Nombre total de pages vues

mardi 14 avril 2020

Новый выпуск программы Təməl посвящен приему в магистратуру Азербайджано-Французского университета (UFAZ)

Новый выпуск программы Təməl посвящен приему в магистратуру Азербайджано-Французского университета - ВИДЕО
Подготовлен очередной выпуск программы Təməl в рамках совместного проекта информационного агентства 1news.az и Təhsil TV.
Данный выпуск посвящен приему в магистратуру Азербайджано-Французского университета (UFAZ).
Гостем программы стал директор Азербайджано-Французского университета Вазех Аскеров, который подробно рассказал об образовании в UFAZ, отметив, что прием в магистратуру начнется с 2020-2021 учебного года.

Более подробно ознакомиться с темой можно, посмотрев программу:
blob:https://www.facebook.com/bcf91934-05cc-4289-972a-1ca64fcdb381

view-source:https://1news.az/news/novyy-vypusk-programmy-temel-posvyaschen-priemu-v-magistraturu-azerbaydzhano-francuzskogo-universiteta---video?fbclid=IwAR05_v6K6hdsEJIP5oqwj8A93Ur-Lb7ARK041jgWgbs9JpEpsW9HisYQibc

dimanche 12 avril 2020

logo

Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı


"UFAZ-da bütün dərslərin 100% online aparılmasına 

qərar verilib"


11 Aprel 2020

Vazeh Əsgərov: " Əvvəlcədən yaradılmış platforma distant dərslərin rahat həyata keçirilməsinə şərait yaradıb

Son illər Azərbaycanın ali təhsil məkanında ciddi uğurları ilə diqqəti çəkən universitetlərimizdən biri də 2014-cü ildə Azərbaycan və Fransa Prezidentlərinin birgə təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində fəaliyyətə başlayan Azərbaycan-Fransız Universitetidir (UFAZ).

UFAZ  hazırda dünyanı bürümüş koronavirus pandemiyası dövründə tələbələri ilə  məsafədən tədrisin ən mükəmməl formatlarında təhsili davam etdirir.

UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində ali təhsil müəssisəsində tətbiq olunan distant tədrisin gedişi ilə bağlı fikirlərini bölüşüb.

- Pandemiya şəraitində ali məktəblərimizdə distant tədris davam edir. Fransız-Azərbaycan Universitetində (UFAZ) bu proses necə təşkil olunub və nə kimi effektlər verib?  
-  İlk öncə qeyd edim ki, Azərbaycanda koronavirus təhlükəsinin bəlli olduğu ilk gündən bütün dövlət və özəl tədris müəssisələrində tətil elan edilməsini virusun yayılmasının qarşısının alınmasında atılan ən vacib addımlardan biri kimi qiymətləndirirəm. Eyni zamanda Təhsil Nazirliyinin universitetlərə online dərslərin təşkil edilməsi çağırışları karantin şəraitində universitetlərin fəaliyyətinin davamına və tələbələrin tədris prosesinə yenidən cəlb edilməsinə şərait yaratdı. Azərbaycan-Fransız Universiteti (UFAZ) üçün bu prosesin çevik təşkil edilməsi çətin olmadı. Çünki yarandığı ilk gündən etibarən əcnəbi müəllimlərin tədrisdə birbaşa iştirakı distant təhsilin tətbiqini qaçılmaz etmişdi. Distant təhsilin tətbiqinə hələ 2018/2019-cu tədris ilindən start verilmişdi. Bu məqsədlə universitetin 22 noyabr 2018-ci il tarixində keçirilmiş Elmi Komitəsinin iclasında əsasən Fransadan dəvət edilmiş müəllimlərin dərs proqramlarının bir hissəsinin onlayn formada davam etdirilməsi ilə bağlı qərar olmuşdu. Hazırda bütün tələbə və müəllimlər Microsoft Teams proqramının verdiyi üstünlüklərdən faydalanaraq tədris prosesini davam etdirirlər. Onu da qeyd etmək lazımdır ki, UFAZ-da təhsil alan hər bir birinci kursa qəbul edilmiş tələbə  fərdi noutbuklarla təmin olunur ki, bu da tələbələrimizə hazırda evdən tədrislərini davam etdirmək üçün texniki şərait yaradır.
 
