Bu gün Azərbaycan bütün
ona qarşı olan qüvvələrin təziqlərinə baxmayaraq başını dik tutub öz sözünü deməkdədir.
“Dağlıq Qarabaq” münaqişəsinin
yaranma tarixinə nəzər yetirdikdə bu problemin son 20 ildə deyil hələ Sovetlər
birliyinin yaranma vaxtından movcud olmasının şahidi oluruq. Belə ki, ermənilərin
“Stalinin Azərbaycana hədiyyəsi” kimi qələmə verdiyi və Kommunist Partiyasının
Qafqaz bürosunun 5 iyul 1921-ci ildəki Dağlıq Qarabaq və Naxçıvanın Azərbaycanın tərkibində qalması qərarı Ermənistanda birmənalı qarşılanmamışdır. Həmin dövrdə Azərbaycan
və Ermənistanda dərc olunan Kommunist
qəzetləri bu qərarı iki müxtəlif variantda çap etdirmişdirlər. Belə ki, ermənilər
bu qərarı Dağlıq Qarabaq və Naxçıvanın Azərbaycanın
tərkibinə daxil edilməsi kimi yaymışdırlar. Əslində isə bir cümlədəki daxil edilsin və tərkibində qalsın faktı sonradan bu fikrə iki mənalı yanaşma üçün
yol açmış oldu. Sonda 1923-cü il 7 iyul tarixində Azərbaycan Mərkəzi İcraiyyə
Komitəsinin qərarına əsasən Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin
formalaşmasına fərman verildi.
Dağlıq Qarabaq problemi sovet
dönəmində ermənilər tərəfindən dəfələrlə qaldırılmışdı. Bu dövr ərzində bir
sıra Azərbaycan rayonlarının (Ordubad, Sədərək, Zəngilan, Qazax, Gədəbəy,Tovuz)
əraziləri Ermənistana birləşdirilmişdir.
Hal-hazırda qərb dövlətlərinin
və Risuyanın eləcə də dünyanın digər aparıcı dövlətlərinin Cənubi Qafqaza olan
maraqları böyükdür. Özünü beynəlxalq və regional güc sahibi hiss edən dövlətlərin
hər birinin özəl Qafqaz siyasəti mövcuddur.
İstər ABŞ-ın istərsə də Avropa Birliyinin üç Cənubi Qafqaz ölkəsində geosiyasi
baxımdan maraqlarının mövcud olması da heç kimə sir deyil. Buna baxmayaraq
Rusiya da öz növbəsində bu bölgədə baş verən bütün hadisələrin əsas iştirakçısı
kimi öz mövqeylərindən cəkilmək niyyətində deyil. Rusiya özünü regionda baş verən
bütün hadisələrin tərkibində görür. Ermənistanın iqtisadi cəhətdən gündən-günə
tənəzzülə ugraması və tam şəkildə Rusiyadan asılı bir vəziyyətə düşməsi Dağlıq
Qarabaq münaqişəsinin gələcəkdə hansı çərçivədə olmasını əks etdirmiş olur.
Fikrimcə hələ 1905-ci ildə
Rusiya imperiyasında baş verən inqilabı sakitləşdirmək üçün ortaya atılan erməni-azərbaycanlı
etnik münaqişəsi bu minvanla rusların maraqlarına hələ də xidmət göstərməkdədir.
Xöşbəxtlikdən bu gün Azərbaycan
nəinki regionda eləcə də bütün dünyada öz sözünü deməkdədir. Azərbaycanın
günü-gündən göz qabağında olan inkişafı onu sevməyənlərin əməllərinə bir
mesajdır. Azərbaycan bu gün siyasi bir oyunun iştirakçısıdır. Bu gün Azərbaycan
bütün ona qarşı olan qüvvələrin təziqlərinə baxmayaraq başını dik tutub öz
sözünü deməkdədir.
VAZEH 29/12/13
Aucun commentaire:
Enregistrer un commentaire