Nombre total de pages vues

lundi 1 février 2016



Azərbaycan mühacir ədəbiyyatı


  Açar sözlər: ədəbiyyat, diaspora, sosiologiya, mühacirət, əhalinin köçü, tarix           
 Keywords: literature, diaspora, sociology, migration, population movement, history, 
 Ключевые слова: литература, диаспора, социология, миграция, движение населения, история

Mühacir ədəbiyyatından danışan zaman ilk əvvəl iki növ ədəbiyyatın olduğunu qeyd etmək istərdim. Belə ki, onlardan biri mühacirlərin özləri tərəfindən yazılmış digəri isə onlar haqqında yerli və ya xarici yazıçılar tərəfindən yazılmış əsərlər hesab olunur.
XX əsrdə Rusiyada müxtəlif münaqişə və müharibələr nəticəsində baş vermiş siyasi dəyişikliklər əhalinin kütləvi surətdə yerdəyişməsinə və köç etməsinə səbəb olmuşdur. Sovet hakimiyyətinin qurulduğu ilk dövrlərdə bu proses daha da geniş vüsət almağa başlayır. Xarici ölkələrə üz tutan mühacirlər müxtəlif təşkilatlar ətrafında birləşərək kommunizmə qarşı birgə fəaliyyətə başlayırlar. Xüsusən 1920-1930-cu illəri əhatə edən mühacirat sonra baş verəcək dövrlərdən kəskin fərqlənir. Belə ki, əgər bu dovr mühaciratı öz ölkələrinin liderləri, ziyalıları, hərbiçiləri, burjua nümayəndələri və s. idilərsə, II Dünya müharibəsindən sonrakı dövr mühacirləri artıq sovetlər birliyinin ilk nəsli hesab olunan vətəndaşlar və bu dövrdə yazılan ədəbiyyat da sovet ideologiyasının məhsulu sayılan ədəbiyyat hesab olunur. 
Qeyd etmək yerinə düşər ki, mühacirlər ictimai fəaliyyət göstərmək üçün təkcə maliyə cətinliyi deyil eyni zamanda sovetlər birliyinin diplomatik yollar ilə əngəllər törətməsi ilə də üzləşirdilər. Misal üçün 1930-1931-ci illər ərzində SSSR- i və Türkiyə xarici işlər nazirlərinin bir neçə qarşılıqlı görşlərindən sonra bəzi mətbu orqanları (Odlu Yurt, Bildirich, Azeri-Türk, Yeni Türkestan) bağlanmağa məcbur edilmişdir. Hətta bu dövrdə Məmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə Turkiyəni tərk etmək məcburiyyətində qalmış, Əhməd bəy Ağaoğlunun isə Mustafa Kamal Atatürk ilə münasibətləri soyumuşdur. Bütün bu münasibətlər bolşevizmə qarşı aparılan mübarizə üçün xoşagəlməz hesab olunsa da mühacirlər öz ideologiyalarından dönmür, öz fədakar işlərini davam etdirir və hətta bu sahədə ukrayna eləcə də rus mühacirlərindən geri qalmırdılar.
 Azərbaycan mühacir ədəbiyyatı XX əsrin əvvələrində yaranmağa başlamışdır və çox çətin bir yol keçmişdir. Onun formalaşması bəlli siyasi hadisələrə görə mühacir hayatı yaşamış Azərbaycan ədəbiyyatçıları tərəfindən gerçəkləşmişdir. Qeyd etməliyik ki, bundan qabaq da mühaciratda yazılmış əsərlər mövcud idi. Onların arasında Məhəmməd ağa Şahtahtinskinin 1873-1875 və 1889-1902-ci illərdə Parisdə, Rəşid bəy Axundovun 1873-cü ildə Bruseldə, Əhməd bəy Ağaoğlunun 1885-1894-cü illərdə Parisdə nəşr etdikləri nəşrləri göstərmək olar.

Les journaux et revues publiés par le parti Musavat en exil

Nom

Année
Pays
Yeni Kafkasya journal
1923-1928
Turquie
Azeri Turk journal
1928-1929
Turquie
Odlu Yurdu journal
1929-1931
Turquie
Bildirish journal
1930-1931
Turquie
Azerbaycan Yurd Bilgisi
journal
1932-1934
Turquie
Istiklal journal
1932 - ?
Allemagne
Kurtulush journal
1934-1938
Allemagne
Musavat bulletin
1936-?
Pologne, Turquie
Azerbaijan
1952- aujourdhui,

Turquie
Tahirli Abid (2007) Azərbaycan mühacirət mətbuatı (1921-1991) (La littérature azerbaïdjanaise à l’émigration), Bakı, Çinar Çap.

Azərbaycan ikinci müstəqilliyini əldə etdikdən sonra bir çox müasir tədqiqatçıların keçən əsr boyu dərc etdikləri zəngin ədəbi və mədəni irs ilə tanış oluruq. Tədqiqatçıların yanaşması da müxtəlifdir.
Həsən Quliyev (2004) Azərbaycan mühacir ədəbiyyatını iki dövrə bölür. Birinci dövr XX əsrin əvvəli Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Hadi və başqalarının sovetlər birliyi yaranana qədər xarici ölkələrdə nəşr etdikləri nəşrlərdir. İkinci dövr ADR-in süqutundan sonra Almas İldırım, Yusif bəy Çəmənzəmənli, Banin, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəylinin kimi bir çox ziyalı mühacirlərin dərc etdikləri nəşrlərdir.
Əliheydər Atakişiyev mühacir ədəbiyyatının yaranmasıdan bəhs edərkən onu Gənc Türklər hərəkatından 1991-ci ilədək olan dörd dövrə bölür. Müəllif ADR-in süqutuna qədər olan, 1920-1941-ci illəri əhatə edən dövrü, Soyuq müharibə və 1991-ci ildə qazandığımız müstəqillik dövrlərini xarakterizə edir.  
Abid Tahirli bu sahədə geniş tədqiqat aparmış və 4 kitab dərc etdirmişdır. Müəllif xaricdə xüsusən Fransada, Almaniyada, Türkiyədə dərc olunmuş ümumulikdə 66 nəşr haqqında məlumat verir. Onlardan Yeni Gafgaziya, Azəri Türk, Odlu Yurd, Bildiriş, Azərbaycan Yurd Bilgisi, İstiqlal, Gurtuluş, Gafgaz, Prometey, Azərbaycan adlarını çəkmək olar ki, onların da müəllifləri taninmış mühacir zayalılarımızdır. Müəllifin fikrincə ilk mühacir ədəbiyyatının nəşri məhz böyük ideoloq alim Əli bəy Hüseynzadənin 1880-cı illərdə Türkiyədə tələbə olan zaman qələmə aldığı qsərlərdir. Eyni zamanda bu siyahıya Əhməd bəy Ağaoğlunu da əlavə edən müəllif onu Parisdə tələbə olan zaman dərc etdiyi nəşrləri diqqətə çatdırır. Eyni zamanda Azərbaycan mühacir jurnalistikasının da nəşri ilk dəfə 1884-cü ildə Parisdə al-Urwat al-Wuthqa jurnalında ərəbcə Cəmaləddin Əfqani və Məhəmməd Abdühün əməyi nəticəsində  dərc olunmağa başlayır.
Bəzi tədqiqatçılar ilk mühacir ədəbiyyatının M. Rəsulzadənin başçılığı ilə 1923-cü ildə dərc olunmuş “Yeni Qafqaziya” jurnalı olduğunu deyirlər. Lakin Abid Tahirli məhz 1921-ci ildə Təbrizdə Mirzə Cəlilin başçılığı ilə nəşr olunan “Molla Nəsrəddin” jurnalının ilk xaricdə dərc olunmuş ədəbiyyat hesab edir. Ümumiyyətlə, bu siyahıya “Azəri-Türk” (1928), “Odlu Yurd” (1929-1930), “Bildiriş” (1930), “Azərbaycan Yurd Bilgisi” (1931-1934), “İstiqlal” (1932) jurnallarını da əlavə edə bilərik. 1931-ci ildə bir çox azərbaycanlı mühacirlər Türkiyəni tərk etmək məcburiyyətində qalmışlar. Bu dövrdən etibarən mühacir ədəbiyyatının yeni avropa dövrü yaranmağa və 10 dekabr 1932-ci ildən Berlində İstiqlal nəşr olunmağa başlayır.
Mühacir ədəbiyyatından danışan zaman Azərbaycan Demokratik Respublikasının Paris sülh konfransına göndərilmiş nümayəndə heyətinin nəşr etdikləri bir neçə mühüm işləri göstərməmək düzgün olmzdır. 1919-cu ilin may ayından 1920-ci ilin aprel ayınadək nümayəndə heyəti 3 kitab 12 bülleten, 1 coğrafi xəritə eləcə də müxtəlif jurnal və qəzetlərdə onlarla məqalə dərc etdirməyə müəssər olmuşlar.
Xaricdə dərc olunmuş əsərlərdən danışanda Azərbaycanlı mühacirlərin də fəal olduğu “Prometey hərəkatı”ndan danışmamaq olmaz. Bu hərəkatın 1926-1938-ci illər arasında Parisdə fransız dilində dərc olunan mətbu orqanı “Prometey” jurnalı öz dövrünün siyasi həyatında kifayət qədər aktivlik nümayiş etdirmiş və hadisələrin cərəyan etməsində müəyyən rola sahib olmuş və 12 il ərzində 137 sayda dərc edilmişdir.




