Nombre total de pages vues

lundi 14 mai 2018

UFAZ-ın icraçı direktoru Fransa Parlamentinin medalı ilə təltif olunub

Card image capMayın 7-də “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Fransa parlamentinin sabiq üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel, qurumun baş katibi, Paris Azərbaycan Evinin sədri, Avropa Azərbaycanlıları Konqresi (AAK) İdarə heyətinin üzvü Mirvari Fətəliyeva və Kolmar şəhərinin meri Jilbert Meyer Azərbaycan Dövlət neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olublar.

Görüş zamanı UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel tərəfindən Azərbaycan-Fransa dostluq əlaqələrinin genişləndirilməsində göstərdiyi xidmətlərinə görə Fransa Parlamentinin medalı ilə təltif olunub. Qeyd edək ki, bu medal Fransız İnqilabından başlayaraq hər yeni seçilmiş deputata onun mandatı ərəfəsində təqdim edilir və millət vəkillərini ictimaiyyət arasında fərqləndirən bir nişandır. Əvvəllər qalaydan hazırlanan medal bu gün gümüşdən hazırlanır və hər deputatın adı üzərində həkk olunur. Bəzi deputatlar Milli Asambleyanın butikindən əldə olunmuş bu medalı seçdiklərə şəxsə şərəf vermək üçün təqdim edirlər.