Nombre total de pages vues

jeudi 10 décembre 2015


Miçiqan Universitetinin professoru Stephen
L. Desjardins ADU-da olub



ADU-nin İnformasiya Resurs Kompleksinin Amerika mərkəzində ABŞ səfirliyinin Spiker Proqramı çərçivəsində dəyirmi masa keçirildi. Daha sonra tədbir Miçiqan Universitetinin professoru Stephen L. DesJardins Magistratura və Doktarantura fakültəsində təhsil alan tələbələrə “Ali təhsildə Tətqiqat İnstitutu” mövzusunda mühazirəsi ilə davam etdi. Elmi araşdırma sahəsində tələbələrə maraqlı və faydalı məlumatlar verən professor tələbələrin suallarını da cavablandırdı. Tədbirin “tələbə uğuru” adlı növbəti bölməsində professor Stephen L. DesJardins tələbələrə Amerikada orta və ali təhsil sistemi ilə bağlı ətraflı məlumat verdi və onların suallarını cavablandırdı.

La naissance de l'école de CHICAGO

    La sociologie moderne se détache des modes de pensée précédente des années 1920. Elle n’est ainsi pas en mesure de pratiquer à l’égard d’un lointain passé leur discipline et les oeuvres de leurs précurseurs. Il faut aussi noter que pendant un certain moment les travaux de sociologues n’étaient pas stables. Surtout entre les deux guerres, à partir des années trente, ces ouvrages restaient ignorés. Pourtant, cette indifférence relative et ce désintérêt partiel sont compensés pour une tendance contemporaine à la relecture des oeuvres fondatrices et par l’usage des concepts centraux de la sociologie de cette période.


   La sociologie de l’immigration distingue traditionnellement deux problématiques: celle de l’immigration et celle de l’installation des immigrés. La première étape traditionnelle étudie les causes et les origines de l’immigration, le déplacement jusqu’à l’arrivée dans le pays d’accueil. La deuxième étape traditionnelle de l’immigration se concentre sur l’intégration, l’acquisition d’une position sociale, économique ou politique, dans le pays d’accueil. Les recherches de l’École de Chicago produites entre 1910-1940 constituent les textes fondateurs de la sociologie de l’immigration conduite par des enseignants et des étudiants de l’Université de Chicago. La sociologie de Chicago se caractérise avant tout par sa recherche empirique. Au début, les recherches étaient orientées vers des enquêtes sociales. L’École de Chicago développe des méthodes originales de recherche en utilisant les documents personnels, travail sur les terrains systématiques et diverses sources documentaires en faisant une sociologie quantitative (Coulon, 2004).

          Occupant la troisième place des États-Unis par sa population, largement accrue à la fin du XIXème siècle par l’arrivée en masse de migrants américains et d’immigrants étrangers, la ville de Chicago devient une cité industrielle, un centre de commerce et une bourse prospère. Elle est, en effet, l’une des villes des États-Unis qui connaissent le développement le plus rapide dans la deuxième moitié du XIXème siècle. Les facteurs de ce développement sont multiples : la ville est un lieu d’implantation des industries liées à l’agriculture des plaines du Middle West avec des abattoirs et des fabriques d’instruments agricoles. Un des principaux fabricants de wagons, la société Pullman, s’installe à Chicago. Elle est le siège d’importantes industries sidérurgiques, d’imprimerie, de textiles et de traitements de cuir. Par ces emplois, la ville attire une masse d’immigrants venus par vagues successives de toutes les parties de l’Europe: Allemagne, Irlande, Suède, Pologne, Russie, Slovaquie, Italie, Lituanie et République tchèque. Si en 1840, sa population est de 4500 habitants, en 1870 elle atteint 300 000 habitants, 500 000 en 1880, 1 700 000 en 1900, 2 700 000 en 1920. Vers l'année 1900, environ la moitié des habitants de Chicago sont nés à l’étranger (Guth, 2004).

       Au cours de son développement, la ville, périodiquement agitée par des conflits sociaux opposant les immigrants les plus récemment arrivés sur les conditions de travail et de rémunération, est devenue une agglomération cosmopolite.

         Chicago était l’une des villes oùles classes moyennes devaient affronter les problèmes urbains comme la pauvreté chronique d’un Fraction importante de la population. La définition de ces problèmes urbains est en relation dialectique avec le développement de différents mouvements sociaux, comme ceux du mouvement ouvrier et de réforme qui amène aux affrontements entre employeurs et ouvriers et enfin à des grèves qui sont très fréquentes à Chicago à cette époque-là. Par exemple, entre 1893-1894, une baisse des salaires entraîne une longue grève des ouvriers de l’usine de constructeur de matériel de chemin de fer Pullman, implanté dans le sud de la ville (Coulon, 2004).

        Les changements structurels économiques et démographiques s’accompagnent de changements sociaux. Le statut social tient de plus en plus à la compétence acquise. Cela veut dire que la transformation des fondements de l’ordre social était plus apparente que réelle. Dans l’ensemble de la population, la conjonction du talent, de la formation et de la situation sociale n’était pas équilibrée.

574949       En 1889, la fille d’un sénateur Quaker, Jane Addams, diplômée en 1881 d’un établissement d’enseignement supérieur féminin, s’installe dans Hull Hause, l’un des quartiers pauvres de Chicago. Étant un peu moins élitiste que ses prédécesseurs britanniques, elle propose d’offrir avec son ancien collègue des services sociaux et culturels, ainsi qu’un lieu de rencontre et de réunion aux immigrants. Durant les années suivantes, Hull Hause devient le centre d’activités variées et culturelles et provoque chez les nombreuses jeunes femmes l’envie de poursuivre leurs études à l’Université de Chicago.

        La nouvelle Université ouvre ses portes en octobre 1892, grâce à la générosité de John Rockefeller qui n’a pas fait d’études supérieures. À l’issue d’une longue négociation, il propose 1 million de dollars à condition de trouver d’autres donateurs. Pendant les vingt premières années d’existence de l’Université, Rockefeller y consacrera 35 millions de dollars de sa fortune. Parmi les donateurs, on trouve le nom de Marshall Field, le propriétaire d’un des grands magasins de la ville, ainsi que des Juifs d’origine allemande1.

       Le président de l’Université, William Harper (1856–1906) s’engage à élargir le champ d’action de l’Université et demande à Albion Small (1854-1926) de fonder et diriger le nouveau département d’Anthropologie et de Sociologie qui jouera un rôle important dans le mouvement de réforme des services sociaux de Chicago.

       La première école de Chicago s’achève avec la Seconde Guerre mondiale au moment où la sociologie américaine est devenue plus quantitative et plus diverse sur le plan théorique.

         L’étude de l’installation des migrants constitue l’un des objets fondateurs de la sociologie américaine, oùla sociologie de l’immigration n’a jamais été considérée comme un sujet mineur. Les chercheurs américains, utilisant la ville de Chicago comme un laboratoire social, prennent les relations ethniques et raciales comme objet d’étude. L’École de Chicago constitue une entreprise scientifique et militante avec la composition des travaux de ses trois fondateurs, Robert Park, Ernest Burgess et William Thomas et aussi les 78 thèses produites entre 1919 et 1935 (Coulon, 2004).

1. http://www.uchicago.edu/about/history.shtml


Bibliographie.

1.ASGAROV Vazeh (2014), L'immigration des Azerbaïdjanais, PAF, 424 p.
http://www.amazon.fr/Limmigration-Azerba%C3%AFdjanais-g%C3%A9n%C3%A9rale-histoire-perspectives/dp/3841622224
2. COULON Alain (2004), L’école de Chicago, Que sais-je ? Paris, Presses universitaires de France.
3. GUTH Suzie (2004), Chicago 1920. Aux origines de la sociologie qualitative, Paris, Tétraèdre.


VAZEH

“Peşəkar musiqiçi olmaq istəyirdim” -Hobbim




Vazeh Əsgərovun fikrincə, müəyyən yaş dövrlərində insanların hobbisi və maraq dairəsi dəyişir

Elə bir insan yoxdur ki, onun əlavə məşğuliyyəti olmasın. İnsan boş vaxt tapan kimi hobbiləri ilə məşğul olur və bundan zövq alır. Rubrikamızın qonağı Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, müasir tarix üzrə fəlsəfə doktoru Vazeh Əsgərovdur. Vazeh müəllimlə ona mənəvi qida verən hobbisi haqqında danışdıq.

Hobbi - boş vaxtın dəyərləndirilməsi

Vazeh Əsgərovun hobbisi idmanla məşğul olmaq və klarnetdə musiqi ifa etməkdir. Müsahibimiz hesab edir ki, bəzi insanlar hobbinin əhəmiyyətinin fərqinə varmır, bu keyfiyyətlərini kəşf etmirlər: “Hər bir insanın maraq dairəsi olur. Hobbi boş vaxtın dəyərləndirilməsidir. İbtidai icma quruluşundan bu vaxta qədər passiv və aktiv insanlar olub. Soyuq bölgələrdə yaşayan insanlar qida əldə etmək üçün daha çox aktivlik nümayiş etdiriblər. İsti yerlərdə məskunlaşan insanlar çox enerji itirmədikləri üçün daha çox vaxtlarını günün altında dincələrək keçiriblər. Boş vaxtları daha çox olduğu üçün cənub hissələrdə yaşayan insanların hobbiləri daha çox olur. Hobbi asudə vaxtın qiymətləndirilməsidir. Hər bir şəxsin hobbisi olur. Amma əsas olan bizim onu necə kəşf etməyimizdir. Elə insan var ki, hobbiyə adi bir şey kimi baxır. Elə insan da var, bundan yararlanaraq həyatını qurur. Və məhz onun üzərində yaşayır, yaradır. Həyat təcrübəmə əsaslanaraq düşünürəm ki, insanların əksəriyyəti öz sevdikləri işlə məşğul deyillər. Mənim tanıdığım insanlar var idi ki, bir fakültədə oxuyurduq. Amma onların çox gözəl rəsm çəkmək qabiliyyəti var idi. Dilə, ümumiyyətlə, həvəsləri yox idi. Düşünürəm ki, həmin insan vaxtında musiqiyə, heykəltaraşlığa yönəldilsəydi, daha çox xoşbəxt olardı. Belə insanlar hobbilərini inkişaf etdirməli, həyatlarını onun üzərində qurmalıdırlar”.

“İnsanların maraq dairələri dəyişir”

Müsahibimizin musiqi duyumu ona atasından keçib. Həmsöhbətimiz deyir ki, klarnetə o qədər bağlı olub ki, 9-cu sinifdə peşəkar musiqiçi olmaq istəyib: “İdmanla məşğul olmaq və klarnetdə musiqi ifa etmək mənim ən böyük hobbimdir. Futbol, voleybol, tennis, şahmatla da məşğul oluram. Sağlamlığımı qorumaq və formada qalmaq üçün həftədə heç olmasa 2 dəfə idman edirəm. Lakin işlərimin çoxluğuna görə musiqi arxa planda qalıb. Amma bəzən tədbirlərdə klarnetdə ifa etməyi o qədər istəyirəm ki...”.

Həmsöhbətimiz hesab edir ki, müəyyən yaş dövrlərində insanların hobbisi, maraq dairələri dəyişir: “Hobbi hər hansı bir bağlılıqdır. İnsanların müəyyən yaş dövrlərində hobbisi, maraq dairələri dəyişir. Hobbi bəzən hansısa kolleksiya ilə başlayır. Kimsə nəyisə toplayır, seçir, yığır. Mən Fransada oxuyanda bir tanışım var idi və məktub markalarını toplayırdı. Uşaqlıqda bütün uşaqların maraq dairələri fərqli olur. Məsələn, mən uşaqlıqda saqqızdan çıxan, qəzetdən kəsdiyim şəkilləri toplayırdım. Amma yaş keçdikcə bu istəyim dəyişdi. İndi isə boş vaxtımı idman və musiqiyə həsr edirəm. İdmanı çox xoşlayıram. Qeyri-peşəkar şəkildə məşğul oluram. Mən futbol oynamağı daha çox sevirəm, nəinki futbol izləməyi”.

“Hər dəfə beynimdə ifa edirəm”

Müsahibimiz klarnetdə ifa etməyi sevsə də, gecə-gündüz klarnet həsrəti ilə yaşayıb. Sovet dövründə Azərbaycanda bu aləti tapmaq çətin olduğu üçün bir il klarneti olmayıb: “İlk klarnet müəllimim atam olub. Sovet dövründə hər kəs övladını musiqiyə yönəldirdi. Atamın gözəl musiqi ifa etmək qabiliyyəti var idi. Həm də gözəl rəsm çəkirdi. Rəsm çəkmək qabiliyyəti qardaşıma, musiqi qabiliyyəti isə mənə keçdi”. 

V.Əsgərov deyir ki, onun ictimai fəaliyyəti hobbilərini həyata keçirməyə mane olub: “Fransadan Bakıya qayıdandan sonra hobbilərimə çox vaxt ayıra bilmirəm. Həftədə bir-iki dəfə mütləq şəkildə idmanla məşğul olmağa çalışıram. Amma klarnetlə məşğul ola bilmirəm. Baxmayaraq ki, klarnet gözümün qabağında olur, hər dəfə beynimdə ifa edirəm, barmaqlarım oynayır, amma vaxtım olmur. Birincisi, evə gec qayıdıram, o vaxt klarnetdə ifa edə bilmərəm. Həftəsonu isə övladlarımla vaxt keçirirəm”.

Hansı musiqilərə qulaq asdığına gəldikdə isə, müsahibimiz deyir ki, köhnə filmlərdə ifa olunan bütün musiqiləri sevir: “Xalq musiqiləri və muğamlarımıza qulaq asmağı sevirəm. İnsan kamilləşməyə qədəm qoyduqda bu musiqini anlamağa başlayır. Mən bütün musiqiləri bəyənir, qulaq asıram. Müəyyən səslər var ki, o səslərin ecazkarlığı məni onları dinləməyə vadar edir. Köhnə filmlərdə səslənən bütün musiqiləri dinləməyi xoşlayıram. Xalq musiqimizə sevə-sevə qulaq asıram”.

Aygün ƏZİZ
Tarix: 28.11.2015 | Saat: 12:35:00 

http://kaspi.az/news.php?id=25460
 
 
 
 
 
 

mercredi 9 décembre 2015

La question de l’émigration azerbaïdjanaise après la restauration de l’indépendance en 1991.
Les raisons politico-sociales et économiques

