Nombre total de pages vues

mercredi 8 janvier 2014




Vazeh Əsgərov: “Bunu Azərbaycanın xarici siyasətinin ən böyük tarixi uğurlarından biri kimi qəbul etmək olar”
<font color=red><b>Vazeh Əsgərov: “Bunu Azərbaycanın xarici siyasətinin ən böyük tarixi uğurlarından biri kimi qəbul etmək olar”</b></font>

“Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasındakı qeyri daimi üzv kimi ikiillik fəaliyyəti ölkəmiz üçün təcrübə baxımından çox önəmli oldu”
BayMediaya açıqlamasında belə deyən Strasburq Universitetinin doktoru Vazeh Əsgərov bildirib ki, eyni zamanda Azərbaycanın fəal üzv kimi beynəlxalq ictimaiyyətə özünü təqdim edilməsinə böyük bir şans verdi: “Bunu Azərbaycanın xarici siyasətinin ən böyük tarixi uğurlarından biri kimi də qəbul etmək olar. 193 mümkün səsdən 155-ni qazanan Azərbaycan beynəlxalq ictimaiyyətin ölkəmizə olan etimadının göstəricisi idi. Eyni zamanda Azərbaycan bu iki il ərzində iki dəfə BMT TŞ-da sədrlik vəzifəsini də həyata keçirib və bu müddət ərəfəsində Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq BMT ilə İslam Əməkdaşlığı Təşkilatının bir neçə yüksək səviyyəli görüşləri təşkil olunub. Qeyd etmək lazımdır ki, Azərbaycan bu iki il ərzində BMT Təhlükəsizlik Şurasının üzvü kimi xüsusilə humanitar məsələlərə önəm verən bir ölkə və etibarlı bir tərəfdaş olduğunu göstərdi. Bura eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nə qədər önəmli olması və Azərbaycanın sülhsevər bir xalq kimi dünya ictimaiyyətinə bu problemin məhz beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmasının vacibliyini də göstərmək olar. Əminəm ki, bu hələ başlanğıcdır və Azərbaycanın BMT –nin Təhlükəsizlik Şurasında qazanılmış uğurlu təcrübəsi ölkəmizin bundan sonra da beynəlxalq müstəvidə oz milli maraqlarının təmin olunmasına yol açacaq”.

VAZEH

Aucun commentaire: