Möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra Azərbaycan postmüharibə dövründə
Bu gün eyni zamanda Ermənistan silahlı qüvvələri tərəfindən
Gəncə şəhərinin 4-cü dəfə bombalanmasından bir il ötür. Oktyabrın 11-i gecə
saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən
Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz
qalıb. Bu hücum nəticəsində 7 mülki şəxs həlak olub, aralarında azyaşlı uşaqlar
olmaqla, 34 nəfər yaralanıb. Qeyd etmək istərdim ki, Rusiya Federasiyasının
vasitəçiliyi ilə baş tutmuş Azərbaycan Respublikası və Ermənistan Respublikası
Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 2020-ci il oktyabrın 10-da
saat 12:00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə
olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə
pozmağa davam etmişdir. Eyni zamanda xatırlamaq istərdim ki, düşmən tərəfi eyni
gündə oktyabrın 11-i səhər saat 08:00 radələrində Mingəçevir istiqamətində
uçuşlar həyata keçirməyə cəhd etmiş və Ermənistana məxsus pilotsuz uçuş aparatı
(PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilmişdir.
Ümimiyyətlə, 2020-ci il Qarabağ müharibəsi zamanı Gəncə
şəhəri erməni silahlı quvvələri tərəfindən 5 dəfə ayrı-ayrı vaxtlarda Skad,
Toçka-U balestik raketləri ilə əsasən şəhərin insanlar sıx yaşadığı bölgələri atəşə
tütulub bombalanmışdır. Müharibə dövründə törədilmiş Gəncə terroru zamanı
hamısı mülki şəxslər olmaqla ümumilikdə 16 nəfər Şəhid olmuş, 55 nəfər isə
yaralanmış və müxtəlif bədən xəsarətləri almışlar. Eyni zamanda bu hücunlar
zamanı şəhərin insfrstrukturuna, yaşayış binaları və avtomobillərə ziyan dəymişdir.
Riyakar
və qeyri-konstruktiv siyasət aparan təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi,
həmçinin təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və
prinsiplərini kobud şəkildə pozaraq hər zaman Azərbaycan Respublikasının qəsdən
və hədəflənmiş şəkildə dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə
tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər. Ümumiyyətlə qeyd
etməliyik ki, mülki insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin
döyüş hazırlığına daxil edilmiş bir taktikasıdır və onun ən bariz nümunəsi
1992-ci ilin fevral ayında Azərbaycan xalqına qarşı törədilmiş Xocalı
soyqırımıdır. Eyni zamanda Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən
hədəfə alması beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır. Belə ki,
Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq
humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə
pozulması idi. Bu, eyni zamanda erməni faşizminin eybəcər sifətinin və
apardıqları yəcəvüzkar siyasətlərinin təzahürü idi.
Ali
Baş Komandanın da dediyi kimi Müzəffər Azərbaycan Ordusu müharibə elan olunduğu
gündən hər gün yeni hərbi uğurlara imza ataraq uzun illər işğal altında olan
yeni şəhər və kəndləri azad edir və ya bizim nəzarətimiz altına keçirdi.
Azərbaycan isə mülki vətəndaşların qisasını yalnız döyüş meydanında almaqla bir
daha iki ölkəni kökündən fərqli siyasət apardığını bir daha ortaya qoymuş oldu.
Ermənistan 10 oktyabr humanitar atəşkəsin belə əsl mahiyyətini anlamadan öz
çirkin əməllərinə davam edərək həlak olmuş hərbçilərin cəsədlərinin və eləcə də
hərbi əsirlərin humanitar əsaslarla dəyişdirilərək təhvil verilməsini əngəlləməyə
çalışdı. Və bununla da münaqişənin hərbi mərhələdən diplomatik siyasi mərhələyə
keçidini əngəlləyirdi.