Qeyd etmək istərdim ki, 16 mart tarixindən etibarən UFAZ-da bütün dərslərin 100% online aparılmasına qərar verildi və əvvəlcədən yaradılan platforma distant dərslərin rahat həyata keçirilməsinə şərait yaratdı.

- Prosesin əhatəliliyi barədə nə deyə bilərsiniz? UFAZ-ın bütün tələbələri distant təhsilə cəlb oluna bilibmi?
- Qeyd etməliyəm ki, hazırda IV kurs tələbələri təcrübədə olduqlarına görə onların dərsləri yoxdur. Təcrübə keçdikləri şirkətin qaydalarına uyğun olaraq karantin şəraitindədirlər və imkan verildiyi halda işlərinə online davam edirlər. Universitetdə isə online dərslər, əsasən I, II və III kurslar üzrə, ümumilikdə 410 tələbə üçün aparılır. Keçən həftə müəllimlər arasında apardığımız sorğuya əsasən, tələbələrin online dərslərə böyük maraqları vardır. Yükləmələrin sayının çox olmasına baxmayaraq, dərslərə olan maraq böyükdür.
 
Belə ki, Strasburq Universitetinin UFAZ üzrə ekspertlərinin də fikirlərinə görə , bu dönəmdə distant təhsil tələbələrin qeydə alınmış video-dərsləri yenidən izləmək imkanına malik olur, interaktiv seminarlar tələbələrdə fənnə marağı daha da artırır, tələbələrdə məsuliyyət hissini gücləndirir, eləcə də müstəqil tədqiqat və öyrənmə bacarıqları  inkişaf edir. Bölgələrdə, eləcə də internetin gücü zəif olan yerlərdə olan problemləri də distant təhsil növü həll etmiş olur. Belə ki, dərslər online aparılan zaman qeyd edilir və tələbələrə həm dərs materialları, həmçinin keçirilmiş dərslər göndərilir.
 
Tələbə istədiyi yerdə və zamanda öyrənir!

- UFAZ-ın tələbələri bu formatda təkcə dinləyicidir, yoxsa həm də dərslərə hazırlaşırlar?
UFAZ-da tədris təqvimi digər dövlət ali təhsil müəssisələrindən fərqlidir. Bu il   ikinci semestr fevral ayının 3-dən başlayıb və mayın ilk həftəsi yekunlaşmalı idi. Azərbaycanda koronavirus təhlükəsinin yayılması ilə dərslərin martın 3-də dayandırılması ilə verilmiş qərardan sonra təcili iclaslar çağırılıb,  ADNSU rəhbərliyi və Strasburq Universiteti ilə müzakirələrdən sonra 7 iş günü ara verməklə, 16 martdan online dərslərə start verilib və hazırda UFAZ-ın Elm Komitəsinin verəcəyi qərara uyğun olaraq iki həftəlik semestrin uzadılması nəzərdə tutulur.

UFAZ-da mövcud ixtisasların hamısının texniki fənlər olduğunu nəzərə alsaq, bütün dərslərin distant aparılması mümkün deyil. Belə ki tələbələr, eyni zamanda praktiki işləri də laboratoriyalarda həyata keçirməlidirlər. Bununla belə, qeyd edim ki, fənn müəllimlərinin dərslərindən asılı olaraq tədris həm interaktiv, həmçinin nəzəri formada Teams proqramının bütün üstünlüklərindən istifadə edilməklə aparılır. Tələbələr həm dərsboyu, həmçinin dərsdən sonra müəllimlərə birbaşa suallar ünvanlaya bilir, verilmiş tapşırıq və sualları hazırlayırlar.

