Nombre total de pages vues

mardi 31 mai 2016

Düşmən ölkəyə qarşı nüvə sanksiyalarının təbiqi gündəmə gəlir


Fəzail İbrahimli: “Ermənistana göz yummaqla böyük dövlətlər dünyaya təsir gücünü azaldır, nüfuzlarını aşağı salmış olurlar”



Vazeh Əsgərov: “Ermənistan nüvə silahının olması ilə və bununla da Azərbaycanı təhdid etməklə heç nəyə nail olmayacaq”


2016-05-28 09:15:17
Həqiqəti nə qədər əks etdirdiyi bilinməsə də, Ermənistan təmsilçiləri onlarda çoxdan nüvə silahı olduğunu açıq etiraf edir. Son döyüşlərdən sonra bu səpkidə fikirlər daha çox yer almaqdadır. Elə beynəlxalq ictimaiyyət üçün də narahatlıq yaradan digər bir məsələ Ermənistanın sabiq baş naziri, hazırda deputat olan Qrant Baqratyanın hələ 29 aprel tarixində mətbuata açıqlamasında Ermənistanın nüvə silahına malik olduğunu bildirməsidir. Mraqlıdır ki, Qrant Baqratyan yenidən bu mövqeyini təsdiq edib və növbəti dəfə ölkənin nüvə silahına malik olmasına dair yeni açıqlama verib. Baqratyan "Aykakan jamanak” qəzetinə açıqlamasında Ermənistanın nüvə silahına malik olduğu haqda bundan əvvəl verdiyi bəyanatın Türkiyə və Azərbaycan üçün "çəkindirici amil” olduğunu deyib. "Bu silah isə Ermənistanda hələ ötən əsrin 70-ci illərindən var”.
Millət vəkili Fəzail İbrahimli bildirir ki, Ermənistan sanki hazırda dünyaya meydan oxuyan dövlətə çevrilib: "Amma nə gücü, nə silahı, nə iqtisadiyyatı var. Arxasıda duran dövlətin himayəsi ilə bu hərəkətləri edir. Beynəlxalq hüququn normalarını pozur. 20 ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal edib. Dünya ictimaiyyəti də bunu yaxşı bilir. Bu cür cəzasızlıq mühitində yaşayır, heç bir cəza tətbiq olunmur.
Həyata keçirdiyi əməllərə görə cəza görməyən bir dövlət əlbəttə ki, növbəti alçaq əməllərini atacaq. Ermənistanın bütün şıltaqlıqları bundan qaynaqlanır. Ancaq ona "dayan” deyilməlidir. Ermənistan bu şıltaqlığı ilə dünyanın böyük dövlətlərini, beynəlxalq hüququ ayaq altına alıb. Ona görə deyə bilərik ki, tək bizim üçün, heç dünya üçün hüquq norması yoxdur. BMT-nin qərarları da bir əfsanədir. Ermənistana göz yummaqla böyük dövlətlər dünyaya təsir gücünü azaldır, nüfuzlarını aşağı salmış olurlar. Özümüzə münasibətdə ədaləti görmürük. Lakin bu işdə Azərbaycanın da üzərinə böyük məsuliyyət düşür ki, addımlarımızı atırıq. Artıq zaman yetişib. Azərbaycan öz sözünü deyəcək. Torpaqlarını geri qaytarmağa az qaldı. Bayram əhval-ruhiyyəsi qabaqdadır”.
Digər siyasi şərhçi Vazeh Əsgərov bildirir ki, bu cür bəyanatlarla ermənilər bir daha Rusiyanın müstəmləkəsi oldüğunu sübut edirlər: "Ermənistan nüvə silahının olması ilə və bununla da Azərbaycanı təhdid etməklə heç nəyə nail olmayacaq. Bu, onların aprel məğlubiyyətindən sonra özlərinə bəraət qazandıraraq, ictimaiyyət arasında fərqli fikir yaratmaq istəyindən başqa bir şey deyil”.
Politoloq əlavə etdi ki, hazırda rəsmi olaraq dünyanın 5 ölkəsinin silahlı qüvvələri - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin nüvə silahı saxlamaq ixtıyarına malikdirlər: "1970-ci ildən Nüvə Silahının Yayılmaması Müqaviləsi" qüvvəyə mindikdən sonra müqaviləyə daxil olmayan daha 4 ölkə Hindistan, Pakistan, Şimali Koreya və İsrail nüvə silahının olmasını elan etmiş və İsraildən başqa bütün 8 ölkə rəsmi olaraq silahlarını test etmişdirlər. Bundan əlavə bir neçə ölkə (İran, Braziliya, Səudiyyə Ərəbistanı, Suriya) hərbi nüvə proqramının inkişaf etdirilməsində şübhəli bilinirlər. Bəzi ölkələr isə (Turkiyə, Almaniya, Belçika, İtaliya, Hollandiya) öz ərazilərində ABŞ nüvə silahının yerləşdirilməsinə icazə veriblər.
Bütün sadalanan fikirləri nəzərdən keçirdikdən sonra bir daha əmin oluruq ki, Ermənistan nüvə silahı saxlamaq ixtiyarına malik deyil. Burada məqsəd xalqa belə lazımsız, sərsəm məlumatlar verərək hakimiyyət ətrafında baş verən problemlərdən diqqəti yayındırmaqdadır. Eyni zamanda bununla Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini nüvə terroru təhdidlərindən, xüsusən də Ermənistandakı «Metsamor» Atom Elektrik Stansiyasından yayındırır”.
Vazeh Əsgərov qeyd etdi ki, bu sahədə Azərbaycan tərəfi Nüvə Silahının Yayılmaması Konvensiyasına uyğun olaraq Ermənistanın nüvə təhlükəsindən irəli gələrək «Metsamor» Atom Elektrik Stansiyasının fəaliyyətinin region üçün təhlükəsini nəzərə almalı və lazımı bəyanatla çıxış etməlidir: "Bunun da mütəmadi edilməsinin şahidi olururuqABŞ-ın Xerosima və Naqasakini atom silahı ilə bombalamasından 70 il keçir ki, bu faciə 160 min insanın məhv olması ilə nəticələnmişdi. Bu gün bütün dünya ölkələri atom silahının məhvedici gücünü anlayır və bu sahədə kifayət qədər qabaqlayıcı tədbirlər görürlər. Düşünmürəm ki, Ermənilərin bu sahənin inkişaf etdirilməsinə maliyyəsi və gücü çatsın”.


Mübariz BAYRAMOV


http://www.movqe.az/81764.html

vendredi 20 mai 2016

Ermənistanı yeni daxili çaxnaşmalar bürüyür


İlqar Vəlizadə: “İtkilərlə üzləşən, illərlə yalan informasiya alan cəmiyyət artıq başa düşür ki, əslində, vəziyyət hakimiyyətin dediyi qədər yaxşı deyil”


Vazeh Əskərov: “Yürüdülən siyasət kökündən səhvdir və Ermənistanı uçuruma aparır”


2016-05-20 09:00:35
Ermənistan daxilində xalqla hakimiyyət arasında qarşıdurma dərinləşir. Nəticədə İrəvan küçələri demək olar ki, hər gün mitinqlərə meydan olub. Ziddiyyət özünü Qarabağ məsələsinə münasibətdə də göstərməkdədir. Bundan başqa, hərbiçilərlə erməni hakimiyyəti arasındakı durum da yaxşı deyil. Aprel döyüşlərindən sonra bir neçə ali rütbəli hərbiçilər ordudan qovulub.
Analitiklərin fikrincə, döyüşlərdən sonra çatlamış erməni iqtidarının Qarabağ siyasətində də dönüş ola bilər. Siyasi şərhçi İlqar Vəlizadə hesab edir ki, əslində, Ermənistanda bu problemlər gözlənilən idi: "Son zamanların ziddiyyətlərinin kökü ötən illərə qədər gedib çatır. Sadəcə, o vaxtlar vəziyyət indiki kimi gərgin həddə çatmamışdı. Ona görə də daxildəki gərginlik qapalı şəkildə gedirdi. Xaricdən onu müşahidə etmək çətin idi.
İndi isə vəziyyət tamamilə dəyişib. Ordumuzun təzyiqi nəticəsində Ermənistanın ordu, dövlət quruculuğundakı nöqsanlar üzə çıxdı. Artıq həmin nöqsanları gizlətmək mümkün də deyil. Bunu erməni hakimiyyəti də gözəl başa düşür. Ona görə də insanların hissləri ilə oynamağa başlayıblar. Yaranmış çətinliklərin səbəbini Azərbaycan tərəfinin üstünə atmaq istəyirlər. İtkilərlə üzləşən, illərlə yalan informasiya alan cəmiyyət artıq başa düşür ki, əslində, vəziyyət hakimiyyətin dediyi qədər yaxşı deyil. Cəmiyyət anladı ki, problem Ermənistanın öz hakimiyyətindədir. İndiki vəziyyətdə müharibə ehtimalı artsa, bu, onların xeyrinə olmayacaq. Çünki, Azərbaycan Ordusu tərəfindən növbəti kəskin zərbə Ermənistan siyasi piramidasına birbaşa təsir göstərəcək. Onsuz da sarsıdılmış siyasi piramidanın əsaslarını bir qədər də laxladacaq. Beləliklə hakimiyyət dəyişikləri ssenariləri qaçılmaz olur. Bunu onlar da bilirlər. Ona görə də Vyana danışıqlarını həyata keçirməklə müharibə ehtimalını azaltmağa çalışdılar ki, hakimiyyət problemlərinin həlli ilə məşğul olsunlar. Yəni, cəbhədə gərginləşmə onların xeyrinə deyil. Amma Azərbaycan tərəf şans verib ki, bu müddət ərzində siyastlərində dəyişiklik etsinlər. Xüsusi ilə də Qarabağla bağlı siyasətlərinin dəyişməsini gözləyirik. Əgər dəyişiklik olmasa, vəziyyət bir daha pisləşəcək. Beləliklə Ermənistan daxilində hakimiyyəti dəyişmək ssenariləri gündəmə gələcək”.
Tarix üzrə fəlsəfə doktoru Vazeh Əskərov bildirir ki, Ermənistan hakimiyyətində yaranmış böhranı təkcə aprel hadisələri ilə əlaqələndirmək düzgün olmazdı: "Lakin Qarabağ ətrafında baş vermiş məlum 4 günlük müharibə və Azərbaycan Ordusunun düşməndən kəskin şəkildə fərqli üstünlüyə malik olması, eləcə də ermənilərin verdiyi itkilərin real sayı və cəmiyyətə söylənilmiş əsassız açıqlamalar vəziyyəti daha da gərginləşdirdi. Diqqət yetirsək görərik ki, Ermənistan hakimiyyəti öz mövqelərini saxlamaq üçün növbəti dəfə Qarabağ problemini ortaya atır.
Avropa ölkələrinə olan miqrasiya statistikasına nəzər salsaq, görərik ki, Ermənistan ildən-ilə boşalır. Onlar daha rahat həyat axtarışında xarici ölkələrə kütləvi miqrasiya etmək məcburiyyətindədirlər. Digər tərəfdən regionda baş verən hadisələri diqqətə alsaq görərik ki, Ermənistan heç bir qonşu dövlətlə normal münasibət saxlamır. Vaxtaşırı öz ərazisini genişləndirmək üçün müxtəlif problemlər ortaya atır. Yürüdülən siyasət kökündən səhvdir və Ermənistanı uçuruma aparır. Tarixi araşdırma etdikdə ermənilərin bölgədə xristian əhalinin artırılması məqsədilə bu torpaqlara köçürülməsi faktlarını görürük. Etiraf etməliyik ki, bu xalq digər müxtəlif xalqlar arasında, xüsusən də müsəlman əhali arasında rahat yaşayır, dillərində danışır və uyğunlaşırlar. Bunu biz İran, Türkiyə, Livan, Azərbaycan və s. ölkələrdə görə bilərik. Ancaq bir nüansı dəqiqləşdirmək lazımdır ki, mahnılarımızı, muğamlarımızı belə oxuyur. yeməklərimizi, mədəni incilərimizi özününküləşdirirlər. Eləcə də işğal etdikləri Qarabağ və ona bitişik rayonlarımız və orada olan acınacaqlı vəziyyət. İndi gəlin, Qarabağ bölgəsində yerləşən bizim rayon, kəndlərə və orada yaradılmış infrastruktura baxaq. Məgər bu işğal olunmuş torpaqlarla eynidirmi? Əgər ermənilərə Qarabağ lazım olsaydı, işğal etkilkəri torpaqlarda heç olmasa, bir daşı daş üzərinə qoyardılar”.


Mübariz BAYRAMOV


http://www.movqe.az/81235.html

Ermənilərə Qarabağ lazım olsaydı, işğal etdikləri torpaqlarda 

heç olmasa, bir daşı daş üzərinə qoyardılar.


Tarix üzrə fəlsəfə doktoru
Vazeh Əskərov

Ermənistan daxilində xalqla hakimiyyət arasında qarşıdurma dərinləşir. Nəticədə İrəvan küçələri demək olar ki, hər gün mitinqlərə meydan olub. Ziddiyyət özünü Qarabağ məsələsinə münasibətdə də göstərməkdədir. Bundan başqa, hərbiçilərlə erməni hakimiyyəti arasındakı durum da yaxşı deyil. Aprel döyüşlərindən sonra bir neçə ali rütbəli hərbiçilər ordudan qovulub.
Ermənistan hakimiyyətində yaranmış böhranı təkcə aprel hadisələri ilə əlaqələndirmək düzgün olmazdı. Lakin Qarabağ ətrafında baş vermiş 3 günlük müharibə və Azərbaycan ordusunun düşməndən kəskin şəkildə fərqli üstünlüyə malik olması eləcə də ermənilərin verdiyi itkilərin real sayı və cəmiyyətə söylənilmiş əsassız açıqlamalar vəziyyəti daha da gərginləşdirdi. Diqqət yetirsək görərik ki, Ermənistan hakimiyyəti öz mövqelərini saxlamaq üçün növbəti dəfə Qarabağ problemini ortaya atır. Avropa ölkələrinə olan miqrasiya  statistikasına nəzər salsaq görərik ki, Ermənistan ildən ilə boşalır. Onlar daha rahat həyat axtarışında xarici ölkələrə kütləvi miqrasiya etmək məcburiyyətindədirlər. Hətta orduya belə göndrməyə canlı qüvvə problemi hakimiyyət daxilində müxtəlif fikirlərə gətirib çıxarır.
Əgər regionda baş verən hadisələri diqqətə alsaq görərik ki, Ermənistan heç bir qonşu dövlətlə də normal münasibət saxlamır. Vaxtaşırı öz ərazisini genişləndirmək üçün müxtəlif problemlər ortaya atır. Yürüdülən siyasət kökündən səhvdir və Ermənistanı uçuruma aparır. Tarixi araşdırma etdikdə ermənilərin bölgədə xristian əhalinin artırılması məqsədilə bu torpaqlara köçürülməsi faktlarını görürük. Əlbətdə ki, etrifaf etməliyik ki, bu xalq digər müxtəlif xalqlar arasında xüsusən də müsəlman əhali arasında rahat yaşayır, dillərində danışır və uyğunlaşırlar. Bunu biz İran, Türkiyə, Livan, Azərbaycan və s ölkələrdə görə bilərik. Ancaq bir şeyi dəqiqləşdirmək lazımdır ki, ermənilər özlərinə aid olmayanı özünkiləşdirə bilmirlər. Mahnılarımızı, muğamlarımızı belə oxuyur yeməklərimizi, mədəni incilərimizi özünküləşdirirlər. Eləcə də işğal etdikləri Qarabağ və ona bitişik rayonlarımız və orada olan acanacaqlı vəziyyət. İndi gəlin Qarabağ bolgəsində yerləşən bizim rayon kəndlərə və orada yaradılmış infrastruktura baxaq. Məgər bu işğal olunmuş torpaqlarla eynidirmi? Əgər Ermənilərə Qarabağ lazım olsaydı işğal etkilkəri torpaqlarda heç olmasa bir daşı daş üzərinə qoyardılar. 


VAZEH 19/05/2016

mercredi 18 mai 2016

"Ermənistanın müstəqil siyasət yeritməyə haqqı çatmır" 

    Prezidentlərin Vyana görüşü bir daha subut etdi ki, Azərbaycan problemin müharibə yolu ilə deyil, itki vermədən beynəlxalq hüquq müstəvisində həll olunmasının tərəfdarıdır. 
    Bu sözləri Avropa.info-ya Avropa Birliyi məsələləri üzrə ekspert Vazeh Əsgərov bildirib.
    “İki gün öncə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünə olan ümidlər yenə də nəticəsiz qaldı. Azərbaycan rəhbərliyi bir daha sübut etdi ki, torpaqlarının işğal faktına eləcə də 22 il aparılan nəticəsiz davam edən sülh danışıqlarında heç bir irələyiş olunmamasına baxmayaraq yenə də problemin müharibə yolu ilə deyil, beynəlxalq hüquq müstəvisində həll olunmasının tərəfdarıdır. Bu formatda iki ölkə rəhbərliyi onlarla görüşlər keçirmiş, masa arxasında müəyyən razılıqlar əldə olunsa da münaqışənin həllinə təsir göstərməmişdir. 2006-cı il Parisdə Rambue qəsrində baş tutmuş görüş nə qədər əhəmiyyətli idisə 10 il sonra Vyana görüşünə də ümidlər çox idi. Bu illər ərzində hər dəfə görüşlər və kağız üzərində razılıqlar əldə olunmuş lakin cəbhədə atəş səsləri kəsilməmiş və ermənilərin bir qarış torpağı belə azad etmək niyyətində olmadıqları sübut olunmuşdur. Bəs son Vyana görüşü bizə nə vəd edir? 
    Qeyd etmək lazımdır ki, görüşün keçirilməsi məhz Ermənistan tərəfindən təklif olunub. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, görüş xatirinə görüşlər olmayacaq! Lakin son aprel ayında baş vermiş olay Ermənistan hakimiyyətini ciddi narahat etmişdir. Ermənistan anladı ki, danışıqları davam etdirməsə müharibə yenidən alovlanacaq ki, bu da ermənilərin məğlubiyyəti ilə davam edəcəkdir. Görüş təkcə ATƏT-in Minsk qrupunun həmsdərləri çərçivəsində deyil ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov eləcə də Jan-Mark Eyro iştirakı ilə baş tutmüşdur. Düşünürəm ki, Vyana görüşünün nəticələrini biz yaxın günlərdə daha aydın görəcəyik. 
   Digər bir məqam Ermənistan prezidentinin görüşdən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırması olub. Sarkisyanın ilk növbədə görüşdən “razı” qaldığını və 800 hektar “lazımsız” torpağın itirilməsindən danışıb. Onun Rusiya XİN rəhbəri Sergey Lavrovun yanında oturmasını “təsadüfi” adlandırmasını analiz etdikdə sual yaranır görəsən Ermənistan prezidenti olan bəndə ümumiyyətlə protokol qaydaları haqqında bir biliyə malikdir ya ki, yenə də cavab xatirinə cavab verir?. Əlbətdə ki, bu belə deyil. Qeyd edim ki, prezidentlərin görüşü yüksək səviyyədə əvvəlcədən hazırlanan bir prosesdir. Lakin diqqət etsək görərik ki, bu hər dəfə təkrar olunan bir haldır. Rusiyanın rəhbərliyi ilə keçirilmiş görüşlərdən başqa biz dəfələrlə prezidentlərin görüşü zamanı erməni prezidentinin masanı müxtəlif səbəblərlə tərk etməsinin şahidi olmuşuq. Bəs onda sual yaranır Ermənistan Ermənistan haradan və necə idarə olunur?
   Diqqət yetirsək görərik ki, Azərbaycan təkcə Ermənistan ilə danışıqlar aparmayıb və 22 il davam edən danışıqlarda ermənilər həmişə bir tərəf kimi çıxış ediblər. Belə ki, bu illər ərzində Ermənistan ilə müəyyən mənada razılıq əldə olunan zaman Rusiya erməniləri öz mövqelərini ortaya atıblar. Rusiya erməniləri və Ermənistan ilə danışıqlar aparılıb və yekun qərara Fransa erməniləri ardınca ABŞ və erməni lobbisi öz təsirlərini göstərməyə çalışıblar. Buradan belə bir qənaətə gəlirik ki, Ermənistan dünyaya səpələnməş ermənilərdən ibarət top komandadır və müstəqil siyasət yeritməyə də haqqı çatmır. Bəs görəsən Ermənistan harada yerləşir və haradan idarə olunur?”
Elnur Eltürk

vendredi 13 mai 2016

 Ermənilərin "Eurovision" təxribatının arxasında nələr durur? 
- Ekspert rəyi


1956-cı ildə bəri hər il, istinasız olaraq bütün avropalılar ekran qarşısına əyləşərək dünyanın hər bir yerində nümayiş olunan bir hadisəni böyük həyəcanla izləyirlər. Əlbəttə ki, söhbət Avropa Birliyinin zirvə toplantısından deyil, məhz “Eurovision” Mahnı Müsabiqəsindən gedir. 