ƏDƏBİYYAT
1.       Axundov Rəşid bəy (2003), Məktublar, sənədlər, tərcümələr, məqalələr (Lettres, documents, traductions, articles), Bakı, Nurlan.
2.       Altstadt Audrey L. (1992) The Azerbaijani Turks: Power and Identity under Russian, Rule, Hoover Institution. Stanford University, Studies of Nationalities in the USSR Series.
3.       ArzumanliI Vagif (2001), Azerbaycan Diasporu (Diaspora d’Azerbadjan), Bakou, Qartal.
4.       Balçi Bayram (2008), La place de la « diaspora » azerbaïdjanaise dans la politique de l'Azerbaïdjan postsoviétique : esquisse d'analyse, EurOrient, 28, pp. 185-204.
5.       Constant Antoine (2002) L'Azerbaïdjan, Karthala (Méridiens), Paris.
6.       İbrahimli Xaleddin (1996), La politique d’immigration d’Azerbaïdjan, (1918 - 1991), Bakou, Elm.
7.       Məmmədzadə Mirzə Bala (2007), Köylü hərəkatı, Leninin milli siyasəti (Mouvement paysan, la politique nationale de Lénine), Bakı, édition inconnue.
8.       Svyataçovski Tadeuş (2000), Rusiya və Azərbaycan : sərhədyanı bölgə keçid dövründə (Russie et Azerbaïdjan : la région frontalière au cours de la période de transition), Bakı, Xəzər Universitəsi
9.       Tahirli Abid (2002), Azərbaycan mühacirəti mətbuatı I hissə (La littérature azerbaïdjanaise à l’émigration Ier partie), Bakı, QAPP-Poloqraf.
10.   Tahirli Abid (2003), Azərbaycan mühacirəti mətbuatı II hissə (La littérature azerbaïdjanaise à l’émigration IIème partie), Bakı, Ozan.
11.   Tahirli Abid (2005), Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991) (La publication de la littérature azerbaïdjanaise à l’émigration), Bakı, CBS.
12.   Tahirli Abid (2007), Azərbaycan mühacirət mətbuatı (1921-1991) (La littérature azerbaïdjanaise à l’émigration), Bakı, Çinar Çap.
13.    Yaqublu Nəsiman (1999), Azərbaycan milli istiqlal mübarizəsi və Məmməd Əmin Rəsulzadə (La lutte pour l’indépendance nationale et Memmed Emin Rasoulzade), Bakı.
14.   Yaqublu Nəsiman (2005), Azərbaycan legionerləri (Les légionnaires d’Azerbaïdjan), Bakı, Cıraq.
15.   Yaqublu Nəsiman (2008), Əbdurrıhman Fətəlibəyli-Düdənginski, Bakı, Adiloğlu.
16.   Гулиев Гасан (2004), Эмигрантская литература азербайджана, Баку, Нурлан.
17. Vazeh ASGAROV (2014) İmmigration des Azerbaïdjanais, PAF, France

XÜLASƏ
AZƏRBAYCANIN MÜHACİR ƏDƏBİYYATI
Azərbaycan mühacir ədəbiyyatı XX əsrin əvvəllərində yaranmağa başlamışdı. Buna baxmayaraq sovet dövründə bu mövzu uzun müddət əlçatmaz qalmış və yalnız 1980-ci illərin sonları tədqiqatçıları maraqlandırmağa və öyrənilməyə başlamnılmışdır. Bu məqalədə həmin dövrdən bu günə qədər mühacirətdə dərc olunmuş müxtəlif nəşrlər haqqında məlumat verilir.  


РЕЗЮМЕ
АЗЕРБАЙДЖАНСКАЯ ЛИТЕРАТУРА ЭМИГРАЦИИ
             Азербайджанская литература эмиграции начала формироваться вначале ХХ века. Тем не менее, эта тема оставалась труднодоступной в советскую эпоху и лишь с  конца 1980-х годов стала объектом внимания и изучения исследователей. В этой статье дается нформация о выходе с этих самых пор поныне различных публикаций в эмиграции.


PhD Vazeh Əskərov
vazeh2000@yahoo.fr

Aucun commentaire: