduğunu vurğulayıb.
Hər zaman UFAZ-ı dəstəklədiklərini bildirən Fransanın Azərbaycandakı səfiri Zakari Qros bu layihənin Azərbaycanda strateji sahələrdə yeni nəsil mühəndislərin yetişməsində böyük rolu olduğunu qeyd edib.
İyulun 17-də Total Fransa ofisinin nümayəndələri Azərbaycan-Fransız Universitetinin (UFAZ) qonağı olub. UFAZ-n binası ilə yaxından tanış olan Ümumi Təhsil İnkişafı Direktoru Jan-Klod Heidmann və Beynəlxalq Proqramlar Koordinatoru Christelle Lavalou daha sonra UFAZ rəhbərliyi ilə görüşüb. Cənab Heidmann və xanım Lavalou TOTAL şirkəti üçün təhsilin əhəmiyyətindən danışıb. Bununla yanaşı dünyanın dörd bir tərəfindəki mühəndislik sektorunun ən yaxşı tələbələri üçün TOTAL tərəfindən verilən müxtəlif təqaüdlərdən bəhs ediblər.
Bundan əlavə, 2018-ci ildən etibarən TOTAL şirkəti neft və qaz sahəsində təcrübəli müəllimlərini tələbələrlə müxtəlif təlimlər keçmələri üçün Professeurs Associés vasitəsilə UFAZ-a göndərir.
PAŞA Bank və UFAZ rəhbərliyi Tələbələrin peşə yönümlərini müxtəlifləşdirmələri və Azərbaycanda fəaliyyət göstərən peşə və sənaye sahələri ilə tanış olmaları üçün 2019-cu ilin 26 fevral və 17 sentyabr tarixlərində görüşlər təşkil ediblər.
Sentyabrın 17-də UFAZ-ın Kompüter elmləri ixtisasının dördüncü kurs tələbələri “UFAZ Karyera Günləri” çərçivəsində ilk dəfə Paşa Bankın Rəqəmsal laboratoriyasında olub.
Aucun commentaire:
Enregistrer un commentaire