Nombre total de pages vues

mercredi 16 décembre 2015


Strasburq Universitetinin
Doktoru

                                                                
                                                                                                                Əmrin nömrəsi
1725


Namizədin adı: Vazeh Əskərov

Dissertasiya işinin adı: AZƏRBAYCANLILARIN FRANSAYA İMMİQRASİYASI. Tarix və Perspektivlər

Müdafiə şürasının tərkibi:
Elmi rəhbər
S. de Tapia
Rəsmi opponentlər:
P. Dumont
S. Seyidov
D. Francfort
Müdafiə şürasının digər üzvü:
A.      Məmmədov


Müdafiə şürasının rəhbəri:   Pr. Didier Francfort

Müdafiyənin tarixi:     12/11/2012
İxtisas:                                     Müasir Tarix




Müdafiyənin hesabatı
(müdafiə şürasının sədri tərəfindən digər üzvlərin də rəyi göstərilməklə)
                                                                                                                 
1.      ÜMUMİ QİYMƏTLƏNDİRMƏ


Yaxşı
Çox-Yaxşı
Əla
Fərqlənmə
Elmi səviyyəsi


(+)

İşin yazı keyfiyyəti

(+)


İşin şifahi təqdim olunması


(+)

Müzakirələrdə fəallıq


(+)


Strasburq Universitetinin 4 fevral 2009-cu il tarixli Elmi Şuranın qərarına əsasən, müdafiə olunmuş işlər üzrə, Universitet tərəfindən “yaxşı - çox yaxşı - əla - fərqlənmə” kimi qiymətlər qeyd olunmur.


2.      ELMİ VƏ PEDOAOJİ SƏVİYYƏ

Müdafiə ərzində dissertantın elmi mədəniyyətini, etdiyi məruzənin keyfiyyətini, onun müzakirəyə açıq olmasını və innovativ potensialını necə qiymətləndirməyi qeyd etməyiniz xahiş olnur.

12 noyabr Strasburq Universitetində təşkil olunmuş Şura auditoriya qarşısında professor D.Francfortun (Lorranie Universiteti) sədrliyi ilə Vazeh Əskərovun dissertasiya işinin müdafiəsinə toplaşmışdılar. Elmi rəhbər S. de Tapia (CNRS) dissertasiya işinin sosial elmlər üzrə Fransada mühacirət tarixi mövzusunda olduğunu qeyd etdi. Öz aydın və dəqiq çıxışı ilə dissertant işini xronoloji ardıcıllıqla təqdim etdi. Dəqiq məntiqi ardıcıllıq ilə müxtəlif zəngin mənbələrdən, eləcə də orijinal üslubdan istifadə edərək XIX əsrdən etibarən müxtəlif rejimlərin hakimiyyətini izah edir. Prof. P.Dumont isə öz növbəsində dissertasiya işinin mövzusu ilə adına diqqət çəkərək, işin çox maraqlı və cəlbedici olduğunu, dissertantın isə fransız dilində belə gözəl üslubda iş yazdığına görə öz minnətdarlığını bildirdi. Sonra isə söz Azərbaycan Dillər Universitetinin rektoru, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri professor S.Seyidova verildi. 12 noyabr Strasburq Universitetində təşkil olunmuş Şura auditoriya qarşısında professor D.Francfort (Lorranie Universiteti) sədrliyi ilə Vazeh Əskərovun dissertasiya işinin müdafiəsinə toplaşmışdılar. Elmi rəhbər S. de Tapia (CNRS) dissertasiya işinin sosial elmlər üzrə Fransada mühacirət tarixi mövzusunda olduğunu qeyd etdi. Öz aydın və dəqiq çıxışı ilə dissertant işini xronoloji ardıcıllıqla təqdim etdi. Dəqiq məntiqi ardıcıllıq ilə müxtəlif zəngin mənbələrdən, eləcə də orijinal üslubdan istifadə edərək XIX əsrdən etibarən müxtəlif rejimlərin hakimiyyətini izah edir. Prof. P.Dumont isə öz növbəsində dissertasiya işinin mövzusu ilə adına diqqət çəkərək, işin çox maraqlı və cəlbedici olduğunu, dissertantın isə fransız dilində belə gözəl üslubda iş yazdığına görə öz minnətdarlığını bildirdi. Sonra isə söz Azərbaycan Dillər Universitetinin rektoru, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri professor S.Seyidova verildi. O da öz növbəsində dissertanda və auditoriyaya müraciət edərək dissertasiya işinin onun ölkəsinə aid olduğuna görə böyük əhəmiyyət daşıdığını ifadə etdi. Azərbaycan Respublikasında yeni yaradılmış Niqrasiya Xidməti Nazirliyi fəaliyyət göstərir. Bu nöqteyi nəzərdən bu iş çox mühüm əhəmiyyət daşıyır. Dissertant  Azərbaycan və fransız dilində dərc oluna biləcək bir mövzunu həyata keçirib yazmışdır. Rektor S.Seyidov milli dəyərlərin formalaşması üçün öz mühüm və böyük əhəmiyyət daşıdığını qeyd edir. Bütün deyilənlərə isə dissertant çox inamla cavab verir və lazım sübutlar gətirərək qaldırdığı məsələni uğurla müdafiə edir. V.Əskərov bir tarixçi və öz sahəsini biləb bir insan, eləcə də bir neçə dildə - fransız dili birinci olmaqla sərbəst danışır və ixtisasca coğrafiyaşünas olan elmi rəhbəri ilə müxtəlif sahələr üzrə işləməyi bacardığını sübut edir. Bu notla sədr öz çıxışını bitirir. Prof. Francfort bir daha mühacir ailələrinə həsr olunmuş hissənin nə dərəcədə maraqlı olduğunu bir daha vurğulayır. Dissertasiya işi müxtəlif mühacir axınlarını açıb göstərərkən diqqəti müxtəlif insanları özündə birləşdirən immiqrantların digər ölkələrdə hansı problem ilə üzləşdiklərini bir daha diqqətə çatdırır. Bu dissertasiya bizdə maraqlı yanaşmaları ilə uzaqlara aparır.
Müşavirədən sonra Dissertasiya Şurası dissertantı tarix üzrə Doktor elan edərək onun elm xüsusiyyətlərini və V.Əskərovun çox rahat şəkildə artıq Fransadan Qafqaza qədər uzun bir yol qət edərək mühacir tarixini öyrənən bir ekspert kimi səciyyələndirir. Ekspertiza onu bu sahəni bilən bir mütəxəssis kimi təqdim etməkdə əmindir.  

Strasburq, 12/11/12


Sədr:                                                                         Şura üzvləri

Aucun commentaire: