Nombre total de pages vues

lundi 8 février 2021

 

               Sovet dövründəki sürgünlərin siyasi səbəbləri və Azərbaycan

Sovet dönəmində represiyaya məruz qalanlar haqqında statistik məlumat qapalı aparılır, nəticələr saxtalaşdırılır və bir qayda olaraq, gizlin və əlçatmaz saxlanılırdı. Yalnız 1980-ci illərin sonları bir çox arxiv sənədlərinə daxil olunmasına icazə verilməsi və bir çox tədqiqatçıların bu mövzuya müraciət edərək məqalələr yazması uzun illər gizli qalmış sürgün qurbanları haqqında məlumat vermiş oldu. Haçansa sürgün həyatı yaşamış A.Soljenisenin 1973-cü ildə qələmə aldığı “Qulaq arxipelaqı” artıq bu dəhşətli terror haqqında ilk təsəvvürü yaratmışdı.



1920-30-cu illərdə sürgün həyatının acısını duymuş və eşitmiş insanlar bu vəziyyət ilə üzləşməsinlər deyə ilk təhlükə hiss etdikləri an hələ ki, sərhədləri kifayət qədər nəzarət olunmayan ölkə hüdudlarını tərk etməyi üstün tuturdular. Sürgün olunan insanları əsasən Sibirin, Uralın və Qazaxıstanın çöllərində salınmış lagerlərə yerləşdirirdilər. Bu dövr bir çox tanınmış azərbaycanlılar Mikayıl Müşfiq, Tağı Şahbazi, Salman Mümtaz, Hüseyn Cavid və s. bu terrorun qurbanlarına çevrilirlər.


İkinci Dünya müharibə illərində Sovet xalqlarının bəziləri başqa bir köçün şahidi olurlar. 1942-48-ci illərdə almanlar ilə əlaqə qurma təhlükəsindən sığortalanmaq üçün Sovet rəhbərliyi Volqaboyu məskunlaşmış almanları, çeçenləri, Krım tatarlarını, məshəti türklərini Qazaxıstana sürgün edirlər. Mir Cəfər Bağırovun bir başa Stalin ilə uzun sürən müzakirələrindən sonra azərbaycanlıların Qazaxıstana köç edilməsinin qarşısı alınır. Lakin bu proses 1948-53-cü illər arasında digər bir köç ilə, 100 000 azərbaycanlının Ermənistandan Azərbaycana köçürülməsi ilə nəticələnir.


IN: Vazeh ASGAROV "L'immigration des Azerbaïdjanais. L'immigration générale des Azerbaïdjanais, histoire et perspectives: le cas de la France", PAF 2014

Ədəbiyyat 
1. Vahidov F. Q., Ağayev T. B. Sosiologiya. Ali məktəblər üçün dərs vəsaiti. Bakı: «Təknur» nəşriyyatı, 2008, 334 s. 
2. GALLISSOT René (2007), Algérie: Engagements Sociaux Et Question Nationale - De La Colonisation À L'indépendance De 1830 À 1962, Paris, De L'atelier.
3. BONNAFOUS Simone (1991), L’immigration prise aux mots, Paris, Kimé. 4.  MESPOULET Martine (2007), La « renaissance » de la sociologie en URSS (1958-1972)Revue d'Histoire des Sciences Humaines 1/2007 (n° 16), p. 57-86. 
5. ЯДOВ Владимир (1998), Социология в России, Москва, Издательство Института социологии РАН. 
6. TANDONNET Maxime (2007), Géopolitique des migrations. La crise des frontières, Paris, Ellipses Marketing. 

7. Vazeh ASGAROV (2013), L'immigration des Azerbaïdjanais, PAF, 425 p. 

Dr. Vazeh Əskərov