Nombre total de pages vues

mardi 4 septembre 2018


Azərbaycan-Fransız Universitetinin laboratoriyalarında müasir avadanlıqlar quraşdırılıb



Bakı, 29 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) kimya, fizika, geofizika və kompüter elmləri ixtisasları üzrə təhsil alan tələbələri üçün yaradılan tədris laboratoriyaları müasir avadanlıqla təchiz edilib.
       Bu barədə AZƏRTAC-a UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov məlumat verib. İcraçı direktor deyib ki, Fransa və Almaniya istehsalı olan avadanlığın laboratoriyada quraşdırılması Strasburq Universitetinin standartları əsasında aparılıb.
   Yaxın günlərdə Strasburq Universitetindən UFAZ-a mütəxəssis və təlimçilər gələcəklər. Onlar bu təhsil müəssisəsinin müəllim və laborantlarına həmin avadanlıqdan istifadə qaydaları ilə bağlı təlimlər keçəcəklər.


https://azertag.az/xeber/1189918