Azərbaycan
Dillər Universiteti
Dr. V.E.Əskərov
Azərbaycanda sosioloji fikirlər və miqrasiya
məsələləri
Açar sözlər: sosiologiya,miqrasiya, mühacirət, əhalinin köçü, inteqrasiya, tarix,
Keywords: sociology, migration, immigration,
population movement, integration, history,
Ключевые слова: социология, миграция,
иммиграция, движение населения, интеграция, история
XIX əsrdə cəmiyyətdəki
müxtəlifliyi öyrənən yeni bir sahənin meydana gəlməsi sosiologiya sözünün yaranmasına və onun bir elm kimi öyrənilməsinə
gətirib çıxartdı. Dahi mütəfikkir və tarixçilərdən Platonun, Aristotelin,
Heredotun, Ksenefonun miras qoyduğu zəngin məlumatlar eramızdan əvvəl V əsrdə
misirliləri maraqlandırmağa başlamışdır. İslam mədəniyyətində İbn Xaldunun
“Müqəddimə” və ya “Bəşəri tarixə giriş” əsəri ərəb xilafətinin yaranmasının və
tənəzzülə uğramasının səbəblərini araşdıraraq tarixdə sosial məsələləri onun
tarixini, fəlsəfəsini və mədəniyyətini öyrənən ilk əsər kimi qalmışdır. Sosiologiyanın ilk “cücərtiləri” VIII əsrdə
İssak Nyutonun və digərlərinin fiziki sosiologiyanın dünya ilə təzahürünün
əlaqələrinə yönəlməsi ilə hiss olunmağa başladı.
Məhz XIX əsri sosiologiyanın yaranışı tarixi
hesab etmək olar. Lakin buna baxmayaraq, Azərbaycanda sosioloji fikirlərə artıq qədim zamanlardan rast gəlmək
olur. Belə ki, Avestada yaxşı ilə pisin, xeyir və şərin müqavimətini əks
etdirən, eləcə də düzgün cəmiyyətin formalaşması üçün müsbət ideyaları özündə
ehtiva edən səhnələrə rast gəlinir. Nizami Gəncəvi, Siracəddin Urməvi,
Nəsrəddin Tusi öz əsərlərində hüquqi münasibətə, dövlət idarəçiliyi, ailə
məsələlərinə geniş yer aryırırdılar. Məsələn, Urməviyə görə cəmiyyət insan
orqaniziminə bənzəyir və onun idarəçiliyi başçıdan asılıdır. XIX əsrin
əvvəllərində M.F.Axundov və A.Bakıxanov öz əsərlərində ictimaiyyətə sosioloji
məsələlərdən bəhs edir. Daha sonralar biz Məhəmməd Hadinin, Hüseyn Cavidin,
Abdulla Şaiqin yazılarında sosioloji problemlərə müraciətləri görürük. XX əsrin
əvvəlləri öz ictimai fəaliyyətləri ilə dahi M.Ə. Rəsulzadə, Ə. Hüseynzadə, Ə.
Ağaoğlu, Ü. Hacıbəyov və s. yeni cəmiyyətin qurulmasında (ADR) böyük rol
oynamışlar.
Bolşeviklərin
hakimiyyətə gəlişi ilə elmin sosial fikirlərə olan münasibəti də dəyişdi və
Sosiologiya elmi burjua təbəqəsinə aid edildiyinə görə cəmiyyətdə qadağan
olundu. 20-ci illərin əvvəllərində universitetlərdə və akademiyalarda
Sosiologiya sosial elmlərlə birləşdirilərək “İctimaiyyət elmi” adı altında
tədris olunmağa başladı. 1924-cü ildən etibarən SSR-i ərazisində Sosiologiya
bir elm kimi ləğv olundu və Sosiologiya sözünün də işlənməsi qadağan olundu[1].
II Dünya
müharibəsindən sonra cəmiyyətin sosioloji nöqteyi-nəzərindən öyrənilməsi
yenidən gündəmə gəldi və 1950-ci illərdən etibarən cəmiyyətin hüquqi
vəziyyətinin öyrəniliməsi yenidən sosiologiyaya bir çağırış etmiş oldu. 1960-cı
illərin əvvəllərindən sosiologiyanın “itirilmiş hüququ” bərpa olunmağa başladı.
Bu dövr SSRİ-nin bir çox universitetlərində və Elmlər Akademiyalarında müxtəlif
institutların yaranmasının şahidi oluruq. Eyni zamanda qeyri-rəsmi olaraq
ziyalılar arasında aparılmış tədqiqatların da əsaslı surətdə tədqiq edilməsi
üçün zəmin yarandı. Digər tərəfdən bu proresin əsas səbəblərindən biri kimi Sovet
məkanında yaşayan müxtəlif xalqların və eləcə də, millətlərarası münasibətlərin
olması da əsas şərtlərdən sayılır, bu prosesi daha da gündəmə gətirirdi. Belə
ki, SSRİ çoxmillətli bir dövlət olmaqla əhalisinin 45%-ni qeyri-ruslar təşkil
edirdi[2].
La création de l'Association soviétique de sociologie en
juin 1958 par un décret du Présidium de l'Académie des sciences de l'URSS
constitua un pas important.
Qeyd etmək vacibdir
ki, Nikita Xruşovun məhz Kommunist partiyasının 1956-cı ildəki XX iclasında
etdiyi çıxışından sonra cəmiyyətdə olan sosial problemlərə münasibət deyişməyə
başladı. N. Xruşov öz nitqində Stalinin cinayətlərini pisləyərək bəzi sosial
elmləri Stalin ehkamından azad etmiş olur. Bu dəyişikliklə 1958-ci ilin iyun
ayında SSRİ Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən Sovet
Sosiologiya assosiyasiyası yaradıldı. Lakin buna baxmayaraq, kommunist
partiyası yenə də sosiologiyaya maraqlı olanları öz nəzarətində saxlayır.
Sosioloqların əsas axtarış predmeti də məhz marksist-leninist ideyaların
öyrənilməsinə köklənir. 1964-cü ildə SSRİ məkanında ilk dəfə bütün
respublikaların sosial elmlər üzrə tədqiqatçılarının konfransı təşkil olunur. Tezliklə
sosiologiya ixtisasının beynəlxalq aləmə cıxışı
üçün zəmin yaranır. 1966-cı il isə Sovet sosioloqları ilk dəfə Evianda
(Fransa) baş tutmuş VI beynəlxalq sosioji konqresdə iştirak edirlər.
Bu hadisədən sonra
Azərbaycanda da Sosiologiya elminə yeni maraq müşahidə olunur və ilk dəfə
olaraq 1968-ci ildə C.T. Əhmədlinin, V.Ə. Paşayevin “Burjua sosiologiyanın tənqidi”,
1972 C.T.Əhmədli və J.Sogomonovun “Sosiologiyaya dair söhbətlər” adlı kitabları
işıq üzü görür. Bu iki əsər ilə Azərbaycan oxucusu Sosiologiyanın bir sıra
vacib problemləri ilə, eləcə də sosioloji biliklərin müxtəlif səviyyələri ilə
yığcam şəkildə tanış olur və bundan sonra daha geniş formatda sosioloji
tədqiqatlar aparmağa maraq göstərir. Bu dövrün sosioloji baxışları bəzi
ideoloji ehkamlardan azad olmasa da, gələcəkdə bu sahədə tədqiqatların
aparılmasına geniş istiqamət vermişdi.
1991-ci ildə
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sosial elmlərin o cümlədən
sosiologiyanın da bir elm kimi formalaşmasına, eləcə də azərbaycanlı
sosioloqların bu elmin yeni struktur və mexanizmlərini işləyib hazırlamaqları
üçün təkan oldu. Hal-hazırda Bakı Dövlət Universitetinin Sosial
elmlər və psixologiya fakültəsində sosiologiya ixtisası üzrə kadrlar hazırlanır.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə
və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunda «Sosiologiya və sosial psixologiya»
şöbəsi fəaliyyət göstərir.
Miqrasiya: sosial hadisələr
və nəzəri prinsiplər kimi
Tarixçilərin
fikirlərinə görə ibtidai insanlar yeni dünyanı kəşf etmək üçün adətən şərqdən gəlir və yerləşmək üçün qərbə
yönəlirlər. İlk köçəri ovçular da məhz eramızdan 400 000 il əvvəl Orta
Paleolit dövründə Şərqi Afrikadan o vaxtlar hələ insan izi olmayan Avropaya
Orta Şərqdən keçərək gəlmişlər. İlk insan Günəşin dövretmə istiqamətini istiqamət
götürərək Asiyanın qərbindəki torpaqlara qədər yerləşmişdi. Eramızdan qabaq III
əsrdən etibarən Asiyanın səhralarından Avropaya hind-avropalıların köçü
başlayır. Yeni tarixi araşdırmalar sübut etməyə çalışır ki, bütün millətlər
mühacir axınları zamanı müxtəlif əhalinin sürətli qarışığından əmələ gəlmiş,
formalaşmış və dövrlərdən asılı olaraq bu proses sürətli və ya asta templə
davam etmişdir. Məsələn, bizim eranın IV əsrindən VII əsrə qədər olan işğallar
insanların yerdəyişməsini daha da sürətləndirdi və eləcə də Roma imperiyasının
süqutu zamanı mədəni və sosial mənzərəni tamamilə dağıtdı. Digər bir misal kimi
fars və bizans dünyalarının ərəb mədəniyyətinə (VIII-XIII əsrlər) olan
təsirlərini göstərə bilərik.
