Nombre total de pages vues

vendredi 11 octobre 2013

Həqiqət Azərbaycanın yanındadır

Bu Azərbaycan Respublikasının və eləcə də Azərbaycan diasporasının illər boyu haqq ədalətin bərqərar olunması yolunda gördükləri mübariz bir işin bariz nümünəsidir.

"Dağlıq Qarabağın müstəqilliyini tanımaq ermənilərə baha başa gələr"           26 ferval 1992-ci ildə Azərbaycan xalqına qarşı törədilən Xocalı soyqırımı ölkəmizin tarixinə ən dəətli və faciəli səhifələrdən biri kimi daxil olub. Bu 20 ildə Xocalı qaçqınlarının simasında özünü azərbaycanlı sayan bütün soydaşlarımız bu haqsızlığın tanınmasında fəaliyyət göstərmiş və BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatlarına müraciətlər ünvanlamış və erməni hərbi təcavüzü nəticəsində başımıza gələn bəlaya laqeyd qalmamağlarını dilə gətiriblər. Onu da qeyd edim ki, beynəlxalq konvensiyalar və ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir və 1948-ci il 9 dekabr BIT-nin "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında"  konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.

            İyulun ayının 30-da Kolumbiya Respublikası Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər və Milli Müdafiə Məsələləri Üzrə II Komitəsi “Ermənistan-Azərbaycan münaqişəsi” layihəsini və Xocalı soyqırımına dair qərar qəbul edib. Qyed etmək də yerinə düşər ki, Kolumbiya parlamenti 24 aprel 2012 ildə Xocalı soyqırımını rəsmən tanımış digər 6 respublika sırasındadır. Xocalı soyqırımınin ABŞ-ın 13 ştatı tərəfindən tanınması faktını və eləcə da bu tanınma aktlarının çox da uzaq deyil 2010-cu ildən etibarən başlanmasına diqqət yetirsək beynəlxalq aləmin və həqiqətin Azərbaycan xalqının yanında olmasının şahidi olmuş oluruq.

         Sözügedən sənəd Ermənistan tərəfindən Dağlıq Qarabağ regionunu və onun ətrafındakı yeddi rayonun  işğal olunmasını, Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər, o cümlədən dinc əhalinin öldürülməsi və əlil edilməsi, soyqırım aktı və tərəflər arasında bərqərar edilmiş atəşkəs rejimin pozulması qətiyyətlə pisləyir və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə barədə faktları diqqətə çatdırır. Əlbətdə ki, bu Azərbaycan Respublikasının və eləcə də Azərbaycan diasporasının illər boyu haqq ədalətin bərqərar olunması yolunda gördükləri mübariz bir işin bariz nümünəsidir.

          Əminəm ki, yaxın gələcəkdə Azərbaycan həqiqətlərinin haqq səsinin Dünya ictimaiətinə çatdırılmasında görülən işlər daha da geniş vüsət alacaq və bu səpkidə veriləcək qərarlar öz torpaqlarını itirmirmiş on minlərlə soydaşlarımızın yenidən öz yurdlarına dönməyinə yol açacaq.
Vazeh Əskərov

Odlar Yurdu, N 08 (058)London avqust 2013


Aucun commentaire: