Nombre total de pages vues

jeudi 28 septembre 2023

 

ADNSU-da 4-cü Sənaye İnqilabının tələblərinə uyğun olaraq yeni ixtisaslar tədris edilir.



Bakı, 15 sentyabr, AZƏRTAC


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və onun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) 2023-2024-cü tədris ilinə böyük uğurlarla başlayır. Həmin ali məktəblərdə həyata keçirilən müxtəlif tədbirlər, layihə və proqramlar təhsilimizə böyük töhfələr verir. Bu barədə AZƏRTAC-a müsahibəsində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov ətraflı məlumat verib. V.Əskərov deyib: “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin strateji inkişaf planının ana xəttini müasir tələblərə uyğun yüksəkixtisaslı mühəndislərin və elmi kadrların yetişdirilməsi təşkil edir və ali məktəbə tələbə qəbulu zamanı bu amillər nəzərə alınır. Eyni zamanda, ixtisaslar üzrə plan yerləri düzgün paylanılıb. Belə ki, bu il universitetə bakalavriat pilləsi üzrə 3605 plan yeri təklif olunmuşdu. Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsində ADNSU-ya qəbul olan tələbələrin sayı 3405 nəfər (94,45 faiz) təşkil etdi. Boş qalmış yerlərin əksəriyyəti ikinci mərhələdə doldu.

Bakalavriat pilləsində olduğu kimi, son illər ADNSU-nun magistr səviyyəsində də təhsil alan tələbələrin sayı artır. 2023-2024-cü tədris ilində ADNSU-nun magistratura səviyyəsinə 1472 nəfər qəbul olub ki, bu da ümumi plan yerinin 90,03 faizini təşkil edir. Ümumilikdə plan yeri 1635 təklif olunmuşdu, amma plan yeri tam dolmasa da, nəticəni müsbət qiymətləndirmək olar. Qeyd edək ki, bu il ADNSU-ya ikinci ali təhsil üzrə 550 nəfər qəbul olub və onlar 13 ixtisas üzrə təhsil alacaqlar. Universitetdə hazırda 245 doktorant təhsil alır.


Bütün səviyyələr üzrə ADNSU və onun nəzdində fəaliyyət göstərən UFAZ-da, eləcə də ixtisasartırma üzrə qəbul olanların ümumi sayı 5600-dən artıqdır. Bu, kifayət qədər böyük rəqəmdir və ADNSU-nun tarixində rekord göstəricidir.


ADNSU-da 7 fakültə, 30 ixtisas üzrə təhsil aparılır. 18 ixtisas beynəlxalq akkreditasiyadan keçib. Yeni tədris ilinə hazırlıq yüksək səviyyədədir. Universitetdə 4-cü Sənaye İnqilabının tələblərinə uyğun olaraq mütəmadi olaraq yeni ixtisas və ixtisaslaşmaların tədrisi həyata keçirilir. ADNSU-da süni intellekt, mobil tətbiqlər kimi ən yeni ixtisaslaşmalar üzrə magistratura səviyyəsində təhsil verməyə başlanılıb. Yeni tədris ilindən isə ADNSU-da layihə menecmenti və SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) fənləri də tədris olunacaq.


ADNSU beynəlxalq əlaqələrə önəm verən təhsil ocağıdır. Bu gün universitetin 25-dən çox ölkənin 75 universiteti ilə birbaşa tərəfdaşlıq əlaqələri mövcuddur. ABŞ-ın Corciya Dövlət Universiteti ilə əməkdaşlıq nəticəsində ADNSU-da Biznesin idarəedilməsi üzrə magistr (MBA) proqramı yaradılıb. MBA kurikulumu Corciya Universiteti ilə birgə hazırlanır və hər il yenilənir. Almaniyanın Siegen Universiteti ilə sıx əməkdaşlıq nəticəsində ADNSU-da biznesin idarə edilməsi ixtisasları təşkil olunub. Universitet Erasmus+ Beynəlxalq Krediti çərçivəsində Leicester Universiteti və Keele Universiteti (Birləşmiş Krallıq), Orta Doğu Texniki Universiteti və İstanbul Kültür Universiteti (Türkiyə), Strasburq Universiteti və Renn 1 Universiteti (Fransa) də daxil olmaqla bir sıra ali təhsil müəssisələri ilə tələbə mübadiləsi aparır.

Bu il ADNSU və Vorvik Universitetinin, “Warwick Manufacturing Group”un (WMG) Bərpa Olunan Enerji mənbələri sahəsində “Master of Science” (təbiət elmləri üzrə) ikili diplom proqramına start verilib. Proqrama uyğun olaraq WMG tərəfindən həyata keçirilən səkkiz modul və layihə nəticəsində Vorvik Universitetinin magistr dərəcəsini və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təqdim etdiyi altı modul ilə ADNSU-nun magistr dərəcəsini qazanmaq üçün əhatəli tədris planı nəzərdə tutulub. Sözügedən proqram çərçivəsində tədrisə cəlb edilən dünya səviyyəli professor-müəllim heyəti tələbələrin sürətlə inkişaf edən sektorda rəqabət üstünlüyü qazanmaları, həmçinin ölkəmizin təmiz enerjiyə keçidində açar rol oynamaları üçün lazım olan bilik və bacarıqlara yiyələnmələrini təmin edəcək. Qeyd etmək lazımdır ki, Vorvik Universiteti 2023-cü ilin QS reytinqinə əsasən hazırda dünyada 64-cü yerdədir.


Bu il ADNSU ilə ikili diplom proqramı layihəsi çərçivəsində Vorvik Universitetinə 31 nəfər qəbul olunub. Həmin gənclər 2023-2024-cü tədris ilində universitetdə magistratura pilləsində təhsil alacaqlar.


Universitetin beynəlmilləşməsində və əcnəbi tələbələrin cəlb edilməsində ali təhsil müəssisəsi reytinq siyasətinə diqqət yetirir. QS reytinqinə gəldikdə ilk dəfə olaraq ADNSU QS-in qlobal reytinqində 1200+ yerdə qərarlaşıb. ADNSU QS reytinqində cari il məşğulluq göstəricisinə görə də fərqlənib - dünyada 271-ci, Azərbaycanda I yeri tutub. Universitetin dünya reytinqində irəliləməsində alimlərimizin elmi nailiyyətləri, məqalələri mühüm əhəmiyyət kəsb edir. Təkcə son bir ildə ADNSU əməkdaşlarının “Scopus” və “Web of Science”də 350 elmi məqaləsi dərc olunub. Tədris imkanlarının genişlənməsi, yeni laboratoriyaların açılması, beynəlxalq akkreditasiyadan keçən ixtisasların sayının artması ilə universitetin beynəlxalq reytinq cədvəllərində daha yüksək pillələr tutacağına inanırıq.


UFAZ məzunları ADNSU ilə yanaşı Fransanın Strasburq universitetinin, neft və qaz mühəndisliyi ixtisası üzrə isə Renn 1 universitetinin diplomlarını alırlar. Bu günə kimi 600-dən çox məzunumuz olub.

Bu il UFAZ-da bakalavr üzrə təhsil tamamilə dövlət sifarişli olub və plan üzrə təklif olunan 160 yer tam dolub. UFAZ-ın son illər gənc qızların mühəndislik ixtisaslarına sahib olması istiqamətində apardığı fəaliyyəti nəticəsində bu il bakalavr pilləsinə UFAZ-a 70 qız qəbul olub. Bu, birinci kursların 44 faizi deməkdir. Kimya mühəndisliyi ixtisasında qızların sayı 60 faizdən yuxarıdır.

UFAZ tələbələri Fransada keçirilən Beynəlxalq “Act in Space” hakatonunda 35 ölkə arasında qalib olub. Tələbələrin təyyarə emissiyalarının azaldılması sahəsində təklif etdikləri innovativ layihə Avropa İttifaqı Kosmik Proqramlar Agentliyinin (EUSPA) xüsusi mükafatına layiq görülüb. Onlar avqust ayında Fransanın Bordo şəhərində qravitasiyasız uçuşda iştirak ediblər və hazırda özlərinin “Nexus” adlı startapını yaradıblar.

UFAZ-da bu ildən təşkil olunan İnnovasiya mərkəzi tələbə startaplarının yaradılmasına dəstək olacaq. Artıq bu istiqamətdə konkret addımlar atılıb.

 

Birləşmiş Ştatlar yalnız öz maraqlarını təmin edir



   dosent Vazeh Əskərov
   YAP İdarə Heyətinin üzvü


http://yap.org.az/az/view/news/77284/birleshmish-shtatlar-yalniz-oz-maraqlarini-temin-edir?fbclid=IwAR0_nqd86ZsRPFvz-UA30r1q0AEw1UWGurw-f2Kz_U_cKhSHD5O3MH8r6A8

XIX əsrin əvvəllərində Gülüstan və Türkmənçay müqavilələrinin nəticəsi ilə ermənilərin öz havadarlarının dəstəyi ilə kütləvi surətdə Azərbaycan torpaqlarına yerləşdirilməsi və bununla başladılan siyasət iki əsr ərzində davam etdirilmiş və Azərbaycan xalqına qarşı soyqırımılar ilə nəticələnmişdir. Bu siyasətin nəticəsi olaraq torpaqlarımız işğal olundu və 1 milyondan artıq soydaşlarımız öz dədə-baba torpaqlarından çıxarıldı. 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə baş tutmuş görüşdə Minsk konfransının çağrılması haqqında qərar qəbul edilmiş və 1994-cü ildə təsis edilmişdir. 1997-ci ildə Minsk prosesinə həmsədrlər qismində sədrlik ABŞ, Rusiya və Fransaya həvalə edilmişdir. Lakin təəssüflər olsun ki, 30 il müddətində həmsədrlərin bölgəyə səfərləri münaqişənin həlli istiqamətində deyil, yalnız "turist diplomatiyası" ilə Ermənistana dəstək vermələri ilə nəticələnmişdir. Bu istiqamətdə ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ-nin fəaliyyəti konkret addımlar ilə deyil, Ermənistanın xeyrinə növbətçi bəyanatlar ilə müşayiət olmuşdur. Zatən XX əsr boyunca "demokratiya, insan hüquqları, sülh və sabitlik carçısı" olan ABŞ dünyada baş verən bütün münaqişə nöqtələrinin mərkəzində durmuş, lakin münaqişələri həll etmək əvəzinə öz maraqlarını təmin etmişdir. 

Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan torpaqları düşmən tapdağından azad edilmiş və faktiki olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmiş, eləcə də Minsk qrupunun fəaliyyəti tarixə qovuşmuşdur.

Azərbaycanın öz torpaqlarını yalnız öz gücünə işğaldan azad etməsi və bu gücə malik olması təəssüflər olsun ki, ABŞ, Fransa və digər bu kimi ölkələrinin maraq və məqsədlərinə uyğun gəlmir və bu gün də Ermənistanla Azərbaycan arasında problemin həllinə səy göstərmək əvəzinə görüntü yaradır və mövcud vəziyyəti daha da qəlizləşdirməyə çalışır. Bu gün ABŞ Dövlət Departamenti Qarabağdakı erməni separatçılara təzyiq göstərməkdənsə, beynəlxalq yüklərin Ağdam-Xankəndi yolundan daşınmasından deyil, yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır. ABŞ Dövlət Departamentinin regiona göndərdiyi təmsilçilər isə bölgədəki problemlərin həlli ilə məşğul olmaq niyyətində deyillər.