Müasir
mühacirət avropalıların Amerika qitəsinə köçü ilə səciyyələnir. Minlərlə insan
axını “yeni həyat” axtarışı ilə yad məkana axışır. Bu köçün cəmiyyət üçün
müxtəlif səbəbləri var. Belə ki, burada söhbət təşkil edilmiş surətdə və ya
kölə, eləcə də iş və pul qazanmaq üçün mühacirət edənlərdən gedir.
Bu gün mühacirətin baş vermə səbəbləri bir
sıra məsələlərdən qaynaqlandığını ortaya çıxarır ki, bunlardan biz iqtisadi,
demoqrafik, siyasi və s. göstərə bilərik. Rəqəmlərə nəzər saldıqda aydın
görünür ki, hər il bir milyondan artıq insan öz ölkəsini müxtəlif səbəblərə
görə, əsasən də iqtisadi çətinliyə görə tərk edir. Bir o qədər də insan
sığınacaq almaq üçün çalışır. Dünya ölkəsinin 125 milyon nəfəri doğulduğu ölkə
hüdudlarından kənarda yaşayır. Bu rəqəmlər dünya əhalisinin təxminən 2,5%-i
təşkil edir. İmmiqrasiya siyasətini araşdıran fransalı tədqiqtçı Maxime
Tandonnet özünün “Miqrasiya geosiyasəti.
Sərhədlərin böhranı” adlı kitabında mühacirətin səbəblərini araşdırarkən
mühacirləin nəyə görə varlı ölkələrə üz tutmaqlarının bir neçə səbəbi
vurğulayır[3]:
İqtisadi
mühacirət - əsasən 15-30 yaş arası kişi və qadınları
əhatə edir ki, bu səbəbə görə xaricə üz tutanların 60%-i təşkil edir.
Kütləvi mühacirət – ölkədə siyasi stabilliyin pozulması, vətəndaş
və ya etnik müharibələrin baş verməsi nəticəsində əhalinin 20%-dən 30%-dək köçetməsidir.
Ziyalı təbəqənin mühacirətı – yüksək təhsil almış müəllim, həkim, mühəndis və s.
təbəqəyə aiddir ki, 1990-cı illərdən bu səbəb 20%-ə qədər insana aid edilir.
Maxime Tandonnet eyni kitabında mühaciratı
siyasi cəhətdən analiz edərkən üç model təklif edir:
1) Əhalinin köç edərək yerləşməsi.
Əsasən üç qərb ölkəsini (ABŞ, Kanada, Avstraliya) əhatə edir və bu, əsasən
immiqrasiyanın gələcəyini və dinamizmini tərənnüm edir.
2) İmmiqrasiya hüququ (Cenevrə
Konvensiyası 1951)[4].
Bu model birincidən çox fərqlənir və daha çox insanlar üçün kvota tələb etməyən
Avropa mühacirətinə aiddir. Belə ki, əsrlər boyu avropalılar özləri işğal və
köçlərin səbəbkarı idilər. İndi isə həmin avropalılar öz torpaqlarında
yerləşmək üçün miqrantlara qanunlar tətbiq edirlər. Müəllif həmçinin qeyd edir
ki, bu gün Qərbi Avropa bu forma mühafizəkar mühacirətdən imtina edir.
3) Üçüncü növ isə qeyri-stabil mühacirətdir ki, bu əsasən əmək fəaliyyəti ilə
əlaqədardır. Bu mühacirət növü bütün dünya sakinlərinin mühacirəti ilə bağlıdır
ki, bu halda mühacirlər uzun müddətli oturum sənədlərinə ümid bəsləyə bilməz və
yerləşdiyi ölkədən iş müqavilələrinin müddətinədək çox oturum haqqında icazə
ala bilməz.
Fransız
cəmiyyətin üçün mühacir sözünün semantik inkişafı çoxmənalıdır. 1960-cı
illərdən bəri yadellilərə müxtəlif adlar verilmişdir. Fransızların daha çox
işlətdikləri “mühacir” kəlməsi öz ilkin mənasını artıq çoxdan itirmişdir. Belə
ki, bu illər ərzində yadelli, xarici və ya mühacir kəlmələri arasında çoxlu
məna dəyişməsi baş vermişdir. Fransanın Milli Demoqrafik Təhlillər İnstitutu (İNED),
Milli Statistika və İqtisadi Təhlillər İnstitutu (İNSEE), Ali İnteqrasiya
Şurasının (HCİ) tədqiqatçıları ilk dəfə 1991-ci ildə “mühacir” və “xarici”
sözlərinin mənasına aydınlıq gətirməyi tövsiyyə etmiş və hər iki sözə tərif
vermişdirlər:
Xaricilər: Fransada
siyahıyaalma zamanı yaşamağa yerləri olan, lakin vətəndaşlıqları olmayanlardır.
Mühacirlər: Fransadan
kənarda doğulmuş, lakin vətəndaşlıqları olan fransız və ya xaricidirlər.
Belə
aydın olur ki, xarici bir vətəndaş eyni zamanda mühacir sayıla bilər və ya hər
hansı bir müacir heç də xarici vətəndaş deyildir. 1992-ci il Ali İnteqrasiya
Şurası mühacir sözünün mənasına aydınlıq gətirdi. Mühacir xaricdə hər hansı bir
dövlətin ərazisində doğulmuş və hal-hazırda Fransada yaşamaqdadır. Mühacir
Fransa vətəndaşlığını almaq hüququna malikdir. Ümumiyyətlə, bütün mühacir
edəndərin heç də hamısı xarici deyillər. Fransada doğulmuş xarici, lakin öz
əzəli vətəndaşlığını saxlayanlar mühacir sayıla bilməz.
Hələ
Əlcəzair müharibəsi dövründən bəri fransızların dilində işlətdikləri bəzi
sözlər, eləcə də “mühacir” sözü məhz xaricdən gəlmişləri adlandırmaq üçün
işlənilirdi. Bu məsələ ilə bağlı René Gallissot[5]
xatırlayırdı : yada salmaq yerinə
düşər ki, biz Şərqi Avropa yəhudilərininin seçilməsi üçün onlari metiklər[6]
adlandırırdıq. Bundan sonra isə biz əlcəzairləri fransız kimi çağirmağa cürət
etmədiyimizdən mühacir sözünü icad etdik.
Emigrare latın sözü olub “başqa yerə
köçmək” anlamına gəlir. Ərəb dilində işlənən hajr kəlməsi “bir yerdən digər yerə getmək” mənasını verir.
Eramızın 622-ci ilində bu kəlmə Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə getməsi
ilə digər müsəlmanların da onun dalınca getməsi ilə izah olunurdu. 1960-cı
illərdə işlənməyə başlanmış işçi mühacir söz
birləşməsi artıq 1980-cı illərin ortalarında işlənən mühacir sözünündən fərqlənirdi. Belə ki, işçi adı ilə Fransaya üz
tutmuş mühacirlər yerli fəhlələrdən fərqli olaraq iş yekunlaşandan sonra öz
vətənlərinə qayıdırdılar. Qeyd etmək lazımdır ki, mühacir kəlməsi həmin dövr
üçün cinsindən və yaşından asılı olmayaraq bütün işçi təbəqəsinə şamil
edilirdi. Eyni vəziyyət Almaniyada qastarbayter
kəlməsinin işlənməsi ilə bağlıdır. Hətta 70-ci illərdə əsasən türklər və
yunanlardan təşkil olunan işçi qastarbayterlər rotasiya yolu ilə Alman dövləti
ilə müqavilələr bağlayır və müqaviləsi başa çatdıqdan sonra vətənlərinə
qayıdırdılar. Eyni kəlmə rus dilində də işlənməkdədir. Belə ki, rus dilindəki мухаджир kəlməsi XVIII-XX əsrlərdə
müsəlmanların Osmanlı imperiyası hüdudarına sığınmaqları ilə səciyyələnir.
Bu dövrdə digər bir
termin miqrant (köçəri) kəlməsi
işlənirlirdi ki, bu da xarici, yadelli
kəlmələrini bədii dildə işlətməmək üçün, eləcə də daha çox neytrallığı saxlamaq
məqsədilə və statistik sənədlərdə, hüquqi mətnlərdə və digər rəsmi qaydada
istifadə edilirdi[7].
Daha bir maraqlı məlumat Encyclopedia Universalis-in 1984-cü ildə dərc olunmuş ikinci nəşrində
mühacir sözünə verdiyi izah idi. Belə
ki, miqrant kəlməsi isə yalnız
1968-1975-ci illərdəki I nəşrində öz izahını tapmışdır. Misal üçün, Encyclopedia Universalis-in 1984-cü ildə
II və 1988-ci ildəki III nəşrlərində mühacir
sözünə verilmiş izaha nəzər yetirmək maraqlı olardı:
Mühacir - yola düşmə, ölkə, qarşılanma, qayıdış,
mühacirat (1984)
Mühacir
- hüquq, vətəndaşlıq, sığınacaq, inteqrasiya, sığınacaq istəmək (1988)
İnkişaf
edən bu günümüzdə mühacirata olan
tələb və qaydalar, eləcə də münasibət də dəyişmişdir. Əgər yaxın 50 ildə miqrqsiya
deyəndə insanların başqa dünyaya iş axtarmaq, köç etmək, daha sakit həyat
seçmək məsələsi dururdusa, bu gün bura beyin axını (brain drain), iqlim və
ekoloji çirkliliyə görə də mühacir edənlərə az rast gəlinmir.
[1] MESPOULET Martine (2007), La « renaissance » de la sociologie en URSS (1958-1972), Revue d'Histoire des Sciences Humaines 1/2007 (n° 16), p. 57-86.
[3] TANDONNET Maxime (2007), Géopolitique des migrations. La crise des frontières, Paris, Ellipses Marketing.
[4] 28 iyul 1951-ci il qaçqınların statusu ilə bağlı Cenevrə Konvensiyası və ya sadəcə Cenevrə Konvensiyası, qaçqınların huquq və dövtətin hüquqi öhdəliklərini müəyyən edən sənəddir. 1967-cı ildə qəbul olunmuş protokol Konvensiyanın coğrafi və zaman məhdudiyyətini ləğv etmişdir.
[5] GALLISSOT René (2007), Algérie: Engagements Sociaux Et Question Nationale - De La Colonisation À L'indépendance De 1830 À 1962, Paris, De L'atelier.
[6] Meteklər qədim yunanlılar sayılsalar da ora gəlmə hesab olunur. Məsələn, Makidoniyada doğulmuş Aristotel Afinanın ən məhşur metek hesab oluna bilər.
Summary
Sociological thoughts in Azerbaijan and problems of migration
The
article covers the problems of sociological thoughts in Azerbaijan and issues
of migration in the light of social events and theoretical principles. Major
goal of the article is to research the formation history of sociology as a
science in Azerbaijan in the 20th century. A step by step research of the
causes of current dynamics of emigration along with the general problems of
migration is the major target of the article.
Резюме
Социологические вопросы миграции в Азербайджане
Статья посвящена изучению социологических вопросов миграции на фоне теоретических
принципов и социальных событий в Азербайджане. В статье исследуются история формирования в ХХ веке, в Азербайджане социологии
как науки. Рассматриваются вопросы
миграции а также по этапно объясняются причины и исторические предпосылки миграции.
IN: Vazeh Əskərov, Azərbaycanda sosioloji fikirlər və miqrasiya məsələləri, Azərbaycan Respublikasi Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti, Elmi xəbərlər, Bakı 2016, N 1, səh. (248-254)
[1] MESPOULET
Martine (2007), La « renaissance » de la sociologie en URSS (1958-1972),
Revue d'Histoire des Sciences Humaines 1/2007 (n° 16), p. 57-86.
[3] TANDONNET
Maxime (2007), Géopolitique des migrations. La crise des frontières, Paris,
Ellipses Marketing.
[4] 28 iyul 1951-ci il qaçqınların
statusu ilə bağlı Cenevrə Konvensiyası və ya
sadəcə Cenevrə Konvensiyası,
qaçqınların huquq və dövtətin hüquqi öhdəliklərini müəyyən edən sənəddir.
1967-cı ildə qəbul olunmuş protokol Konvensiyanın coğrafi və zaman
məhdudiyyətini ləğv etmişdir.
[5] GALLISSOT
René (2007), Algérie: Engagements Sociaux Et Question Nationale - De La
Colonisation À L'indépendance De 1830 À 1962, Paris, De L'atelier.
[6]
Meteklər qədim yunanlılar sayılsalar da ora gəlmə hesab olunur. Məsələn,
Makidoniyada doğulmuş Aristotel Afinanın ən məhşur metek hesab oluna bilər.
Aucun commentaire:
Enregistrer un commentaire