Erməni
qızının orijinal “sülh çağırışı”...
1956-cı ildə bəri, hər il, istinasız olaraq bütün
avropalılar ekran qarşısına əyləşərək dünyanın hər bir yerində nümayiş olunan
bir hadisəni böyük həyəcanla izləyirlər. Əlbətdə ki, söhbət Avropa Birliyinin
zirvə toplantısından deyil məhz “Eurovision” Mahnı Müsabiqəsindən gedir. Bu həqiqətənmi
mədəniyyət yoxsa bir siyasi hadisədir? Ötən illər ərzində müsabiqənin siyasi
iğtişaş xarakteri daşımaması qeyd olunmuşdur. Belə ki, II dünya müharibəsindən
sonra Avropa xalqları daha sıx birləşmələri üçün mədəni əlaqələrini inkişaf
etdirmək üçün səylərini ortaya qoydular və Avropa Yayım Birliyinin böyük fəaliyyəti
nəticəsində ilk dəfə birliyə daxil olan ölkələr arasında sülh və mədəni müsabiqə
Avropa Musiqisi “Eurovision” Mahnı
Müsabiqəsin keçirilməsi qərarı verildi. Müsabiqə ilk dəfə olaraq məhz o
zaman da neytral sayılan İsveçrənin Lugano şəhərində təşkil olundu.
Bu məqamda
yaddan çıxartmaq lazım deyil ki, artıq 1946-cı il Soyuq Müharibənin ilk illərində
Brüseldə franko-sovet həmsədrliyi ilə Beynəlxalq Radioyayım Təşkilatı
yaradılmışdır. Bu hadisədən sonra Avropanın qərb və şərq dövlətləri arasında
fikir ayrılığı yaranmış və hadisələr siyasi müstəviyə keçmişdir. Məhz “Eurovision” Mahnı Müsabiqəsin təşkil
olunması müəyyən mənada qərbliləri razı salsa da Avropanın qərbində Eurovision şərqində isə İntervision müsabiqələri təşkil
olunurdu. Avropada yeganə olaraq Finlilər hər iki müsabiqəyə qoşulurdular. 40
il sonra, sovet blokunun dağılması və “dəmir pərdələrin” qaldırılması ilə bu
iki musiqi təşkilatlarının münasibətlərində istiləşmə müşahidə olunmağa
başladı. 1994-cü ildən keçmiş sovet blokuna daxil olan dövlətlər Eurovision müsabiqəsinə inteqrasiya edərək
siyasi kontinental barışıq nümayiş etdirdilər.
1990-ci
illərdən başlayaraq yenə də Avropa müsiqi yarışmasında bu və ya digər formada
siyasi mesajların verilməsinin şahidi oluruq. Misal üçün 1990-cı il Zaqrebdə
keçirilən yarışmada Berlin divarlarının sökülməsi hadisəsinə diqqət yetirilmiş
və bir çox ölkələrin nümayəndələri öz ifalarını (Almaniya Frei Zu Leben, Norvegiya Brandenburger Tor,
Avstriya Keine Mauern Mehr, Finlandiya Fri) bu mühüm siyasi hadisəyə həsr etmişdir. 1991-ci il Romada təşkil
olunmuş Eurovision Mahnı müsabiqəsində
Almaniyanın birləşməsi münasibəti ilə Dieser Traum Darf Niemals
Sterben
müsiqisi bu hadisənin əbədi olacağını tərənnüm edirdi. Eyni zamanda 1993-cü il
Millstreetdə təşkil olunmuş müsabiqədə üç keçmiş Yuqoslaviya ölkəsi müharibə
etməklərinə baxmayaraq yarışmada sülhə çağırış etmişdirlər. Basqa bir əks səda
doğurmüş hadisə 2000-ci il Stokholmda İsrail Ping Pong müsiqi qrupunun ifa
etdikləri Heureux mahnısı idi ki, müsiqiçilər sonda İsrail və Suriya bayraqlarını səhnədə
dalğalandıraraq sülh diləmişdirlər.
Bir
neçə il bundan öncə 2009-cu ildə Rusiya ilk dəfə Eurovision
Mahnı
Müsabiqəsinin təşkilini həyata keçirir. Gürcüstan tərəfi bir il öncə Osetiya və
cənubi Abxaziyada baş vermiş hərbi əməliyyatlara rəğmən Moskvadakı çıxış üçün We
Don’t Wanna Put In mahnısını təqdim edirlər. Beynəlxalq Radioyayım Təşkilatının mahnını dəyişmək
təklifinə Gürcüstan etiraz edərək yarışmadan kənarlaşdırılır.
Artıq 10 ilə yaxındır ki, Azərbaycan Eurovision Mahnı Müsabiqəsində uğurla
çıxış edir və hər zaman Azərbaycan müsiqi dəyərlərini bütün dünyaya nümayiş
etdirir. Lakin heç də sirr deyil ki, 1956-cı ildən popularlıq qazanan bu Mahnı
Müsabiqəsi eyni zamanda özündə böyük siyasi prosesləri ehtiva edir. Belə ki,
2012-ci ildə ilk dəfə Bakıda təşkil olunacaq yarışmada Azərbaycan torpaqlarında
öz təhlükəsizliklərindən siğortalanmadıqlarını bəhanə edərək Ermənistan
yarışmada iştirakdan vaz keçmişdir. Nədənsə müxtəlif beynəlxalq idman
yarışlarında bu bəhanələrdən istifadə etməyən “qonşularımız” Eurovision yarışmasında bunu dilə gətirirlər.
Son 2016-cı il təşkil olunmuş Mahnı Müsabiqəsində
Ermənilər yenə də təxribata əl atdılar. Bu dəfə həmişəki kimi Azərbaycan
müsiqisinin notlarından və Qarabağın görməli yerlərinin fotolarından istifadə
etməklə deyil bir başa qondarma Qarabağın mənasız bayrağını səhnədə
dalğalandıraraq diplomatik səs-küy yaratmış oldular.
Bu hadisə həftə ərzində ciddi narahatçılığa səbəb
oldu. Artıq Avropanın aparıcı KİV-i də etiraf edir ki, Ermənistan mahnı müsabiqəsindən
siyasi məqsədlər üçün istifadə edərək Azərbaycanı aprel hadisələrinə görə təhrik
edirlər. Erməni ifaçı İveta öz məsum izahinda əslində iki ölkəni sülhə
çağırdığını dilə gətirsə də biz Avropa Yayım Birliyindən ədalətli mühakimə gözləyirik.
Vazeh Əskərov
Aucun commentaire:
Enregistrer un commentaire