Ermənilərə Qarabağ lazım olsaydı, işğal etdikləri torpaqlarda
heç olmasa, bir daşı daş üzərinə qoyardılar.
Tarix üzrə fəlsəfə doktoru
Vazeh Əskərov
Ermənistan
daxilində xalqla hakimiyyət arasında qarşıdurma dərinləşir. Nəticədə İrəvan küçələri
demək olar ki, hər gün mitinqlərə meydan olub. Ziddiyyət özünü Qarabağ məsələsinə
münasibətdə də göstərməkdədir. Bundan başqa, hərbiçilərlə erməni hakimiyyəti
arasındakı durum da yaxşı deyil. Aprel döyüşlərindən sonra bir neçə ali rütbəli
hərbiçilər ordudan qovulub.
Ermənistan hakimiyyətində yaranmış böhranı təkcə
aprel hadisələri ilə əlaqələndirmək düzgün olmazdı. Lakin Qarabağ ətrafında baş
vermiş 3 günlük müharibə və Azərbaycan ordusunun düşməndən kəskin şəkildə fərqli
üstünlüyə malik olması eləcə də ermənilərin verdiyi itkilərin real sayı və cəmiyyətə
söylənilmiş əsassız açıqlamalar vəziyyəti daha da gərginləşdirdi. Diqqət yetirsək
görərik ki, Ermənistan hakimiyyəti öz mövqelərini saxlamaq üçün növbəti dəfə
Qarabağ problemini ortaya atır. Avropa ölkələrinə olan miqrasiya statistikasına nəzər salsaq görərik ki, Ermənistan
ildən ilə boşalır. Onlar daha rahat həyat axtarışında xarici ölkələrə kütləvi
miqrasiya etmək məcburiyyətindədirlər. Hətta orduya belə göndrməyə canlı qüvvə
problemi hakimiyyət daxilində müxtəlif fikirlərə gətirib çıxarır.
Əgər regionda baş verən hadisələri diqqətə alsaq
görərik ki, Ermənistan heç bir qonşu dövlətlə də normal münasibət saxlamır.
Vaxtaşırı öz ərazisini genişləndirmək üçün müxtəlif problemlər ortaya atır.
Yürüdülən siyasət kökündən səhvdir və Ermənistanı uçuruma aparır. Tarixi
araşdırma etdikdə ermənilərin bölgədə xristian əhalinin artırılması məqsədilə
bu torpaqlara köçürülməsi faktlarını görürük. Əlbətdə ki, etrifaf etməliyik ki,
bu xalq digər müxtəlif xalqlar arasında xüsusən də müsəlman əhali arasında
rahat yaşayır, dillərində danışır və uyğunlaşırlar. Bunu biz İran, Türkiyə,
Livan, Azərbaycan və s ölkələrdə görə bilərik. Ancaq bir şeyi dəqiqləşdirmək
lazımdır ki, ermənilər özlərinə aid olmayanı özünkiləşdirə bilmirlər.
Mahnılarımızı, muğamlarımızı belə oxuyur yeməklərimizi, mədəni incilərimizi
özünküləşdirirlər. Eləcə də işğal etdikləri Qarabağ və ona bitişik rayonlarımız
və orada olan acanacaqlı vəziyyət. İndi gəlin Qarabağ bolgəsində yerləşən bizim
rayon kəndlərə və orada yaradılmış infrastruktura baxaq. Məgər bu işğal olunmuş
torpaqlarla eynidirmi? Əgər Ermənilərə Qarabağ lazım olsaydı işğal etkilkəri
torpaqlarda heç olmasa bir daşı daş üzərinə qoyardılar.
VAZEH 19/05/2016
Aucun commentaire:
Enregistrer un commentaire