          À la fin du XXème siècle le monde se trouva complètement modifié lié avec la chute du mur de Berlin en 1989 et l’effondrement de l’URSS en 1991. Les conséquences diverses, la politique de la perestroïka et de la glasnost passèrent aux négociations de désarmement et l’URSS se retira des conflits où elle fut engagée (Afrique, Afghanistan). L’accélération de l’éclatement de l’URSS créa des guerres entre les peuples des anciennes républiques soviétiques et céda la place à CEI (Communauté des États indépendants)1. La division de certains états en Europe comme l’ex-Yougoslavie et l’ex-Tchécoslovaquie, la création de nouvelles zones de conflit (Haut-Karabakh, guerre des Balkans) et aussi la proclamation de pays indépendants comme Azerbaïdjan en octobre 1991, étaient les conséquences du changement du pouvoir et la fin de l’ère soviétique.
        La désagrégation de l’URSS ouvre les frontières et la migration massive de la population reprend. Cette nouvelle vague de migration essentiellement vers les pays occidentaux avait des raisons différentes : immigration de main-d’oeuvre, flux d’étudiants ou fuite des cerveaux, migration clandestine ou de réfugiés politiques, etc. La grande majorité des migrants s’installent alors en Allemagne, en Israël et aux États-Unis.
         L'effondrement du système socialiste celui de l'Union soviétique provoque à une mobilité massive de migrants présentant essentiellement une migration de main-d'oeuvre, bonne marchée et sans pouvoir politique. Les réformes socio-économiques, l'instabilité politique dans les anciennes républiques soviétiques conduisirent à un chômage de masse, à l'appauvrissement de la population. Les personnes en quête du travail émigrèrent à travers le monde, mais beaucoup choisirent d'aller en Russie qui était encore facilement accessible à cette période avec un passeport soviétique. En Russie, le flux migratoire a fortement augmenté et est vite devenu incontrôlable. Le nombre de migrants n'était pas en milliers, mais en millions. Pour de nombreux pays, le problème particulier était la migration illégale. L’accord de Bichkek signé en octobre 1992 prévoyait la libre circulation des personnes (sans visa) au sein de la CEI (Azerbaïdjan et Ukraine exceptés). Seulement en 2000, la Russie dénonça les accords de Bichkek et inclut des accords bilatéraux pratiquement avec tous les États de la CEI. À partir de décembre 2000, la République d’Azerbaïdjan est rejointe à la convention pour lutter contre la migration clandestine dans les pays de CEI.
       Après 70 ans du communisme, tous les pays soviétiques commencèrent à construire un état indépendant démocratique. Cette voie devient difficile aussi pour l’Azerbaïdjan. En effet, à partir de 1987, le peuple azerbaïdjanais a rencontré le problème de réfugié. Des milliers d’azerbaïdjanais d’Arménie sont expulsés de leur terre. À partir de 1992, le conflit du Haut- Karabakh devint militaire plus sanglant et causa l’augmentation du nombre de réfugiés. À la veille du cessez-le-feu en 1994, le nombre des réfugiés atteint 1 million de personnes. D’une part, la chute de l’URSS et d’une autre, la guerre comme l’instabilité du pouvoir en Azerbaïdjan ont provoqué l’émigration de la population. À cette période, la plupart des Arméniens, Russes, juifs, mais aussi des Azerbaïdjanais ou les membres d’autres minorités ont quitté le pays.
          Les raisons de l’émigration du peuple azerbaïdjanais sont différentes. Elles sont essentiellement liées avec la sécurité, surtout avec le conflit arméno-azerbaïdjanais qui a laissé des traces dans l’économie. Les émigrés s’installaient particulièrement dans les pays de la CEI, particulièrement en Russie et en Ukraine, aussi qu’en Allemagne, en Israël, aux États- Unis, etc. D’après M. Sardarov, 84,7 % des émigrants s’installent dans la Fédération de Russie, 6,3 % en Ukraine, 2,6 % en Israël, 0,9 % aux États-Unis, 0,9 % en Allemagne (Sərdarov, 2004 : 68-78).
    Pendant l’époque soviétique, on comptait une dizaine d’associations azerbaïdjanaises à l’étranger insignifiant pour créer une diaspora. Après la restauration de l’indépendance, le nombre de ses associations augmente jusqu’à 250. Avec cette indépendance retrouvée, la vie diasporique connaît un fort enthousiasme (Rizvan, 2002). Le Janvier Noir de 1990, la tragédie de Khodjali, l’occupation de 20 % du territoire du pays et des milliers de réfugiés poussèrent les Azerbaïdjanais à aller à l’étranger et à se mobiliser autour des associations. Justement, après ces événements, la plupart des immigrés anciens ou récents surtout en Europe, aux États-Unis, devinrent plus actifs.
        Malgré toutes les difficultés financières considérables et l'absence d'expérience, les émigrés gardent le lien avec le pays et aspirent par tous les moyens au renforcement et à l'élargissement des relations avec lui. Cependant, nous ne pouvons pas parler aujourd’hui de diaspora azerbaïdjanaise du fait qu’elle n’est pas encore formée en tant qu’institution au lobby dans les pays où vivent les ressortissants azerbaïdjanais2. 
         L’émigration de la population dans la deuxième moitié du XXème siècle était significative aussi chez les Azerbaïdjanais du Sud. Cette instabilité commença bien avant de l’effondrement de l’URSS. Des milliers des gens quittèrent le pays à la suite de la révolution de 1979 qui transforme l’Iran en République islamique, provoquant l’État impérial d’Iran de la dynastie Pahlavi. À cette période, l’Iran étant toujours le pays d’accueil de l’une des plus grandes populations de réfugiés de la région, deviens un pays d’émigration. La Révolution iranienne a exercé un profond impact sur la dynamique de l’émigration iranienne, entraînant une augmentation considérable des flux migratoires. Entre 1980 et 1985, des dizaines de milliers d’Iraniens introduisent une demande d’asile en Occident. La guerre entre l’Iran et l’Irak (1980 à 1988) a introduit aussi une nouvelle phase dans l’exode de réfugiés iraniens. Les réfugiés furent d’abord pour la plupart, des « monarchistes »: sinistres, hauts fonctionnaires et cadres supérieurs du régime du chah ou encore proches de la famille Pahlavi. Comme ils étaient tous menacés d’être exécutés ou incarcérés pour longtemps, le choix était de s’enfuir en Occident avec leurs familles, surtout en France, Allemagne, Royaume-Uni et États-Unis. Le régime islamique, venu au pouvoir après la révolution, niait la différence ethnique entre Perses et Azerbaïdjanais. Malgré le fait que certaines importantes figures du régime (par exemple l’ayatollah Ali Khamenei) étaient d’origine azerbaïdjanaise, le pouvoir n’hésitait pas de briser la lutte et d'exécuter les Azerbaïdjanais par centaines.


1. La Communauté des États indépendants (CEI) a été créée le 8 décembre 1991 par la Russie, l’Ukraine et la Biélorussie. Elle est fondée sur les principes de l'égalité souveraine de tous ses membres et présente une entité intergouvernementale composée de 11 de 15 républiques soviétiques. L’Azerbaïdjan fait partie de la CEI depuis le 24 septembre 1993.

2. Sur le sujet lire l’article de Bayram Balci « La place de la diaspora azerbaïdjanaise », Eur Orient, N° 28, 2008.


Bibliographie.
1. Vazeh Asgarov "L'immigration des Azerbaïdjanais: L'immigration générale des Azerbaïdjanais, histoire et perspectives: le cas de la France", 2013 PUF, 424p.

mardi 8 septembre 2015


     