Oruc MUSTAFAYEV



jeudi 9 avril 2020


Azərbaycan-Fransız Universitetinin nümayəndələri Fizika

 İnstitutunda olublar

Image may contain: 11 people, people standing and shoes


27.02.2020 17:26
Fransanın Strasburq Universitetinin professoru Filip Turek, Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərov və həmin müəssisənin fizika müəllimi Robin Merin AMEA-nın Fizika İnstitutunu ziyarət ediblər.
İnstitutun direktoru, akademik Nazim Məmmədovla görüşdə qonaqlara müəssisədə kondensə olunmuş hal fizikası, optoelektronikanın fiziki-texniki əsasları, nüvə fizikası, yüksək enerjilər fizikası və energetikanın fiziki-texniki problemləri istiqamətində tədqiqatlar aparıldığı bildirilib. Alim, həmçinin qurumun beynəlxalq əlaqələrindən bəhs edib, gələcəkdə birgə əməkdaşlığın mümkünlüyünü vurğulayıb.
V.Əsgərov isə öz növbəsində, UFAZ-ın 2014-cü ildə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradıldığını, universitetin 2016-cı ilin sentyabr ayından etibarən fəaliyyət göstərdiyini, 4 texniki ixtisas üzrə tələbə qəbulu həyata keçirdiyini söyləyib.
Daha sonra qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorundakı müasir maddi-texniki baza ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 “Təhsil islahatları və onun özəl sektor üçün əhəmiyyəti”
Image may contain: 1 person, standing, suit and indoor

28 fevral 2020-ci il tarixdə CCIAF Azərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramovun iştirakı ilə “Təhsil islahatları və onun özəl sektor üçün əhəmiyyəti” adlı görüş təşkil etdi. Tədbirdə səfirliklərin və dövlət qurumlarının təmsilçiləri, üzv şirkətlərin direktor və nümayəndələri iştirak etdilər.
Image may contain: Vazeh Asgarov, standing and suit
Görüş CCIAF-in İdarəedici direktoru xanım Zibər Hüseynova və İdarə Heyətinin sədri xanım Teybə Quliyevanın açılış nitqi ilə başladı. Onlar qonaqları salamlayıb, nazirə dəvəti qəbul edib tədbirdə iştirak etdiyi üçün təşəkkür etdilər. Daha sonra cənab Fransanın Azərbaycandakı səfiri Zacharie Gross çıxış edərək Azərbaycanla Fransa arasında təhsil sahəsində ikitərəfli əməkdaşlığın vacibliyini vurğuladı və bu kimi tədbirlərin iki ölkə arasında təhsil, biznes, iqtisadiyyat sahəsində əlaqələrin genişləndirilməsi baxımından mühüm olduğunu qeyd etdi.
Ardınca, cənab Ceyhun Bayramov qonaqlara təhsil sahəsindəki son islahatlar, təhsil sahəsində beynəlxalq əlaqələrin güclənməsi, peşə təhsilinin inkişafına dair görülən tədbirlər və özəl sektor ilə təhsil institutları arasında əməkdaşlıq perspektivləri barədə məlumat verdi. O, uğurlu islahatların həyata keçirilməsi və əmək bazarının tələbatlarına uyğun kadr hazırlığı üçün biznes sahibləri ilə  dövlət təhsil institutları arasında sıx əməkdaşlığın vacib olduğunu vurğuladı. Bu istiqamətdə CCIAF-in aktiv fəaliyyətini qeyd edərək Palata nümayəndələrinə öz təşəkkürünü bildirdi, eləcə də həmin fəaliyyətin nəticələrindən biri kimi Palatanın üzvü olan UFAZ-ın digər üzv şirkətlərlə imzaladığı anlaşma memorandumlarını təqdirəlayiq hesab etdiyini qeyd etdi.
Tədbirdə Palatanın üzvləri olan UFAZ-ın icraçı direktoru cənab Vazeh Əsgərov, ADA Universiteti Fondunun prezidenti cənab Natiq Hacıyev də çıxış etdilər. Onlar universitetlərin beynəlxalq əməkdaşlıqları, təhsil proqramları və gələcək fəaliyyət planları barədə iştirakçılara məlumat verdilər.
Görüş sual-cavab, ardınca netvorkinq sessiyası ilə davam etdi.
For detailed information: https://bit.ly/3aoIGgX
28 fevral 2020-ci il tarixdə CCIAF Azərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramovun iştirakı ilə “Təhsil islahatları və onun özəl sektor üçün əhəmiyyəti” adlı görüş təşkil etdi.
Ətraflı məlumat üçün: https://bit.ly/396zTQg
Image may contain: 1 person, suit and indoor
Image may contain: 1 person, standing, suit and indoor
Image may contain: 1 person, standing and indoor
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistratura ixtisaslarına fevralın 23-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

No photo description available.

 İlk mərhələdə uğurlu nəticə əldə edən hər kəsi təbrik edirik. Əgər nəticəniz 70 bal və daha yüksəkdirsə, UFAZ-ın magistr tələbəsi ola bilərsiniz. Bunun üçün aprelin sonunda UFAZ-ın daxili imtahanında iştirak etməyiniz kifayətdir!
İmtahanın tarixi və əlavə məlumatlar ən qısa müddət ərzində https://www.ufaz.az/ saytında yerləşdiriləcək.
Fevralın 25-də İtaliyanın neft-qaz şirkəti "Saipem"-in nümayəndələri UFAZ-da olub.
Image may contain: 8 people, including Vazeh Asgarov and Pervin  Guliyeva, people smiling, people standing

 UFAZ-ın elmi tədris laboratoriyalarının binası ilə yaxından tanış olan qonaqlara rəhbərlik tərəfindən UFAZ haqqında geniş məlumat verilib.
Daha sonra UFAZ-ın əsas tədris binasında "Saipem" nümayəndələri tərəfindən şirkətin təcrübə proqramına namizəd olan tələbələr arasında müsahibə keçirilib.

Image may contain: 2 people, people standing
Image may contain: 2 people, including Vazeh Asgarov, indoor
Image may contain: 5 people, including Vazeh Asgarov, people standing



2020/2021-ci tədris ilində UFAZ-da 80 magistr təhsil alacaq




               

       

Bakı, 6 fevral, AZƏRTAC

UFAZ-da 2020/2021-ci tədris ilində 80 magistr təhsil alacaq.
AZƏRTAC xəbər verir ki, bunu fevralın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) ilk dəfə fəaliyyətə başlayacaq magistratura proqramının təqdimatında UFAZ-ın elmi eksperti, professor Pyer Kollet deyib.



O diqqətə çatdırıb ki, magistratura pilləsində təhsil alan tələbələr tədrisin ikinci ilindən etibarən Fransada tədqiqat aparmaq üçün təqaüd əldə etmək imkanı da qazanacaqlar.










Azərbaycan-Fransız Universitetini bitirən tələbələrin diplomları Avropanın 27 ölkəsində tanınır

Bakı, 6 fevral, AZƏRTAC 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) ikili diplom proqramlarını bitirən tələbələrin diplomları Avropanın 27 ölkəsində tanınır.
AZƏRTAC xəbər verir ki, bunu fevralın 6-da UFAZ-da keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib. O bildirib ki, bu diplomlar UFAZ məzunlarının Avropada asanlıqla işlə təmin olunmasına imkan verir.

2019-cu il UFAZ tələbələri üçün nailiyyətlərlə zəngin il olub.

                 
UFAZ tələbələrindən ibarət ICARUS komandası “NASA Space Apps Azerbaijan 2019” hakatonunda 25 komanda arasında qalib olaraq 10.000 AZN məbləğində mükafatın sahibi olub

