Nombre total de pages vues

jeudi 10 décembre 2015


      Hindistan Konstitusiya Günü Azərbaycan Dillər Universitetində





Hindistanın Azərbaycandakı səfirliyi Konstitusiya gününü Azərbaycan Dillər Universitetində qeyd etdi. Hindistan konstitusiyasının yaradılmasının 66–cı ildönümü münasibətiləkeçirilən tədbirdə çıxış edən səfir Sanjay Rana hind xalqının Konstitusiyanın qəbulu uğrunda apardığı mübarizədən söz açdı. Diplomat Mohatma Qandi başda olmaqla, azadlıq döyüşçülərinin əməyi nəticəsində qəbul edilən bu sənədin hind xalqının tarixində mühüm yer tutduğunu qeyd etdi. Daha sonra səfir ADU-da olmaqdan məmnunluq duyduğunu dilə gətirdi.

Aucun commentaire: