Nombre total de pages vues

jeudi 28 septembre 2023

 

Birləşmiş Ştatlar yalnız öz maraqlarını təmin edir



   dosent Vazeh Əskərov
   YAP İdarə Heyətinin üzvü


http://yap.org.az/az/view/news/77284/birleshmish-shtatlar-yalniz-oz-maraqlarini-temin-edir?fbclid=IwAR0_nqd86ZsRPFvz-UA30r1q0AEw1UWGurw-f2Kz_U_cKhSHD5O3MH8r6A8

XIX əsrin əvvəllərində Gülüstan və Türkmənçay müqavilələrinin nəticəsi ilə ermənilərin öz havadarlarının dəstəyi ilə kütləvi surətdə Azərbaycan torpaqlarına yerləşdirilməsi və bununla başladılan siyasət iki əsr ərzində davam etdirilmiş və Azərbaycan xalqına qarşı soyqırımılar ilə nəticələnmişdir. Bu siyasətin nəticəsi olaraq torpaqlarımız işğal olundu və 1 milyondan artıq soydaşlarımız öz dədə-baba torpaqlarından çıxarıldı. 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə baş tutmuş görüşdə Minsk konfransının çağrılması haqqında qərar qəbul edilmiş və 1994-cü ildə təsis edilmişdir. 1997-ci ildə Minsk prosesinə həmsədrlər qismində sədrlik ABŞ, Rusiya və Fransaya həvalə edilmişdir. Lakin təəssüflər olsun ki, 30 il müddətində həmsədrlərin bölgəyə səfərləri münaqişənin həlli istiqamətində deyil, yalnız "turist diplomatiyası" ilə Ermənistana dəstək vermələri ilə nəticələnmişdir. Bu istiqamətdə ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ-nin fəaliyyəti konkret addımlar ilə deyil, Ermənistanın xeyrinə növbətçi bəyanatlar ilə müşayiət olmuşdur. Zatən XX əsr boyunca "demokratiya, insan hüquqları, sülh və sabitlik carçısı" olan ABŞ dünyada baş verən bütün münaqişə nöqtələrinin mərkəzində durmuş, lakin münaqişələri həll etmək əvəzinə öz maraqlarını təmin etmişdir. 

Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan torpaqları düşmən tapdağından azad edilmiş və faktiki olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmiş, eləcə də Minsk qrupunun fəaliyyəti tarixə qovuşmuşdur.

Azərbaycanın öz torpaqlarını yalnız öz gücünə işğaldan azad etməsi və bu gücə malik olması təəssüflər olsun ki, ABŞ, Fransa və digər bu kimi ölkələrinin maraq və məqsədlərinə uyğun gəlmir və bu gün də Ermənistanla Azərbaycan arasında problemin həllinə səy göstərmək əvəzinə görüntü yaradır və mövcud vəziyyəti daha da qəlizləşdirməyə çalışır. Bu gün ABŞ Dövlət Departamenti Qarabağdakı erməni separatçılara təzyiq göstərməkdənsə, beynəlxalq yüklərin Ağdam-Xankəndi yolundan daşınmasından deyil, yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır. ABŞ Dövlət Departamentinin regiona göndərdiyi təmsilçilər isə bölgədəki problemlərin həlli ilə məşğul olmaq niyyətində deyillər.

2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə nəticələnmiş 44 günlük müharibə və bu günə qədər davam edən hadisələr bir daha göstərir ki, ABŞ Ermənistana havadarlıq edən digər dövlətlər kimi ona köməklik etməklə Ermənistanı uçuruma aparır.

Aucun commentaire: