Nombre total de pages vues

mercredi 16 décembre 2015

Miqrasiya: sosial hadisələr və nəzəri prinsiplər kimi

Tarixçilərin fikirlərinə görə ibtidai insanlar yeni dünyanı kəşf etmək üçün  adətən şərqdən gəlir və yerləşmək üçün qərbə yönəlirlər. İlk köçəri ovçular da məhz eramızdan 400 000 il əvvəl Orta Paleolit dövründə Şərqi Afrikadan o vaxtlar hələ insan izi olmayan Avropaya Orta Şərqdən keçərək gəlmişlər. İlk insan Günəşin dövretmə istiqamətini istiqamət götürərək Asiyanın qərbindəki torpaqlara qədər yerləşmişdi. Eramızdan qabaq III əsrdən etibarən Asiyanın səhralarından Avropaya hind-avropalıların köçü başlayır. Yeni tarixi araşdırmalar sübut etməyə çalışır ki, bütün millətlər mühacir axınları zamanı müxtəlif əhalinin sürətli qarışığından əmələ gəlmiş, formalaşmış və dövrlərdən asılı olaraq bu proses sürətli və ya asta templə davam etmişdir. Məsələn, bizim eranın IV əsrindən VII əsrə qədər olan işğallar insanların yerdəyişməsini daha da sürətləndirdi və eləcə də Roma imperiyasının süqutu zamanı mədəni və sosial mənzərəni tamamilə dağıtdı. Digər bir misal kimi fars və bizans dünyalarının ərəb mədəniyyətinə (VIII-XIII əsrlər) olan təsirlərini göstərə bilərik.
Müasir mühacirət avropalıların Amerika qitəsinə köçü ilə səciyyələnir. Minlərlə insan axını “yeni həyat” axtarışı ilə yad məkana axışır. Bu köçün cəmiyyət üçün müxtəlif səbəbləri var. Belə ki, burada söhbət təşkil edilmiş surətdə və ya kölə, eləcə də iş və pul qazanmaq üçün mühacirət edənlərdən gedir.
Bu gün mühacirətin baş vermə səbəbləri bir sıra məsələlərdən qaynaqlandığını ortaya çıxarır ki, bunlardan biz iqtisadi, demoqrafik, siyasi və s. göstərə bilərik. Rəqəmlərə nəzər saldıqda aydın görünür ki, hər il bir milyondan artıq insan öz ölkəsini müxtəlif səbəblərə görə, əsasən də iqtisadi çətinliyə görə tərk edir. Bir o qədər də insan sığınacaq almaq üçün çalışır. Dünya ölkəsinin 125 milyon nəfəri doğulduğu ölkə hüdudlarından kənarda yaşayır. Bu rəqəmlər dünya əhalisinin təxminən 2,5%-i təşkil edir. İmmiqrasiya siyasətini araşdıran fransalı tədqiqtçı Maxime Tandonnet özünün “Miqrasiya geosiyasəti. Sərhədlərin böhranı” adlı kitabında mühacirətin səbəblərini araşdırarkən mühacirləin nəyə görə varlı ölkələrə üz tutmaqlarının bir neçə səbəbi vurğulayır[1]:
İqtisadi mühacirət - əsasən 15-30 yaş arası kişi və qadınları əhatə edir ki, bu səbəbə görə xaricə üz tutanların 60%-i təşkil edir.
Kütləvi mühacirət – ölkədə siyasi stabilliyin pozulması, vətəndaş və ya etnik müharibələrin baş verməsi nəticəsində əhalinin 20%-dən 30%-dək köçetməsidir.
Ziyalı təbəqənin mühacirətı – yüksək təhsil almış müəllim, həkim, mühəndis və s. təbəqəyə aiddir ki, 1990-cı illərdən bu səbəb 20%-ə qədər insana aid edilir.
Maxime Tandonnet eyni kitabında mühaciratı siyasi cəhətdən analiz edərkən üç model təklif edir:
1) Əhalinin köç edərək yerləşməsi. Əsasən üç qərb ölkəsini (ABŞ, Kanada, Avstraliya) əhatə edir və bu, əsasən immiqrasiyanın gələcəyini və dinamizmini tərənnüm edir.
2) İmmiqrasiya hüququ (Cenevrə Konvensiyası 1951)[2]. Bu model birincidən çox fərqlənir və daha çox insanlar üçün kvota tələb etməyən Avropa mühacirətinə aiddir. Belə ki, əsrlər boyu avropalılar özləri işğal və köçlərin səbəbkarı idilər. İndi isə həmin avropalılar öz torpaqlarında yerləşmək üçün miqrantlara qanunlar tətbiq edirlər. Müəllif həmçinin qeyd edir ki, bu gün Qərbi Avropa bu forma mühafizəkar mühacirətdən imtina edir.
3)  Üçüncü növ isə qeyri-stabil mühacirətdir ki, bu əsasən əmək fəaliyyəti ilə əlaqədardır. Bu mühacirət növü bütün dünya sakinlərinin mühacirəti ilə bağlıdır ki, bu halda mühacirlər uzun müddətli oturum sənədlərinə ümid bəsləyə bilməz və yerləşdiyi ölkədən iş müqavilələrinin müddətinədək çox oturum haqqında icazə ala bilməz.
Fransız cəmiyyətin üçün mühacir sözünün semantik inkişafı çoxmənalıdır. 1960-cı illərdən bəri yadellilərə müxtəlif adlar verilmişdir. Fransızların daha çox işlətdikləri “mühacir” kəlməsi öz ilkin mənasını artıq çoxdan itirmişdir. Belə ki, bu illər ərzində yadelli, xarici və ya mühacir kəlmələri arasında çoxlu məna dəyişməsi baş vermişdir. Fransanın Milli Demoqrafik Təhlillər İnstitutu (İNED), Milli Statistika və İqtisadi Təhlillər İnstitutu (İNSEE), Ali İnteqrasiya Şurasının (HCİ) tədqiqatçıları ilk dəfə 1991-ci ildə “mühacir” və “xarici” sözlərinin mənasına aydınlıq gətirməyi tövsiyyə etmiş və hər iki sözə tərif vermişdirlər:
Xaricilər: Fransada siyahıyaalma zamanı yaşamağa yerləri olan, lakin vətəndaşlıqları olmayanlardır.
Mühacirlər: Fransadan kənarda doğulmuş, lakin vətəndaşlıqları olan fransız və ya xaricidirlər.
          Belə aydın olur ki, xarici bir vətəndaş eyni zamanda mühacir sayıla bilər və ya hər hansı bir müacir heç də xarici vətəndaş deyildir. 1992-ci il Ali İnteqrasiya Şurası mühacir sözünün mənasına aydınlıq gətirdi. Mühacir xaricdə hər hansı bir dövlətin ərazisində doğulmuş və hal-hazırda Fransada yaşamaqdadır. Mühacir Fransa vətəndaşlığını almaq hüququna malikdir. Ümumiyyətlə, bütün mühacir edəndərin heç də hamısı xarici deyillər. Fransada doğulmuş xarici, lakin öz əzəli vətəndaşlığını saxlayanlar mühacir sayıla bilməz.
          Hələ Əlcəzair müharibəsi dövründən bəri fransızların dilində işlətdikləri bəzi sözlər, eləcə də “mühacir” sözü məhz xaricdən gəlmişləri adlandırmaq üçün işlənilirdi. Bu məsələ ilə bağlı René Gallissot[3] xatırlayırdı : yada salmaq yerinə düşər ki, biz Şərqi Avropa yəhudilərininin seçilməsi üçün onlari metiklər[4] adlandırırdıq. Bundan sonra isə biz əlcəzairləri fransız kimi çağirmağa cürət etmədiyimizdən mühacir sözünü icad etdik.
          Emigrare latın sözü olub “başqa yerə köçmək” anlamına gəlir. Ərəb dilində işlənən hajr kəlməsi “bir yerdən digər yerə getmək” mənasını verir. Eramızın 622-ci ilində bu kəlmə Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə getməsi ilə digər müsəlmanların da onun dalınca getməsi ilə izah olunurdu. 1960-cı illərdə işlənməyə başlanmış işçi mühacir söz birləşməsi artıq 1980-cı illərin ortalarında işlənən mühacir sözünündən fərqlənirdi. Belə ki, işçi adı ilə Fransaya üz tutmuş mühacirlər yerli fəhlələrdən fərqli olaraq iş yekunlaşandan sonra öz vətənlərinə qayıdırdılar. Qeyd etmək lazımdır ki, mühacir kəlməsi həmin dövr üçün cinsindən və yaşından asılı olmayaraq bütün işçi təbəqəsinə şamil edilirdi. Eyni vəziyyət Almaniyada qastarbayter kəlməsinin işlənməsi ilə bağlıdır. Hətta 70-ci illərdə əsasən türklər və yunanlardan təşkil olunan işçi qastarbayterlər rotasiya yolu ilə Alman dövləti ilə müqavilələr bağlayır və müqaviləsi başa çatdıqdan sonra vətənlərinə qayıdırdılar. Eyni kəlmə rus dilində də işlənməkdədir. Belə ki, rus dilindəki мухаджир kəlməsi XVIII-XX əsrlərdə müsəlmanların Osmanlı imperiyası hüdudarına sığınmaqları ilə səciyyələnir.
          Bu dövrdə digər bir termin miqrant (köçəri) kəlməsi işlənirlirdi ki, bu da xarici, yadelli kəlmələrini bədii dildə işlətməmək üçün, eləcə də daha çox neytrallığı saxlamaq məqsədilə və statistik sənədlərdə, hüquqi mətnlərdə və digər rəsmi qaydada istifadə edilirdi[5]. Daha bir maraqlı məlumat Encyclopedia Universalis-in 1984-cü ildə dərc olunmuş ikinci nəşrində mühacir sözünə verdiyi izah idi. Belə ki, miqrant kəlməsi isə yalnız 1968-1975-ci illərdəki I nəşrində öz izahını tapmışdır. Misal üçün, Encyclopedia Universalis-in 1984-cü ildə II və 1988-ci ildəki III nəşrlərində mühacir sözünə verilmiş izaha nəzər yetirmək maraqlı olardı:
Mühacir - yola düşmə, ölkə, qarşılanma, qayıdış, mühacirat (1984)
          Mühacir - hüquq, vətəndaşlıq, sığınacaq, inteqrasiya, sığınacaq istəmək (1988)
        İnkişaf edən bu günümüzdə mühacirata olan tələb və qaydalar, eləcə də münasibət də dəyişmişdir. Əgər yaxın 50 ildə miqrqsiya deyəndə insanların başqa dünyaya iş axtarmaq, köç etmək, daha sakit həyat seçmək məsələsi dururdusa, bu gün bura beyin axını (brain drain), iqlim və ekoloji çirkliliyə görə də mühacir edənlərə az rast gəlinmir.



Ədəbiyyat 

1. Vahidov F. Q., Ağayev T. B. Sosiologiya. Ali məktəblər üçün dərs vəsaiti. Bakı: «Təknur» nəşriyyatı, 2008, 334 s. 
2. GALLISSOT René (2007), Algérie: Engagements Sociaux Et Question Nationale - De La Colonisation À L'indépendance De 1830 À 1962, Paris, De L'atelier.
3. BONNAFOUS Simone (1991), L’immigration prise aux mots, Paris, Kimé. 4.  MESPOULET Martine (2007), La « renaissance » de la sociologie en URSS (1958-1972)Revue d'Histoire des Sciences Humaines 1/2007 (n° 16), p. 57-86. 
5. ЯДOВ Владимир (1998), Социология в России, Москва, Издательство Института социологии РАН. 
6. TANDONNET Maxime (2007), Géopolitique des migrations. La crise des frontières, Paris, Ellipses Marketing. 
7.  Vazeh ASGAROV (2013), L'immigration des Azerbaïdjanais, PAF, 425 p. 


VAZEH

Azərbaycan Dillər Universiteti
Dr. V.E.Əskərov


Azərbaycanda sosioloji fikirlər və miqrasiya məsələləri

Açar sözlər: sosiologiya,miqrasiya, mühacirət, əhalinin köçü, inteqrasiya, tarix,
Keywords: sociology, migration, immigration,  population movement, integration, history, 
Ключевые слова: социология, миграция, иммиграция, движение населения, интеграция,       история

XIX əsrdə cəmiyyətdəki müxtəlifliyi öyrənən yeni bir sahənin meydana gəlməsi sosiologiya sözünün yaranmasına və onun bir elm kimi öyrənilməsinə gətirib çıxartdı. Dahi mütəfikkir və tarixçilərdən Platonun, Aristotelin, Heredotun, Ksenefonun miras qoyduğu zəngin məlumatlar eramızdan əvvəl V əsrdə misirliləri maraqlandırmağa başlamışdır. İslam mədəniyyətində İbn Xaldunun “Müqəddimə” və ya “Bəşəri tarixə giriş” əsəri ərəb xilafətinin yaranmasının və tənəzzülə uğramasının səbəblərini araşdıraraq tarixdə sosial məsələləri onun tarixini, fəlsəfəsini və mədəniyyətini öyrənən ilk əsər kimi qalmışdır.  Sosiologiyanın ilk “cücərtiləri” VIII əsrdə İssak Nyutonun və digərlərinin fiziki sosiologiyanın dünya ilə təzahürünün əlaqələrinə yönəlməsi ilə hiss olunmağa başladı.
Məhz XIX əsri sosiologiyanın yaranışı tarixi hesab etmək olar. Lakin buna baxmayaraq, Azərbaycanda sosioloji fikirlərə artıq qədim zamanlardan rast gəlmək olur. Belə ki, Avestada yaxşı ilə pisin, xeyir və şərin müqavimətini əks etdirən, eləcə də düzgün cəmiyyətin formalaşması üçün müsbət ideyaları özündə ehtiva edən səhnələrə rast gəlinir. Nizami Gəncəvi, Siracəddin Urməvi, Nəsrəddin Tusi öz əsərlərində hüquqi münasibətə, dövlət idarəçiliyi, ailə məsələlərinə geniş yer aryırırdılar. Məsələn, Urməviyə görə cəmiyyət insan orqaniziminə bənzəyir və onun idarəçiliyi başçıdan asılıdır. XIX əsrin əvvəllərində M.F.Axundov və A.Bakıxanov öz əsərlərində ictimaiyyətə sosioloji məsələlərdən bəhs edir. Daha sonralar biz Məhəmməd Hadinin, Hüseyn Cavidin, Abdulla Şaiqin yazılarında sosioloji problemlərə müraciətləri görürük. XX əsrin əvvəlləri öz ictimai fəaliyyətləri ilə dahi M.Ə. Rəsulzadə, Ə. Hüseynzadə, Ə. Ağaoğlu, Ü. Hacıbəyov və s. yeni cəmiyyətin qurulmasında (ADR) böyük rol oynamışlar.
Bolşeviklərin hakimiyyətə gəlişi ilə elmin sosial fikirlərə olan münasibəti də dəyişdi və Sosiologiya elmi burjua təbəqəsinə aid edildiyinə görə cəmiyyətdə qadağan olundu. 20-ci illərin əvvəllərində universitetlərdə və akademiyalarda Sosiologiya sosial elmlərlə birləşdirilərək “İctimaiyyət elmi” adı altında tədris olunmağa başladı. 1924-cü ildən etibarən SSR-i ərazisində Sosiologiya bir elm kimi ləğv olundu və Sosiologiya sözünün də işlənməsi qadağan olundu[1].
II Dünya müharibəsindən sonra cəmiyyətin sosioloji nöqteyi-nəzərindən öyrənilməsi yenidən gündəmə gəldi və 1950-ci illərdən etibarən cəmiyyətin hüquqi vəziyyətinin öyrəniliməsi yenidən sosiologiyaya bir çağırış etmiş oldu. 1960-cı illərin əvvəllərindən sosiologiyanın “itirilmiş hüququ” bərpa olunmağa başladı. Bu dövr SSRİ-nin bir çox universitetlərində və Elmlər Akademiyalarında müxtəlif institutların yaranmasının şahidi oluruq. Eyni zamanda qeyri-rəsmi olaraq ziyalılar arasında aparılmış tədqiqatların da əsaslı surətdə tədqiq edilməsi üçün zəmin yarandı. Digər tərəfdən bu proresin əsas səbəblərindən biri kimi Sovet məkanında yaşayan müxtəlif xalqların və eləcə də, millətlərarası münasibətlərin olması da əsas şərtlərdən sayılır, bu prosesi daha da gündəmə gətirirdi. Belə ki, SSRİ çoxmillətli bir dövlət olmaqla əhalisinin 45%-ni qeyri-ruslar təşkil edirdi[2].
La création de l'Association soviétique de sociologie en juin 1958 par un décret du Présidium de l'Académie des sciences de l'URSS constitua un pas important.
Qeyd etmək vacibdir ki, Nikita Xruşovun məhz Kommunist partiyasının 1956-cı ildəki XX iclasında etdiyi çıxışından sonra cəmiyyətdə olan sosial problemlərə münasibət deyişməyə başladı. N. Xruşov öz nitqində Stalinin cinayətlərini pisləyərək bəzi sosial elmləri Stalin ehkamından azad etmiş olur. Bu dəyişikliklə 1958-ci ilin iyun ayında SSRİ Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən Sovet Sosiologiya assosiyasiyası yaradıldı. Lakin buna baxmayaraq, kommunist partiyası yenə də sosiologiyaya maraqlı olanları öz nəzarətində saxlayır. Sosioloqların əsas axtarış predmeti də məhz marksist-leninist ideyaların öyrənilməsinə köklənir. 1964-cü ildə SSRİ məkanında ilk dəfə bütün respublikaların sosial elmlər üzrə tədqiqatçılarının konfransı təşkil olunur. Tezliklə sosiologiya ixtisasının beynəlxalq aləmə cıxışı  üçün zəmin yaranır. 1966-cı il isə Sovet sosioloqları ilk dəfə Evianda (Fransa) baş tutmuş VI beynəlxalq sosioji konqresdə iştirak edirlər.
Bu hadisədən sonra Azərbaycanda da Sosiologiya elminə yeni maraq müşahidə olunur və ilk dəfə olaraq 1968-ci ildə C.T. Əhmədlinin, V.Ə. Paşayevin “Burjua sosiologiyanın tənqidi”, 1972 C.T.Əhmədli və J.Sogomonovun “Sosiologiyaya dair söhbətlər” adlı kitabları işıq üzü görür. Bu iki əsər ilə Azərbaycan oxucusu Sosiologiyanın bir sıra vacib problemləri ilə, eləcə də sosioloji biliklərin müxtəlif səviyyələri ilə yığcam şəkildə tanış olur və bundan sonra daha geniş formatda sosioloji tədqiqatlar aparmağa maraq göstərir. Bu dövrün sosioloji baxışları bəzi ideoloji ehkamlardan azad olmasa da, gələcəkdə bu sahədə tədqiqatların aparılmasına geniş istiqamət vermişdi.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sosial elmlərin o cümlədən sosiologiyanın da bir elm kimi formalaşmasına, eləcə də azərbaycanlı sosioloqların bu elmin yeni struktur və mexanizmlərini işləyib hazırlamaqları üçün təkan oldu. Hal-hazırda Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində sosiologiya ixtisası üzrə kadrlar hazırlanır. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunda «Sosiologiya və sosial psixologiya» şöbəsi fəaliyyət göstərir. 

Miqrasiya: sosial hadisələr və nəzəri prinsiplər kimi
Tarixçilərin fikirlərinə görə ibtidai insanlar yeni dünyanı kəşf etmək üçün  adətən şərqdən gəlir və yerləşmək üçün qərbə yönəlirlər. İlk köçəri ovçular da məhz eramızdan 400 000 il əvvəl Orta Paleolit dövründə Şərqi Afrikadan o vaxtlar hələ insan izi olmayan Avropaya Orta Şərqdən keçərək gəlmişlər. İlk insan Günəşin dövretmə istiqamətini istiqamət götürərək Asiyanın qərbindəki torpaqlara qədər yerləşmişdi. Eramızdan qabaq III əsrdən etibarən Asiyanın səhralarından Avropaya hind-avropalıların köçü başlayır. Yeni tarixi araşdırmalar sübut etməyə çalışır ki, bütün millətlər mühacir axınları zamanı müxtəlif əhalinin sürətli qarışığından əmələ gəlmiş, formalaşmış və dövrlərdən asılı olaraq bu proses sürətli və ya asta templə davam etmişdir. Məsələn, bizim eranın IV əsrindən VII əsrə qədər olan işğallar insanların yerdəyişməsini daha da sürətləndirdi və eləcə də Roma imperiyasının süqutu zamanı mədəni və sosial mənzərəni tamamilə dağıtdı. Digər bir misal kimi fars və bizans dünyalarının ərəb mədəniyyətinə (VIII-XIII əsrlər) olan təsirlərini göstərə bilərik.
Müasir mühacirət avropalıların Amerika qitəsinə köçü ilə səciyyələnir. Minlərlə insan axını “yeni həyat” axtarışı ilə yad məkana axışır. Bu köçün cəmiyyət üçün müxtəlif səbəbləri var. Belə ki, burada söhbət təşkil edilmiş surətdə və ya kölə, eləcə də iş və pul qazanmaq üçün mühacirət edənlərdən gedir.
Bu gün mühacirətin baş vermə səbəbləri bir sıra məsələlərdən qaynaqlandığını ortaya çıxarır ki, bunlardan biz iqtisadi, demoqrafik, siyasi və s. göstərə bilərik. Rəqəmlərə nəzər saldıqda aydın görünür ki, hər il bir milyondan artıq insan öz ölkəsini müxtəlif səbəblərə görə, əsasən də iqtisadi çətinliyə görə tərk edir. Bir o qədər də insan sığınacaq almaq üçün çalışır. Dünya ölkəsinin 125 milyon nəfəri doğulduğu ölkə hüdudlarından kənarda yaşayır. Bu rəqəmlər dünya əhalisinin təxminən 2,5%-i təşkil edir. İmmiqrasiya siyasətini araşdıran fransalı tədqiqtçı Maxime Tandonnet özünün “Miqrasiya geosiyasəti. Sərhədlərin böhranı” adlı kitabında mühacirətin səbəblərini araşdırarkən mühacirləin nəyə görə varlı ölkələrə üz tutmaqlarının bir neçə səbəbi vurğulayır[3]:
İqtisadi mühacirət - əsasən 15-30 yaş arası kişi və qadınları əhatə edir ki, bu səbəbə görə xaricə üz tutanların 60%-i təşkil edir.
Kütləvi mühacirət – ölkədə siyasi stabilliyin pozulması, vətəndaş və ya etnik müharibələrin baş verməsi nəticəsində əhalinin 20%-dən 30%-dək köçetməsidir.
Ziyalı təbəqənin mühacirətı – yüksək təhsil almış müəllim, həkim, mühəndis və s. təbəqəyə aiddir ki, 1990-cı illərdən bu səbəb 20%-ə qədər insana aid edilir.
Maxime Tandonnet eyni kitabında mühaciratı siyasi cəhətdən analiz edərkən üç model təklif edir:
   1) Əhalinin köç edərək yerləşməsi. Əsasən üç qərb ölkəsini (ABŞ, Kanada, Avstraliya) əhatə edir və bu, əsasən immiqrasiyanın gələcəyini və dinamizmini tərənnüm edir.
  2) İmmiqrasiya hüququ (Cenevrə Konvensiyası 1951)[4]. Bu model birincidən çox fərqlənir və daha çox insanlar üçün kvota tələb etməyən Avropa mühacirətinə aiddir. Belə ki, əsrlər boyu avropalılar özləri işğal və köçlərin səbəbkarı idilər. İndi isə həmin avropalılar öz torpaqlarında yerləşmək üçün miqrantlara qanunlar tətbiq edirlər. Müəllif həmçinin qeyd edir ki, bu gün Qərbi Avropa bu forma mühafizəkar mühacirətdən imtina edir.
  3)  Üçüncü növ isə qeyri-stabil mühacirətdir ki, bu əsasən əmək fəaliyyəti ilə əlaqədardır. Bu mühacirət növü bütün dünya sakinlərinin mühacirəti ilə bağlıdır ki, bu halda mühacirlər uzun müddətli oturum sənədlərinə ümid bəsləyə bilməz və yerləşdiyi ölkədən iş müqavilələrinin müddətinədək çox oturum haqqında icazə ala bilməz.
Fransız cəmiyyətin üçün mühacir sözünün semantik inkişafı çoxmənalıdır. 1960-cı illərdən bəri yadellilərə müxtəlif adlar verilmişdir. Fransızların daha çox işlətdikləri “mühacir” kəlməsi öz ilkin mənasını artıq çoxdan itirmişdir. Belə ki, bu illər ərzində yadelli, xarici və ya mühacir kəlmələri arasında çoxlu məna dəyişməsi baş vermişdir. Fransanın Milli Demoqrafik Təhlillər İnstitutu (İNED), Milli Statistika və İqtisadi Təhlillər İnstitutu (İNSEE), Ali İnteqrasiya Şurasının (HCİ) tədqiqatçıları ilk dəfə 1991-ci ildə “mühacir” və “xarici” sözlərinin mənasına aydınlıq gətirməyi tövsiyyə etmiş və hər iki sözə tərif vermişdirlər:
Xaricilər: Fransada siyahıyaalma zamanı yaşamağa yerləri olan, lakin vətəndaşlıqları olmayanlardır.
Mühacirlər: Fransadan kənarda doğulmuş, lakin vətəndaşlıqları olan fransız və ya xaricidirlər.
    Belə aydın olur ki, xarici bir vətəndaş eyni zamanda mühacir sayıla bilər və ya hər hansı bir müacir heç də xarici vətəndaş deyildir. 1992-ci il Ali İnteqrasiya Şurası mühacir sözünün mənasına aydınlıq gətirdi. Mühacir xaricdə hər hansı bir dövlətin ərazisində doğulmuş və hal-hazırda Fransada yaşamaqdadır. Mühacir Fransa vətəndaşlığını almaq hüququna malikdir. Ümumiyyətlə, bütün mühacir edəndərin heç də hamısı xarici deyillər. Fransada doğulmuş xarici, lakin öz əzəli vətəndaşlığını saxlayanlar mühacir sayıla bilməz.
   Hələ Əlcəzair müharibəsi dövründən bəri fransızların dilində işlətdikləri bəzi sözlər, eləcə də “mühacir” sözü məhz xaricdən gəlmişləri adlandırmaq üçün işlənilirdi. Bu məsələ ilə bağlı René Gallissot[5] xatırlayırdı : yada salmaq yerinə düşər ki, biz Şərqi Avropa yəhudilərininin seçilməsi üçün onlari metiklər[6] adlandırırdıq. Bundan sonra isə biz əlcəzairləri fransız kimi çağirmağa cürət etmədiyimizdən mühacir sözünü icad etdik.
 Emigrare latın sözü olub “başqa yerə köçmək” anlamına gəlir. Ərəb dilində işlənən hajr kəlməsi “bir yerdən digər yerə getmək” mənasını verir. Eramızın 622-ci ilində bu kəlmə Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə getməsi ilə digər müsəlmanların da onun dalınca getməsi ilə izah olunurdu. 1960-cı illərdə işlənməyə başlanmış işçi mühacir söz birləşməsi artıq 1980-cı illərin ortalarında işlənən mühacir sözünündən fərqlənirdi. Belə ki, işçi adı ilə Fransaya üz tutmuş mühacirlər yerli fəhlələrdən fərqli olaraq iş yekunlaşandan sonra öz vətənlərinə qayıdırdılar. Qeyd etmək lazımdır ki, mühacir kəlməsi həmin dövr üçün cinsindən və yaşından asılı olmayaraq bütün işçi təbəqəsinə şamil edilirdi. Eyni vəziyyət Almaniyada qastarbayter kəlməsinin işlənməsi ilə bağlıdır. Hətta 70-ci illərdə əsasən türklər və yunanlardan təşkil olunan işçi qastarbayterlər rotasiya yolu ilə Alman dövləti ilə müqavilələr bağlayır və müqaviləsi başa çatdıqdan sonra vətənlərinə qayıdırdılar. Eyni kəlmə rus dilində də işlənməkdədir. Belə ki, rus dilindəki мухаджир kəlməsi XVIII-XX əsrlərdə müsəlmanların Osmanlı imperiyası hüdudarına sığınmaqları ilə səciyyələnir.
  Bu dövrdə digər bir termin miqrant (köçəri) kəlməsi işlənirlirdi ki, bu da xarici, yadelli kəlmələrini bədii dildə işlətməmək üçün, eləcə də daha çox neytrallığı saxlamaq məqsədilə və statistik sənədlərdə, hüquqi mətnlərdə və digər rəsmi qaydada istifadə edilirdi[7]. Daha bir maraqlı məlumat Encyclopedia Universalis-in 1984-cü ildə dərc olunmuş ikinci nəşrində mühacir sözünə verdiyi izah idi. Belə ki, miqrant kəlməsi isə yalnız 1968-1975-ci illərdəki I nəşrində öz izahını tapmışdır. Misal üçün, Encyclopedia Universalis-in 1984-cü ildə II və 1988-ci ildəki III nəşrlərində mühacir sözünə verilmiş izaha nəzər yetirmək maraqlı olardı:
Mühacir - yola düşmə, ölkə, qarşılanma, qayıdış, mühacirat (1984)
 Mühacir - hüquq, vətəndaşlıq, sığınacaq, inteqrasiya, sığınacaq istəmək (1988)

İnkişaf edən bu günümüzdə mühacirata olan tələb və qaydalar, eləcə də münasibət də dəyişmişdir. Əgər yaxın 50 ildə miqrqsiya deyəndə insanların başqa dünyaya iş axtarmaq, köç etmək, daha sakit həyat seçmək məsələsi dururdusa, bu gün bura beyin axını (brain drain), iqlim və ekoloji çirkliliyə görə də mühacir edənlərə az rast gəlinmir.



[1] MESPOULET Martine (2007), La « renaissance » de la sociologie en URSS (1958-1972)Revue d'Histoire des Sciences Humaines 1/2007 (n° 16), p. 57-86.
[2] ЯДOВ Владимир (1998), Социология в России, Москва, Издательство Института социологии РАН.
[3] TANDONNET Maxime (2007), Géopolitique des migrations. La crise des frontières, Paris, Ellipses Marketing.
[4] 28 iyul 1951-ci il qaçqınların statusu ilə bağlı Cenevrə Konvensiyası və ya sadəcə Cenevrə Konvensiyası, qaçqınların huquq və dövtətin hüquqi öhdəliklərini müəyyən edən sənəddir. 1967-cı ildə qəbul olunmuş protokol Konvensiyanın coğrafi və zaman məhdudiyyətini ləğv etmişdir.
[5] GALLISSOT René (2007), Algérie: Engagements Sociaux Et Question Nationale - De La Colonisation À L'indépendance De 1830 À 1962, Paris, De L'atelier.
[6] Meteklər qədim yunanlılar sayılsalar da ora gəlmə hesab olunur. Məsələn, Makidoniyada doğulmuş Aristotel Afinanın ən məhşur metek hesab oluna bilər.
[7] BONNAFOUS Simone (1991), L’immigration prise aux mots, Paris, Kimé.
[8]. Vazeh ASGAROV (2013), L'immigration des Azerbaïdjanais, PAF, 425 p. 


Summary
Sociological thoughts in Azerbaijan and problems of migration
The article covers the problems of sociological thoughts in Azerbaijan and issues of migration in the light of social events and theoretical principles. Major goal of the article is to research the formation history of sociology as a science in Azerbaijan in the 20th century. A step by step research of the causes of current dynamics of emigration along with the general problems of migration is the major target of the article.  

Резюме
Социологические вопросы миграции в Азербайджане
Статья посвящена изучению социологических вопросов миграции на фоне теоретических принципов и социальных событий в Азербайджане. В статье исследуются история формирования в ХХ веке, в Азербайджане социологии как науки. Рассматриваются  вопросы миграции а также по этапно объясняются причины и исторические предпосылки миграции.

IN: Vazeh Əskərov, Azərbaycanda sosioloji fikirlər və miqrasiya məsələləri, Azərbaycan Respublikasi Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti, Elmi xəbərlər, Bakı 2016, N 1, səh. (248-254)


[1] MESPOULET Martine (2007), La « renaissance » de la sociologie en URSS (1958-1972), Revue d'Histoire des Sciences Humaines 1/2007 (n° 16), p. 57-86.
[2] ЯДOВ Владимир (1998), Социология в России, Москва, Издательство Института социологии РАН.
[3] TANDONNET Maxime (2007), Géopolitique des migrations. La crise des frontières, Paris, Ellipses Marketing.
[4] 28 iyul 1951-ci il qaçqınların statusu ilə bağlı Cenevrə Konvensiyası və ya sadəcə Cenevrə Konvensiyası, qaçqınların huquq və dövtətin hüquqi öhdəliklərini müəyyən edən sənəddir. 1967-cı ildə qəbul olunmuş protokol Konvensiyanın coğrafi və zaman məhdudiyyətini ləğv etmişdir.
[5] GALLISSOT René (2007), Algérie: Engagements Sociaux Et Question Nationale - De La Colonisation À L'indépendance De 1830 À 1962, Paris, De L'atelier.
[6] Meteklər qədim yunanlılar sayılsalar da ora gəlmə hesab olunur. Məsələn, Makidoniyada doğulmuş Aristotel Afinanın ən məhşur metek hesab oluna bilər.
[7] BONNAFOUS Simone (1991), L’immigration prise aux mots, Paris, Kimé.
[8]. Vazeh ASGAROV (2013), L'immigration des Azerbaïdjanais, PAF, 425 p. 


jeudi 10 décembre 2015


      Hindistan Konstitusiya Günü Azərbaycan Dillər Universitetində





Hindistanın Azərbaycandakı səfirliyi Konstitusiya gününü Azərbaycan Dillər Universitetində qeyd etdi. Hindistan konstitusiyasının yaradılmasının 66–cı ildönümü münasibətiləkeçirilən tədbirdə çıxış edən səfir Sanjay Rana hind xalqının Konstitusiyanın qəbulu uğrunda apardığı mübarizədən söz açdı. Diplomat Mohatma Qandi başda olmaqla, azadlıq döyüşçülərinin əməyi nəticəsində qəbul edilən bu sənədin hind xalqının tarixində mühüm yer tutduğunu qeyd etdi. Daha sonra səfir ADU-da olmaqdan məmnunluq duyduğunu dilə gətirdi.

Miçiqan Universitetinin professoru Stephen
L. Desjardins ADU-da olub



ADU-nin İnformasiya Resurs Kompleksinin Amerika mərkəzində ABŞ səfirliyinin Spiker Proqramı çərçivəsində dəyirmi masa keçirildi. Daha sonra tədbir Miçiqan Universitetinin professoru Stephen L. DesJardins Magistratura və Doktarantura fakültəsində təhsil alan tələbələrə “Ali təhsildə Tətqiqat İnstitutu” mövzusunda mühazirəsi ilə davam etdi. Elmi araşdırma sahəsində tələbələrə maraqlı və faydalı məlumatlar verən professor tələbələrin suallarını da cavablandırdı. Tədbirin “tələbə uğuru” adlı növbəti bölməsində professor Stephen L. DesJardins tələbələrə Amerikada orta və ali təhsil sistemi ilə bağlı ətraflı məlumat verdi və onların suallarını cavablandırdı.

La naissance de l'école de CHICAGO

    La sociologie moderne se détache des modes de pensée précédente des années 1920. Elle n’est ainsi pas en mesure de pratiquer à l’égard d’un lointain passé leur discipline et les oeuvres de leurs précurseurs. Il faut aussi noter que pendant un certain moment les travaux de sociologues n’étaient pas stables. Surtout entre les deux guerres, à partir des années trente, ces ouvrages restaient ignorés. Pourtant, cette indifférence relative et ce désintérêt partiel sont compensés pour une tendance contemporaine à la relecture des oeuvres fondatrices et par l’usage des concepts centraux de la sociologie de cette période.


   La sociologie de l’immigration distingue traditionnellement deux problématiques: celle de l’immigration et celle de l’installation des immigrés. La première étape traditionnelle étudie les causes et les origines de l’immigration, le déplacement jusqu’à l’arrivée dans le pays d’accueil. La deuxième étape traditionnelle de l’immigration se concentre sur l’intégration, l’acquisition d’une position sociale, économique ou politique, dans le pays d’accueil. Les recherches de l’École de Chicago produites entre 1910-1940 constituent les textes fondateurs de la sociologie de l’immigration conduite par des enseignants et des étudiants de l’Université de Chicago. La sociologie de Chicago se caractérise avant tout par sa recherche empirique. Au début, les recherches étaient orientées vers des enquêtes sociales. L’École de Chicago développe des méthodes originales de recherche en utilisant les documents personnels, travail sur les terrains systématiques et diverses sources documentaires en faisant une sociologie quantitative (Coulon, 2004).

          Occupant la troisième place des États-Unis par sa population, largement accrue à la fin du XIXème siècle par l’arrivée en masse de migrants américains et d’immigrants étrangers, la ville de Chicago devient une cité industrielle, un centre de commerce et une bourse prospère. Elle est, en effet, l’une des villes des États-Unis qui connaissent le développement le plus rapide dans la deuxième moitié du XIXème siècle. Les facteurs de ce développement sont multiples : la ville est un lieu d’implantation des industries liées à l’agriculture des plaines du Middle West avec des abattoirs et des fabriques d’instruments agricoles. Un des principaux fabricants de wagons, la société Pullman, s’installe à Chicago. Elle est le siège d’importantes industries sidérurgiques, d’imprimerie, de textiles et de traitements de cuir. Par ces emplois, la ville attire une masse d’immigrants venus par vagues successives de toutes les parties de l’Europe: Allemagne, Irlande, Suède, Pologne, Russie, Slovaquie, Italie, Lituanie et République tchèque. Si en 1840, sa population est de 4500 habitants, en 1870 elle atteint 300 000 habitants, 500 000 en 1880, 1 700 000 en 1900, 2 700 000 en 1920. Vers l'année 1900, environ la moitié des habitants de Chicago sont nés à l’étranger (Guth, 2004).

       Au cours de son développement, la ville, périodiquement agitée par des conflits sociaux opposant les immigrants les plus récemment arrivés sur les conditions de travail et de rémunération, est devenue une agglomération cosmopolite.

         Chicago était l’une des villes oùles classes moyennes devaient affronter les problèmes urbains comme la pauvreté chronique d’un Fraction importante de la population. La définition de ces problèmes urbains est en relation dialectique avec le développement de différents mouvements sociaux, comme ceux du mouvement ouvrier et de réforme qui amène aux affrontements entre employeurs et ouvriers et enfin à des grèves qui sont très fréquentes à Chicago à cette époque-là. Par exemple, entre 1893-1894, une baisse des salaires entraîne une longue grève des ouvriers de l’usine de constructeur de matériel de chemin de fer Pullman, implanté dans le sud de la ville (Coulon, 2004).

        Les changements structurels économiques et démographiques s’accompagnent de changements sociaux. Le statut social tient de plus en plus à la compétence acquise. Cela veut dire que la transformation des fondements de l’ordre social était plus apparente que réelle. Dans l’ensemble de la population, la conjonction du talent, de la formation et de la situation sociale n’était pas équilibrée.

574949       En 1889, la fille d’un sénateur Quaker, Jane Addams, diplômée en 1881 d’un établissement d’enseignement supérieur féminin, s’installe dans Hull Hause, l’un des quartiers pauvres de Chicago. Étant un peu moins élitiste que ses prédécesseurs britanniques, elle propose d’offrir avec son ancien collègue des services sociaux et culturels, ainsi qu’un lieu de rencontre et de réunion aux immigrants. Durant les années suivantes, Hull Hause devient le centre d’activités variées et culturelles et provoque chez les nombreuses jeunes femmes l’envie de poursuivre leurs études à l’Université de Chicago.

        La nouvelle Université ouvre ses portes en octobre 1892, grâce à la générosité de John Rockefeller qui n’a pas fait d’études supérieures. À l’issue d’une longue négociation, il propose 1 million de dollars à condition de trouver d’autres donateurs. Pendant les vingt premières années d’existence de l’Université, Rockefeller y consacrera 35 millions de dollars de sa fortune. Parmi les donateurs, on trouve le nom de Marshall Field, le propriétaire d’un des grands magasins de la ville, ainsi que des Juifs d’origine allemande1.

       Le président de l’Université, William Harper (1856–1906) s’engage à élargir le champ d’action de l’Université et demande à Albion Small (1854-1926) de fonder et diriger le nouveau département d’Anthropologie et de Sociologie qui jouera un rôle important dans le mouvement de réforme des services sociaux de Chicago.

       La première école de Chicago s’achève avec la Seconde Guerre mondiale au moment où la sociologie américaine est devenue plus quantitative et plus diverse sur le plan théorique.

         L’étude de l’installation des migrants constitue l’un des objets fondateurs de la sociologie américaine, oùla sociologie de l’immigration n’a jamais été considérée comme un sujet mineur. Les chercheurs américains, utilisant la ville de Chicago comme un laboratoire social, prennent les relations ethniques et raciales comme objet d’étude. L’École de Chicago constitue une entreprise scientifique et militante avec la composition des travaux de ses trois fondateurs, Robert Park, Ernest Burgess et William Thomas et aussi les 78 thèses produites entre 1919 et 1935 (Coulon, 2004).

1. http://www.uchicago.edu/about/history.shtml


Bibliographie.

1.ASGAROV Vazeh (2014), L'immigration des Azerbaïdjanais, PAF, 424 p.
http://www.amazon.fr/Limmigration-Azerba%C3%AFdjanais-g%C3%A9n%C3%A9rale-histoire-perspectives/dp/3841622224
2. COULON Alain (2004), L’école de Chicago, Que sais-je ? Paris, Presses universitaires de France.
3. GUTH Suzie (2004), Chicago 1920. Aux origines de la sociologie qualitative, Paris, Tétraèdre.


