Nombre total de pages vues

vendredi 24 janvier 2014


Təhsildə seçim problemi


imtahan

«Testlə universitetlərə qəbul ola bilməyən gənclərə şəraitin yaradılması daha düzgün olar»
Vüqar Zifəroğlu: «O zaman xaricə sırf ali məktəbə qəbul olmaması səbəbi ilə oxumağa üz tutan tələbələr burada təhsil alardılar»
Həsir Əhmədli: «Təhsil sistemi kökündən dəyişməlidir»
Vazeh Əsgərov: «İşləyib öz xərclərinin ödəməsi məsələsi əlbətdəki gənclərimizin daha çox xarici ölkələrə üz tutmaqları ilə müşahidə olunur»

Bu gün yüzlərlə gənc istər dövlət xətti, istərsə də öz təşəbbüsləri ilə xaricdə təhsil almağa çalışırlar.
Azərbaycan gənclərinin xarici ölkələrə, xüsusən də MDB respublikalarına ödənişli təhsil almaq üçün açın etməsinin səbəbi nədir? Testlə universitetlərə qəbul oluna bilməyən gənclərə öz vətənlərində ödənişli əsaslarla təhsil almalarına şərait yaratmaq daha doğru olmazdımı?
Bakı Dövlət Universitetinin müəllimi Vüqar Zifəroğlu «əlbəttə, şəraitin yaradılması daha düzgün olardı»,- deyə bildirib: «O zaman xaricə sırf ali məktəbə qəbul olmaması səbəbi ilə oxumağa üz tutan tələbələr burada təhsil alardılar. Amma o da var ki, bəzən abituriyentlər öz təhsillərini könüllü şəkildə xaricdə davam etmək istəyirlər. Bu da normal haldır. Xarici ölkələrdə təhsil alan gənclərimiz nə qədər çox olsa, nəticədə bundan cəmiyyətimiz xeyir götürər».
Bakı Dövlət Universitetinin müəllimi Nəsir Əhmədli vurğuladı ki, Azərbaycanın orta məktəblərində tədris istənilən səviyyədə deyil: «Maaş çox aşağı olduğundan müəllimlər dərsə can yandırmırlar. Valideynlərin çoxunun repetitor tutmaq imkanı yoxdur. Buna görə də savadsızlıq baş alıb gedir. Buna baxmayaraq, hamı ali təhsil diplomu almaq istəyir. Diplom oğlanlara əsgərlikdə 6 ay az xidmət etmək üçün, qızlara isə cehiz kimi lazımdır. Buna görə də test üsulu ilə Azərbaycann ali məktəblərinə qəbul oluna bilməyən gənclər MDB ölkələrinə üz tuturlar. Orada bəzi ali məktəblərə qəbul imtahansızdır. Testlə universitetlərə qəbul ola bilməyən gənclərə öz vətənlərində ödənişli əsaslarla təhsil almalarına şərait yaradılarsa, vəziyyət kütləvi olaraq pisləşər, rüşvət və savadsızlıq daha geniş miqyas alar. Təhsil sistemi kökündən dəyişməlidir».
Strasburq Universitetinin doktoru Vazeh Əsgərov isə diqqətə çatdırdı ki, XIX əsr insanının ali təhsil almaq arzusu çox əhəmiyyətli bir məsələyə çevrilməkdədir: «Azərbaycanda da bu tendensiya getdikcə artmaqdadır. Lakin qeyd etməliyəm ki, ali məktəblərə üz tutan tələbələrin bir qismi sadəcə diplom əldə etmək, digərləri isə tək diplom deyil, eləcə də savad əldə etməyi qarşılarına məqsəd qoyurlar. Məqsədyönlü surətdə təhsil almağı düşünən tələbə öz universitet, ixtisas seçimini və eləcə də gələcəkdə hansı peşə seçim etmək perspektivlərini əvvəlcədən nəzərdən keçirir. Bu qrupa daxil olan insanlar eyni zamanda öz təhsillərini xarici ölkələrdə də davam etdirmək arzusunda olurlar. Qeyd etmək yerinə düşər ki, 5-7 il bundan öncəyə qədər Azərbaycandakı bazar qiymətləri eləcə də həyat səviyyəsi Avropa və digər qərb ölkələrindən kifayət qədər fərqlənirdi. Bu günün Azərbaycan tələbəsi aylıq xərclərini və ödənişli oxuduğu ali məktəbin qiymətlərini nəzərdən keçirəndə bir o qədər də fərq olmadığının şahidi olur və təhsil üçün bir başa xarici universitetlərə üz tuturlar. Məsələn Fransa və Almaniyada dövlət universitetlərində təhsil bəzi adminstrativ xərcləri (təx. illik 350-500 avro) çıxmaq şərti ilə pulsuzdur. Tələbənin yalnız aylıq yataqxana və yemək xərclərini (təx. bir ay üçün minimum 650 avro) hesablayanda təhsilinı Avropa ölkələrində almaq arzusunun nə dərəcədə real olması üzə çıxır. Və ən nəhayət əksər Avropa ölkələrində universitetə daxil olmaq üçün əlavə imtahan vermək də tələb olunmur. Tələbələrin bir çox üstünlüklərinin, məsələn, dərs qrafiklərinin seçimində nisbi azadlıqlarının olması və eləcə də işləyib öz xərclərini ödəmək imkanlarının olması gənclərimizin daha çox xarici ölkələrə üz tutmaqları ilə müşahidə olunur».
Keçmiş təhsil naziri Firudin Cəlilov isə  hesab edir ki, təhsil ümumiyyətlə pulsuz olmalıdır: «Hazırda Azərbaycan dövlətinin maliyyə imkanları heç də başqa ölkələrdən geri qalmır. Rəsmi statistik məlumatlar da göstərir ki, ölkəmizin iqtisadi qüdrəti gündən-günə genişlənir. Sözsüz ki, belə bir şəraitdə Azərbaycanın ali təhsil müəssisələrində də təhsilin pulsuz olması mümkündür».
Firudin Cəlilov onu da vurğulayır ki, bu addım ölkədə daha çox gəncin ali təhsil almasına imkan yarada bilər: «Düzdür, bizdə icbari təhsil pulsuzdur və bu təhsil pilləsində dövlət bütün xərcləri öz üzərinə götürüb. Çünki bütövlükdə təhsil pulsuz ola bilməz. Burada əsas məsələ göstərilən xidmətin müqabilində yaranan xərcləri hansı tərəfin ödəyəcəyidir. Məlumdur ki, son illər ali məktəblərə qəbul planında ödənişli ixtisasların sayı ödənişsiz ixtisasların sayını üstələyir. Eyni zamanda, ödənişli ixtisaslarda təhsil haqqının məbləğində sürətli artım müşahidə edilir. Bu tendensiya isə həm valideynləri, həm də abituriyentləri çətin duruma salıb. Çünki övladı ödənişli əsaslarla ali məktəbə daxil olan bəzi valideynlər təhsil haqqı yüksək olduğundan öz uşaqlarını ali məktəbə göndərə bilmirlər. Bu da nəticə etibarilə aztəminatlı ailələrdən olan gənclərin təhsil hüququnun pozulması ilə nəticələnir». Keçmiş təhsil naziri həmçinin bildirir ki, son illər təhsil sahəsində əhəmiyyətli qanunların qüvvəyə minməsinə baxmayaraq bəzən bu qanunlar sənəd üzərində qalır: «Məsələn, Azərbaycanda müvafiq dövlət proqramına əsasən, gənclərimizin nüfuzlu xarici universitetlərdə təhsil alması üçün şərait yaradılıb. Bu özlüyündə gözəl bir təşəbbüsdür və dövlət istedadlı gənclərin təhsil xərclərini üzərinə götürməklə insan kapitalına yatırım etməyə çalışır. Amma bu ölkəyə daxil olan vəsaitlərin müqabilində çox kiçik addımdır. Biz dünya ölkələri ilə ayaqlaşmaq istəyiriksə insan kapitalına investisiyanı artırmalıyıq».
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev də hesab edir ki, Azərbaycanda belə bir təcrübənin tətbiqi xüsusilə aztəminatlı ailələrdən olan gənclərin təhsil almaq imkanlarını genişləndirə bilər: «Azərbaycanda ödənişsiz təhsilin ilbəil azaldılması xüsusilə 300-dən aşağı bal toplayan gənclərin pulsuz təhsil almaq imkanını məhdudlaşdırır. Çünki ödənişsiz ixtisaslarda təhsil almaq istəyənlər minimum 300 bal toplamalıdırlar. Əks təqdirdə, onlar yalnız ödənişli ixtisaslarda oxuya bilərlər. Pullu ixtisaslarda təhsil almağa isə hər bir gəncin imkanı çatmır. Bəzən maddi imkansızlıq onları qəbul olduqları ixtisaslardan imtina etməyə gətirib çıxarır. Nəticədə 200 balla hansısa imkanlı şəxsin uşağı ali təhsil ala bilir, amma 300 bal toplayan imkansız gənc təhsildən kənarda qalır. Bu baxımdan Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqi belə gənclər üçün geniş imkanlar aça bilər». Türkiyə təcrübəsinin Azərbaycanda tətbiq ediləcəyi təqdirdə, ali məktəblərin maliyyələşməsi məsələsinə toxunan mütəxəssis bildirir ki, bu məsələdə dövlətlə bərabər universitetlər eyni yükü daşımalıdır: «Sözsüz ki, hökumət həm dövlət, həm də özəl ali məktəblərə müəyyən maddi dəstək verməlidir. Amma universitetlər özləri də maliyyə resurslarının tapılmasında maraqlı olmalıdırlar. Məsələn, Avropada fəaliyyət göstərən universitetlərin elm adamları müxtəlif beynəlxalq təhsil layihələrinə qatılmaqla böyük məbləğdə qrantlar udurlar. Müvafiq şərtlərə əsasən, həmin məbləğin 20 faizi müəllifə, 80 faizi isə çalışdığı ali məktəbə çatır. Yəni, təhsil pulsuz olsa da, ali məktəblər dövlətdən asılı olmur. Onlar qazandıqları maliyyə resursları hesabına büdcələrini formalaşdıra bilirlər. Düşünürəm ki, əgər bu təcrübədən Azərbaycanda da istifadə olunarsa, ali məktəblər heç bir maliyyə çətinliyi yaşaya bilməz. Bir sözlə, hökumət ümumxalq mənafeyi naminə bu addımı atmalıdır».

