Nombre total de pages vues

dimanche 25 avril 2021

Ermənilərin törətdikləri soyqırımlar şiddətlə qınanılmalı və hüquqi qiymətini almalıdır.




XX əsrin əvvələrindən başlayaraq silsilə şəkildə Azərbaycanın bir çox şəhərlərində qırğınlar törətməklə öz həqiqi üzlərini gizlətməyi bacaran ermənilər, nədənsə  əsrin sonunda bəşəriyyətin ən dəhşətli faciəsini, Xocalı soyqırımının həyata keçirdiklərini unutdurmağa çalışırlar. 


 


Birləşmiş Ştatların prezidenti Co Bayden ermənilərin bir əsrlik uydurma hadisələri olan və dünya ictimaiətinə “erməni soyqırımı” kimi təqdim etdiyi tarixi uydurmalarını dilə gətirməklə Türkiyəyə olan münasibətlərini üzə çıxartmış oldu və bununla da ABŞ-ın NATO-da mühüm partnoru olan Türkiyə ilə əməkdaşlıq əlaqələrini böyük sual attına aldı. Prezident Baydendən də öncə onun sələfləri olmuş istər Barak Obama və istrsə də Donald Trump hər il 24 aprel tarixi ərəfəsində müəyyən vədlər versələr də öz çıxışlarında “soyqırım” sözü işlətməmiş və I Dünya müharibəsi dövründə ermənilərin Osmanlı imperiyasında “dəhşətli qırğını” və ya “böyük fəlakət” sözləri ilə kifayətlənmişlər. Bəs Cozef Baydenin bu addımını necə qiymətləndirməli və anlamalıyıq?

İlk öncə qeyd etməliyəm ki, yerləşdiyi coğrafi mövqedən və iqtisadi gücündən aslı olmayaraq dünyanın hər bir dövləti öz mənafeyini, dövlətçiliyini və müstəqilliyini qorumaq üçün preventiv addımlar atır. İstər iqtisadi cəhətdən güclü olan, istərsə də inkişaf etməkdə olan dövlətlər edəcəkləri hər hansı siyasi gedişi düşünərək vahid senari əasasında aparılırlar.

II Dünya müharibəsindən sonra daha çox 1950-ci illərdə səslənməyə başlamış ermənilərin uydurduqları sərsəm “soyqırım” məsələsi 1965-ci ildən bəri tanınmağa başlamış (Uruqvay, 1965) və sonrakı illərdə Amerika Birləşmiş Ştatları, Braziliya, Kanada, Fransa, Almaniya, İtaliya, və Rusiya da daxil olmaqla ümumilikdə 30 ölkə və ABŞ-ın 50 ştatından 49-u soyqırım iddiyalarını dövlət və ya parlamentlərində qanun layihəsi və ya müxtəlif qətnamələr çərçivəsində müzakirə edilmiş və qəbul edilmək üçün dövlətə təqdim edilmişlər. Eləcə də Avropa Şurası və Avropa Parlamenti də daxil olmaqla “erməni soyqırımını” bir neçə təşkilat da qanun layihəsi kimi tanımışdır.

Son illər istər Almaniya Bundestaqının istərsə də Fransa Senatının “erməni soyqırımını” tanıyan Qətnamə layihəsini qəbul eməsi bu dövlətlərin Türkiyəyə təziq göstərmək üçün atmalı olduğu bir addımdan başqa bir şey deyildir. Maraqlıdır ki, 2016-cı il 1 iyun tarixində Almaniya Bundestaqının qəbul etdiyi layihə Almaniya Yaşıllar Partiyasının əslən türk olan Cem Özdəmir tərəfindən irəli sürülmüş lakin  iyun ayının 2-də keçirilmiş iclasdakı səsvermədə nə kansler Angela Merkel, nə vitse-kansel Siqmar Gabriel, nə Sosial-Demokrat Partiyasının rəhbəri Frank-Walter Steinmeier eləcə də Xarici İşlər naziri iştirak etməmişlər. Buna baxmayaraq Yaşıllar partiyası tərəfindən qaldırılan qanun layihəsi həm Sosial-Demokratlar Birliyi həm də Sosial-Demokrat Partiyası rəhbərliyi tərəfindən dəstəklənmiş və almaniyalı deputatlarının böyük bir hissəsi “1915-ci ildə erməni və digər xristian xalqlara qarşı törədilmiş soyqırım” haqqında qanun layihəsini qəbul ediblər. Bu hadisə artıq bir neçə vaxtdır təziq altında olan rəsmi Ankara və Berlinin münasibətlərinin daha da soyumasına səbəb olmuş və məhz Berlinin vasitəçiliyi ilə Avropa İttifaqı (Aİ) və Türkiyə arasında mübahisəli “miqrant” müqaviləsi gündəmə gəlmiş eləcə də müqaviləyə əsasən Türkiyə öz vətəndaşları üçün azad Şengen vizası müqabilində Avropaya olan miqrant axınının qarşısını almaq üçün onları öz ərazisində yerləşdirmək öhdəliyi vəd etmişdir.

Buradan belə qənaətə gəlmək olar ki, bir əsrdən çox müttəfiq olan istər ABŞ istərsə də Almaniya Türkiyə üçün önəmli olan “soyqırım” məsələsinə görə münasibətlərini pozmaqmarı başqa bir məna güdür. Soyqırım məsələsində ABŞ-Türkiyə münasibətləri müzakirə olunsa da məsələnin dərinliyi yenə də ermənilərin öz işlərini necə həssaslıqla gördüklərinin şahidi oluruq.

Hadisələrin cəryan etdiyi bir dövrdə, BMT Baş katinin sözçüsü Stefan Dyujarrik ABŞ-ın bu məsələ ilə atacağı ehtimal olunan addımları şərh edərkən “Soyqırım faktını ilk məhkəmə müəyyənləşdirməlidir” deyə qeyd edib. Lakin ABŞ son illər istər hərbi istərsə də iqtisadi sahələrdə ardıcıl olaraq Vaşınqton-Ankara münasibətlərinə qarşı addımlar atıb. Belə ki, Türkiyənin ABŞ-ın etirazına baxmayaraq Rusiyadan "S-400" raket-zenit kempleksinin alınması Ankaranın "F-35" proqramından çıxardılması və Türkiyə hərbi sənayesinə qarşı sanksiyalar ilə nəticlənmişdir. Eləcə də Azərbaycanın 44 günlük apardığı şərəfli II Qarabağ savaşında da rəsmi Ankaranın Bakını sözdə və əməldə dəstəkləməsi ABŞ-ın ATƏT-ın Minsk qrupunun həmsədri kimi yürütdüyü siyasətinin fiaskoya uğraması və hadisələri yenidən nəzarətə almaq istəyi kimi də qiymətləndirilə bilər. 

Lakin nədən ermənilərin XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanlılara qarşı törətdikləri sistemli soyqrımlara belə reaksiyalar yoxdur? Belə ki, XX əsrin əvvələrində başlayaraq silsilə şəklində Azərbaycanın bir çox şəhərlərində qırğınlar törətməklə öz həqiqi üzlərini gizlətməyi bacaran ermənilər, nədənsə  əsrin sonunda bəşəriyyətin ən dəhşətli faciəsini, Xocalı soyqırımının həyata keçirdiklərini unutdurmağa çalışırlar.  Dünya  dövlətləri də Xocalı soyqırımına həltörətə də diqqətdən kənar qəyub ermənilərə tarix dərsi keçmirlər. Soyqırımlar ilə bağlı dünya ölkələrinin ən ali orqanlarında layihələr müzakirəyə çıxarılan zaman yaxşı olardı ki, ermənilərin də törətdikləri soyqırımlar haqqında xatırlamalar edilib qətnamə və qanun layihələri qəbul olunardı.

             Dr. Vazeh Əskərov

Tarix üzrə fəlsəfə doktoru, dosent,

Yeni Azərbaycan Partiyasının Idarə Heyətinin üzvü

Fransiz-Azərbaycan Universitetinin icraçı direktoru