Ədəbiyyatımızın Alim ƏSGƏRİ


     Fransada doktorluq dissertasiyasını müdafiə edib Bakıya qayıtdiqdan sonra və 2013-cü ildən Azərbaycan Dillər Universitetində işləməyə başlayanda ilk həmsöhbətlərimdən biri məhz Universitetimizin tanınmış professoru Əsgər Zeynalov olmuşdu. Həm eyni şöbədə işləməyimiz, eyni zamanda da ikimizin də fransız dili mütəxəssisi olmağımız bizi daha da yaxınlaşdırır və maraqlı söhbətlərimizə xüsusi malarlar qatırdı. Çox çəkmədi ki, Əsgər müəllimin yaradıcılığı ilə daha da yaxından tanış olmağa başladım və tale elə gətirdi ki, professorun fransız dilində yazdığı “Hüqo-fransız ədəbiyyatının milyarderi”, Dövlət mükafatı almaq üçün təqdim olunan “Hugo” və Fransada işıq üzü görmüş “Hugo- Milliardaire de la litterature francaise” eləcə də "1802-Le siècle avait deux ans" kitablarına redaktorluq etmək kimi məsuliyyətli bir iş mənə həvalə olundu.
      Bu dörd kitab ilə işlədiyim zaman ərzində professor Zeynalov ilə mənim üçün yenilik olan bir sıra məqamlar haqqında saatlarla söhbətlər aparmış və professorun nəinki Azərbaycan oxucusu, eləcə də Fransa və Dünya ictimaiyyəti üçün etdiyi bir sıra açıqlamaların şahidi olmuşam. Bu kitabda Viktor Hüqonun Dünya ədəbiyyatına bəxş etdiyi əsərlər ilə yanaşı, eyni zamanda onun İslam dininə olan münasibəti də geniş izah olunmuşdur. Bildiyiniz kimi V. Hüqo Məhəmməd peyğəmbərə 3 poetik kitab həsr etmişdi: “Hicrinin doqquz ili”, “Məhəmməd”, və “ Sidr ağacı”. Lakin bu haqda olan məlumatlar uzun illər ərzində ictimaiyyətdən gizli saxlanılmışdi. Son illər Hüqonun İslam dininə olan münasibəti artıq fransalı müsəlman araşdırmaçıları tərəfindən öyrənilməyə başlamışdı.
      Professor Əsgər Zeynalovun fransız dilində yazılmış və fransız ədəbiyyatına həsr etdiyi 10-dan artıq kitabı və 100-dən artıq müxtəlif qəzetlərdə dərc olunmuş elmi-publisistik məqaləri mövcuddur. Ümumilikdə isə, 25-dən artıq kitabın, 350-dən çox elmi-publisistik məqalənin müəllifi olan Əsgər müəllim hər zaman tədqiqatlarında yenilik axtarmış və maraqlı faktlar ortaya qoymağa çalışmışdı. Azərbaycan ədəbiyyatşünaslığında Volter və Hüqo haqqında ilk monoqrafiyalar da onun qələminə məxsusdur.

      Onun Azərbaycan ədəbiyyatşünaslığında etdiyi bir sıra yeniliklər, o cümlədən Volter və Victor Hüqo haqqındakı araşdırmaları təkcə Azərbaycanda deyil, eləcə də fransız ədəbiyyatı və fransız ictimayyətində də geniş əks-səda yaratmışdır. Təsadüfi deyil ki, Fransanın məhşur “L’est Republicaine” qəzeti Əsgər müəllimi “Victor Hüqonun azərbaycanlı mütəxəssisi” kimi təqdim etmişdir.
  Professor Əsgər Zeynalov Azərbaycan ədəbiyyatşünaslığında yeganə tədqiqatçılardandır ki, fəlsəfə doktorluğu dissertasiyasını Azərbaycan dili ilə bağlı, elmlər doktorluğu dissertasiyasını isə başqa bir dillə - Fransız dili ilə bağlı yazmışdır. O, erməni qaynaqlarında axtarışlar aparan sonuncu azərbaycanlı alimlərdən biridir. Uzun illər tədqiqatçı İrəvan Əlyazmalar İnstitutu – Matenadaranda, İrəvan Xalq yaradıcılığı Evi, Ədəbiyyat və İncəsənət muzeyində axtarışlar apararaq, 550-dən artıq Azərbaycan bayatılarını həmin qaynaqlardan toplamış və sübut etməyə çalışmışdır ki, ermənilərdə bayatı olmamış, onlar uzun əsrlər boyu Azərbaycan bayatılarından istifadə etmişlər.

       Mən Əsgər müəllimə möhkəm can sağlığı diləyir və yeni-yeni tədqiqatlar apararaq həmişə biz oxucuları sevindirməyini arzulayıram.

VAZEH

mercredi 2 septembre 2015


  
Study Visit to Austria and the Czech Republic
(May 24-30, 2015)


I state with immense pleasure that with the support of the Ministry of Education of the Republic of Azerbaijan I have been represented as a staff member of Azerbaijan University of Languages at the "Implementation of the Bologna Process" training program held on May 24-30, 2015 in Austria and the Czech Republic. Visiting these two countries within a short period of time and taking part in various meetings at higher education institutions, Ministry of Education, Quality Assurance Agencies and other institutions in both countries were significantly important to me.
 Following the agenda, during the first three days we visited Quality Assurance and Accreditation Agency, Federal Ministry of Science, Research  and Economy, Institute of Scientific Research at Campus Wien as well as University of Natural Resources and Life Sciences in Boku. We had interesting meetings with different people on the implementation of the Bologna process, Quality Assurance and Management, higher education in Austria and its management.
 In the next days, we held meetings at several universities having a long history such as Palacky, Masaryk, Charles universities as well as the Ministry of Education, Youth and Sports and the University of Econmics, Prague. At the Czech institutions mentioned above, we were familiarized with the development of higher education, reform and professional development, developing internal QA system, the role and status of students in this process, their representation as well as obligations of students in QA, doctoral programs, implementation of the Bologna process in Czech higher education system, accreditation commissions, rules of reform and self-governance of higher education institutions.
I would like to include in my report a number of issues that caught my attention:
1.     New viewpoint on education management, necessary knowledge and skills as well as experience of various institutions
2.     The role of different degrees, levels and methods used in QA at higher education institutions
3.     Implementation of curricula and its effect on QA in the educational process
It can be concluded that higher education institutions and leading authorities in the field operate with excellent education standards and norms on the basis of form and structure pursuant to the requirements of the Bologna process. The management of education systems is carried out online in order to ensure the transparency of the activity of higher education institutions as well as conduct monitoring and evaluation within universities. Other interesting issues include conducting internal and external evaluation, rating department staff and its mechanism. The work done to enhance the scientific potential of universities and improve their rankings can also be considered significant. Benefiting from international experience in order to comply with modern norms of education and participating at a variety of international projects serve to improve the reputation of higher education institutions.
There is an interesting mechanism of internal and external quality assurance at Palacky University. In accordance with the rules of procedure, there are special education programs in which calculation of credits and training mechanisms have been used. The support of the organizations established within the university can be considered to be crucial for conducting recruitment, the mechanism of self-evaluation of students and evaluation of them by teachers, information and training resources, student support, continuity of education and its completion as well as providing students with jobs.
There are certainly no elements of nationalism in education, but the issues of adapting national education systems to international ones, expanding local relationships as well as the relationships between universities and international organizations benefiting from different international programs, elaborating student exchange programs and instructing lessons in various foreign languages in order to increase the number of interntional students, are being studied.
I believe that quite a lot of regular international meetings are carried out on education management and quality assurance by the Ministry of Education of the Republic of Azerbaijan. Inviting university authorities to such events is a significant step. I am very confident that these events aiming at the development of education in Azerbaijan, will help to determine the strategic goals of education in the country and the measures to be taken.


Dr. Vazeh Asgarov
Azerbaijan University of Languages
Vice-Rector for Academic Affairs

jeudi 25 juin 2015

Miqrasiya məsələləri, Azərbaycanda sosioloji fikirlər və
Azərbaycan diasporunun formalaşması

Miqrasiya: sosial hadisələr və nəzəri prinsiplər kimi
Mühacirətin siyasi səbəblərini, sosial həyatın prinsiplərini, müxtəlif ölkələrdə miqrantların qəbul edilmə mexanizmlərini araşdırmaqdan öncə Sosiologiyanın tarixini, sosial mühacirətı və bir neçə tanınmış sosioloqların konsepsiyalarını analiz etmək yerinə düşərdi.
Sosiologiya bir elm kimi XIX əsrdə meydana gəlmiş və 1830-1930-cu illər arasında formalaşmışdır. Bu proses üç əsas spesifik hadisə ilə səciyyələnir: sənayeləşmə, urbanizasiya və institutların demokratikləşməsi. Əlbəttə ki, bu dövrə qədər də Platonun, Hobbesin, Loskenin, Humenin, Monteskiyö və Russo kimi mütəfəkkirlərin cəmiyyət ilə bağlı fikirləri mövcud idi. Onların səsləndirdikləri fikirlərdə həmişə fəlsəfi və mənəvi meyllilik hiss olunur ki, bu da Sosiologiyanın bu dövr ərzində formalaşması üçün prosesləri kölgədə qoyur.
Sosiologiyanın tarixini araşdırmaq bizə iki əsas dövrü öyrənməyi əsas verir:
1.   Fəlsəfi, sosial, siyasi və tarixi fikirlərə əsaslanan və XVIII əsrə qədər davam edən ümumi sosiologiya;
2.      İkinci dövr özü üç böyük hissələrə ayrılır;
a)      İlk pionerlər olan Karl Marks, August Comte
b)   Təsisçilər, Amerika sosioloqları və Maks Veber, eləcə də Durkheimin əsərləri
c)      Varislər, müasir sosiologiya.
Tarixçilərin fikirlərinə görə təsisçi qəhramanlar adətən şərqdən gəlir və yerləşmək üçün qərbə yönəlirlər. İlk köçəri ovçular da məhz eramızdan 400 000 il əvvəl Orta Paleolit dövründə Şərqi Afrikadan o vaxtlar hələ insan izi olmayan Avropaya Orta Şərqdən keçərək gəlmişlər. İlk insan Günəşin firlanma istiqamətini tutaraq Asiyanın qərbindəki torpaqlara qədər yerləşmişdi. Eramızdan qabaq III əsrdən etibarən Asiyanın səhralarından Avropaya hind-avropalıların köçü başlayır. Yeni tarixi araşdırmalar sübut etməyə çalışır ki, bütün millətlər mühacir axınları zamanı müxtəlif əhalinin sürətli qarışığından əmələ gəlmiş, formalaşmış və dövrlərdən asılı olaraq bu proses sürətli və ya asta templə davam etmişdir. Məsələn, bizim eranın IV və VII əsrlərindəki işğallar insanların yerdəyişməsini daha da sürətləndirdi və eləcə də Roma imperiyasının süqutu zamanı mədəni və sosial mənzərəni tamamilə dağıtdı.
Müasir mühacirət avropalıların Amerika qitəsinə köçü ilə səciyyələnir. Minlərlə insan axını “yeni həyat” axtarışı ilə yad məkana axışır. Bu köçün cəmiyyət üçün müxtəlif səbəbləri var. Belə ki, burada söhbət təşkilli surətdə və ya kölə, eləcə də iş və pul qazanmaq üçün mühacirət edənlərdən söhbət gedir.
Bu gün mühacirətin baş vermə səbəblərini araşdırarkən ortaya iqtisadi, demoqrafik, siyasi və s. məsələlər çıxır. Rəqəmlərə nəzər saldıqda aydın görünür ki, hər il bir milyondan artıq insan öz ölkəsini müxtəlif səbəblərə görə, əsasən də iqtisadi çətinliyə görə tərk edir. Bir o qədər də insan sığınacaq almaq üçün çalışır. Dünya ölkəsinin 125 milyon nəfəri doğulduğu ölkə hüdudlarından kənarda yaşayır. Bu rəqəmlər dünya əhalisinin 2,5%-i təşkil edir[1].
İmmiqrasiya siyasətini araşdıran fransalı tədqiqtçı Maxime Tandonnet üç model təklif edir[2]:
         1) Əhalinin köç edərək yerləşməsi əsasən üç qərb ölkəni (ABŞ, Kanada, Avstraliya) əhatə edir və bu, əsasən immiqrasiyanın gələcəyini və dinamizmini tərənnüm edir.
       2)   İmmiqrasiya hüququ (Cenevrə Konvensiyası 1951)[3]. Bu model birincidən çox fərqlənir və daha çox insanlar üçün kvota tələb etməyən Avropa mühacirətinə aiddir. Belə ki, əsrlər boyu avropalılar özləri işğal və köçlərin səbəbkarı idilər. İndi isə həmin avropalılar öz torpaqlarında yerləşmək üçün miqrantlara qanunlar tətbiq edirlər. Müəllif həmçinin qeyd edir ki, bu gün Qərbi Avropa bu forma mühafizəkar mühacirətdən imtina edir.
       3)    Üçüncü növ isə qeyri-stabil mühacirətdir ki, bu əsasən əmək fəaliyyəti ilə əlaqədardır. Bu mühacirət növü bütün dünya sakinlərinin mühacirəti ilə bağlıdır ki, bu halda mühacirlər uzun müddətli oturum sənədlərinə ümid bəsləyə bilməz və yerləşdiyi ölkədən iş müqavilələrinin müddətinədək çox oturum haqqında icazə ala bilməz.

Sosiologiya və Azərbaycanda sosioloji düşüncələr
Azərbaycanda sosioloji fikirlərə qədim zamanlardan rast gəlmək olur. Belə ki, Avestada yaxşı ilə pisin, xeyir və şərin müqavimətini əks etdirən səhnələrə rast gəlinir. Nizami Gəncəvi, Siracəddin Urməvi, Nəsrəddin Tusi öz əsərlərində hüquqi münasibətə, dövlət idarəçiliyi, ailə məsələlərinə geniş yer aryırırdılar. Məsələn, Urməviyə görə cəmiyyət insan orqaniziminə bənzəyir və onun idarəçiliyi başçıdan asılıdır. XIX əsrin əvvəllərində M.F.Axundov və A.Bakıxanov öz əsərlərində ictimaiyyətə sosioloji məsələlərdən bəhs edir. Daha sonralar biz Məhəmməd Hadinin, Hüseyn Cavidin, Abdulla Şaiqin yazılarında sosioloji problemlərə müraciətləri görürük. XX əsrin əvvəlləri öz ictimai fəaliyyətləri ilə dahi M.Ə. Rəsulzadə, Ə. Hüseynzadə, Ə. Ağaoğlu, Ü. Hacıbəyov və s. yeni cəmiyyətin qurulmasında (ADR) böyük rol oynamışlar.
Bolşeviklərin hakimiyyətə gəlişi ilə elmin sosial fikirlərə olan münasibəti də dəyişdi və Sosiologiya elmi burjua təbəqəsinə aid edildiyinə görə cəmiyyətdə qadağan olundu. 20-ci illərin əvvələrində universitetlərdə və akademiyalarda Sosiologiya sosial elmlərlə birləşdirilərək ictimaiyyət elmi adı altında tədris olunmağa başladı. 1924-cü ildən etibarən SSR-i ərazisində Sosiologiya bir elm kimi ləğv olundu və Sosiologiya sözünün də işlənməsi qadağan olundu[4]. Yalnız 60-cı illərdə yenidən Sosiologiyanın “hüququ” bərpa olundu. Əsas səbəblərdən biri Sovet məkanında yaşayan müxtəlif xalqların və eləcə də millətlərarası münasibətlər idi. Belə ki, SSR-i çoxmillətli bir dövlət idi və əhalisinin 45% ni qeyri-ruslar təşkil edirdi[5]. Məhz Xruşovun kommunist partiyasının 1956-cı il XX iclasındakı çıxışından sonra Sovet Sosiologiya Assosiasiyasının (1958) yaradılmasına təkan oldu. 1964-cü ildə SSR-i məkanında ilk dəfə bütün respublikaların sosial elmlər üzrə tədqiqatçılarının konfransı təşkil olundu. 1966-cı il isə Sovet sosioloqları ilk dəfə Evianda (Fransa) baş tutmuş VI beynəlxalq sosioji konqresdə iştirak edirlər.
Bu hadisədən sonra Azərbaycanda da Sosiologiya elminə yeni maraq müşahidə olunur və ilk dəfə olaraq 1968-ci ildə C.T.Əhmədlinin və V.Ə. Paşayevin “Burjua sosiologiyanın tənqidi” və 1972 C.T.Əhmədli və J.Sogomonovun “Sosiologiyaya dair söhbətlər” adlı kitabları işıq üzü görür. Bu iki əsər ilə Azərbaycan oxucusu Sosiologiyanın bir sıra vacib problemləri ilə, eləcə də sosioloji biliklərin müxtəlif səviyyələri ilə yığcam şəkildə tanış olur və bundan sonra daha sanballı sosioloji tədqiqatlar aparmağa maraq göstərir. Bu dövrün sosioloji baxışları bəzi ideoloji ehkamlardan azad olmasa da, gələcəkdə bu sahədə tədqiqatların aparılmasına geniş istiqamət vermişdi.
Müstəqilliyin bərpasından sonra Azərbaycanlı sosioloqlar Sosiologiyanın yeni struktur və mexanizmlərini işləyib hazırladılar. Hal-hazırda keçən dövr ərzində Sosiologiya bir elm kimi Azərbaycan Milli Elmlər Akademiyasında və Bakı Dövlət Universitetində tədris olunur. 




Azərbaycan diasporu
Son 200 il ərzində Azərbaycan diasporu əsasən üç ölkənin vətəndaşları ilə formalaşmışdır: İran, Türkiyyə və Azərbaycan. Ümümilikdə azərbaycanlılar və ya azərbaycan türkləri eyni zamanda Rusiya (Dağıstan), Gürcüstan (Borçalı) ərazisində yaşamaqdadırlar. Azərbaycan türklərinin tarixən məskunlaşdıqları, lakin bu gün müharibə şəraitinə görə öz torpaqlarından didərgin düşmüş məkan da vardır ki, bu da indiki Ermənistandır.
Antropoloji cəhətdən Avropoid irqinin Kaspi tipinə aid olan azərbaycanlıların sayını dəqiq təyin etmək çətindir. Eləcə də Azərbaycan diasporunun da coğrafi hüdudunu və sayını öyrənmək çətinliklər yaratmaqdadır və dəqiq say söyləmək çətindir. Lakin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev öz çıxışlarının birində demişdir ki, o, 50 milyon azərbaycanlının prezidentidir[6]. Bu gün istər UNESCO-nun, istər Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, istərsə də xaricdə akkreditə olunmuş Azərbaycan səfirlikləri və nümayəndəliklərinin verdiyi rəqəmlər də bu sayı təsdiqləməkdədir.
Azərbaycan disaporası haqqındakı bilgilərimiz yeni olsa da, diaspora tarixi daha qədimdir və onu bir neçə dövrlərə bölmək olar:
1.   Birinci dövr VII əsrin sonları VIII əsrin əvvəli ərəblərin işğalı ilə başlamış və bu dövrdən əvvəlki Azərbaycan diasporası haqqında məlumatımız yoxdur. Daha çox tekallahlığı qəbul etməyən və müxtəlif inanclara sahib olan (atəşpərəstlər, bütpərəstlərin) insanların köçü ilə yadda qalır.
2.      İkinci dövr Şərqdə intibah ilə başlamış, XVIII əsrə kimi davam etmiş və Teymurləngin Azərbaycan torpaqlarını işğal etməsi ilə daha çox şairlərin və yazıçıların köç etməsi ilə səciyyələnir.
3.      Üçüncü dövr rusların Qafqazı işğal etməkləri, Gülüstan və Türkmənçay müqavilələrinin bağlanması, Rusiya-İran, Rusiya-Osmanlı müharibələri ilə yaranmış siyasi şəraitə görə öz torpaqlarını tərk etmək məcburiyyətində olan soydaşlarımız ilə formalaşmışdır.
4.      XIX əsrin əvvəllərində Azərbaycan mühacirəti daha intensiv xarakter alır, daha çox ziyalıların köçü ilə reallaşır. Bu dövrün özünü bir neçə hissəyə ayırmaq olar:
a) 1905-ci ildə ilk etnik münaqişə, erməni-azərbaycan münaqişəsinin yaranması və regionda baş verən inqilablar (Rusiyada 1905-1907-ci illər, İranda 1908-ci il Məşrutə və Türkiyədə 1908-ci il Gənc Türklər İnqilabı).
b)  Birinci Dünya müharibəsi və Azərbaycan Demokratik Respublikasının qurulması ilə başlanan mühacirət.
c)  İkinci Dünya müharibəsi və 1945-ci il İran inqilabı, eləcə də soyuq müharibənin başlanması.
d)      Sovetlər birliyinin dağılması və diasporaya yeni baxışın yaranması.
Ümumilikdə, azərbaycanlıların xaricdə ilk təşkilatlanmaları və müasir diasporanın formalaşması II Dünya müharibəsindən sonraya, daha dəqiq desək, 1949-cu il Məmmədəmin Rəsulzadənin başçılığı ilə yaranmış Azərbaycan Mədəniyyət dərnəyi ilə başlanmışdır. Digər bir dərnək isə 1958-ci il ABŞ-ın New Cersi ştatında “Amerika-Azərbaycan Təşkilatı” adı altında fəaliyyətə başlamışdır. Lakin həmin dövrün siyasi vəziyyəti və ideologiyası diasporanın milli ruhda formalaşmasına dəstək ola bilməzdi. 1949-cu ildən Azərbaycanın “Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti” yaranır, 1960-cı ildən “Vətən Səsi” jurnalı və 1982-ci ildən “Odlar Yurdu” qəzeti nəşrə başlayır. 1947-1975-ci illər ərzində təşkilat Danimarkada, İtaliyada və Fransada “Azərbaycan mədəniyyəti günləri” keçirir. Lakin yenə də qeyd etmək istərdik ki, Sovet sisteminin qapalı olmasına görə Azərbaycan diasporasının bu təşkilatlarla əlaqə qurmağı yasaq olaraq qalırdı.
80-cı illərdə Elçin Əfəndiyevin yaratdığı “Vətən Təşkilatı” diasporu ilə vətən arasında əlaqələrin qurulmasında, eləcə də Tadeusz Swietochowski, Ehmed Chmide, Audrey L. Altstadt kimi alimlərin Azərbaycanla əlaqələrinin qurulmasında müstəsna rol oynadı. 1986-1992-ci illər arasında təşkilat xaricdə 50-yə yaxın dostluq cəmiyyəti, təşkilat və qurumlar yaratmağa müəssər oldu. 18 oktyabr 1918-ci il Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi və bu tarixdən başlayaraq tarixdə yaşayan azərbaycanlılara da münasibət dəyişdi. 26 dekabr 1991-ci il Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 31 dekabr azərbaycanlıların həmrəylik günü kimi qəbul olundu.
Bu gündən 25 il keçməsinə baxmayaraq, Azərbaycan diasporası hələ də öyrənilməkdədir. Bu sahəyə dövlətin də həmişə böyük dəstəyi olmuşdur. Lakin deyə bilərik ki, Azərbaycan diasporasının öyrənilməsinə və eləcə də güclü lobbinin qurulmasına mütləq surətdə diaspora tarixi araşdırılmalı, diasporanın səbəbləri, sayının formalaşma mərhələləri, çoğrafiyası və yaşayış səviyyəsi, eləcə də diaspora quruculuğunda nəşrlər tədqiq edilməlidir.




[1] TANDONNET Maxime (2007), Géopolitique des migrations. La crise des frontières, Paris, Ellipses Marketing.
[2] TANDONNET Maxime (2007), Géopolitique des migrations. La crise des frontières, Paris, Ellipses Marketing.
[3] 28 iyul 1951-ci il qaçqınların statusu ilə bağlı Cenevrə Konvensiyası və ya sadəcə Cenevrə Konvensiyası, qaçqınların huquq və dövtətin hüquqi öhdəliklərini müəyyən edən sənəddir. 1967-cı ildə qəbul olunmuş protokol Konvensiyanın coğrafi və zaman məhdudiyyətini ləğv etmişdir.
[4] MESPOULET Martine (2007), La « renaissance » de la sociologie en URSS (1958-1972), Revue d'Histoire des Sciences Humaines 1/2007 (n° 16), p. 57-86.
[5]ЯДOВ Владимир (1998), Социология в России, Москва, Издательство Института социологии РАН.
[6] Azərbaycan jurnalı, 17 mart 2006.

VAZEH