Əli 
http://www.xalqcebhesi.az/?p=135430

jeudi 16 janvier 2014



Vazeh Əsgərov: “Azərbaycan xalqı fəxr edir ki…”



Tariximizə 20 Yanvar kimi bir şanlı gün əlavə olundu
   “XX əsrin sonu Dünyada baş verən iki mühüm hadisə, 1989-cu ildə Berlin divarının aşırılması və 1991-ci ildə SSR-in süqut etməsi bir çox dəyişikliklərə gətirib çıxardı. Belə ki, yenidənqurma siyasəti və aşkarlıq adı altında yürüdülən siyasət müxtəlif nəticələrə o cümlədən SSR-nin münaqişə zonalarından (Əfqanıstan, Afrika) eləcə də Almaniyadan qoşunlarının çıxarılması ilə nəticələndi”.

   BayMedia-ya açıqlamasında belə deyən Strasburq Universitetinin doktoru Vazeh Əsgərov bildiirb ki, bu dövrdə sovetlər birliyinin dağılması prosesi daha da surətləndi və keçmiş birliyə aid olan xalqlar arasında münaqişələr alovlanmağa başladı: “Bu proses Avropa olkələrinin (Yuqoslaviya, Çexoslovakiya) parçalanması, yeni yaranan münaqişə ocaqlarının ( Balkan və Qarabağ) alovlanması eləcə də ölkələrin ard-arda öz müstəqilliklərini elan etməsi ilə nəticələndi. Azərbaycan öz müstəqilliyini 1991-ci ilin oktyabrında qazandı. Lakin bu müstəqillik digər SSR-i xalqları kimi asan başa gəlmədi. Tariximizə 20 Yanvar kimi bir şanlı gün əlavə olundu. Son illərə qədər biz bu günü kədər və qüssə ilə qeyd etdik. Bu illər ərzində sovet əsgərinin sovet vətəndaşına necə güllə aça biləcək iqtidarında ola biləcəyini anlamağa çalışdıq. Həmin günün tarixini yaşayan eləcə də bu günki nəsil Azərbaycan xalqı fəxr edir ki, 20 Yanvarda öz həyatlarını Azərbaycanın müstəqilliyi uğrunda şəhid etmiş övladları olub. Bu gün Azərbaycan xalqının tarixində müstəqillik uğrunda qazandığı şanlı bir gündür”.



