1956-cı ildə bəri hər il, istinasız olaraq bütün avropalılar ekran qarşısına əyləşərək dünyanın hər bir yerində nümayiş olunan bir hadisəni böyük həyəcanla izləyirlər. Əlbəttə ki, söhbət Avropa Birliyinin zirvə toplantısından deyil, məhz “Eurovision” Mahnı Müsabiqəsindən gedir.
Bu sözləri Avropa Birliyi məsələləri üzrə ekspert Vazeh Əsgərov bildirib.
Ekspert fikirlərinə sualla davam etdirib: "Bu həqiqətənmi mədəniyyət, yoxsa bir siyasi hadisədir? Ötən illər ərzində müsabiqənin siyasi iğtişaş xarakteri daşımaması qeyd olunmuşdu. Belə ki, II dünya müharibəsindən sonra Avropa xalqları daha sıx birləşmələri üçün mədəni əlaqələrini inkişaf etdirmək üçün səylərini ortaya qoydular və Avropa Yayım Birliyinin böyük fəaliyyəti nəticəsində ilk dəfə birliyə daxil olan ölkələr arasında sülh və mədəni müsabiqə Avropa Musiqisi “Eurovision” Mahnı Müsabiqəsin keçirilməsi qərarı verildi. Müsabiqə ilk dəfə olaraq məhz o zaman da neytral sayılan İsveçrənin Lugano şəhərində təşkil olundu.
Bu məqamda yaddan çıxartmaq lazım deyil ki, artıq 1946-cı il Soyuq Müharibənin ilk illərində Brüseldə franko-sovet həmsədrliyi ilə Beynəlxalq Radioyayım Təşkilatı yaradılıb. Bu hadisədən sonra Avropanın qərb və şərq dövlətləri arasında fikir ayrılığı yaranmış və hadisələr siyasi müstəviyə keçmişdir. Məhz “Eurovision” Mahnı Müsabiqəsin təşkil olunması müəyyən mənada qərbliləri razı salsa da Avropanın qərbində Eurovision şərqində isə İntervision müsabiqələri təşkil olunurdu. Avropada yeganə olaraq Finlilər hər iki müsabiqəyə qoşulurdular. 40 il sonra, sovet blokunun dağılması və “dəmir pərdələrin” qaldırılması ilə bu iki musiqi təşkilatlarının münasibətlərində istiləşmə müşahidə olunmağa başladı. 1994-cü ildən keçmiş sovet blokuna daxil olan dövlətlər Eurovision müsabiqəsinə inteqrasiya edərək siyasi kontinental barışıq nümayiş etdirdilər.”
Ekspert 1990-ci illərdən başlayaraq yenə də Avropa müsiqi yarışmasında bu və ya digər formada siyasi mesajların verilməsinin şahidi olurduğunu diqqətə çəkdi:
“Misal üçün 1990-ci il Zaqrebdə keçirilən yarışmada Berlin divarlarının sökülməsi hadisəsinə diqqət yetirilmiş və bir çox ölkələrin nümayəndələri öz ifalarını (Almaniya Frei Zu Leben, Norvegiya Brandenburger Tor, Avstriya Keine Mauern Mehr, Finlandiya Fri) bu mühüm siyasi hadisəyə həsr etmişdir. 1991-ci il Romada təşkil olunmuş Eurovision Mahnı müsabiqəsində Almaniyanın birləşməsi münasibəti ilə Dieser Traum Darf Niemals Sterben müsiqisi bu hadisənin əbədi olacağını tərənnüm edirdi. Eyni zamanda 1993-cü il Millstreetdə təşkil olunmuş müsabiqədə üç keçmiş Yuqoslaviya ölkəsi müharibə etməklərinə baxmayaraq yarışmada sülhə çağırış etmişdirlər. Basqa bir əks səda doğurmüş hadisə 2000-ci il Stokholmda İsrail Ping Pong müsiqi qrupunun ifa etdikləri Heureux mahnısı idi ki, müsiqiçilər sonda İsrail və Suriya bayraqlarını səhnədə dalğalandıraraq sülh diləmişdirlər.
Bir neçə il bundan öncə 2009-cu ildə Rusiya ilk dəfə Eurovision Mahnı Müsabiqəsinin təşkilini həyata keçirir. Gürcüstan tərəfi bir il öncə Osetiya və cənubi Abxaziyada baş vermiş hərbi əməliyyatlara rəğmən Moskvadakı çıxış üçün “We Don’t Wanna Put In” mahnısını təqdim edirlər. Beynəlxalq Radioyayım Təşkilatının mahnını dəyişmək təklifinə Gürcüstan etiraz edərək yarışmadan kənarlaşdırılır.
Artıq 10 ilə yaxındır ki, Azərbaycan Eurovision Mahnı Müsabiqəsində uğurla çıxış edir və hər zaman Azərbaycan müsiqi dəyərlərini bütün dünyaya nümayiş etdirir. Lakin heç də sirr deyil ki, 1956-cı ildən popularlıq qazanan bu Mahnı Müsabiqəsi eyni zamanda özündə böyük siyasi prosesləri ehtiva edir. Belə ki, 2012-ci ildə ilk dəfə Bakıda təşkil olunacaq yarışmada Azərbaycan torpaqlarında öz təhlükəsizliklərindən siğortalanmadıqlarını bəhanə edərək Ermənistan yarışmada iştirakdan vaz keçmişdir. Nədənsə müxtəlif beynəlxalq idman yarışlarında bu bəhanələrdən istifadə etməyən “qonşularımız” Eurovision yarışmasında bunu dilə gətirirlər.
Son 2016-cı il təşkil olunan Mahnı Müsabiqəsində ermənilər yenə də təxribata əl atdılar. Bu dəfə həmişəki kimi Azərbaycan müsiqisinin notlarından və Qarabağın görməli yerlərinin fotolarından istifadə etməklə deyil birbaşa qondarma Qarabağın mənasız bayrağını səhnədə dalğalandıraraq diplomatik səs-küy yaratmış oldular.
Bu hadisə həftə ərzində ciddi narahatçılığa səbəb oldu. Artıq Avropanın aparıcı KİV-i də etiraf edir ki, Ermənistan mahnı müsabiqəsindən siyasi məqsədlər üçün istifadə edərək, Azərbaycanı aprel hadisələrinə görə təhrik edirlər. Erməni ifaçı İveta öz məsum izahında əslində iki ölkəni sülhə çağırdığını dilə gətirsə də, biz Avropa Yayım Birliyindən ədalətli mühakimə gözləyirik”.
Elnur Eltürk
http://xeberle.com/az/view/21694/ermenilerin-eurovision-texribatnn-arxasnda-neler-durur-ekspert-reyi/?
Aucun commentaire:
Enregistrer un commentaire