Nombre total de pages vues

jeudi 22 janvier 2015

Azərbaycan Xalq Cümhuriyyəti: ziyalılıqdan iqtisadi mühacirata...

     Çar Rusiyasının Azərbaycan torpaqlarını parçaladıqdan və xalqı iki yerə böldükdən bir əsr keçməsinə baxmayaraq xalqımızın dövlərçilik ənənəsi unudulmadı. Xristiyanlaşma siyasəti apararaq bölgələrdə ermənilərin kütləvi yerləşdirilməsini və xalqlar arasında ədavətin yaradılmasına qədər işlər apararaq müharibələrə, münaqişələrə və xalqın ütnik təmizlənməsinə yol açdı. Brest-Litovsk müqaviləsindən sonra ilk dəfə müasir Azərbaycan, Ermənistan və Gürcüstan respublikalarının yaranmasına səbəb olmuş Zaqafqaziya Demokratik Federativ Respublikası Gürcüstanın qurupu tərk edib öz müstəqilliyini elan etməsi (26 may 1918) və bundan sonra Azərbaycan və Ermənistanın da müstəqilliklərini bəyan etməsi ilə nəticələndi. 
        28 may 1918-ci il Həssən bəy Ağayevin sədrliyi ilə keçən Milli Şurada Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Bütün çətinliyə sinə gəlməyə çalışan gənc respublika elmin inkişafı, təhsil, səhiyyə, ordu, iqtisadiyyat (xüsusən Universitetin açılması, 100 tələbənin xaricdə oxuması ilə bağlı əmr) və s. sahələrdə böyük işlər görməyə müəssər oldu. Respublika 23 ay fəaliyyət göstərdi ki, bu dövr ərzində 1918-cu ilin may-oktyabr ayları türklərin, 1918-ci il noyabr 1919-cu il avqust aylarında isə ingilislərin idarəçiliyində bulundu. Bir ildən az bir müddətdə isə beş dəfə rəhbərliyin dəyişılməsi ilə yaşadı və 1920-ci ilin yanvarında de-fakto tanındı. 
        İlk dövr Azərbaycan mühaciratı çöx qısa tarixi əhatə etsə də mühacirat tarixində çox böyük iz qoydu. Yenidən Rusiyanın, bu dəfə sovet Rusiyasının Azərbaycanı işğal etməsi ilə 70 il ərzində ADR də unudulmağa çalışdırıldı. Lakin Azərbaycan Xalq Cümhuriyyəti bu gün də Azərbaycan xalqının tarixində ilk parlament respublikası, Şərqdə eləcə də türk dövlətləri arasında ilk demokratik, dünyəvi və hüquqi  ölkə modeli kimi öyrənilməkdədir.  

VAZEH

vendredi 9 janvier 2015


Türkiyə səfərindən ...


Prorektor Vazeh Əsgərov: “Azərbaycan təhsil sisteminin müasirləşdirilməsi təhsilin elektronlaşdırılmasından və müasir tələblərlə idarə olunmasından keçir”

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 noyabr 2014-cü il tarixli əmri ilə Türkiyə Cümhuriyyətinin tanınmış universitetlərində stajkeçmə məqsədi ilə oraya ezam olunan Azərbaycan Respublikası Dövlət ali təhsil müəsisələrinin bir qrup məsul əməkdaşının içərisində ADU-nu universitetin Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov təmsil etdi. Prorektor Vazeh Əsgərov “Poliqlot”a müsahibəsində Türkiyə səfərindən danışdı.

-          Türkiyədə səfərdə olmusunuz? Səfərin məqsədi nə idi?
-          Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ölkəmizdə təhsilin strateji hədəflərini və bu istiqamətdə yerinə yetiriləcək tədbirləri müəyyənləşdirmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən edilmiş əsas hədəflərin həyata keçirilməsi ilə bağlı ali təhsil müəsisələrinin qarşısında yeni vəzifələr qoyur və kollektivlərin məsuliyyətini artırır. Bu istiqamətdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən sistemli tədbirlər həyata keçirilir ki, bunlardan biri də ali təhsil müəsisələrində məsul vəzifələrdə çalışan əməkdaşlarının ixtisasartırması ilə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 noyabr 2014 tarixli 11/288 saylı əmri ilə Azərbaycan Respublikası Dövlət ali təhsil müəsisələrinin bir qrup məsul əməkdaşı Türkiyə Cümhuriyyətinin tanınmış universitetlərində stajkeçmə məqsədi ilə 2 həftəlik qardaş ölkəyə ezam olunmuşdur. Azərbaycanın Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində yerləşən universitetlər üzrə 15 universitetdən 6 prorektor, 9 dekan bu layihədə iştirak edirdi.

       Səfərin sizdə yaratdığı təəssüratlar?
-          Proqram zəngin və maraqlı təşkil olunmuşdu. Türkiyədə fəaliyyət göstərən 8 universitet rəhbərləri ilə görüşlərimiz oldu. Universitetlərin kampusları, idarəedilmə prosesləri, tələbələrlə görüşlərin təşkil edilməsi istiqamətində aparılan işlərlə yaxından tanış olmaq imkanı əldə etdik. Türkiyənin Eskişəhər (Anadolu Universiteti) və Konya şəhərlərinin universitetləri də daxil olmaqla, 8-ə yaxın qurumlarda görüşlər keçirdik. Bununla yanaşı, Ankarada yerləşən Heydər Əliyev parkını ziyarət etmək, Türkiyənin Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev mərkəzinə səfər etmək xüsusi qürurverici bir amil idi.
-          Türkiyədəki təhsil sistemi ilə bizim təhsil sisteminin fərqləri nədədir?
-          Türkiyədə olduğum dövrdə Bilkent Universiteti, həmçinin bu universitetin Texnoparkı, Ankara Universiteti, Anadolu Universiteti, Orta Doğu Texniki Universiteti, Hacıtəpə Universiteti, Qazi Universiteti, Avropa Birliyi Bakanlığı, Türk Həmkarlar İttifaqının sədri, Azərbaycanın Ankaradakı səfirliyi, Ankara Bələdiyyəsi, Türkiyə Böyük Millət Məclisi, Strateji Araşdırmalar (SETA), Türkiyə və Orta Doğu İdarəçilik İnstitutunda (TODAİE) rəhbər şəxslərlə görüşlər keçirildi. Bu görüşlər ərəfəsində bir sıra müşahidələrimə əsasən məni maraqlandıran əsas istiqamət kimi onu deyə bilərəm ki, təhsil və tədris sistemlərinin təşkili baxımından oxşar cəhətlər çoxdur. Lakin sistemin idarə olunması daha fərqli təşkil olunur. Türkiyə universitetlərində də təhsil sisteminin alman təhsil sisteminə uyğunlaşdırılaraq inkişaf etməsi iki ölkənin təhsilində oxşarlıqlara səbəb olur. Lakin son 20 ildə türk təhsil sisteminin daha çox Amerika təcrübəsinə söykənməsi çox böyük fərqlər ortaya qoyur. Məsələn, universitetlər üzrə (hətta dövlət universitetləri belə) dərslərin 70 faizinin ingilis dilində aparılması, tədrisin elektron idarə olunması, o cümlədən distant təhsil sisteminin qurulması və onun mükəmməl şəkildə idarəçiliyi Türkiyə təcrübəsindən öyrənməyə əsas verir. Təsadüfi deyil ki, dünyanın ikinci ən böyük universiteti də məhz Türkiyənin Anadolu Universitetidir ki, 2 milyona yaxın tələbə ordusu vardır. Ən maraqlı məqam isə odur ki, bu rəqəmdən cəmi 30 min tələbə aktiv dərslərə qatılır. Təhsilin idarə olunmasında Milli Eğitim Bakanlığı və Yüksək Öğrətim Kurulu (YÖK) qurumlarında olan görüşlərimiz çox maraqlı oldu. Onların fəaliyyəti Azərbaycanın Ali Attestasiya Komissiyasının fəaliyyəti ilə eynilik təşkil edir. Ətraflı olaraq qeyd edim ki, Milli Eğitim Bakanlığı ölkə məktəblərinə və liseylərə rəhbərlik edir. Yüksək Öğrətim Kurulu (YÖK) isə Türkiyə Cümhuriyyətinin ali təhsil strukturu, kadr formalaşdırılması, ali təhsil və dərəcə sertifikatlarının (diplomların) verilməsi, idarəedici strukturlarda seçkilər (rektorlar, prorektorlar, dekanlar, bölüm başqanları) və bu kimi məsələlərlə məşğul olur.

-          Türkiyəli tələbələr və azərbaycanlı tələbələr nə ilə fərqlənirlər?
-          Səfərin məqsədinə uyğun olaraq biz Türkiyədə yalnız qurumların rəhbərlikləri ilə görüşlər keçirərək iki ölkənin təhsil sistemində qazanılan təcrübələrlə bağlı fikir mübadilələri apardıq. Təəssüflə qeyd etmək istəyirəm ki, bu səfər müddətində orada təhsil alan tələbələrlə görüşmək və onların fikirlərini eşitmək bizə nəsib olmadı. Bu səbəbdən də qardaş ölkələrin gənclərinin fikirlərində və təhsilə yanaşmalarında oxşar və fərqli cəhətləri aşkarlamaq mümkün olmadı.


-          Nə kimi təkliflər, perspektivlərlə və ya ideyalarla geri döndünüz?

-          Təbii olaraq, yeni təhsil qurumlarının təcrübəsini izləmək, onlarla bu mövzuda fikir mübadiləsi aparmaq hər iki tərəf üçün inkişafa yönəlmiş addımlardır. Bu səbəbdən düşünürəm ki, qarşılıqlı olaraq uğurlu təcrübələrdən yararlanmaq və onları tətbiq etmək yalnız ölkəmizin təhsil sistemində irəliləməsinə xidmət göstərəcəkdir. Azərbaycan təhsil sisteminin müasirləşdirilməsi təhsilin elektronlaşdırılmasından və müasir tələblərlə idarə olunmasından keçir. Bu nöqteyi-nəzərdən məni maraqlandıran amillərdən ən vacibi Azərbaycan təhsil sisteminə yeni innovativ metodların gətirilməsi, texniki vasitələrlə işin daha sürətli və səmərəli təşkili (elektron jurnallar, elektron qeydlər, elektron ödəmələr və s.) baxımından ADU-da, eləcə də Azərbaycanın digər ali məktəblərində ilk növbədə bu işləri görəcək peşəkar personalı yaratmaq, universitetin yüksək səviyyəli inkişafına nail olmaq üçün yaradılmış işçi qrupunun müxtəlif layihələrlə çıxış etməsinə zəmin yaradaraq uğura tərəf addımlamaqdır. Təhsilin distant formaya keçirilməsi, təhsilin uzaqdan idarə olunması, universitetin kompyuterləşdirilməsi, eləcə də universitetin ümumi elektron bazasının yaradılmasının ölkəmizdə də reallaşdırılması üçün səfər müddətində əldə etdiyim nəticələr əsasında düşündüyüm məsələlərdir. Bir şeyi də qeyd edim ki, bu 2 həftəlik səfər zamanı Azərbaycanın 15 müxtəlif universitetinin nümayəndələrinin bu və ya digər formada fəaliyyət göstərdikləri ali təhsil müəssisələrində yeniliklər aparmaq istiqamətində cəhd göstərdiklərini müşahidə etdim. Bir növ bu səfərdən öncə əksəriyyətinin bir-birini tanımaması və Türkiyədə öz universitetinin praktikasını paylaşması hamının böyük marağına səbəb oldu. Düşünürəm ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu layihələr yenə də olacaqdır və bu layihələrdə iştirak edən hər bir idarəçi-rəhbər Azərbaycan təhsil sisteminin gələcək inkişafına öz töhfəsini verəcəkdir.

Azərbaycan Dillər Universiteti
“Poliqlot” dekabr, 2014

mercredi 7 janvier 2015

ADU-nun Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov Türkiyədə rəsmi səfərdə olub

          Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ölkəmizdə təhsilin strateji hədəflərini və bu istiqamətdə yerinə yetiriləcək tədbirləri müəyyənləşdirmişdir.Azərbaycan Respublikasının Təhsil Nazirliyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən edilmiş əsas hədəflərin həyata keçirilməsi ilə bağlı ali təhsil müəsisələrinin qarşısında yeni vəzifələr qoyur və kollektivlərin məsuliyyətini artırır. Bu istiqamətdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən sistemli tədbirlər həyata keçirilir ki, bunlardan biri də ali təhsil müəsisələrində məsul vəzifələrdə çalışan əməkdaşlarının ixtisasartırması ilə bağlıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 noyabr 2014-cü il tarixli 11/288 saylı əmri ilə Azərbaycan Respublikası Dövlət ali təhsil müəsisələrinin bir qrup məsul əməkdaşı Türkiyə Cümhuriyyətinin tanınmış universitetlərində stajkeçmə məqsədlə 2 həftəlik qardaş ölkəyə ezam olunub.

          Azərbaycan Dillər Universitetini universitetin Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov təmsil edib. Azərbaycanın Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində yerləşən universitetlər üzrə 15 universitetdən 6 prorektor, 9 dekan bu layihədə iştirak edib. Proqramın zəngin və maraqlı təşkil olunduğunu söyləyən Vazeh Əsgərov universitetlərin kampusları, idarəedilmə prosesləri, tələbələrlə görüşlərin təşkil edilməsi istiqamətində aparılan işlərlə yaxından tanış olmaq imkanı əldə etdiyini bildirdi. Ankarada yerləşən Heydər Əliyev parkını ziyarət, Türkiyənin Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev mərkəzinə səfər etməyin xüsusi qürurverici bir amil olduğunu bildirən prorektor Türkiyənin Eskişəhər (Anadolu Universiteti) və Konya şəhərlərinin universitetləri də daxil olmaqla, 8-ə yaxın qurumlarda görüşlər keçirildiyini söyləyib. Səfər çərçivəsində Bilkent Universiteti, həmçinin bu universitetin Texnoparkı, Ankara Universiteti, Anadolu Universiteti, Orta Doğu Texniki Universiteti, Hacıtəpə Universiteti, Qazi Universiteti, Avropa Birliyi Bakanlığı, Türk Həmkarlar İttifaqının sədri, Azərbaycanın Ankaradakı səfirliyi, Ankara Bələdiyyəsi, Türkiyə Böyük Millət Məclisi, Strateji Araşdırmalar (SETA), Türkiyə və Orta Doğu İdarəçilik İnstitutunda (TODAİE), o cümlədən Təhsilin idarə olunmasında Milli Eğitim Bakanlığı və Yüksək Öğrətim Kurulu (YÖK) qurumlarında da görüşlər keçirilib.