2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə nəticələnmiş 44 günlük müharibə və bu günə qədər davam edən hadisələr bir daha göstərir ki, ABŞ Ermənistana havadarlıq edən digər dövlətlər kimi ona köməklik etməklə Ermənistanı uçuruma aparır.


Mon interview avec Le Devoir à quotidiens d’information franciphone au Montréal, Canada 

Dr. Vazeh Asgarov

https://www.ledevoir.com/monde/asie/778745/conflit-la-solitude-des-armeniens-du-haut-karabakh

par Fabien Deglise

- Peut-on dire que l’Arménie souffre d’une éclipse médiatique produite par la guerre en Ukraine et se retrouve à nouveau sous la menace de l’Azerbaïdjan dans l’indifférence générale?

Tout d'abord, permettez-moi à noter qu'il ne serait pas correct d'assimiler le conflit entre l'Arménie et l'Azerbaïdjan aux problèmes de l'Ukraine et de la Russie. Et même si nous savons que la situation tendue dans telle ou telle région influence sur la situation générale pourtant nous ne pouvons pas les comparer car la situation dans la région de Karabakh a commencé bien longtemps tout au début du XX siècle et n'a était pas résolu ni pendant la période soviétique ni les 30 dernières années de l'Indépendance. L'Azerbaïdjan n'a pas besoin de médiation pour résoudre le problème car mon état a attendu pendant 30 ans. Le 8 novembre 2020, le Président azerbaidjanais Ilham Aliyev, a annoncé la libération de Choucha. Le 10 novembre, le président azerbaïdjanais, le premier ministre arménien Nicole Pachinyan et le président russe Vladimir Putin ont signé un accord sur la cessation de toutes les hostilités et les opérations militaires en zone de conflit.

Il est important de savoir !!!

1. Le Karabakh n'est pas un territoire contesté. C'est le territoire de la République de l'Azerbaïdjan. À la fois historiquement et officiellement reconnu par le monde entier, y compris l'Arménie. L'Arménie n'a jamais reconnu l'indépendance de Karabakh.

2. Pendant 30 ans l'Arménie a occupé non seulement les territoires de Karabakh, mais également 7 régions azerbaïdjanaises qui l'entourent, dont l'Arménie n'allait pas abandonner pacifiquement toutes ces années et cela présentait 20% de ces territoires.

3. Il existait 4 résolutions de l'ONU sur le retour du territoire du Haut-Karabakh et de 7 régions adjacentes, ainsi que sur le retrait des troupes arméniennes de ces territoires. Résolution 822 (1993), Résolution 853 (1993), Résolution 874 (1993), Résolution 884 (1993). Toutes ces résolutions n'ont pas été mises en œuvre !!!

4. La guerre n'est pas sur le territoire de l'Arménie !!! L'armée azerbaïdjanaise n'essaie pas de s'emparer du territoire arménien ou d'une partie de celui-ci. La guerre, qui a commencé avec l'occupation des territoires de l'Azerbaïdjan il y a plus de 30 ans et à la suite de laquelle jusqu'à 20% du territoire de l'Azerbaïdjan a été occupé, est libérée pour restituer les terres à l'Azerbaïdjan. 

5. L'Azerbaïdjan pourrait libérer ses territoires au cours des 30 dernières années. Mon pays a la supériorité numérique de l'armée, la supériorité numérique et qualitative des équipements et des armes militaires. Et si vous demandez pourquoi cela n'a pas été fait avant la réponse que, à la suite du cessez-le-feu de mai 1994, les parties se sont engagées à résoudre pacifiquement le conflit et à le faire avec l'aide de médiateurs - le Groupe de Minsk de l'OSCE. Malheureusement, pendant toutes ces années, Erevan officiel n'a pas montré la volonté politique pour la libération pacifique d'au moins 1 cm2 de la terre occupée.

  ! Pour chaque Azerbaïdjanais, le Karabakh est un lieu saint, une terre sacrée. Il est considéré comme le coeur de l’Azerbaïdjan. Le toponyme est composé de deux mots : kara (qara) signifiant noir et bakh (bağ) le jardin. Malgré son attitude culminant à 2 700 mètres, sa domination de la grande vallée de l’Araxe et les basses steppes de la Koura, le Karabakh est connu pour ses jardins fertiles et sa riche nature.


- Quelles sont les composantes de ce conflit qui jouent en défaveur de l’Arménie? La protection russe inopérante dans le contexte actuel? La complaisance des Occidentaux envers l’Azerbaïdjan en raison de l’approvisionnement en gaz?

 La deuxième Guerre de Karabakh de 44 jours et le cessez-le-feu signé le 10 novembre 2020 a mis la fin de toutes les opérations militaires dans la zone de conflit du Haut-Karabakh. Un contingent de maintien de la paix de la Fédération de Russie maintiendra pendant 5 ans la paix dans les régions azerbaidjanais ou habitent le peuple d'origine arméniens. Les déplacés internes et les réfugiés azerbaidjanais (qui compte plus que 700 000 personnes) doivent retourner après sur le territoire du Karabagh et dans les régions adjacentes. Par accord des parties, toutes les liaisons économiques et de transport de la région seront restaurées. La République d'Arménie garantit la sécurité des liaisons de transport entre les régions orientales de la République d'Azerbaïdjan et la République autonome du Nakhitchevan (qui a été coupe pendant 30 ans) afin d'organiser la libre circulation des citoyens, des véhicules et des marchandises dans les deux sens. La construction de nouvelles communications de transport reliant la République autonome du Nakhitchevan et les régions occidentales de l'Azerbaïdjan doit assurer.

En ce qui concerne l'efficacité de la tierce partie dans le maintien de la paix au Karabakh et le rôle de la Russie, je voudrais noter que, selon l'accord trilatéral, la période de séjour du contingent de maintien de la paix se termine en 2025.  Après la fin de la Seconde Guerre mondiale, l'Azerbaïdjan ne compte que sur la paix avec l'Arménie et mon pays a commencé la reconstruction des villes et des villages. Pendant moins de deux ans deux aéroports internationales ont été inaugurés et la troisième est en train de construire. Malgré le fait que deux ans s'est écoulé depuis la fin de la guerre, nous devons suivre les statistiques croissantes des morts et des blessés dans les zones minées du Karabakh. Seulement après la guerre, pendent ces deux dernières années plus de 250 citoyens azerbaïdjanais ont été tués ou grièvement blessés à la suite d'explosions de mines. L'Azerbaïdjan essaie maintenant d'éliminer les conséquences de 30 ans d'occupation. L'Azerbaïdjan a un long chemin à parcourir après la victoire. Maintenant, la tâche principale du pays est de restaurer ces territoires, d'y installer les anciens réfugiés et d'assurer la vie normale de ces personnes. En outre, les parties ont souligné l'importance de mettre en œuvre des mesures humanitaires pour promouvoir la paix et la confiance entre les parties, les questions liées aux personnes disparues, ainsi que le déminage de la zone.


Quelques de mes articles sur le conflit.

https://vazehasgarov.blogspot.com/2022/09/les-revendications-armeniennes-sur-les.html

 

vendredi 10 mars 2023

 Üç onillikdə Bakının milli və beynəlmiləl siması…



UFAZ-da 1960-1980-ci illərdə Azərbaycanın paytaxtının rəmzi layihələri barədə konfrans keçirilib.

Martın 9-da “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan-Fransız Universiteti (UFAZ), Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun birgə təşkilatçılığı ilə “1960, 1970-ci və 1980-ci illərdə Bakının rəmzi layihələri: Azərbaycan sovet modernizmində beynəlmiləl və milli” adlı konfrans keçirilib.

UFAZ-da keçirilən tədbirdə Azərbaycan-Fransız Universiteti icraçı direktoru Vazeh Əsgərov qonaqları salamlayaraq, Heydər Əliyevin sovet dövründə ölkəmizə rəhbərlik etdiyi vaxtlarda Bakının memarlığına böyük diqqət göstərdiyini vurğulayıb.



Konfransda əsas məruzəçi kimi 2015-ci ildə Moskva Memarlıq İnstitutunda, 2018-ci ildə Parisdə “Val de Seine” Milli Ali Memarlıq İnstitutunda təhsilini başa vurmuş, Parisdəki Milli Şərq Dilləri İnstitutunda (INALCO) rus tarixi və sivilizasiyası üzrə magistr dərəcəsinə malik memar və tədqiqatçı Paul Wolkenstein çıxış edib. Onun tədqiqatları 1960-1980-ci illər arasında Zaqafqaziya və Orta Asiyada sosialist memarlığına yönəlib.


Təqdimat zamanı Paul Wolkenstein 1960-cı ildən 1980-ci ilədək Bakıda yerləşən bir çox rəmzi binalar haqqında mühüm məqamları bölüşüb.

Konfransın sonunda iştirakçıların sualları cavablandırılıb.

lundi 20 février 2023

 

Şans azalsa da, ümid kəsilmir

Türkiyədə zəlzələ: təbiət bir daha bizə öz gücünü göstərdi.


Dr. Vazeh Əskərov

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,

Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent


Fevralın 6-da Türkiyə və Suriyada baş vermiş 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı ümumilikdə 41 mini keçib. Türkiyədə baş vermis zəlzələ qurbanlarının və dağıntılarının sayı Osmanlı tarixindən sonra ən ölümcül təbii fəlakətə çevirir ki, bu da 1999-cu ildə 17 min insanın ölümünə səbəb olan əvvəlki zəlzələ fəlakətindən iki dəfə çoxdur.

Son günlər sağ qalanları tapmaq şansı azalsa da, yerli hakimiyyət orqanlarının son hesabatları baş vermis dəhşətli zəlzələdə 41 732 nəfərin (Türkiyədə 38 044, Suriyada 3 688) öldüyünü göstərir. Lakin bütün bünlara baxmayaraq axtarış xilasedənlərin eləcə də zəlzələ nəticəsində doğmalarını itirmiş insanların ümidləri kəsilmir. Belə ki, son xilasetmə əməliyyatı nəticəsində axtarışların 260-cı saatında Antakyanın mərkəzində 14 yaşlı Osman adlı yeniyetmə güclü səylərdən sonra yaşadığı binanın xarabalıqları altından çıxarılıb.

Hər iki ölkənin bir çox şəhər və kəndlərində xilasedicilər hələ də sağ qalanlara kömək etməyə çalışırlar, lakin hər keçən saat onların şaxtalı soyuqda, dağıntılar altında sağ qalmaq şanslarımı daha da azaldır. Buna görə də Türkiyənin bəzi bölgələrində əməliyyatlar dayandırıb. Bu gün dünyanın hər bir tərəfindən Türkiyəyə yardımlar göndərilir, müxtəlif ölkələrin xilasediciləri 10 gündən artıqdır ki, axtarış işlərini davam etdirirlər. Yardımlara təkcə ölkələr deyil eləcə də sadə vətəndaşlar da qoşulur. Son günlərdə zərər çəkənlərə yardım üçün Türkiyə vətəndaşlarından mediada ianə müraciəti üçün böyük bir kampaniya başladılmış və TRT-nin məlumatına görə, 115 milyard türk lirəsindən çox, yəni 6 milyard avroya yaxın vəsait toplanılmışdır.

