30
illik işğal dövründə Qarabağ torpağının altı da, üstü də talan edilmişdir.
Dosent Vazeh Əskərov
Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü
Azərbaycan-Fransız Universitetin (UFAZ) icraçı
direktoru
1988-ci ildən başlayaraq Ermənistanın
hərbi təcavüzü nəticəsində Azərbaycannın 1,7 milyon hektar ərazisi işğal
edilmiş və 1993-cü ilə qədər davam etmişdir. Bu illər ərzində Azərbaycanın
xüsusi mühafizə olunan təbiət ərazilərinin 890 000 hektar olan ərazinin 42 997
hektari erməni işğalçılarının talanına məruz qalmışdır. Ermənilər işğal dövründə Dağlıq Qarabağda qızıl, mərmər,
tuf və inşaat daşı yataqlarını mənimsəmişlər. Qondarma rejimin rəhbərliyi
sərvəti əldə etmək məqsədi ilə xarici ölkələrin şirkətlərini qanunsuz olaraq
bölgəyə dəvət etməklə Azərbaycan ərazilərində qanunsuz iş kontraktları qurmuş
talan faktını rəsmləşdirmişlər.
İşğal olunmuş ərazilərdə erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Azərbaycan höküməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəfələrlə Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının baş katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın icraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin prezidentinə rəsmi müraciətlər edilmiş, beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi çatdırılmışdır.
Qeyri
qanuni məskunlaşma və təbii sərvətlərin talan edilməsi ilə bağlı eyni zamanda
Beynəlxalq təşkilatlara da müraciətlər ünvanlanmış və fakt araşdırıcı
missayaların təşkil olunaraq bölgəyə göndərilməsi hər zaman tələb edilmişdir.
30 il ərzində işğal faktina baxmayaraq Dünya ictimayətinin Qarabağın Azərbaycan
ərazisi kimi tanıması və heç bir dövlətin o cümlədən Ermənistanın belə cürət
edib tanımadığı qondarma respublikanın uzun illər nəzarəti altında saxladığı
Azərbaycan ərazilərinə hər hansı bir ciddi beynəlxalq ekoloji təşkilatın ətraf
mühitin korlanmasına dair araşdırma aparması da mümkün olmamışdır. İşğal
edilmiş ərazilərdə 247 352 hektar meşə sahəsi olmuşdur ki, bu da Ermənistanın bütün
meşələrinin 55 faizindən çoxdur. Bu ərazilərdə «Qırmızı kitaba»a salınmış
qiymətli ağac növlərinin olmasını nəzərə alsaq ermənilərin bu illər ərzində
etdikləri vəhşilikləri bir daha görə bilirik.
Lakin,
təəssüflər olsun ki, son 30 ildə işğal olunmuş ərazilərə nəzarət olunmadığından
orada təbii sərvətlərin talan edilməsi ilə bağlı dəqiq statistika aparmaq
mümkün olmamışdır. Bu illər ərzində işğal olunmuş rayonlarda qeyri qanuni məskunlaşdırılan
ermənilər təbii sərvətlərdən necə gəldi istifadə etmiş və orada qanunsuz olaraq
təbii sərvətlər istismar edilmışdir. Bundan əlavə beynəlxalq təşkilatlar hər
zaman işğal faktını aradan qaldırmaq üçün Azərbaycanı sülh danışıqlarına və
işğal fakti ilə barışmağa sürükləmişlər.
Azərbaycanın möhtəşəm Zəfəri ilə
başa çatan 44 günlük Vətən müharibəsindən
sonra açılan acınacaqlı mənzərə ermənilərin işğal etdikləri Qarabağ bölgəsinin
təbii ehtiyatlarını vəhşicəsinə talamaqla bu torpaqların onlara məxsus
olmadıqlarını və onların heç zaman burada yaşamaq planları olmamasını bir daha
subut etdi.
Bu gün işğaldan
azad edilmiş torpaqlarımızda Azərbaycana aid olan hər bir şeyin necə məhv edildiyini
görürük. Heç vaxt onlara mənsub olmayan torpaqları öz havadarları ilə işğal
etməyi bacarmış ermənilər Qarabağda muzeyləri, incəsənət abidələrini, qəbrləri,
hətta heykəlləri belə məhv etmiş və tarixi unutdurmağa çalışmışlar. Azərbaycan
qəbristanlıqlarını təhqir edilmış və dağıdılmışdır. Şuşada eləcə də digər
şəhərlərdə qəsdən törədilmiş bu vəhşiliklər keçmişi unutdurmaq üçün məqsədyönlü
atılmış addımlar olmuşdur.
Lakin Azərbaycan xalqı əzmlə bu 30 ili gözlədi
və başda Cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan dövləti həmişə Azərbaycanın
heç bir qarış torpağının belə düşmənlərə verilməməsi ilə bağlı hər
zaman Azərbaycan xalqına vəd verdi və bizim o torpaqlara tezliklə dönəcəyimizə
və üç rəngli bayrağımızın Qarabağda dalğalanacına əmin olduğunu bildirmişdir.
4
yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının prezidenti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir
və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq
işlərinin aparılması, habelə təhlükəsiz yaşaması, səmərəli fəaliyyətin və
rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə fərman vermis və publik şəxs
kimi Qarabağ Dirçəliş Fondunun
yaradılmışdır.
Aucun commentaire:
Enregistrer un commentaire