Nombre total de pages vues

dimanche 8 janvier 2012

Fransa və İngiltərənin türklərə və müsəlmanlara qarşı siyasəti

Fransa və İngiltərənin türklərə və müsəlmanlara qarşı siyasəti 

"1918-1923-ci illərdə türklərə və müsəlmanlara qarşı qərb ölkələrinin, xüsusən də Fransa və İngiltərənin yürütdüyü siyasətdən danışmaq lazımdır".

Bu sözləri "Təzadlar"a Strasburqdan Fransada Azərbaycanlı Tələbələr Cəmiyyətinin prezidenti, siyasi ekspert Vazeh Əsgərov dekabrın 22-də Fransa parlamentində müzakirəsi gözlənilən qondarma "erməni soyqırımı"nın inkarının kriminallaşdırılmasına dair qanun layihəsini şərh edərkən dedi.

"Əgər, 2011-ci ildə hələ də əsatir olmuş “xatirə” bir hüquqdan danışılırsa, onda 1918-1923-ci illərdə türklərə və müsəlmanlara qarşı qərb ölkələrinin xüsusun də Fransa və İngiltərənin yürütdüyü siyasətdən danışmaq lazımdır".

"Məncə, Paris sülh konfransında Corc Liyodun Anadolunu qərb xristian dövlətləri arasında paylaşdırmağı təklif etməsini xatırlatmaq kifayətdir. Həqiqətdən də Nikolos Sarkozinin prezident seçilməsindən və Türkiyənin Avropa Birliyinə daxil olmasına qarşı çıxmasından sonra fransız-türk münasibətləri ciddi şəkildə soyuyub. Düşünürəm ki, bu il dekabrın 22-də Fransa Milli Assambleyası tərəfindən müzakirəyə çıxarılacaq qanun 2012-ci ilin mayında qəbul olunarsa, iki dövlət arasında soyuqluq daha da artacaq. 

Əgər qanun qəbul olunarsa, "erməni soyqırımı"nı inkar edən hər bir şəxs bir ilə qədər azadlıqdan məhrum olunma və 45000 avro vəsait ödəmə ilə üz-üzə qalacaq", - deyə Vazeh Əsgərov bildirdi.
ELNUR