VAZEH

“Peşəkar musiqiçi olmaq istəyirdim” -Hobbim




Vazeh Əsgərovun fikrincə, müəyyən yaş dövrlərində insanların hobbisi və maraq dairəsi dəyişir

Elə bir insan yoxdur ki, onun əlavə məşğuliyyəti olmasın. İnsan boş vaxt tapan kimi hobbiləri ilə məşğul olur və bundan zövq alır. Rubrikamızın qonağı Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, müasir tarix üzrə fəlsəfə doktoru Vazeh Əsgərovdur. Vazeh müəllimlə ona mənəvi qida verən hobbisi haqqında danışdıq.

Hobbi - boş vaxtın dəyərləndirilməsi

Vazeh Əsgərovun hobbisi idmanla məşğul olmaq və klarnetdə musiqi ifa etməkdir. Müsahibimiz hesab edir ki, bəzi insanlar hobbinin əhəmiyyətinin fərqinə varmır, bu keyfiyyətlərini kəşf etmirlər: “Hər bir insanın maraq dairəsi olur. Hobbi boş vaxtın dəyərləndirilməsidir. İbtidai icma quruluşundan bu vaxta qədər passiv və aktiv insanlar olub. Soyuq bölgələrdə yaşayan insanlar qida əldə etmək üçün daha çox aktivlik nümayiş etdiriblər. İsti yerlərdə məskunlaşan insanlar çox enerji itirmədikləri üçün daha çox vaxtlarını günün altında dincələrək keçiriblər. Boş vaxtları daha çox olduğu üçün cənub hissələrdə yaşayan insanların hobbiləri daha çox olur. Hobbi asudə vaxtın qiymətləndirilməsidir. Hər bir şəxsin hobbisi olur. Amma əsas olan bizim onu necə kəşf etməyimizdir. Elə insan var ki, hobbiyə adi bir şey kimi baxır. Elə insan da var, bundan yararlanaraq həyatını qurur. Və məhz onun üzərində yaşayır, yaradır. Həyat təcrübəmə əsaslanaraq düşünürəm ki, insanların əksəriyyəti öz sevdikləri işlə məşğul deyillər. Mənim tanıdığım insanlar var idi ki, bir fakültədə oxuyurduq. Amma onların çox gözəl rəsm çəkmək qabiliyyəti var idi. Dilə, ümumiyyətlə, həvəsləri yox idi. Düşünürəm ki, həmin insan vaxtında musiqiyə, heykəltaraşlığa yönəldilsəydi, daha çox xoşbəxt olardı. Belə insanlar hobbilərini inkişaf etdirməli, həyatlarını onun üzərində qurmalıdırlar”.

“İnsanların maraq dairələri dəyişir”

Müsahibimizin musiqi duyumu ona atasından keçib. Həmsöhbətimiz deyir ki, klarnetə o qədər bağlı olub ki, 9-cu sinifdə peşəkar musiqiçi olmaq istəyib: “İdmanla məşğul olmaq və klarnetdə musiqi ifa etmək mənim ən böyük hobbimdir. Futbol, voleybol, tennis, şahmatla da məşğul oluram. Sağlamlığımı qorumaq və formada qalmaq üçün həftədə heç olmasa 2 dəfə idman edirəm. Lakin işlərimin çoxluğuna görə musiqi arxa planda qalıb. Amma bəzən tədbirlərdə klarnetdə ifa etməyi o qədər istəyirəm ki...”.

Həmsöhbətimiz hesab edir ki, müəyyən yaş dövrlərində insanların hobbisi, maraq dairələri dəyişir: “Hobbi hər hansı bir bağlılıqdır. İnsanların müəyyən yaş dövrlərində hobbisi, maraq dairələri dəyişir. Hobbi bəzən hansısa kolleksiya ilə başlayır. Kimsə nəyisə toplayır, seçir, yığır. Mən Fransada oxuyanda bir tanışım var idi və məktub markalarını toplayırdı. Uşaqlıqda bütün uşaqların maraq dairələri fərqli olur. Məsələn, mən uşaqlıqda saqqızdan çıxan, qəzetdən kəsdiyim şəkilləri toplayırdım. Amma yaş keçdikcə bu istəyim dəyişdi. İndi isə boş vaxtımı idman və musiqiyə həsr edirəm. İdmanı çox xoşlayıram. Qeyri-peşəkar şəkildə məşğul oluram. Mən futbol oynamağı daha çox sevirəm, nəinki futbol izləməyi”.

“Hər dəfə beynimdə ifa edirəm”

Müsahibimiz klarnetdə ifa etməyi sevsə də, gecə-gündüz klarnet həsrəti ilə yaşayıb. Sovet dövründə Azərbaycanda bu aləti tapmaq çətin olduğu üçün bir il klarneti olmayıb: “İlk klarnet müəllimim atam olub. Sovet dövründə hər kəs övladını musiqiyə yönəldirdi. Atamın gözəl musiqi ifa etmək qabiliyyəti var idi. Həm də gözəl rəsm çəkirdi. Rəsm çəkmək qabiliyyəti qardaşıma, musiqi qabiliyyəti isə mənə keçdi”. 

V.Əsgərov deyir ki, onun ictimai fəaliyyəti hobbilərini həyata keçirməyə mane olub: “Fransadan Bakıya qayıdandan sonra hobbilərimə çox vaxt ayıra bilmirəm. Həftədə bir-iki dəfə mütləq şəkildə idmanla məşğul olmağa çalışıram. Amma klarnetlə məşğul ola bilmirəm. Baxmayaraq ki, klarnet gözümün qabağında olur, hər dəfə beynimdə ifa edirəm, barmaqlarım oynayır, amma vaxtım olmur. Birincisi, evə gec qayıdıram, o vaxt klarnetdə ifa edə bilmərəm. Həftəsonu isə övladlarımla vaxt keçirirəm”.

Hansı musiqilərə qulaq asdığına gəldikdə isə, müsahibimiz deyir ki, köhnə filmlərdə ifa olunan bütün musiqiləri sevir: “Xalq musiqiləri və muğamlarımıza qulaq asmağı sevirəm. İnsan kamilləşməyə qədəm qoyduqda bu musiqini anlamağa başlayır. Mən bütün musiqiləri bəyənir, qulaq asıram. Müəyyən səslər var ki, o səslərin ecazkarlığı məni onları dinləməyə vadar edir. Köhnə filmlərdə səslənən bütün musiqiləri dinləməyi xoşlayıram. Xalq musiqimizə sevə-sevə qulaq asıram”.

Aygün ƏZİZ
Tarix: 28.11.2015 | Saat: 12:35:00 

http://kaspi.az/news.php?id=25460
 
 
 
 
 
 

mercredi 9 décembre 2015

La question de l’émigration azerbaïdjanaise après la restauration de l’indépendance en 1991.
Les raisons politico-sociales et économiques

          À la fin du XXème siècle le monde se trouva complètement modifié lié avec la chute du mur de Berlin en 1989 et l’effondrement de l’URSS en 1991. Les conséquences diverses, la politique de la perestroïka et de la glasnost passèrent aux négociations de désarmement et l’URSS se retira des conflits où elle fut engagée (Afrique, Afghanistan). L’accélération de l’éclatement de l’URSS créa des guerres entre les peuples des anciennes républiques soviétiques et céda la place à CEI (Communauté des États indépendants)1. La division de certains états en Europe comme l’ex-Yougoslavie et l’ex-Tchécoslovaquie, la création de nouvelles zones de conflit (Haut-Karabakh, guerre des Balkans) et aussi la proclamation de pays indépendants comme Azerbaïdjan en octobre 1991, étaient les conséquences du changement du pouvoir et la fin de l’ère soviétique.
        La désagrégation de l’URSS ouvre les frontières et la migration massive de la population reprend. Cette nouvelle vague de migration essentiellement vers les pays occidentaux avait des raisons différentes : immigration de main-d’oeuvre, flux d’étudiants ou fuite des cerveaux, migration clandestine ou de réfugiés politiques, etc. La grande majorité des migrants s’installent alors en Allemagne, en Israël et aux États-Unis.
         L'effondrement du système socialiste celui de l'Union soviétique provoque à une mobilité massive de migrants présentant essentiellement une migration de main-d'oeuvre, bonne marchée et sans pouvoir politique. Les réformes socio-économiques, l'instabilité politique dans les anciennes républiques soviétiques conduisirent à un chômage de masse, à l'appauvrissement de la population. Les personnes en quête du travail émigrèrent à travers le monde, mais beaucoup choisirent d'aller en Russie qui était encore facilement accessible à cette période avec un passeport soviétique. En Russie, le flux migratoire a fortement augmenté et est vite devenu incontrôlable. Le nombre de migrants n'était pas en milliers, mais en millions. Pour de nombreux pays, le problème particulier était la migration illégale. L’accord de Bichkek signé en octobre 1992 prévoyait la libre circulation des personnes (sans visa) au sein de la CEI (Azerbaïdjan et Ukraine exceptés). Seulement en 2000, la Russie dénonça les accords de Bichkek et inclut des accords bilatéraux pratiquement avec tous les États de la CEI. À partir de décembre 2000, la République d’Azerbaïdjan est rejointe à la convention pour lutter contre la migration clandestine dans les pays de CEI.
       Après 70 ans du communisme, tous les pays soviétiques commencèrent à construire un état indépendant démocratique. Cette voie devient difficile aussi pour l’Azerbaïdjan. En effet, à partir de 1987, le peuple azerbaïdjanais a rencontré le problème de réfugié. Des milliers d’azerbaïdjanais d’Arménie sont expulsés de leur terre. À partir de 1992, le conflit du Haut- Karabakh devint militaire plus sanglant et causa l’augmentation du nombre de réfugiés. À la veille du cessez-le-feu en 1994, le nombre des réfugiés atteint 1 million de personnes. D’une part, la chute de l’URSS et d’une autre, la guerre comme l’instabilité du pouvoir en Azerbaïdjan ont provoqué l’émigration de la population. À cette période, la plupart des Arméniens, Russes, juifs, mais aussi des Azerbaïdjanais ou les membres d’autres minorités ont quitté le pays.
          Les raisons de l’émigration du peuple azerbaïdjanais sont différentes. Elles sont essentiellement liées avec la sécurité, surtout avec le conflit arméno-azerbaïdjanais qui a laissé des traces dans l’économie. Les émigrés s’installaient particulièrement dans les pays de la CEI, particulièrement en Russie et en Ukraine, aussi qu’en Allemagne, en Israël, aux États- Unis, etc. D’après M. Sardarov, 84,7 % des émigrants s’installent dans la Fédération de Russie, 6,3 % en Ukraine, 2,6 % en Israël, 0,9 % aux États-Unis, 0,9 % en Allemagne (Sərdarov, 2004 : 68-78).
    Pendant l’époque soviétique, on comptait une dizaine d’associations azerbaïdjanaises à l’étranger insignifiant pour créer une diaspora. Après la restauration de l’indépendance, le nombre de ses associations augmente jusqu’à 250. Avec cette indépendance retrouvée, la vie diasporique connaît un fort enthousiasme (Rizvan, 2002). Le Janvier Noir de 1990, la tragédie de Khodjali, l’occupation de 20 % du territoire du pays et des milliers de réfugiés poussèrent les Azerbaïdjanais à aller à l’étranger et à se mobiliser autour des associations. Justement, après ces événements, la plupart des immigrés anciens ou récents surtout en Europe, aux États-Unis, devinrent plus actifs.
        Malgré toutes les difficultés financières considérables et l'absence d'expérience, les émigrés gardent le lien avec le pays et aspirent par tous les moyens au renforcement et à l'élargissement des relations avec lui. Cependant, nous ne pouvons pas parler aujourd’hui de diaspora azerbaïdjanaise du fait qu’elle n’est pas encore formée en tant qu’institution au lobby dans les pays où vivent les ressortissants azerbaïdjanais2. 
         L’émigration de la population dans la deuxième moitié du XXème siècle était significative aussi chez les Azerbaïdjanais du Sud. Cette instabilité commença bien avant de l’effondrement de l’URSS. Des milliers des gens quittèrent le pays à la suite de la révolution de 1979 qui transforme l’Iran en République islamique, provoquant l’État impérial d’Iran de la dynastie Pahlavi. À cette période, l’Iran étant toujours le pays d’accueil de l’une des plus grandes populations de réfugiés de la région, deviens un pays d’émigration. La Révolution iranienne a exercé un profond impact sur la dynamique de l’émigration iranienne, entraînant une augmentation considérable des flux migratoires. Entre 1980 et 1985, des dizaines de milliers d’Iraniens introduisent une demande d’asile en Occident. La guerre entre l’Iran et l’Irak (1980 à 1988) a introduit aussi une nouvelle phase dans l’exode de réfugiés iraniens. Les réfugiés furent d’abord pour la plupart, des « monarchistes »: sinistres, hauts fonctionnaires et cadres supérieurs du régime du chah ou encore proches de la famille Pahlavi. Comme ils étaient tous menacés d’être exécutés ou incarcérés pour longtemps, le choix était de s’enfuir en Occident avec leurs familles, surtout en France, Allemagne, Royaume-Uni et États-Unis. Le régime islamique, venu au pouvoir après la révolution, niait la différence ethnique entre Perses et Azerbaïdjanais. Malgré le fait que certaines importantes figures du régime (par exemple l’ayatollah Ali Khamenei) étaient d’origine azerbaïdjanaise, le pouvoir n’hésitait pas de briser la lutte et d'exécuter les Azerbaïdjanais par centaines.


1. La Communauté des États indépendants (CEI) a été créée le 8 décembre 1991 par la Russie, l’Ukraine et la Biélorussie. Elle est fondée sur les principes de l'égalité souveraine de tous ses membres et présente une entité intergouvernementale composée de 11 de 15 républiques soviétiques. L’Azerbaïdjan fait partie de la CEI depuis le 24 septembre 1993.

2. Sur le sujet lire l’article de Bayram Balci « La place de la diaspora azerbaïdjanaise », Eur Orient, N° 28, 2008.


Bibliographie.
1. Vazeh Asgarov "L'immigration des Azerbaïdjanais: L'immigration générale des Azerbaïdjanais, histoire et perspectives: le cas de la France", 2013 PUF, 424p.