       Bu sözləri Avropa Birliyi məsələləri üzrə ekspert Vazeh Əsgərov bildirib.
     Ekspert fikirlərinə sualla davam etdirib: "Bu həqiqətənmi mədəniyyət, yoxsa bir siyasi hadisədir? Ötən illər ərzində müsabiqənin siyasi iğtişaş xarakteri daşımaması qeyd olunmuşdu. Belə ki, II dünya müharibəsindən sonra Avropa xalqları daha sıx birləşmələri üçün mədəni əlaqələrini inkişaf etdirmək üçün səylərini ortaya qoydular və Avropa Yayım Birliyinin böyük fəaliyyəti nəticəsində ilk dəfə birliyə daxil olan ölkələr arasında sülh və mədəni müsabiqə Avropa Musiqisi “Eurovision” Mahnı Müsabiqəsin keçirilməsi qərarı verildi. Müsabiqə ilk dəfə olaraq məhz o zaman da neytral sayılan İsveçrənin Lugano şəhərində təşkil olundu. 

     Bu məqamda yaddan çıxartmaq lazım deyil ki, artıq 1946-cı il Soyuq Müharibənin ilk illərində Brüseldə franko-sovet həmsədrliyi ilə Beynəlxalq Radioyayım Təşkilatı yaradılıb. Bu hadisədən sonra Avropanın qərb və şərq dövlətləri arasında fikir ayrılığı yaranmış və hadisələr siyasi müstəviyə keçmişdir. Məhz “Eurovision” Mahnı Müsabiqəsin təşkil olunması müəyyən mənada qərbliləri razı salsa da Avropanın qərbində Eurovision şərqində isə İntervision müsabiqələri təşkil olunurdu. Avropada yeganə olaraq Finlilər hər iki müsabiqəyə qoşulurdular. 40 il sonra, sovet blokunun dağılması və “dəmir pərdələrin” qaldırılması ilə bu iki musiqi təşkilatlarının münasibətlərində istiləşmə müşahidə olunmağa başladı. 1994-cü ildən keçmiş sovet blokuna daxil olan dövlətlər Eurovision müsabiqəsinə inteqrasiya edərək siyasi kontinental barışıq nümayiş etdirdilər.”
     Ekspert 1990-ci illərdən başlayaraq yenə də Avropa müsiqi yarışmasında bu və ya digər formada siyasi mesajların verilməsinin şahidi olurduğunu diqqətə çəkdi:
    “Misal üçün 1990-ci il Zaqrebdə keçirilən yarışmada Berlin divarlarının sökülməsi hadisəsinə diqqət yetirilmiş və bir çox ölkələrin nümayəndələri öz ifalarını (Almaniya Frei Zu Leben, Norvegiya Brandenburger Tor, Avstriya Keine Mauern Mehr, Finlandiya Fri) bu mühüm siyasi hadisəyə həsr etmişdir. 1991-ci il Romada təşkil olunmuş Eurovision Mahnı müsabiqəsində Almaniyanın birləşməsi münasibəti ilə Dieser Traum Darf Niemals Sterben müsiqisi bu hadisənin əbədi olacağını tərənnüm edirdi. Eyni zamanda 1993-cü il Millstreetdə təşkil olunmuş müsabiqədə üç keçmiş Yuqoslaviya ölkəsi müharibə etməklərinə baxmayaraq yarışmada sülhə çağırış etmişdirlər. Basqa bir əks səda doğurmüş hadisə 2000-ci il Stokholmda İsrail Ping Pong müsiqi qrupunun ifa etdikləri Heureux mahnısı idi ki, müsiqiçilər sonda İsrail və Suriya bayraqlarını səhnədə dalğalandıraraq sülh diləmişdirlər. 
     Bir neçə il bundan öncə 2009-cu ildə Rusiya ilk dəfə Eurovision Mahnı Müsabiqəsinin təşkilini həyata keçirir. Gürcüstan tərəfi bir il öncə Osetiya və cənubi Abxaziyada baş vermiş hərbi əməliyyatlara rəğmən Moskvadakı çıxış üçün “We Don’t Wanna Put In” mahnısını təqdim edirlər. Beynəlxalq Radioyayım Təşkilatının mahnını dəyişmək təklifinə Gürcüstan etiraz edərək yarışmadan kənarlaşdırılır. 
    Artıq 10 ilə yaxındır ki, Azərbaycan Eurovision Mahnı Müsabiqəsində uğurla çıxış edir və hər zaman Azərbaycan müsiqi dəyərlərini bütün dünyaya nümayiş etdirir. Lakin heç də sirr deyil ki, 1956-cı ildən popularlıq qazanan bu Mahnı Müsabiqəsi eyni zamanda özündə böyük siyasi prosesləri ehtiva edir. Belə ki, 2012-ci ildə ilk dəfə Bakıda təşkil olunacaq yarışmada Azərbaycan torpaqlarında öz təhlükəsizliklərindən siğortalanmadıqlarını bəhanə edərək Ermənistan yarışmada iştirakdan vaz keçmişdir. Nədənsə müxtəlif beynəlxalq idman yarışlarında bu bəhanələrdən istifadə etməyən “qonşularımız” Eurovision yarışmasında bunu dilə gətirirlər. 
    Son 2016-cı il təşkil olunan Mahnı Müsabiqəsində ermənilər yenə də təxribata əl atdılar. Bu dəfə həmişəki kimi Azərbaycan müsiqisinin notlarından və Qarabağın görməli yerlərinin fotolarından istifadə etməklə deyil birbaşa qondarma Qarabağın mənasız bayrağını səhnədə dalğalandıraraq diplomatik səs-küy yaratmış oldular. 
     Bu hadisə həftə ərzində ciddi narahatçılığa səbəb oldu. Artıq Avropanın aparıcı KİV-i də etiraf edir ki, Ermənistan mahnı müsabiqəsindən siyasi məqsədlər üçün istifadə edərək, Azərbaycanı aprel hadisələrinə görə təhrik edirlər. Erməni ifaçı İveta öz məsum izahında əslində iki ölkəni sülhə çağırdığını dilə gətirsə də, biz Avropa Yayım Birliyindən ədalətli mühakimə gözləyirik”.


Elnur Eltürk

http://avropa.info/news/116218.html

http://xeberle.com/az/view/21694/ermenilerin-eurovision-texribatnn-arxasnda-neler-durur-ekspert-reyi/?


                              
Erməni qızının orijinal “sülh çağırışı”...


      1956-cı ildə bəri, hər il, istinasız olaraq bütün avropalılar ekran qarşısına əyləşərək dünyanın hər bir yerində nümayiş olunan bir hadisəni böyük həyəcanla izləyirlər. Əlbətdə ki, söhbət Avropa Birliyinin zirvə toplantısından deyil məhz “Eurovision” Mahnı Müsabiqəsindən gedir. Bu həqiqətənmi mədəniyyət yoxsa bir siyasi hadisədir? Ötən illər ərzində müsabiqənin siyasi iğtişaş xarakteri daşımaması qeyd olunmuşdur. Belə ki, II dünya müharibəsindən sonra Avropa xalqları daha sıx birləşmələri üçün mədəni əlaqələrini inkişaf etdirmək üçün səylərini ortaya qoydular və Avropa Yayım Birliyinin böyük fəaliyyəti nəticəsində ilk dəfə birliyə daxil olan ölkələr arasında sülh və mədəni müsabiqə Avropa Musiqisi “Eurovision” Mahnı Müsabiqəsin keçirilməsi qərarı verildi. Müsabiqə ilk dəfə olaraq məhz o zaman da neytral sayılan İsveçrənin Lugano şəhərində təşkil olundu.
       Bu məqamda yaddan çıxartmaq lazım deyil ki, artıq 1946-cı il Soyuq Müharibənin ilk illərində Brüseldə franko-sovet həmsədrliyi ilə Beynəlxalq Radioyayım Təşkilatı yaradılmışdır. Bu hadisədən sonra Avropanın qərb və şərq dövlətləri arasında fikir ayrılığı yaranmış və hadisələr siyasi müstəviyə keçmişdir. Məhz “Eurovision” Mahnı Müsabiqəsin təşkil olunması müəyyən mənada qərbliləri razı salsa da Avropanın qərbində Eurovision şərqində isə İntervision müsabiqələri təşkil olunurdu. Avropada yeganə olaraq Finlilər hər iki müsabiqəyə qoşulurdular. 40 il sonra, sovet blokunun dağılması və “dəmir pərdələrin” qaldırılması ilə bu iki musiqi təşkilatlarının münasibətlərində istiləşmə müşahidə olunmağa başladı. 1994-cü ildən keçmiş sovet blokuna daxil olan dövlətlər Eurovision müsabiqəsinə inteqrasiya edərək siyasi kontinental barışıq nümayiş etdirdilər.
          1990-ci illərdən başlayaraq yenə də Avropa müsiqi yarışmasında bu və ya digər formada siyasi mesajların verilməsinin şahidi oluruq. Misal üçün 1990-cı il Zaqrebdə keçirilən yarışmada Berlin divarlarının sökülməsi hadisəsinə diqqət yetirilmiş və bir çox ölkələrin nümayəndələri öz ifalarını (Almaniya Frei Zu Leben, Norvegiya Brandenburger Tor, Avstriya Keine Mauern Mehr, Finlandiya Fri) bu mühüm siyasi hadisəyə həsr etmişdir. 1991-ci il Romada təşkil olunmuş Eurovision Mahnı müsabiqəsində Almaniyanın birləşməsi münasibəti ilə Dieser Traum Darf Niemals Sterben müsiqisi bu hadisənin əbədi olacağını tərənnüm edirdi. Eyni zamanda 1993-cü il Millstreetdə təşkil olunmuş müsabiqədə üç keçmiş Yuqoslaviya ölkəsi müharibə etməklərinə baxmayaraq yarışmada sülhə çağırış etmişdirlər. Basqa bir əks səda doğurmüş hadisə 2000-ci il Stokholmda İsrail Ping Pong müsiqi qrupunun ifa etdikləri Heureux mahnısı idi ki, müsiqiçilər sonda İsrail və Suriya bayraqlarını səhnədə dalğalandıraraq sülh diləmişdirlər.
    Bir neçə il bundan öncə 2009-cu ildə Rusiya ilk dəfə Eurovision Mahnı Müsabiqəsinin təşkilini həyata keçirir. Gürcüstan tərəfi bir il öncə Osetiya və cənubi Abxaziyada baş vermiş hərbi əməliyyatlara rəğmən Moskvadakı çıxış üçün We Don’t Wanna Put In mahnısını təqdim edirlər. Beynəlxalq Radioyayım Təşkilatının mahnını dəyişmək təklifinə Gürcüstan etiraz edərək yarışmadan kənarlaşdırılır.
       Artıq 10 ilə yaxındır ki, Azərbaycan Eurovision Mahnı Müsabiqəsində uğurla çıxış edir və hər zaman Azərbaycan müsiqi dəyərlərini bütün dünyaya nümayiş etdirir. Lakin heç də sirr deyil ki, 1956-cı ildən popularlıq qazanan bu Mahnı Müsabiqəsi eyni zamanda özündə böyük siyasi prosesləri ehtiva edir. Belə ki, 2012-ci ildə ilk dəfə Bakıda təşkil olunacaq yarışmada Azərbaycan torpaqlarında öz təhlükəsizliklərindən siğortalanmadıqlarını bəhanə edərək Ermənistan yarışmada iştirakdan vaz keçmişdir. Nədənsə müxtəlif beynəlxalq idman yarışlarında bu bəhanələrdən istifadə etməyən “qonşularımız” Eurovision yarışmasında bunu dilə gətirirlər.
Son 2016-cı il təşkil olunmuş Mahnı Müsabiqəsində Ermənilər yenə də təxribata əl atdılar. Bu dəfə həmişəki kimi Azərbaycan müsiqisinin notlarından və Qarabağın görməli yerlərinin fotolarından istifadə etməklə deyil bir başa qondarma Qarabağın mənasız bayrağını səhnədə dalğalandıraraq diplomatik səs-küy yaratmış oldular.
Bu hadisə həftə ərzində ciddi narahatçılığa səbəb oldu. Artıq Avropanın aparıcı KİV-i də etiraf edir ki, Ermənistan mahnı müsabiqəsindən siyasi məqsədlər üçün istifadə edərək Azərbaycanı aprel hadisələrinə görə təhrik edirlər. Erməni ifaçı İveta öz məsum izahinda əslində iki ölkəni sülhə çağırdığını dilə gətirsə də biz Avropa Yayım Birliyindən ədalətli mühakimə gözləyirik.

Vazeh Əskərov

mercredi 11 mai 2016

Ekspert: “Ermənilərin cürəti çatsaydı…”



Biz bu fikirlərə əvvəllər də tez-tez rast gəlmişik. Dəfələrlə Dağlıq Qarabağdakı separatçı rejim Ermənistan parlamentində "müstəqil dövlət" kimi tanımağı nəzərdə tutan layihə ilə çıxış edib və hər dəfə səsvermələr təxirə salınıb.

Bunu Axar.az-a açıqlamasında Avropa Birliyi məsələləri üzrə ekspert Vazeh Əsgərov deyib.

Ekspert bildirib ki, bu kimi bəyanatların verilməsi yalnız müəyyən təzyiq yaradıb, ictimaiyyətdə müxtəlif fikirlərin formalaşmasına hesablanıb:

“Əminəm ki, ermənilərin cürəti çatsaydı, Qarabağın separatçı rejimini çoxdan tanıyardı. Hər dəfə bir neçə müxtəlif partiyanı təmsil edən deputatın təklifi ilə qanun layihəsinin hazırlanıb parlamentə təqdim edilməsi və son anda təxirə salınmasının əslində Ermənistan üçün nə dərəcədə ağır fəsadlar verəcəyini özləri də yaxşı bilirlər. Minsk Qrupuna daxil olan Rusiya və Amerika rəsmiləri də bu mövzu ilə bağlı öz fikirlərini səsləndirib. Rəsmilərin fikirləri Dağlıq Qarabag probleminin həllini beynəlxalq hüquq normalarına uyğun şəkildə nizamlanmasına yönəlib”.

http://savemypost.com/11052016/e/3/7/8/e/543482286b1c0f398848036fb7ba22ece6b/d19c2bf51c4d13f5d4999a50cc6fa547c6da2245/web/