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Guterres cümə axşamı günü viran qalmış iki ölkəyə qarşıdakı üç ayda kömək etmək üçün bir milyard dollar toplamaq üçün beynəlxalq yardım çağırışı başlatmışdır. O, beynəlxalq ictimaiyyəti dövrümüzün ən böyük təbii fəlakətlərindən birinin törətdiyi qurbanlara kömək üçün insanları yardıma çağırmış və Türkiyə hər zaman dünyada ən çox qaçqına ev sahibliyi etməsini eləcə də hədsiz səxavət göstərməsini qeyd etmişdir. Eyni zamanda, dünyanın ikinci ən böyük polad qrupu olan ArcelorMittal, Sərhədsiz Həkimlər və Fəlakətlər Təcili Yardım Komitəsi humanitar təşkilatlar vasitəsilə Türkiyə və Suriyada zərər çəkmiş insanlara kömək etmək üçün 5 milyon dollar ianə etdiyini açıqlamışdır.

          Fevralın 6-sı qardaş Türkiyədə baş vermis zəlzələ bütün Azərbaycanı da sarsıtmış, soydaşlarımız zəlzələ baş verdiyi andan Türkiyədəki qardaşlarımıza hər vasitə ilə dəstək vermək üçün əllərindən gələni etməyə tələsmişlər. İlk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlamış və bildirmişdir ki,: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Eyni zamanda dövlət başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Eyni zamanda zəlzələ baş verdiyi gün Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon zəngi etmiş və Türkiyədə baş vermiş zəlzələ nəticəsində ölkəmizin çox sarsıldığını və ölkəmizin Türkiyənin bu dərdinə şərik çıxdığını eləcə də, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulamışdır. Faciənin ikinci günündə Azərbaycan Prezidenti Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olmuş və baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı vermis və çıxış etmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da zəlzələ ilə əlaqədar dərin kədər hissi keçirdiyi və faciə nəticəsində həlak olanlara rəhmət onların doğmalarına və yaxınlarına isə dərin hüznlə başsağlığı vermis, uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləmişdi.

Ümumillikdə, zəlzələ baş verdiyi saatdan Azərbaycan hər zaman olduğu kimi, qardaş Türkiyənin yanında olmuş, öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirmiş və sona qədər də edəcəkdir. Azərbaycan xalqı təkcə dövlət qurumları çərçivəsində deyil istər ictimai təşkilatlar istərsə də özəl sector və sadə vətəndaşlar tərəfindən yardım kompaniyasına qoşulmuş və əllərindən gələn heç bir şeyi əsirgəməmişlər. Zəlzələ baş verdiyi vaxtdan iki gün ərzində Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir. Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salınıb. Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir. 9 fevral tarixində Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə Qaziantep hava limanına yola düşüb. Eyni zamanda faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Keçən həftə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar.

Baş vermiş zəlzələ bir daha göstərdi ki, Azərbaycan və Türkiyə qardaşlığı əbədidir və ölkələrimiz həm sevincini həm kədərini bir yerdə paylaşır və hər zaman bir yerdədir.

 









samedi 10 décembre 2022

 Müstəqil Azərbaycanın tarixinə yazılmış

 Zəfər Paradı!

 

İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi.

Prezident İlham Əliyev


        Bu gün zəfər Paradının keçirilməsindən iki il ötür. Məhz bir il əvvəl xalqımız düşmən üzərində şanlı qələbə qazandıqdan bir ay sonra 2020-ci ilin 10 dekabr tarixində Bakının Azadlıq meydannda Zəfər Paradının keçirilməsinin şahidi oldu. Bu hadisə tarixi bir hadisə kimi yaddaşlara həkk olundu. Hərbi Zəfər Paradında 3000-dən artıq Azərbaycan əsgəri və zabiti eləcə də qardaş Türkiyənin əsgər və zabitləri iştirak etmişdir. Zəfər Paradını Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət edilmiş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradın ən əlamətdar hadisələrindən biri Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbiçiləri tərəfindən şəhər üzərinə qaldırılmış Zəfər bayrağı meydana gətirilmişdir. Daha sonra müharibə zamanı Azərbaycan ordusuna qarşı döyüşməyə cəhd göstərmiş lakin məğlub duruma düşərək təslim edilmiş düşmənənin silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qisminin nümayiş olunması Azadlıq Meydanında təşkil edilmiş Zəfər Paradından verilmiş daha bir önəmli mesaj idi. 


        Zəfər Paradına Türkiyə prezidentinin qəxri qonaq qismində iştirak etməsi böyük bir tarixi hadisə idi. Türkiyənin, başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Vətən müharibəsinin ilk günündən Azərbaycana dəstək verməsi Azərbaycan Türkiyə qardaşlığının təzahürünü bütün dünyaya bir daha nümayiş etmişdir. Oz çixişında Türkiyyə prezidenti - Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millər, iki dövlət” şüarını rəhbər tutduq - deyə vurğulamışdır.  