Əli



mercredi 8 janvier 2014




Vazeh Əsgərov: “Bunu Azərbaycanın xarici siyasətinin ən böyük tarixi uğurlarından biri kimi qəbul etmək olar”
<font color=red><b>Vazeh Əsgərov: “Bunu Azərbaycanın xarici siyasətinin ən böyük tarixi uğurlarından biri kimi qəbul etmək olar”</b></font>

“Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasındakı qeyri daimi üzv kimi ikiillik fəaliyyəti ölkəmiz üçün təcrübə baxımından çox önəmli oldu”
BayMediaya açıqlamasında belə deyən Strasburq Universitetinin doktoru Vazeh Əsgərov bildirib ki, eyni zamanda Azərbaycanın fəal üzv kimi beynəlxalq ictimaiyyətə özünü təqdim edilməsinə böyük bir şans verdi: “Bunu Azərbaycanın xarici siyasətinin ən böyük tarixi uğurlarından biri kimi də qəbul etmək olar. 193 mümkün səsdən 155-ni qazanan Azərbaycan beynəlxalq ictimaiyyətin ölkəmizə olan etimadının göstəricisi idi. Eyni zamanda Azərbaycan bu iki il ərzində iki dəfə BMT TŞ-da sədrlik vəzifəsini də həyata keçirib və bu müddət ərəfəsində Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq BMT ilə İslam Əməkdaşlığı Təşkilatının bir neçə yüksək səviyyəli görüşləri təşkil olunub. Qeyd etmək lazımdır ki, Azərbaycan bu iki il ərzində BMT Təhlükəsizlik Şurasının üzvü kimi xüsusilə humanitar məsələlərə önəm verən bir ölkə və etibarlı bir tərəfdaş olduğunu göstərdi. Bura eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nə qədər önəmli olması və Azərbaycanın sülhsevər bir xalq kimi dünya ictimaiyyətinə bu problemin məhz beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmasının vacibliyini də göstərmək olar. Əminəm ki, bu hələ başlanğıcdır və Azərbaycanın BMT –nin Təhlükəsizlik Şurasında qazanılmış uğurlu təcrübəsi ölkəmizin bundan sonra da beynəlxalq müstəvidə oz milli maraqlarının təmin olunmasına yol açacaq”.

VAZEH

dimanche 29 décembre 2013

Bu gün Azərbaycan bütün ona qarşı olan qüvvələrin təziqlərinə baxmayaraq başını dik tutub öz sözünü deməkdədir.


     “Dağlıq Qarabaq” münaqişəsinin yaranma tarixinə nəzər yetirdikdə bu problemin son 20 ildə deyil hələ Sovetlər birliyinin yaranma vaxtından movcud olmasının şahidi oluruq. Belə ki, ermənilərin “Stalinin Azərbaycana hədiyyəsi” kimi qələmə verdiyi və Kommunist Partiyasının Qafqaz bürosunun 5 iyul 1921-ci ildəki Dağlıq Qarabaq və Naxçıvanın Azərbaycanın tərkibində qalması qərarı Ermənistanda birmənalı qarşılanmamışdır. Həmin dövrdə Azərbaycan və Ermənistanda dərc olunan Kommunist qəzetləri bu qərarı iki müxtəlif variantda çap etdirmişdirlər. Belə ki, ermənilər bu qərarı Dağlıq Qarabaq və Naxçıvanın Azərbaycanın tərkibinə daxil edilməsi kimi yaymışdırlar. Əslində isə bir cümlədəki daxil edilsin tərkibində qalsın faktı sonradan bu fikrə iki mənalı yanaşma üçün yol açmış oldu. Sonda 1923-cü il 7 iyul tarixində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarına əsasən Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin formalaşmasına fərman verildi.
   Dağlıq Qarabaq problemi sovet dönəmində ermənilər tərəfindən dəfələrlə qaldırılmışdı. Bu dövr ərzində bir sıra Azərbaycan rayonlarının (Ordubad, Sədərək, Zəngilan, Qazax, Gədəbəy,Tovuz) əraziləri Ermənistana birləşdirilmişdir.
    Hal-hazırda qərb dövlətlərinin və Risuyanın eləcə də dünyanın digər aparıcı dövlətlərinin Cənubi Qafqaza olan maraqları böyükdür. Özünü beynəlxalq və regional güc sahibi hiss edən dövlətlərin hər birinin  özəl Qafqaz siyasəti mövcuddur. İstər ABŞ-ın istərsə də Avropa Birliyinin üç Cənubi Qafqaz ölkəsində geosiyasi baxımdan maraqlarının mövcud olması da heç kimə sir deyil. Buna baxmayaraq Rusiya da öz növbəsində bu bölgədə baş verən bütün hadisələrin əsas iştirakçısı kimi öz mövqeylərindən cəkilmək niyyətində deyil. Rusiya özünü regionda baş verən bütün hadisələrin tərkibində görür. Ermənistanın iqtisadi cəhətdən gündən-günə tənəzzülə ugraması və tam şəkildə Rusiyadan asılı bir vəziyyətə düşməsi Dağlıq Qarabaq münaqişəsinin gələcəkdə hansı çərçivədə olmasını əks etdirmiş olur.
     Fikrimcə hələ 1905-ci ildə Rusiya imperiyasında baş verən inqilabı sakitləşdirmək üçün ortaya atılan erməni-azərbaycanlı etnik münaqişəsi bu minvanla rusların maraqlarına hələ də xidmət göstərməkdədir.
    Xöşbəxtlikdən bu gün Azərbaycan nəinki regionda eləcə də bütün dünyada öz sözünü deməkdədir. Azərbaycanın günü-gündən göz qabağında olan inkişafı onu sevməyənlərin əməllərinə bir mesajdır. Azərbaycan bu gün siyasi bir oyunun iştirakçısıdır. Bu gün Azərbaycan bütün ona qarşı olan qüvvələrin təziqlərinə baxmayaraq başını dik tutub öz sözünü deməkdədir.  
VAZEH  29/12/13
Bu gün Azərbaycan bütün ona qarşı olan qüvvələrin təziqlərinə baxmayaraq başını dik tutub öz sözünü deməkdədir.


     “Dağlıq Qarabaq” münaqişəsinin yaranma tarixinə nəzər yetirdikdə bu problemin son 20 ildə deyil hələ Sovetlər birliyinin yaranma vaxtından movcud olmasının şahidi oluruq. Belə ki, ermənilərin “Stalinin Azərbaycana hədiyyəsi” kimi qələmə verdiyi və Kommunist Partiyasının Qafqaz bürosunun 5 iyul 1921-ci ildəki Dağlıq Qarabaq və Naxçıvanın Azərbaycanın tərkibində qalması qərarı Ermənistanda birmənalı qarşılanmamışdır. Həmin dövrdə Azərbaycan və Ermənistanda dərc olunan Kommunist qəzetləri bu qərarı iki müxtəlif variantda çap etdirmişdirlər. Belə ki, ermənilər bu qərarı Dağlıq Qarabaq və Naxçıvanın Azərbaycanın tərkibinə daxil edilməsi kimi yaymışdırlar. Əslində isə bir cümlədəki daxil edilsin tərkibində qalsın faktı sonradan bu fikrə iki mənalı yanaşma üçün yol açmış oldu. Sonda 1923-cü il 7 iyul tarixində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarına əsasən Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin formalaşmasına fərman verildi.
   Dağlıq Qarabaq problemi sovet dönəmində ermənilər tərəfindən dəfələrlə qaldırılmışdı. Bu dövr ərzində bir sıra Azərbaycan rayonlarının (Ordubad, Sədərək, Zəngilan, Qazax, Gədəbəy,Tovuz) əraziləri Ermənistana birləşdirilmişdir.
    Hal-hazırda qərb dövlətlərinin və Risuyanın eləcə də dünyanın digər aparıcı dövlətlərinin Cənubi Qafqaza olan maraqları böyükdür. Özünü beynəlxalq və regional güc sahibi hiss edən dövlətlərin hər birinin  özəl Qafqaz siyasəti mövcuddur. İstər ABŞ-ın istərsə də Avropa Birliyinin üç Cənubi Qafqaz ölkəsində geosiyasi baxımdan maraqlarının mövcud olması da heç kimə sir deyil. Buna baxmayaraq Rusiya da öz növbəsində bu bölgədə baş verən bütün hadisələrin əsas iştirakçısı kimi öz mövqeylərindən cəkilmək niyyətində deyil. Rusiya özünü regionda baş verən bütün hadisələrin tərkibində görür. Ermənistanın iqtisadi cəhətdən gündən-günə tənəzzülə ugraması və tam şəkildə Rusiyadan asılı bir vəziyyətə düşməsi Dağlıq Qarabaq münaqişəsinin gələcəkdə hansı çərçivədə olmasını əks etdirmiş olur.
     Fikrimcə hələ 1905-ci ildə Rusiya imperiyasında baş verən inqilabı sakitləşdirmək üçün ortaya atılan erməni-azərbaycanlı etnik münaqişəsi bu minvanla rusların maraqlarına hələ də xidmət göstərməkdədir.
    Xöşbəxtlikdən bu gün Azərbaycan nəinki regionda eləcə də bütün dünyada öz sözünü deməkdədir. Azərbaycanın günü-gündən göz qabağında olan inkişafı onu sevməyənlərin əməllərinə bir mesajdır. Azərbaycan bu gün siyasi bir oyunun iştirakçısıdır. Bu gün Azərbaycan bütün ona qarşı olan qüvvələrin təziqlərinə baxmayaraq başını dik tutub öz sözünü deməkdədir.  
VAZEH  29/12/13

vendredi 11 octobre 2013

Həqiqət Azərbaycanın yanındadır

Bu Azərbaycan Respublikasının və eləcə də Azərbaycan diasporasının illər boyu haqq ədalətin bərqərar olunması yolunda gördükləri mübariz bir işin bariz nümünəsidir.

"Dağlıq Qarabağın müstəqilliyini tanımaq ermənilərə baha başa gələr"           26 ferval 1992-ci ildə Azərbaycan xalqına qarşı törədilən Xocalı soyqırımı ölkəmizin tarixinə ən dəətli və faciəli səhifələrdən biri kimi daxil olub. Bu 20 ildə Xocalı qaçqınlarının simasında özünü azərbaycanlı sayan bütün soydaşlarımız bu haqsızlığın tanınmasında fəaliyyət göstərmiş və BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatlarına müraciətlər ünvanlamış və erməni hərbi təcavüzü nəticəsində başımıza gələn bəlaya laqeyd qalmamağlarını dilə gətiriblər. Onu da qeyd edim ki, beynəlxalq konvensiyalar və ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir və 1948-ci il 9 dekabr BIT-nin "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında"  konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.

            İyulun ayının 30-da Kolumbiya Respublikası Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər və Milli Müdafiə Məsələləri Üzrə II Komitəsi “Ermənistan-Azərbaycan münaqişəsi” layihəsini və Xocalı soyqırımına dair qərar qəbul edib. Qyed etmək də yerinə düşər ki, Kolumbiya parlamenti 24 aprel 2012 ildə Xocalı soyqırımını rəsmən tanımış digər 6 respublika sırasındadır. Xocalı soyqırımınin ABŞ-ın 13 ştatı tərəfindən tanınması faktını və eləcə da bu tanınma aktlarının çox da uzaq deyil 2010-cu ildən etibarən başlanmasına diqqət yetirsək beynəlxalq aləmin və həqiqətin Azərbaycan xalqının yanında olmasının şahidi olmuş oluruq.

         Sözügedən sənəd Ermənistan tərəfindən Dağlıq Qarabağ regionunu və onun ətrafındakı yeddi rayonun  işğal olunmasını, Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər, o cümlədən dinc əhalinin öldürülməsi və əlil edilməsi, soyqırım aktı və tərəflər arasında bərqərar edilmiş atəşkəs rejimin pozulması qətiyyətlə pisləyir və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə barədə faktları diqqətə çatdırır. Əlbətdə ki, bu Azərbaycan Respublikasının və eləcə də Azərbaycan diasporasının illər boyu haqq ədalətin bərqərar olunması yolunda gördükləri mübariz bir işin bariz nümünəsidir.

          Əminəm ki, yaxın gələcəkdə Azərbaycan həqiqətlərinin haqq səsinin Dünya ictimaiətinə çatdırılmasında görülən işlər daha da geniş vüsət alacaq və bu səpkidə veriləcək qərarlar öz torpaqlarını itirmirmiş on minlərlə soydaşlarımızın yenidən öz yurdlarına dönməyinə yol açacaq.
Vazeh Əskərov

Odlar Yurdu, N 08 (058)London avqust 2013


jeudi 26 septembre 2013


Qarabağ torpağının altı da, üstü də talan olunur


Ermənilər işğal etdikləri Dağlıq Qarabağ bölgəsinin təbii ehtiyatlarını talamaqda davam edirlər. Bir müddət öncə qondarma «DQR prezidentinin» müşaviri Qriqori Qabrielyants bildirmişdi ki, «Dağlıq Qarabağ hökumətinin əsas proqramlarından biri qeyri-metal xassəli təbii ehtiyatların axtarışıdır».
Ermənilər işğal dövründə Dağlıq Qarabağda mərmər, tuf və inşaat daşı yataqlarını mənimsəməyə başlayıblar. Qriqori Qabrielyants Dağlıq Qarabağda ağ mərmər yataqlarındakı ehtiyatların milyonlarla kubmetr olduğunu deyib.
Onu da bildirək ki, son günlər bir neçə xarici şirkət də işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iş qurmaq planlarının olduğunu açıqlayıblar ki, bu da problemin ciddiliyini daha da artırıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, 1988-93-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 1,7 milyon hektar ərazisi işğal olunub…Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi hazırda 890 min hektara çatdırılıb ki, bunun da 42997 hektarı erməni işğalçılarının tapdağı altındadır.
İşğal olunmuş ərazilərdə erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının baş katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın icraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin prezidentinə rəsmi müraciətlər edilmiş, beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi çatdırılıb.
ETSN-in işğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsirləri tədqiq edən Operativ Mərkəzin üzvü, idarə rəisi Möhübbət Qurbanov bildirdi ki, işğal olunmuş ərazilərə nəzarət olunmadığından orada təbii sərvətlərin talan edilməsi ilə bağlı dəqiq statistika aparmaq mümkün deyil. Onun sözlərinə görə, təqribi olaraq nə qədər ziyan vurulduğu hesablanır: «İşğal olunmuş rayonlarda məskunlaşan ermənilər təbii sərvətlərdən necə gəldi istifadə edirlər. Bundan başqa orada qanunsuz olaraq təbii sərvətlər istismar edilir. Hətta erməni mənbələri də bunu təsdiqləyirlər. Son illər bu tendensiya daha da sürətlənib». ETSN rəsmisi əlavə etdi ki, bu qanunsuzluqlarla bağlı təmsil etdiyi qurum tərəfindən beynəlxalq təşkilatlara müraciət olunur. Orada baş verən bütün hadisələrə nazirlik tərəfindən dərhal reaksiya verilir».
Bəs Azərbaycan təbii sərvətlərinin talan edilməsinin qarşısını necə ala bilər? Politoloqlar bu barədə nə düşünürlər?
Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KafkasSAM) rəhbəri Hasan Oktay bildirdi ki, bunun üçün ilk növbədə beynəlxalq təşkilatlara təsir etmək və onları hərəkətə keçirmək lazımdır. Onun sözlərinə görə, bütün diqqəti Qarabağa yönəldib Azərbaycanın təbii sərvətlərinin talan edilməsini dayandırmaq lazımdır: «Amma hər şeydən önəmlisi işğal faktını aradan qaldıracaq addımların atırlmasıdır. Bunun üçün isə sülh danışıqları nəticə verməlidir. Belə olmazsa hərbi yolla torpaqlar işğaldan azad edilməlidir. Eyni zamanda ekologiya ilə məşğul olan Azərbaycan QHT-ləri də dünyanın diqqətini sözügedən problemə yönəltmək üçün fəaliyyət göstərməlidirlər».

Strasburq Universitetinin doktoru Vazeh Əsgərov dedi ki, ermənilər işğal etdikləri Dağlıq Qarabağ bölgəsinin təbii ehtiyatlarını talamaqla bir daha bu torpaqların onlara məxsus olmadığını və heç zaman burada yaşamayacaqlarını subuta yetirirlər. Onun sözlərinə görə, işğal olunmuş Azərbaycan torpaqlarında ermənilərin işğalçı siyasət yürütməsi və təbii sərvətləri amansızlıqla talaması 20 ildən çoxdur davam edir və bu barədə dəfələrlə faktlar açıqlanıb, etirazlar bildirilib: «Bu etirazlari hətta bəzən ermənilərin özləri də ifadə ediblər. Bu məsələyə olan münasibətlərini ermənilər prezidentin iqamətgahı qarşısında Dağlıq Qarabağda qızıl və mis yataqlarının talanması ilə bağlı etiraz aksiyasında da bildiriblər. Lakin qondarma rejimin «müşaviri»nin bu məsələyə dair söylədiyi «Dağlıq Qarabağ hökumətinin əsas proqramlarından biri qeyri-metal xassəli təbii ehtiyatların axtarışıdır» fikri bu prosesin bir məqsədli aparıldığını ortaya qoyur. Qeyd edim ki, işğal altındakı ərazilərdə 247352 hektar meşə sahəsi qalıb ki, bu da Ermənistanın bütün meşələrinin 55 faizindən çoxdur. Bu ərazilərdə «Qırmızı kitaba»a salınmış qiymətli ağac növlərinin mövcudluğunu və hazırda onların məhv edilməsini nəzərə alsaq, bu prosesə daha ciddi yanaşmağımız lazım gəlir. Eyni zamanda qeyd edim ki, dünya ictimayyəti Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və eləcə də işğal edilmiş ərazilərin heç bir dövlət tərəfindən tanınmaması hər hansı bir ciddi beynəlxalq ekoloji təşkilatın orada ətraf mühitin korlanmasına dair araşdırma aparmasına icazə vermir».
Azərbaycan — İsrail Beynəlxalq Təşkilatının idarə heyətinin üzvü, politoloq Arye Qut vurğuladı ki, bu çox ağır və mürəkkəb məsələdir: «20 ildən artıqdır ki, Azərbaycan xalqı Qarabağsız yaşayır, 20 ildir ki, doğma Şuşamızı itirmişik, Azərbaycanın bu qızıl incisi erməni işğalçıları və təcavüzkarlarının çirkli əllərindədir. Həmişə mədəniyyət, incəsənət və maarifçilik korifeylərinin — Üzeyir Hacıbəyov və Bülbül, Natəvan və Vaqif, Xan Şuşinski və Bədəlbəyli, Qaryağdı və Niyazi, Haqverdiyev və Mehmandarov və bir çox digər böyük şəxsiyyətlərlə daim fəxr etmiş azərbaycanlılar üçün işğal edilmiş Qarabağın xüsusi önəmi var. Qeyd edək ki, Qafqazda ilk teatr 1848-ci ildə məhz Şuşada yaradılıb, sonra isə teatr üçün bina inşa olunub. Düşünürəm ki, heç zaman gözəl Şuşanın büllur suyu və təmiz havası, boğuq səhər sakitliyində yayılan addımların səsi və nəzərə çarpmadan başqa heç bir yerdə görünməyən parlaq ulduzların sayrışdığı, qaranlıq gecəyə keçən təkrarolunmaz axşamların toranlığı heç zaman unudulmayacaq».
Onun fikrincə 1992-ci ilin mayı Azərbaycan dövlətçiliyinin tarixində belə dövrlərdən biri idi: «Daha doğrusu, o zaman dövlətçilik adında bir şey yox idi. O zaman heç kim öz xalqını qorumağa qadir ordu yaratmağa çalışmırdı. Sadəcə hakimiyyət uğrunda mübarizədə bir birinin boğazını çeynəməyə hazır olan siyasi qüvvələrin çoxsaylı dəstələri var idi. Ermənistanın təcavüzünə məruz qalmış doğma və işğal olunmuş Azərbaycan torpaqları tənhalıqda və təcrid olunmuş durumda idi. Bizim Vətənimiz Şuşadır, Şuşa bizim doğma torpağımızdır, elə bütün Qarabağ, bütün Azərbaycan kimi. Bizim faciəmiz Xocalı və Laçındır, Ağdam və Xankəndidir. Bizim əzabımız Şuşadır. O, bizim üçün bir ana və bacıdır, biz onu müdafiə edə bilmədik, amma qaytarmağa borcluyuq. Biz hazırkı nəsli doğma torpaqları qaytarmaq səylərinə hazırlamalı, bu ruhda tərbiyə etməliyik — ya diplomatik mübarizə, ya da savaş yolu ilə. Birinci yol daha yaxşıdır, lakin barıtı quru saxlamaq lazımdır. Hər şeyi bağışlamaq və unutqanlıq insanlara xas cəhətlərdir. Bu cəhətlərdən biganəliyədək bir addım məsafə var. Biz çoxdan sevməyə öyrənmişik, amma nifrət etməyi də bacarmaq lazımdır.
Bu gün işğal edilmiş torpaqlarımızda Azərbaycana aid hər bir şeyi necə məhv etməyə çalışdıqlarını görürük. Bu torpaqlar ona görə ağlayır ki, bu qaniçən gəlmələr muzeyləri, incəsənət abidələrini, heykəlləri məhv ediblər, Azərbaycan qəbristanlıqlarını təhqir edib və dağıdıblar, Şuşanın keçmişini unutdurmaq üçün onun Azərbaycan ruhunu məhv ediblər. Mən bilirəm ki, indi Azərbaycan keçmişini xatırlayan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı bizlər üçün darıxır və ağlayır. Ağlamaq lazım deyil, bizim zəif olmaq hüququmuz yoxdur. Bizim torpaqlar bizi gözləyir… Gözləyir ki, biz mütləq oraya qayıdacaq və onu erməni işğalçıların qeyri-insani əsarətindən azad edəcəyik. Biz heç zaman Azərbaycanın heç bir qarış torpağının itirilməsi ilə barışmayacağıq. Biz mütləq Qarabağa dönəcəyik və orada Azərbaycanın üç rəngli bayraqı mütləq dalğalanacaq».

http://www.xalqcebhesi.az/?p=129579                                            24/09/2013