Tarix
11 May 2016 / 08:00
Müəllif
Elnur Eltürk

mardi 10 mai 2016



"Dağlıq Qarabağın müstəqilliyini tanımaq ermənilərə baha başa gələcək"



 Hal-hazırda Ermənistan parlamentində müxtəlif bəyanatlar eşitməkdəyik. Bu bəyanatlardan biri də Dağlıq Qarabağın müstəqilliyinin tanınması və Qarabağ ermənilərinin istəyi nəzərə alınaraq, Ermənistana birləşdirilməli kimi səslənən fikirlərdir.
Qeyd edək ki, biz bu fikirlərə daha əvvəllər də tez-tez rast gəlmişik. Dəfələrlə Dağlıq Qarabağdakı separatçi rejimi Ermənistan parlamentində "müstəqil dövlət" kimi tanımağı nəzərdə tutan layihə ilə çıxış edib və hər dəfə səs vermələr təxirə salınıb.
Qeyd etmək istərdim ki, bu kimi bəyatanların verilməsi yalnız və yalnız müəyyən təzyiq yaradıb, ictimaiyyətdə müxtəlif fikirlərin formalaşmasına hesablanır. Əminəm ki, ermənilərin cürəti çatsaydı, Qarabağın separatçı rejimini çoxdan tanıyardı. Belə ki, ermənilər hər dəfə bir neçə müxtəlif partiyaları təmsil edən deputatların təklifləri ilə qanun layihəsinin hazırlanıb parlamentə təqdim etməsi və son anda təxirə salınması kimi fikirlərin əslində Ermənistan üçün nə dərəcədə ağır fəsadlar verəcəyinə özləri də yaxşı bilirlər.
Heç də təsadüfi deyil ki, Minsk qrupuna daxil olan Rusiya və Amerika rəsmiləri bu mövzu ilə bağlı öz fikirlərini səsləndirib. Rəsmilərin fikirləri Dağlıq Qarabag probleminin həllini beynəlxalq hüquq normalarına uyğun şəkildə nizamlanmasıdır.  
Azərbaycan xalqı bu kimi məsələlərə həmişə hazır olmalıdır.


Dr. VAZEH ƏSKƏROV

mercredi 4 mai 2016

Universitetlərdə qayıb məsələsinin həlli "distant" təhsilə 

keçid il

ə mümkündür


Xalqinfo.az xəbər İnformasiya Agentliyinin bu dəfəki müsahibi Strasburq Azərbaycan Evinin həmtəsisçisi və idarə heyetinin üzvüd, Azərbaycan Dillər Universitetinin rektorun müşaviri, tarix elimləri üzrə fəlsəfə doktoru və Strasburq Universitetinin doktoru Vazeh Əskərovdur. 

  
- Vazeh müəllim, bu günkü Azərbaycan cəmiyyətində gənc kadrların fəaliyyətini necə qiymtələndirirsiz?

   Salam. Öncə sizə və təmsil ediyiniz mətbuat orqanına göstərdiyiniz təşəbbüsə görə dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, biz gənclərin atdıqları hər bir addım Azərbaycanın mənafeyi və Azərbaycançılıq üçün olmalıdır. Azərbaycanda gənclərə olan qayğı təkcə hansısa qurumlarda deyil, bütövlükdə dövlət tərəfindən aparılan sistemli bir forma təşkil edir. Biz bilirik ki, gənclərə qayğı və yüksək diqqət hələ Ulu Öndər Heydər Əliyevdən başlamışdır. Təsadüfi deyil ki, 1997-ci ildən bəri hər il 2 fevral "Gənclər günü" kimi qeyd olunur. Gənclərə olan diqqət həmişə Cənab Prezident İlham Əliyev tərəfindən də yüksəkdir. Hesab edirəm ki, gənclərə qoyulan sərmayə, onlar üçün yaradılan şərait inkişaf etməkdə olan dövlətimiz üçün yeni-yeni düşüncə və ideyanı eləcə də müasir formanı daha da inkişaf etdirə bilər. Belə ki, gənclər həmişə dünyanı öz yaşadıqları dövrə görə daha müasir qavrayır və dərk edirlər. Buna bir az kreativ baxaq. Misal üçün bizim gözəl xalq mahnılarımız və ya müğamlarımız var ki, əsrlər boyu sevə-sevə dinlənilir. Biz bu musiqiləri müxtəlif ifalarda dinləməyi çox xoşlayır və öyrəşirik.Lakin diqqət yetirsək özümüz də bilmədən həmişə arzulayırıq ki, bu ifaları yeni nəfəsdə eşidək. Belə ki, müasir gəncin səs tembiri, onun müsiqiyə daha fərqli yanaşması və yeni fomatı bizi hər zaman cəlb edir. Bu nəsillərin bir-birini əvəz etməsi və milli mənəvi maraqlarımızı qoruyaraq inkişaf etdirməsi kimi qəbul olunur. 
    Eyni zamanda o da məlumdur ki, gənclər yaşlı nəsilə rəğmən daha çox yeniliyi sevir və daima axtarişda olub,muxtəlif sintezlər etməyi xoşlayırlar. Əksinə, yaşlı nəsil daha çox konservativ olurlar. Hətta belə bir deyim də var ki, o insan ki, 40 yaşı haqlayıb konservativ düşünmürsə deməli o , öz yaşını yaşamır və ya o,gənc ki yeni ideyalar irəli sürməkdən çəkinir, axtarışlar edib,müasirlik nümayiş etdirmirsə o da öz gəncliyini yaşamır. Məhz elə bu baxımdan ölkəmizdəki gənclər siyasəti həmişə öz orijinallığı ilə fərqlənir. Bu baxımdan dövlət proqramı çərçivəsində gənclərin xarici ölkələrin aparıcı universitetlərinə göndərilməsi və təhsil aldıqdan sonra yenidən ölkəyə qayıdıb Azərbaycana tövhə verməsi çox gözəl təşəbüsdür. Düşünürəm ki, Azərbaycan cəmiyyətində gənclər həmişə öz idealarına görə fərqlənirlər. Eyni zamanda qeyd edim ki, söhbət elmə yəyələnmiş, savadlı eləcə də hər hansı bir sahəni öyrənən gənclərdən gedir. 

- Avropa universitetləri ilə müqayisədə Azərbaycan universitetlərindərində nəyi tapmırıq?

    Azərbaycan təhsil sisteminin formalaşma tarixinə nəzər saldıqda görürük ki, istər sovet dönəmində , istərsə də müstəqillik əldə etdiyimiz dövr təhsilimiz ümumi alman təhsil sistemi üzərində qurulmuşdur. 2014-cü ilin noyabr ayında Təhsil Nazriliyinin xətti ilə Azərbaycanın 15 universitet rəhbərliyini təmsil edən böyük bir nümayəndə heyəti Ankarada iki həftəlik təlimdə oldu. Məqsəd iki ölkə arasında təhsil sistemlərinin daha dərindən öyrənilməsi idi. Bundan əlavə 2014-cü ildən bəri Təhsil Nazirliyinin və Azərbaycan Dillər Universitetinin xətti ilə digər başqa ölkələrdə, Fransa, Avstriya, Cexiya, İsveç, İtaliya və s. də müxtəlif təhsil proqramları ilə tanış olmuşam. Eyni zamanda uzun illər Fransada təhsil aldığımı və son illər ərzində aldığım təcrübədən çıxış edərək bunu deyə bilərəm ki, hal-hazırda Azərbaycanda müasir təhsil sistemi formalaşmaqdadır. Diqqətinizə çatdırmaq istərdim ki, Azərbaycanda Boloniya sisteminə keçid 2005-ci ildən başlanılmışdır. Məhz ilk Boloniya sisteminə keçid də Azərbaycan Dillər Universitetinin adı ilə bağlıdır. Heç də sirr deyil ki bir sıra Avropa ölkələrində Boloniya sistemi hələ də tam oturuşmamışdır. Azərbaycan Dillər Universitetinin təcrübəsindən çıxış edərək görürük ki, universitetlərin müxtəlif istiqamətlər üzrə dinamik inkişafı mövcuddur. 
İndi gəlin verilən təhsildən və təhsil üçün yaradılmış infrastruktura diqqət yetirək. Təhsil almaq tələbənin öz istəyi, bacarığı və biliyi ilə formalaşır. Azərbaycanda yüksək ali təhsil almaq istəyən hər bir gənc bunu asanlıqla həyata keçirə bilər.Yetər ki, bunu istəsin. Lakin infrastruktur nöqteyi nəzərdən, əlbətdə ki, bu gün Avropa universitetləri ilə müqaisədə Azərbaycan universitetlərinin də inkişaf etdirməli olan sahələri çoxdur. Bura ilk növbədə campus, yataqxana, müasir binalar, standartlara cavab verən dərs otaqları, yeməkxanalar və eləcə də tələbələr üçün kitabxana, informasiya ressurs kompleksləri, müxtəlif tələbə endirimləri, əlbətdəki, xüsusi tələbə təqaüdləri və s. aid etmək olar. Sevindirici haldır ki, bu standartlara cavab verən təhsil ocaqları artiq ölkəmizdə mövcuddur.Onarın arasında Azərbaycan Diplomatik Akademiya (ADA) ən öndə gedənlərdəndir. 

- Azərbaycanın da 10 ildən bəri qoşulduğu Bolonya sistemində qayıb məsələsi yoxdur. Lakin Azərbaycanda qayıb sistemi hələ də mövcuddur. Sizcə, qayıb sisteminin ləğvi, yoxsa saxlanılması məqbuldu? 

    Tələbələrin dərslərdə mütləq surətdə iştirak etməsi və 25% dərs buraxdıqda qayıb almaları və imtahanlara buraxılmamaları qəbul olunmuş bir sistemdir. Əlbətdə ki, bu tələbələri narahat edir və bir çox suallar yaradır. Lakin indi gəlin baxaq görək universitet müəllimi neçə saat qeyri-auditor saat dərs deyməyə tələbə yiğa bilir? Təcrübə göstərir ki, heç bir saat da tələbələr buna meyilli deyillər. Açığını deyim, həm qayıb, həm də zəng sistemini yığışdırılması ilə bağlı mən bir neçə il əvvəl rəhbərliyə öz təkliflərimi etmişəm. Ancaq geniş müzakirələrdən sonra bu qənaətə gəldik ki , 6 000 tələbəsi olan bir universitetin tələbələrini qayıbdan azad etməkdən əvvəl tələbələr arasında təfəkkür formalaşmalıdır. Həmçinin bunun üçün müvafiq qurumun icazəsi olmalıdır. Mən əminəm ki, indiki şəraitdə qayıb sistemi yığışdırılsa tələbə auditoriyaya istədiyi vaxt gələcək və ya heç gəlməyəcək.
     Lakin biz bunu digər bir formatda daha düzgün tətbiq edə bilərik. Gəlin bir anlıq düşünək ki, tələbə ailəlidir, işləyir və ya digər bir narahat edən məsələyə görə dərslərə mütəmadi qatıla bilmir. Eləcə də uzunömürlü təhsil almaq istəyən və ya ikinci ali təhsil almaq istəyən insanlarımız vardır ki, müxtəlif səbəblərdən dərslərdə həmişə iştirak edə bilmirlər. Bunun üçün hal-hazırda bütün dünyada inkişaf etməkdə olan distant təhsil formatını inkişaf etdirə bilərik. Mən çox arzlayıram ki Azərbaycanda distant təhsil sistemi formalaşsın. Mən hətta onun mexanizimini də hazırlamışam və bunla bağlı bir neçə elimi məqalə də dərc edtirmək fikrindəyəm. Qeyd edim ki, Azərbaycan universitetlərində distant təhsil tətbiq olunmur. Azərbaycan Dillər Universitetində biz artıq bunun formatını işləyirik. Mən universitetin Elmi Şurasında da bunu təqdim etmişəm və şura üzvləri də bunu çox yüksək qiymətləndiriblər. Disant təhsil üçün infrasturktur yaradılıb.Universitetimizdə yerli internet kanalı fəaliyyət göstərir. Razılıq və iradə olarsa, Azərbaycanda distant təhsil formalaşacaq və qayıb məsələsi beləcə də həll edilmiş olacaq. 
   İndi gəlin baxaq kütlə buna hazırdımı? Belə bir yeni sistemi illərlə formalaşmış ənənəvi təhsil sisteminə tətbiq etmək olarmi? Mən bir məsələni xatırladım; Azərbaycanda ASAN xidmət açılan qədər kütlə buna hazır deyildi. Amma ASAN xidmət açıldı və insanlar bu xidmətdən çox razıdılar. Cənəb Prezident öz iradəsini göstərdi və eyni qurumlar yenə də fəaliyyətdədir. Lakin ASAN xidmətdə paralel olaraq həyata keçirilən sistemlər insanların rahatlıqlarını və problemlərinin çox rahatlıqla həllini təmin edir. Bax, əsl yenilik, müasirlik və iradə budur. Müəyyən bir yeniliyi gətirmək, üzərində işləməklə təkamül prosesini keçmək və onu tətbiq etmək. Axı heç bir yenilik asanlıqla tətbiq olunmur. Buna digər bir missal artiq üç ildir Azərbaycan Təhsil sistemində həyata keçirilən SABAH qruplarıdır. Məhz elə söz açdığınız qayıb sisteminin də alternativi bu gün distant təhsildi. Bu təhsil tək gənclərə deyil, oxumaq arzusundan və yaşından asılı olmayaraq hər kəsə aiddir.Yəqin ki,gələcəkdə qayıb sistemi ilə bağlı məsələlər həll olacaq. Artıq vətəndaşlar universitetə deyil,universitet evə gələcək.

- Bildiyim qədər ,uzun illər Avropanın mərkəzi Strasburq şəhərində yaşamısız. Fransadakı Azərbaycanlı Tələbələr Asossiasiyasının prezidenti kimi fəaliyyət göstərmisiz. Strasburq Azərbaycan Evinin həmtəsisçisi və idarə heyətinin üzvüsüz. On ildən sonra sizi Azərbaycana qaytaran nə idi?


Mən 2003-cu ildə Avropaya təhsil almağa gedəndə, Fransada və digər Avropa universitetlərində o qədər də azərbaycanlılar yox idi. Sonrada Xaricdə Təhsil Dövlət proqramının tətbiqi eləcə də Azərbaycanda iqtisadiyyatın inkişafındakı sıçrayış azərbaycanlı tələbələrin inkişaf etmiş ölkələrin universitetlərinə qəbul olunmasını daha da surətləndirdi. Açığını deyim ki, Mən Fransaya ilk gedən gündən vətənə qayıtmağımı düşünürdüm. Lakin, Avropadakı tələbələr üçün yaradılmış şərait mənim təhsilimin doktorantura pilləsinə qədər oxumağıma yol açdı. Düşünürdüm ki,buradakı təhsildən mütləq yararlanmalıyam. Üç il müddətində arıq iki magistr diplomu əldə etdim. 2007-ci ildə doktaranturaya qəbul oldum. Çox şad idim ki,ilk dəfə olaraq Azərbaycan mühacirləri haqqında araşdırmalar aparacağam. Həmişə ölkəmi təmsil edərək, istəyirdim ki əldə etdiyim bilikləri Azərbyacanda həyata keçirim. Bu məqsədlə də doktorluq müdafiəmdən sonra yubanmadan Azərbaycana gayıtdım. Uzun illər xaricədə yaşayan adamın ürəyi hər an vətənlə olur. On il xaricdə yaşadım. Azərbaycandakı yenilikləri, hadisələri hər zaman izləyirdim. Gəlib Azərbaycanın daha da inkişaf etdiyini gördüm. Fransa üçün də darıxıram, həyatımın on ili orada keçib, çoxlu xatirələr var, övladlarım orada doğulublar, amma mən yenə də Azərbaycan üçün işləməyi düşünürəm. Orada yaşayan zaman həmişə çalışırdım ki, ilklərə imza atım. Məsələn, ətrafımda olanlar nəyin isə mümkün olmadığını deyəndə çalışırdım gedim və göstərim ki, bunu etmək mümkündür. Azərbaycana gəlməyimin səbəblərindən biri də oradakı təhsil almış, təhsillərini bitirmiş, amma hələ də özlərini Fransa, Avropa cəmiyyətində tapmamış insanlara göstərmək idi ki, əgər siz özünüzü orada tapmayırsızsa bir Azərbaycana da baş çəkin. Bəlkə, talehiniz burayla bağlıdı, aldığınız bilik, bacarığı burada tətbiq edə bilərsiz. Nəyinki orada qalıb qazandığınız biliyi heç bir sahəyə xərcləməməkdənsə. Bu da bir ilkdir. Doğurdan çox xoşbəxtəm ki, Azərbaycanda oradakı mühitdə təhsil almış, formalaşmış insanlara çox böyük hörmət, qayğı və dəstək var. Xoşbəxtəm ki, Azərbaycana gələn kimi universitetimizin keçmiş rektoru Səməd Seyidov məni işlə təmin etdi və müəyyən məsuliyyətli işləri mənə tapşırdı. 


- Informasiya müharibəsində Azərbaycan Dillər Universitetinin rolunu necə qiymətləndirirsiz?


Bir Azərbaycan gənci olaraq hesab edirəm ki, gənclərin mövqeyi, xüsusən də Azərbaycan Dillər Universitetində yüksəkdi. Qeyd etməliyəm ki, informasiya mübarizəsində dil bilgisinin olması da çox əhəmiyyətlidir. Bu baxımdan Azərbaycan Dillər Universitetində tədris olunan xarici dillərin sayı 22-dir. Bu çox böyük göstəricidir. Belə ki, bu dillərdə təhsil alan tələbələr bu dildə danışır və düşünür , eyni zamanda Kütləvi İnformasiya Vasitələrini oxuyur və yeri gələndə müxtəlif mövzularda fikir mübadiləsi edərək dövlətşilik mövqelərini ortaya qoyurlar.Dünyanın aparıcı dilləri ilə yanaşı, digər dillərin də tədris edildiyi təhsil mərkəzində təhsil alan tələbələrin informasiyalı cəmiyədə fərqlənməsi və informasiya mübadiləsində geniş imkanlara malik olması realdı. Bizə qarşı düşmənçilik edən Ermənistanın digər sahələrdə olduğu kimi infomasiya sahəsində də təxribatı danılmazdı. Erməni dilində tədrisin aparılması bizim tələbələrin daha aktiv mövqe göstərməsinə səbəbdi. Mənim sahəm daha çox Fransa ilə bağlı olduğuna görə, ordakı mətbuatı da oxuyram. Onların hər zaman Azərbaycanla, xüsusəndə Dağlıq Qarabağda baş verən hadisələrə hansı fomal yanaşdıqlarına şahid oluram. Lakin son aprel savaşında Azərbaycan üçün böyük dönüş yarandı. Bu yaxınlarda mənim “Dağlıq Qarabağda baş verənlər Fransızların gözü ilə” bir müsahibəm dərc olmuşdu. Çox xoşbəxtəm ki, fransızlar artıq Azərbaycan reallıqlarından xəbərdardılar. Deməli, Fransa Minsk qrupunun üç aparıcı ölkəsindən biri kimi,Azərbaycana qarşı mövqeyini dəyişirsə, daha düzgün ortaya qoyursa, başqa ölkələrdə də müsbətə doğru inkişaf edir. Bu da internet portallarında müxtəlif dillərdə Azərbaycanla bağlı düzgün informasiyanın ictimaiyyətə çatdırılması və xarici dillərdə danışan insanların müdaxiləsi və s. ilə bağlıdı. Bizim gənclərin xarici dillərdə danışması və müxtəlif sahələr üzrə fəaliyyət göstərmələri onlara müxtəlif sosial şəbəkələrdə özlərini daha düzgün ifadə etmələrinə imkan yaradır. Bu baxımdan da mən Azərbaycan Dillər Universitetinin aktivliyini çox yükşək qiymətləndirirəm və düşünürəm ki, müasir gənclik informasiya sahəsində fəaldırlar.


- Azərbaycan Dillər Universiteti sizin üçün haradı ?


Mən 1999-cu ilədə Azərbaycan Dillər Universitetinin məzunu olmuşam. İlk tələbəlik həytım buradan başlayıb. 1995-1999-cu illərdə fransız və ingilis dilləri üzrə pedoqoji təhsil almışam. Buna görə də , bu universitet mənə çox doğmadı. Burada işləməkdən böyük zövq alıram. Həqiqətən ,haçansa təhsil aldığın ali məktəbdə dərs demək necə də gözəldir.Tələbələrin düşüncə səviyəsini oxuduğum dövrlə müqayisə edirəm və bir daha əmin oluram ki, gənclərimiz çox müasirdilər. Dəyişən isə təfəkkürdür. Belə ki, mən oxumaq üçün universitetə müəllimlərin yanına gəlirdim. Bu gün isə müəllimlər universitetə tələbələrin yanına dərs deməyə gəlir. Deməli, universitet kimindi? - tələbələrin. Bu, çox gözəl bir dəyişiklikdi. Mənim üçün sevindirici haldı ki, Azərbaycan Dillər Universitetinin tələbələri digər universitetlərin tələbələri ilə müqayisədə daha çox akitvdirlər. 


http://xalqinfo.az/manset/21959-universitetlerde-qayib-meselesinin-helli-distand-tehsille-daha-duzgundu-musahibe.html




Kainat Şirin



Xalqinfo.az