Prezidentlərin Vyana görüşü bir daha subut etdi ki, Azərbaycan problemin müharibə yolu ilə deyil, itki vermədən beynəlxalq hüquq müstəvisində həll olunmasının tərəfdarıdır.
Bu sözləri Avropa.info-ya Avropa Birliyi məsələləri üzrə ekspert Vazeh Əsgərov bildirib.
“İki gün öncə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünə olan ümidlər yenə də nəticəsiz qaldı. Azərbaycan rəhbərliyi bir daha sübut etdi ki, torpaqlarının işğal faktına eləcə də 22 il aparılan nəticəsiz davam edən sülh danışıqlarında heç bir irələyiş olunmamasına baxmayaraq yenə də problemin müharibə yolu ilə deyil, beynəlxalq hüquq müstəvisində həll olunmasının tərəfdarıdır. Bu formatda iki ölkə rəhbərliyi onlarla görüşlər keçirmiş, masa arxasında müəyyən razılıqlar əldə olunsa da münaqışənin həllinə təsir göstərməmişdir. 2006-cı il Parisdə Rambue qəsrində baş tutmuş görüş nə qədər əhəmiyyətli idisə 10 il sonra Vyana görüşünə də ümidlər çox idi. Bu illər ərzində hər dəfə görüşlər və kağız üzərində razılıqlar əldə olunmuş lakin cəbhədə atəş səsləri kəsilməmiş və ermənilərin bir qarış torpağı belə azad etmək niyyətində olmadıqları sübut olunmuşdur. Bəs son Vyana görüşü bizə nə vəd edir?
Qeyd etmək lazımdır ki, görüşün keçirilməsi məhz Ermənistan tərəfindən təklif olunub. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, görüş xatirinə görüşlər olmayacaq! Lakin son aprel ayında baş vermiş olay Ermənistan hakimiyyətini ciddi narahat etmişdir. Ermənistan anladı ki, danışıqları davam etdirməsə müharibə yenidən alovlanacaq ki, bu da ermənilərin məğlubiyyəti ilə davam edəcəkdir. Görüş təkcə ATƏT-in Minsk qrupunun həmsdərləri çərçivəsində deyil ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov eləcə də Jan-Mark Eyro iştirakı ilə baş tutmüşdur. Düşünürəm ki, Vyana görüşünün nəticələrini biz yaxın günlərdə daha aydın görəcəyik.
Digər bir məqam Ermənistan prezidentinin görüşdən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırması olub. Sarkisyanın ilk növbədə görüşdən “razı” qaldığını və 800 hektar “lazımsız” torpağın itirilməsindən danışıb. Onun Rusiya XİN rəhbəri Sergey Lavrovun yanında oturmasını “təsadüfi” adlandırmasını analiz etdikdə sual yaranır görəsən Ermənistan prezidenti olan bəndə ümumiyyətlə protokol qaydaları haqqında bir biliyə malikdir ya ki, yenə də cavab xatirinə cavab verir?. Əlbətdə ki, bu belə deyil. Qeyd edim ki, prezidentlərin görüşü yüksək səviyyədə əvvəlcədən hazırlanan bir prosesdir. Lakin diqqət etsək görərik ki, bu hər dəfə təkrar olunan bir haldır. Rusiyanın rəhbərliyi ilə keçirilmiş görüşlərdən başqa biz dəfələrlə prezidentlərin görüşü zamanı erməni prezidentinin masanı müxtəlif səbəblərlə tərk etməsinin şahidi olmuşuq. Bəs onda sual yaranır Ermənistan Ermənistan haradan və necə idarə olunur?
Diqqət yetirsək görərik ki, Azərbaycan təkcə Ermənistan ilə danışıqlar aparmayıb və 22 il davam edən danışıqlarda ermənilər həmişə bir tərəf kimi çıxış ediblər. Belə ki, bu illər ərzində Ermənistan ilə müəyyən mənada razılıq əldə olunan zaman Rusiya erməniləri öz mövqelərini ortaya atıblar. Rusiya erməniləri və Ermənistan ilə danışıqlar aparılıb və yekun qərara Fransa erməniləri ardınca ABŞ və erməni lobbisi öz təsirlərini göstərməyə çalışıblar. Buradan belə bir qənaətə gəlirik ki, Ermənistan dünyaya səpələnməş ermənilərdən ibarət top komandadır və müstəqil siyasət yeritməyə də haqqı çatmır. Bəs görəsən Ermənistan harada yerləşir və haradan idarə olunur?”
Elnur Eltürk
Aucun commentaire:
Enregistrer un commentaire