2019-cu il UFAZ tələbələri üçün olduqca məhsuldar və nailiyyətlərlə zəngin il olub. Belə ki, tələbələr payız və yaz semestr imtahanlarında əldə etdikləri yüksək akademik nəticələrlə yanaşı ölkədaxili və ölkədən kənarda keçirilən müxtəlif bilik müsabiqələrində də müvəffəqiyyət qazanıblar.
Fevralın 28-də Kompüter elmləri ixtisasının III kurs tələbələrindən ibarət komanda “Google Hash Code 2019” müsabiqəsində Azərbaycan üzrə 47 komanda arasında 1-ci yeri tutub. 
Martın 9-da UFAZ-ın Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Aleksandr Kovalyov Azərbaycanda ilk dəfə keçirilən "Integration bee" riyaziyyat müsabiqəsinin qalibi olub.
Qazanılan ən böyük nailiyyətlərdən biri 2019-cu il aprelin 3-də riyaziyyat həftələri çərçivəsində 10 UFAZ tələbəsinin ilk dəfə iştirak etdiyi "Kangourou" beynəlxalq riyaziyyat müsabiqəsində Fransa üzrə 500-dən çox iştirakçı arasında ilk 100-lükdə yer alması olub. Kimya mühəndisliyi ixtisasının II kurs tələbəsi Ləman Cəlilova isə müsabiqədə dördüncü yeri tutaraq qızlar arasında ən yaxşı nəticəni göstərib.
Ləman Cəlilova həmçinin British Petroleum (BP) tərəfindən həyata keçirilən “Skills Refinery” layihəsinin fərdi qalibi olaraq 2019-cu ilin oktyabr ayında Londonda baş tutan “Bir Gənc Dünya” Sammitində iştirak edib.
Oktyabrın 20-də UFAZ tələbələrindən ibarət ICARUS komandası “NASA Space Apps Azerbaijan 2019” hakatonunda 25 komanda arasında qalib olaraq 10.000 AZN məbləğində mükafatın sahibi olub.
Dekabrın 7-də eyni ixtisas üzrə təhsil alan IV kurs tələbələrindən ibarət  n0_pwn1c komandası isə 60 komandadan ibarət CTF.az müsabiqəsinin qalibi olaraq 3000AZN məbləğində mükafatın sahibi olub.
Yuxarıda qeyd olunan nailiyyətlər UFAZ tələbələrinin sadəcə universitet təhsili ilə kifayətlənməyib özlərini digər platformalarda da sınayaraq inkişaf etdirdiklərinin bariz nümunəsidir. Tələbələrimizi təbrik edir və onlara 2020-ci ildə daha böyük müvəffəqiyyətlər arzu edirik!

Qeyd edək ki, 2020-ci ilin iyul ayında UFAZ tələbələrinin ilk “Məzun Günü” həyata keçiriləcək.

UFAZ-ın Rəhbər Komitəsinin VI iclası keçirilib



2020-01-24       UFAZ Rəhbər Komitəsinin bütün iştirakçıları ilə qrup şəkli
Yanvarın 16-da Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və Strasburq Universitetinin (Unistra) prezidenti Mişel Denekenin başçılığı ilə UFAZ-ın Rəhbər Komitəsinin VI iclası keçirilib.
İclasda Rəhbər Komitənin rəsmi üzvləri, o cümlədən Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov və Aparat rəhbərinin müavini Yaqub Piriyev, UFAZ-ın direktoru, dosent Vazeh Əskərov, baş katib Şarlot Payen, Təhsil Departamentinin rəhbəri Lətifə Nəsibova və Fransa səfirliyinin Əməkdaşlıq və Mədəniyyət işləri üzrə müşaviri Jerom Kel iştirak edib.
Görüşdə Mişel Denekenin Strategiya və İnkişaf üzrə vitse-prezidenti Kristel Roy, Daşınmaz Əmlak Məsələləri üzrə vitse-prezidenti İv Larmet, İnzibati Xidmətlər baş direktorunun müavini Kristof Kasteljo, UFAZ Koordinatoru Jan-Mark Planeks və layihə meneceri Florent Baulieu Strasburq Universitetini təmsil edib.
Rəhbər Komitənin iclasında 2020-ci ildə UFAZ-da Kompüter Elmləri, Geofizika və Kimya mühəndisliyi / Fiziki Kimya istiqamətləri üzrə ADNSU və Unistra-nın akademik nəzarəti altında magistr pilləsinin açılmasına dair təklif müzakirə olunub və təsdiqlənib. Komitə üzvləri, həmçinin UFAZ-ın gələcək tədqiqat fəaliyyətlərinin inkişafı üçün vasitə və metodları müzakirə edərək universitetin ümumi inkişaf strategiyası ilə tanış olublar.
İclasda 2019/2020-ci tədris ilində əldə olunan uğurlar və 2020-ci ilin iyul ayında həyata keçiriləcək ilk “Məzun Günü” ilə bağlı məsələlər də müzakirə olunub.

Rəhbər Komitə ildə iki dəfə alternativ olaraq Bakıda və Strasburqda UFAZ-ın bütün strateji məsələlərini müzakirə etmək üçün keçirilir.
UFAZ ilə əlaqəli məsələləri nəzərdən keçirmək və həll etmək səlahiyyətinə malik olan UFAZ-ın ən yüksək idarəetmə orqanıdır.

UFAZ-da Anlaşma Memorandumu imzalanıb

Yanvarın 15-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Total E&P Absheron şirkəti– Strasburq Universiteti (Unistra)-ADNSU- UFAZ və Paşa Bank ASC- Strasburq Universiteti (Unistra)-ADNSU-UFAZ arasında akademik və təhsil sahələrində peşəkar əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi çərçivəsində rəsmi Anlaşma Memorandumu imzalanıb.
Görüşdə eyni zamanda Total E&P Absheron şirkəti ilə Fransa səfirliyi arasında da rəsmi Anlaşma Memorandumu imzalanıb. Bu memorandum vasitəsi ilə UFAZ tələbələri 2020-ci ilin sentyabr ayından etibarən Fransada magistratura təhsili üçün nəzərdə tutulan təqaüd imkanlarından istifadə edə biləcəklər.
Sənədləri ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin prezidenti Mişel Deneken, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Total E&P Absheron şirkətinin prezidenti Regis Agut və PAŞA Bank ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov imzalayıb.
İmzalanma mərasimindən əvvəl çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Paşa Bank və Total E&P Absheron şirkəti ilə qurulan əməkdaşlığın tələbələrin və ümumilikdə UFAZ-ın gələcək inkişafı üçün müsbət addım olduğunu bildirib.
UFAZ layihəsinin Azərbaycanda uğurlu fəaliyyətini qiymətləndirdiyini və bunun hər iki ölkə üçün böyük nailiyyət olduğunu qeyd edən Strasburq Universitetinin prezidenti (Unistra) Mişel Deneken Paşa Bank və Total E&P Absheron şirkəti ilə əməkdaşlığın UFAZ üçün böyük nüfuz olduğunu vurğulayıb.
Hər zaman UFAZ-ı dəstəklədiklərini bildirən Fransanın Azərbaycandakı səfiri Zakari Qros bu layihənin Azərbaycanda strateji sahələrdə yeni nəsil mühəndislərin yetişməsində böyük rolu  olduğunu qeyd edib. 

İyulun 17-də Total Fransa ofisinin nümayəndələri Azərbaycan-Fransız Universitetinin (UFAZ) qonağı olub. UFAZ-n binası ilə yaxından tanış olan Ümumi Təhsil İnkişafı Direktoru Jan-Klod Heidmann və Beynəlxalq Proqramlar Koordinatoru Christelle Lavalou daha sonra UFAZ rəhbərliyi ilə görüşüb. Cənab Heidmann və xanım Lavalou TOTAL şirkəti üçün təhsilin əhəmiyyətindən danışıb. Bununla yanaşı dünyanın dörd bir tərəfindəki mühəndislik sektorunun ən yaxşı tələbələri üçün TOTAL tərəfindən verilən müxtəlif təqaüdlərdən bəhs ediblər.
Bundan əlavə, 2018-ci ildən etibarən TOTAL şirkəti neft və qaz sahəsində təcrübəli müəllimlərini tələbələrlə müxtəlif təlimlər keçmələri üçün Professeurs Associés vasitəsilə UFAZ-a göndərir.
 PAŞA Bank və UFAZ rəhbərliyi Tələbələrin peşə yönümlərini müxtəlifləşdirmələri və Azərbaycanda fəaliyyət göstərən peşə və sənaye sahələri ilə tanış olmaları üçün 2019-cu ilin 26 fevral və 17 sentyabr tarixlərində görüşlər təşkil ediblər.  
 Sentyabrın 17-də UFAZ-ın Kompüter elmləri ixtisasının dördüncü kurs tələbələri “UFAZ Karyera Günləri” çərçivəsində ilk dəfə Paşa Bankın Rəqəmsal laboratoriyasında olub.



McKinsey & Company şirkətinin nümayəndələri UFAZ-da olub

                   
Nümayəndə heyətinin rəhbəri Neslihan Gomecli, İnsan Resursları (İR) departamentinin rəhbəri Melisa Kayar, Biznes təhlili üzrə mütəxəssis Nərmin Aydamirova

1 noyabr 2019-cu ildə McKinsey & Company şirkətinin nümayəndələri ilk dəfə Azərbaycan-Fransız Universitetində (UFAZ) olub.
Görüşdə nümayəndə heyətinin rəhbəri Neslihan Gomecli, İnsan Resursları (İR) departamentinin rəhbəri Melisa Kayar, Biznes təhlili üzrə mütəxəssis Nərmin Aydamirova, UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov, baş katib Şarlot Payen və İctimaiyyətlə Əlaqələr departamentinin meneceri Nazrin Mirzəyeva iştirak edib. UFAZ-ın binası ilə tanış olan qonaqlar daha sonra əməkdaşlıq haqqında UFAZ idarə heyəti ilə müzakirə aparıblar. McKinsey şirkətinin UFAZ-a gələcək səfərləri haqqında danışan nümayəndələr bu cür görüşlərin UFAZ tələbələri ilə şirkət arasında geniş əlaqələrin yaranmasında müsbət rol oynayacağını və bununla da tələbələrin konsaltinqdə mühəndisliyin rolu haqqında daha aydın məlumat əldə edə biləcəklərin vurğulayıblar.
 McKinsey & Company aparıcı müəssisələrə, hökumətlərə və qeyri-hökumət təşkilatlarına xidmət edən konsaltinq şirkətidir. Şirkət 1 əsrə yaxındır ki, müştərilərə fəaliyyətlərini davamlı inkişaf etdirməyə və ən vacib məqsədlərini həyata keçirməyə kömək edir.




ADNSU-nun rektoru UFAZ-ın Fransadan dəvət olunmuş və uzunmüddətli Bakıda işləyən müəllimləri ilə görüşüb.



ADNSU-nun rektoru, professor Mustafa Babanlı, UFAZ-ın direktoru, dosent Vazeh Əskərov, baş katib Şarlot Payen, Fransadan dəvət olunmuş müəllimlər Robin Merine (fizika müəllimi), Maksim Florent (kimya müəllimi), İgor Paretta (kompüter elmləri) və Mamadou Ndou (riyaziyyat müəllimi)

Oktyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Fransadan dəvət olunmuş və uzunmüddətli Bakıda işləyən müəllimləri ilə görüşüb.
Görüşdə UFAZ-ın direktoru, dosent Vazeh Əskərov, baş katib Şarlot Payen, Fransadan dəvət olunmuş müəllimlər Robin Merine (fizika müəllimi), Maksim Florent (kimya müəllimi), İgor Paretta (kompüter elmləri) və Mamadou Ndou (riyaziyyat müəllimi) iştirak edib.
Azərbaycan-Fransa əməkdaşlığının fonunda UFAZ kimi uğurlu layihənin olduğunu diqqətə çatdıran, həmçinin UFAZ-da görülən işlərdən və yeni layihələrdən danışan rektor təhsilin keyfiyyətinin yüksəldilməsində, maddi-texniki bazanın yaxşılaşdırılmasında, eyni zamanda müəllimlərin hazırlıq səviyyəsinin inkişaf etdirilməsində Fransadan dəvət olunmuş müəllimlərin rolunun vacibliyini vurğulayıb. Müəllimləri ADNSU tələbələri və müəllimləri ilə birgə layihələrdə əməkdaşlıq etməyə dəvət edən rektor bu cür görüşlərin mütəmadi olaraq davam edəcəyini bildirib.
Qeyd edək ki, UFAZ-ın Fransadan dəvət olunmuş, uzunmüddətli Bakıda işləyən müəllimləri texniki fənlər olan kompüter elmləri, riyaziyyat, fizika və kimyanı tədris edirlər.
2019/2020 tədris ili üçün UFAZ-ın  müəllim heyəti aşağıdakılardan ibarətdir:
Texniki fənlər (kompüter elmləri, riyaziyyat, fizika və kimya) üzrə mühazirələr keçən 4 uzunmüddətli fransız müəllim;
35 daimi azərbaycanlı müəllim;
Strasburq və Rennes 1 universitetləri tərəfindən göndərilən 75  fransız müəllim.



Schlumberger şirkətinin İnsan Resursları (İR) üzrə direktoru Fabrice Bouchaud UFAZ-ın elmi tədris laboratoriyalarının binasında olub.

2019-10-22

                    

Schlumberger şirkətinin İnsan Resursları (İR) üzrə direktoru Fabrice Bouchaud UFAZ-ın elmi tədris laboratoriyalarının binasında

Oktyabrın 16-da Azərbaycan-Fransız Universitetinin (UFAZ) rəhbərliyi Schlumberger şirkətinin İnsan Resursları (İR) üzrə direktoru Fabrice Bouchaud ilə UFAZ-ın elmi tədris laboratoriyalarının binasında görüşüb.
Universitetin binası və laboratoriyanın infrastrukturu ilə yaxından tanış olan direktor Bouchaud Schlumberger və UFAZ arasında əməkdaşlığın gələcək inkişafına dəstək verməkdə maraqlı olduğunu bildirib.
Görüşdə UFAZ-ın sonuncu kurs tələbələri üçün Azərbaycanda və Fransada təcrübə keçmək, Schlumberger tədris mərkəzləri ilə müəllim mübadiləsi də daxil olmaqla bir sıra əməkdaşlıq sahələri müzakirə olunub.

Schlumberger şirkəti ilə UFAZ 2019-cu ilin iyul ayında rəsmi Anlaşma Memorandumu imzalayıb. Tərəflər UFAZ tələbələrinin Schlumberger şirkətlərində təcrübə, təlim və kadr seçimi proqramlarında iştirakına dair birgə əməkdaşlığın yaradılması və layihələrin həyata keçirilməsi məqsədi ilə Anlaşma Memorandumunu imzalamaq üçün razılığa gəlib. 
2019/2020 tədris ilində UFAZ-ın Neft-qaz mühəndisliyi və Geofizika mühəndisliyi ixtisasının dördüncü kurs tələbələrinə Schlumberger şirkətinin “Qazma və Menecment” şöbəsinin nümayəndələri tərəfindən texniki mühazirələr keçirilib.

Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri UFAZ-da olub.

Fransanın Azərbaycana yeni təyin edilmiş səfiri Zaxarie Qross (Zacharie Gross)

Oktyabrın 9-da Fransanın Azərbaycana yeni təyin edilmiş səfiri Zaxarie Qross (Zacharie Gross) ilk dəfə Azərbaycan-Fransız Universitetində (UFAZ) olub.
Azərbaycan-Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və UFAZ rəhbərliyi tərəfindən qarşılanan səfir UFAZ-ın əsas binasını və elmi laboratoriyasını ziyarət edib.
Universitetin binası və infrastrukturundan müsbət təsirlənən səfir, Fransa ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərdə UFAZ-ın əhəmiyyətini və Fransa səfirliyinin bölgədəki inkişafına və yayımına dəstəyini vurğuladı.
Səfirə təşəkkürünü bildirən rektor Mustafa Babanlı yeni diplomatik vəzifəsində uğurlar arzulayıb.