Nombre total de pages vues

jeudi 12 janvier 2017

Fransa nümayəndə heyəti UFAZ-ın tələbələri ilə görüşüb 


Bakı, 11 yanvar, Xatirə Cəfərova, AZƏRTAC
Yanvarın 11-də Fransa Respublikasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinin (UFAZ) tələbələri ilə görüşüb.
  AZƏRTAC xəbər verir ki, görüşdə Strasburq Universitetinin prezidenti Mişel Deneken və ADNSU-nun rektoru Mustafa Babanlının iştirakı ilə universitetlərarası əməkdaşlığa dair anlaşma sənədi imzalanıb.
  Sonra ADNSU, Strasburq Universiteti və Ren1 Universiteti arasında UFAZ-ın təhsil proqramlarının həyata keçirilməsinə dair üçtərəfli tərəfdaşlıq haqqında niyyət məktubu imzalanıb. Sənədi ADNSU-nun rektoru Mustafa Babanlı, Strasburq Universitetinin prezidenti Mişel Deneken və Ren1 Universitetinin prezidenti David Alis imzalayıblar.
  Daha sonra təhsil naziri Mikayıl Cabbarov, Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guen media üçün brifinq keçiriblər.
  Jan-Mari Le Guen bildirib ki, 2016-2017-ci tədris ilində fəaliyyətə başlayan UFAZ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə yaradılıb. Qısa müddətdə uğurla həyata keçirilən yeni layihənin həm pedaqoji, həm də innovativ xarakter daşıdığını bildirən qonaq burada təhsil alanların yüksək səviyyədə olduqlarını diqqətə çatdırıb. Azərbaycan və Fransa arasında təhsil sahəsində tarixi əlaqələrindən söz açan Jan-Mari Le Guen UFAZ-ın fəaliyyətinə uğurlar arzulayıb.
  Azərbaycan ilə Fransa arasında təhsil sahəsində birgə layihələrin həyata keçirilməsini yüksək dəyərləndirən nazir M.Cabbarov UFAZ-ın Azərbaycanın ali təhsil sistemində ilk birgə ali təhsil müəssisəsi olduğunu bildirib.
  Nazir qeyd edib ki, ADNSU ilə Fransanın Strasburq Universiteti arasında imzalanan beynəlxalq tərəfdaşlıq anlaşması əsasında fəaliyyət göstərən UFAZ-da hazırda 141 tələbə təhsil alır. Tələbələrin kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üzrə təhsil aldıqlarını deyən nazir yeni tədris ilində   UFAZ–da fransız dili və ədəbiyyatı ixtisaslarının tədris olunmasını təklif edib. M.Cabbarov Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə tam dəstək göstəriləcəyini bildirib.
  Jan-Mari Le Guen bu təklifi yüksək dəyərləndirib və bu layihənin yaxın gələcəkdə həyata keçiriləcəyini bildirib.
Sonda jurnalistlərin sualları cavablandırılıb.










Une rencontre avec la délégation française à l’UFAZ



Bakou, 11 janvier, AZERTAC

  La délégation française, en visite en Azerbaïdjan, a rencontré ce mercredi les étudiants de l’Université franco-azerbaïdjanaise (UFAZ), fondée au sein de l’Université du Pétrole et de l’Industrie d’Azerbaïdjan (UNPIA).
  Lors de la rencontre, un mémorandum d’accord sur la coopération a été signé en présence de Michel Deneken, président de l'Université de Strasbourg, et Moustafa Babanly, recteur de l’UNPIA.
  Mikayil Djabbarov, ministre azerbaïdjanais de l’Education, et Jean-Marie Le Guen, Secrétaire d’Etat auprès du ministre des Affaires étrangères et du Développement international de la République française, chargé du Développement et de la Francophonie, ont tenu un point de presse.
  Rappelons que l’Université franco-azerbaïdjanaise, ayant lancé son activité pendant l’année scolaire 2016-2017, a été fondée à l’initiative conjointe du président azerbaïdjanais Ilham Aliyev et de son homologue français François Hollande.
 




Aujourd’hui, 141 étudiants font leurs études à cette université fonctionnant conformément à l’accord de partenariat international signé entre l’UNPIA et l’Université de Strasbourg.