Qeyd
edim ki, 30 ilə yaxın davam edən münaqişə dövründə Ermənistan
hər zaman qeyri-ciddi mövqe nümayiş etdirib və hər zaman status-kvonun
saxlanılmasının tərəfdarı olmuşdur. Bu müddət ərzində istər erməni diasporuı,
istərsə də Ermənistanı öz himayəsi altında müdafiə edən dövlətlər proseslərin
erməni ideologiyasından çıxış edərək həlli istiqamətində addımlar atıblar ki,
bu da qeyri-konstruktiv nəticələrə səbəb olub. Lakin buna baxmayaraq, Azərbaycan
hər zaman münaqişənin sülh yolu ilə həll olunması üçün danışıqlar prosesini
davam etdirməyi məqsədəuyğun hesab etmişdir. Başda Azərbaycan Prezidenti İlham
Əliyev olmaqla Azərbaycan höküməti hər zaman Qarabağ münaqişəsinin nizamlanması
istiqamətində mövcud status-kvonun dəyişdirilməsi üçün yüksək iradə nümayiş
etdirmişdir.
Son aprel
hadisələrindən sonra prezidentlərin Vyana və Sankt-Peterburq görüşləri
ərəfəsində Azərbaycanın düzgün mövqeyi bir daha dünya ictimaiyyətinə
çatdırılmış və eyni zamanda münaqişənin həll olunmasında cüzi də olsa, müsbət
fikirlər formalaşmağa başlamışdı. Belə ki, 1988-ci ildən Ermənistanla
Azərbaycan arasında davam edən müharibə nəticəsində 20 faiz Azərbaycan
torpaqlarının işğal faktını heç vaxt qəbul etməyən Azərbaycan münaqişənin
birdəfəlik köklü həll olunması və ərazilərin işğaldan azad olunaraq köçkün və
qaşqınların öz torpaqlarına geri qayıtması tələbini ortaya qoyulması tələbi
olmuşdur. Beynəlxalq hüququn müxtəlif vaxtlarda qəbul etdiyi qətnamələri
baxmayaraq, ermənilər Qarabağ torpağında hərbi təlimlər təşkil etməkdə davam
etməsi və danışıqlara hazır olmamaları ilə status-kvonun daima saxlanılmasında
maraqlı olmuşlar. Ali Baş Komandanın müharibə dövründə xarici mediaya açıqlama
verərək bir daha bütün dunya ictimaiətinə məlumat verirdi ki, status-kvo yoxdur, təmas xətti yoxdur. Ona
görə bu reallıqla Ermənistan hesablaşsın, onların havadarları hesablaşsın,
bütün dünya hesablaşsın!
Bu gün
Azərbaycan xalqı son iki yüz ilin ən xöşbəxt günlərini yaşayır. 44 günlük
müharibə dövründə biz Azərbaycan xalqının bir an belə dayanmadan necə vahid bir
gücə çevrildiyinin və böyük əzm ilə vətəndaş borcunu göstərərək Müzəffər Orduya
rəhbərlik edən Cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək “Dəmir Yumruğa” çevrildiyinin şahidi olduq.
Bu gün işğaldan azad olunmuş o səfalı yerlərə həyat qayıdır, yeni damlar
tikilir, yeni şəhərlər salınır. Bütün dağıdılmış yerlərdə bərpa işləri aparılır.
Bu gün bütün dunya görür və bir daha şahidi olur ki, erməni vandalları sahibi
olmadıqları torpaqları nə vəziyyətə salıblar və bunu təkcə bizim oraya
qayıtmamaq üçün ediblər. Cənab Prezident hələ 2016-cı ildə aprel hadisələrindən
sonra cəmi 8 ayda Cocuq Mərcanlının yenidən qurulmasına, binalar və yaşayış
yerlərinin salınması, bütün infrastrukturun qurulmasını eləcə də kənd
təsərüfatının inkişaf etdirilməsi üçün bütün əməyi səfərbər edərək orada həyatı
yenidən canlandırdı və oraya həyat qayıtdı. Bu gün necə ki, aprel
hadisələrəindən sonra Azərbaycan vətəndaşları qısa bir zamanda azad edilmiş
torpaqlara qayıtdılar və orada yaşayırlar eləcə də digər işğaldan azad edilmiş
torpaqlara da həyat qayıdır və bütün məcbüri köçkünlər öz qovulduqları
dədə-baba torpaqlarına tezliklə məskunlaşmağı böyük sevgi hissi ilə gözləyir və
buna əmindirlər.
Dosent Vazeh Əskərov
Yeni Azərbaycan Partiyasının İdarə
heyətinin üzvü
Azərbaycan-Fransız Universitetin
(UFAZ) icraçı direktoru
Aucun commentaire:
Enregistrer un commentaire