       Tarixdə Bakının Azaqlıq meydanında bir çox paradlar təşkil edilmiş və bundan sonra da təşkil olunaqdır. Ancaq 10 dekabr 2020-ci ildə keçirilmiş Zəfər Paradının xususi önəmi vardır. Belə ki, Ümumilli lider Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyev bütün ali kürsülərdə çıxışları zamanı eləcə də Azərbaycan xalqının qarşısında çıxışlarında və xüsusən də qaçqın və köçkünlər ilə olan görüşlərdə hər zaman bildiridilər ki, bir gün gələcək və biz işğal edilmiş torpaqlara geri dönəcəyik. Və hər zaman Azərbaycanı inkişaf etdirmək üçün hər bir vətəndaşın fəal olmaqları bildirirdilər. Nəhayət bu gün gəldi. Uzun sürən hazırlıqlar və Azərbaycanın bütün sahələrdə işkişaf etdirilməsi 44 günlük müharibə zamanı Azərbaycanın Zəfəri ilə başa çatdı.

     Zəfər Paradında nümayiş etdirilən texnikalar və qənimət kimi əldə edilmiş düşmənin hərbi texnikası bütün dünyada maraqla izlənildi. Və bu Azərbaycan Ordusunun hərbi əməliyyatlar zamanı müasir döyüş texnikalarına malik olması və onlardan uğurla istifadə etməsini subut etdi. 

Bu gün Azərbaycan xalqı xöşbəxtdir. 30 ilə qədər davam edən işğala qəhrəman əsgərlərimizin şücaəti, rəşadətli Azərbaycan ordusu və Müzəffər Ali Baş Komandanın güclü iradəsi və siyasəti ilə son qoyulmuşdur. Bu qələbə Azərbaycan xalqı üçün ləyaqət simvoludur. 

Cənab Prezident müharibədən sonrakı çıxışlarında qeyd edir ki, Qarabağ müharibəsi artıq bitmişdir ancaq münaqişə hələ bitməyib. Belə ki, hər bir Azərbaycan vətəndaşını bunu unutmamalı və bu məsələ ilə bağlı bundan sonra da prinsipiallıq nümayış etdirməlidir.  

Dosent Vazeh Əskərov

Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü

Azərbaycan-Fransız Universitetin (UFAZ) icraçı direktoru  

lundi 14 novembre 2022

 

Xalqa xidmət edən partiya

                              
           Ümummilli Liderin ənənəsini yaşadan YAP müstəqil dövlətimizin və vətəndaşlarımızın rifahı üçün çalışan və daima xalqın yanında olan bir partiyaya çevrilmişdir.


   

        Dosent Vazeh Əskərov


    Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, 

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi


    Bu gün ölkəmizin dayanaqlı inkişafının və siyasi sabitliyinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının yaranmasının 33 ili tamam olur. Ulu Öndər 1992-ci ilin noyabrın 21-də toplaşmış konfransda Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı qərar qəbul etmiş və partiyanın Proqramı, Nizamnaməsi qəbul edilmişdir. Konfransda Ümummilli Lider yekdilliklə partiyanın Sədri seçilmiş və beləliklə, Azərbaycan üçün son dərəcə ağır və çətin bir dövrdə Yeni Azərbaycan Partiyası fəaliyyətə başlamışdır.

    Dünya tarixinə diqqət yetirsək, görərik ki, ilk dövlətlərin təşəkkül tapmasında idarəetmə mexanizmi əsas amillərdən biri olmuşdu. Qədim Yunanıstanda, eləcə də Romada mövcud olmuş aristokratik qruplar, siyasi klublar məhz ilk dövlətlərin meydana gəlmə vaxtına təsadüf edir. Lakin buna baxmayaraq siyasi partiyaların yaranma tarixi bir o qədər də qədim deyil və ilk dövlətlərin yaranmasından çox-çox sonralara təsadüf edir. Belə ki, İtaliya intibahı dövründə qədim dövlətləri idarə edən və ciddi inkişaf modelləri irəli sürən qrupları məhz ilk “partiyalar” olaraq adlandırırıq. Orta əsrlərdə fəaliyyət göstərən siyasi klublar əsas etibarilə dini və ya bir-biri ilə rəqabət aparan kral ailələrinə mənsub qruplaşmalar tərəfindən aparılırdı. Müasir dövrdə siyasi partiyaların yaranması, ümumiyyətlə, seçki hüququnun demokratikləşməsi prosesləri ilə əlaqədar təqdim olunur. Lakin partiyalar ölkədəki mövcud idarəedici rejimdən asılı olaraq daim mübahisəlidir.

    Ümumilikdə, siyasi partiyalar XIX əsrin 30-cu illərində Amerika Birləşmiş Ştatlarında təşəkkül tapmağa başlamış və sonralar XIX əsrin ortalarından başlayaraq daha da populyarlaşmışdır. Bu dövrə qədər artıq müxtəlif populyar klublar, ümumi fikir birlikləri, parlament qrupları mövcud olsa da, ABŞ-dan başqa dünyanın heç bir ölkəsində sözün müasir mənasında siyasi partiyalar mövcud deyildi.

    Amerikada ilk siyasi idarəetmə “maşınların” meydana gəlməsindən sonra 1860-cı illərdə Britaniyada Parlamentdən kənar partiyalar qurulurdu. Fransada müxtəlif monarxiyalar altında repressiyaya məruz qalmış siyasi təşkilatlar 1880-ci ildən sonra qanuniləşməyə başlamışdır. Artıq XIX əsrin sonları, XX əsrin əvvəllərində ölkələri idarə edən siyasi həyatın mərkəzində partiyalar dayanırdı.

    Azərbaycanda siyasi partiyaların yaranma tarixi də XIX əsrin sonları, XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Azərbaycanın da daxil olduğu Rusiya imperiyasının Dövlət Dumasına seçkilər təyin olunur və siyasi partiyaların yaranmasına zəmin yaradırdı. Sonrakı dövrlərdə Azərbaycanda Xalq C?mhuriyyətinin qurulması ilə Azərbaycan Parlamentinin fəaliyyətə başlaması siyasi partiyaların fəaliyyətini daha da genişləndirdi. Ölkəmizdə Sovetlər birliyinin qurulması ilə 1920-1991-ci illərdə əsas idarə edən yeganə partiya Kommunist Partiyası olmuşdur. Lakin eyni zamanda qeyd etmək yerinə düşər ki, sovetlər dönəmində, xüsusən, 1960-cı illərdən sonra ölkədə bir sıra qeyri-qanuni gizlin fəaliyyət göstərmiş partiyalar da olmuşdur.

    1988-ci ildən başlayaraq nəinki Azərbaycanda, eləcə də bütün sovetlər birliyində cərəyan edən hadisələr və mövcud olan ictimai-siyasi şərait Sovet İttifaqının dağılması və Kommunist Partiyasının süqutu ilə nəticələndi. Digər sovet respublikaları kimi Azərbaycan da öz müstəqilliyini elan etdikdən sonra ölkədə müxtəlif siyasi partiyalar və qurumlar təşəkkül tapmağa başladı. 1990-cı illərin əvvələrinə qədər davam edən proses xalq hərəkatı dövründə daha geniş vüsət almağa başlamışdır.

    Eyni zamanda qeyd edilməlidir ki, həmin dövrdə ölkədə yaranan müxtəlif siyasi partiyalar gənc respublikanı düşdüyü ağır iqtisadi, siyasi və mənəvi böhrandan çıxarmaq əvəzinə ölkəni daha da çətin vəziyyətə sürükləyir və ölkənin müstəqilliyi təhlükə altına alınırdı. Bu proses xalqın ziyalı kütləsini və tanınmış insanlarını daha çox narahat edir və onlar dərin siyasi, iqtisadi və sosial böhranla üzləşmiş ölkənin bu vəziyyətdən çıxarılmasına çalışırdılar. Məhz bu dönəmdə Azərbaycan ziyalılarının təşəbbüsü ilə xalqı ağır siyasi durumdan çıxartmaq və ölkəni böhrandan qurtarmaq üçün həmin dövrdə blokadada olan Naxçıvanda fəaliyyət göstərən və Naxçıvan Ali Məclisinin Sədri olan Ümummilli Lider Heydər Əliyevə müraciət edilmişdir. 91 nəfər ziyalının imzası ilə göndərilən müraciət sonradan tarixə “91-lər” kimi düşəcəkdir. Xalqın təkidi ilə Ulu Öndər 1992-ci ilin noyabrın 21-də toplaşmış konfransda Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı qərar qəbul etmiş və partiyanın Proqramı, Nizamnaməsi qəbul edilmişdir. Konfransda Ümummilli Lider yekdilliklə partiyanın Sədri seçilmiş və beləliklə, Azərbaycan üçün son dərəcə ağır və çətin bir dövrdə Yeni Azərbaycan Partiyası fəaliyyətə başlamışdır.

    Yeni Azərbaycan Partiyasının ölkəmiz üçün ən ağır və şərəfli olan bir dövründə Ümummilli lider Heydər Əliyev tərəfindən təsis edilməsi bu dövrdə gənc respublika üçün atılmış olan ən vacib və zəruri addımlardan biri idi. Eyni zamanda qeyd etmək lazımdır ki, 1991-ci ildə müstəqilliyini yenicə qazanmış Azərbaycan Respublikası dərin siyasi, iqtisadi və sosial böhranla üzləşmişdi. Digər tərəfdən isə Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərinin işğal olunması ilə bir milyona yaxın qaçqın və köçkün vətəndaşları olan gənc respublikanın yenidən dirçəlməsi və müstəqilliyinin itirilməməsi yalnız və yalnız xalqın böyük etimad göstərdiyi və inandığı vətənpərvər oğlu Heydər Əliyevin köməkliyi ilə mümkün ola bilərdi. Belə bir şəraitdə Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi xilaskar kimi görmüş və Onu ölkəyə rəhbərlik etməyə dəvət etmişdir. Ölkəni böhrandan çıxarmaq üçün qəti addımlar atan Ulu Öndər ölkənin gələcəyi naminə bütün sahələrdə inkişaf və tərəqqini əsas hədəf kimi müəyyənləşdirmişdir. Bu illər ərzində özündə tam olaraq Ümummilli Liderin ənənəsini yaşadan Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin və vətəndaşlarımızın rifahı üçün çalışan və daima xalqın yanında olan bir partiyaya çevrilmişdir!

    Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyətə başlaması həmin dövrdə Azərbaycan cəmiyyəti üçün böyük siyasi və tarixi hadisə idi. Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkədəki siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Böyük idarəetmə təcrübəsinə malik olan Ümummilli Lider, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin siyasi irsi inkişafın təməlində duran əsas ideoloji amil olmuşdur. Eyni zamanda Ulu Öndər sovetlər birliyinin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərdən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasının və Azərbaycançılıq ideologiyasının formalaşmasının əsasını qoymuşdur. Azərbaycançılıq ideologiyasının formalaşması ölkənin müstəqilliyini qoruyub saxlamaq və cəmiyyətdə demokratik prinsiplərin bərqərar olmasından ibarət olmuşdur. Partiyanın yaradılması ilə bağlı Ulu Öndər tərəfindən verilmiş qərar xalqın və ölkənin düşdüyü böhrandan çıxarılacağına tək ümid idi və xalq buna inanır, öz liderinə dəstək vermək üçün əlindən gələni edirdi. Həmin dövrdə Ümummilli Lider deyirdi: “YAP-a belə böyük maraq göstəriləcəyini əvvəlcədən təsəvvürümə gətirmirdim. Görünür, partiyanın Nizamnamə və Proqramı xalqın ürəyindəndir və xalq YAP-da öz gələcəyini görür”.

    Xalq öz qəhrəmanını tanıyıb və ona üz tutmuşdu. Heydər Əliyevin siyasi təcrübəsi, səxsi nüfuzu və dövlətçilik yolundakı fəaliyyəti yenicə müstəqilliyini elan etmiş gənc respublika üçün yeganə çıxış yolu idi. Prezident Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası o vaxtkı iqtidara müxalif partiya kimi yaranmamışdı. Bu həqiqət məlumdur. Partiyanın nə proqramında, nə qarşıya qoyduğu məsələlərdə hakimiyyətə, o vaxtkı iqtidara müxalif fikirləri olmamışdır. Bu partiyanı yaradan adamlar müxalifət olmaq yox, sadəcə Azərbaycandakı çoxpartiyalılıq şəraitində respublikamızın ictimai-siyasi həyatında partiya tərkibində iştirak etmək istəyirdilər”.

    Hələ sovet Azərbaycanında milyonlarla insanın sevimlisinə çevrilmiş Ulu Öndər gənc ikən öz xalqının taleyüklü məsələlərində yaxından iştirak etmiş, yüksək vəzifələrə layiq görülmüş və çiyinlərində öz ölkəsinin böyük yükünü daşımışdır. Elə bu səbəbdəndir ki, Ümummilli Liderin keçdiyi böyük və mənalı, eləcə də olduqca şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Məhz Heydər Əliyevin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi sovet respublikaları arasında geridə qalmış Azərbaycanı qısa bir zamanda böyük bir sıçrayışla inkişaf yoluna gətirmişdir.

    Sonrakı illərdə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycanın dünəni, bu günü və gələcəyi üçün aktuallıq kəsb edən siyasi məktəb kimi özünü təsdiq etmiş və ölkəmizin dünyada sülhün, ədalətin, insan hüquq və azadlıqlarının təmin olunan dünyəvi dövlət kimi, eləcə də dünyada gedən proseslərin və bəşəriyyəti narahat edən problemlərin həlli üçün çalışan bir dövlət olduğunu göstərmişdir. Ölkəmizin müstəqillik tarixində 1995-ci il noyabrın 12-də ilk dəfə keçirilən parlament seçkilərində YAP-ın qələbə qazanması xalqımızın partiyaya böyük etimadının göstəricisi olmuşdur. 1999-ci ilin 20-21 dekabr tarixlərində YAP-ın I qurultayı baş tutmuş, partiyanın Proqram və Nizamnaməsinə dəyişikliklər təsdiq olunmuş və cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədr müavini seçilmişdir. YAP-ın 21 noyabr 2001-ci ildə baş tutmuş II qurultayında isə partiya Sədrinin birinci müavini seçilmişdir.

    Ulu Öndər 1991-1993-cü illərdə Naxçıvanda, 1993-ü ildən ömrünün sonuna - 2003-cü ilə qədər Bakıda bütün əməyini sərf edərək düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycanın inkişafı və vətəndaşlarının rifahı uğrunda gecə-gündüz çalışmış və ölkəmizin müstəqilliyini əbədi etmişdir. Ölkənin gələcək inkişafının bütün strateji hədəflərini müəyyən edərək Azərbaycanın sonrakı illərində də inkişaf edərək möhkəmlənməsinin təməlini qoymuşdur. Ən əsası isə öz xalqının gələcəyini düşünərək “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - deyərək dövlətin idarə edilməsini öz layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev olduğunu bildirmişdir.

    Cənab Prezident İlham Əliyev 26 mart 2005-ci ildə keçirilən Yeni Azərbaycan Partiyasının III qurultayında partiyanın Sədri seçilmişdir. 2003-cü, 2008-ci, 2013-cü və 2018-ci illərdə Azərbaycanda keçirilmiş prezident seçkilərində YAP-ın namizədi kimi qələbə qazanması xalqın bir daha öz liderinə göstərdiyi inam və sevgisindən irəli gəlirdi.  Prezident İlham Əliyevin 2018-ci ildəki prezident seçkilərindən sonra başladılmış islahatlar siyasətinin davamı kimi qiymətləndirilməlidir. Bunun davamı olaraq 2020-ci il parlament seçkiləri, xüsusən də, 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların aparılması üçün zəmin yaratmış və yeni reallıqlar hakim partiyada da islahatların aparılmasın? və yeni prioritetlərin müəyyən olunmasını zəruri etmişdir.

    Bu siyasətin davamı olaraq 5 mart 2021-ci il Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisələrdən biri kimi müasir Azərbaycanımızın tarixinə düşmüşdür. YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar, həmçinin öartiyamızın gələcək fəaliyyətində yeni iz açmış və keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb olacaq yeni Nizamnamənin qəbul edilməsi mühüm tarixi hadisəyə çevrilmişdir. YAP-ın yeni təsdiq edilmiş Nizamnaməsinə əsasən partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilmişdir. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilmiş, həmçinin partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir.

    Bu gün ölkəmizin dayanaqlı inkişafının və siyasi sabitliyinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının yaranmasının 33 ili tamam olur. Bundan sonrakı fəaliyyəti dövründə də ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə, eləcə də effektiv nəticələrin əldə olunmasına xidmət edəcək YAP ümummilli lider Heydər Əliyevin irsinin təbliği və təşviqi, dövlətin davamlı iqtisadi inkişafı, insan kapitalının və vətəndaş cəmiyyətinin inkişafı, mədəni irsin qorunması, milli maraqlar və xarici siyasət əsas kurs olaraq götürərək Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə xidmət edəcəkdir.