Nombre total de pages vues

jeudi 25 juin 2015

Miqrasiya məsələləri, Azərbaycanda sosioloji fikirlər və
Azərbaycan diasporunun formalaşması

Miqrasiya: sosial hadisələr və nəzəri prinsiplər kimi
Mühacirətin siyasi səbəblərini, sosial həyatın prinsiplərini, müxtəlif ölkələrdə miqrantların qəbul edilmə mexanizmlərini araşdırmaqdan öncə Sosiologiyanın tarixini, sosial mühacirətı və bir neçə tanınmış sosioloqların konsepsiyalarını analiz etmək yerinə düşərdi.
Sosiologiya bir elm kimi XIX əsrdə meydana gəlmiş və 1830-1930-cu illər arasında formalaşmışdır. Bu proses üç əsas spesifik hadisə ilə səciyyələnir: sənayeləşmə, urbanizasiya və institutların demokratikləşməsi. Əlbəttə ki, bu dövrə qədər də Platonun, Hobbesin, Loskenin, Humenin, Monteskiyö və Russo kimi mütəfəkkirlərin cəmiyyət ilə bağlı fikirləri mövcud idi. Onların səsləndirdikləri fikirlərdə həmişə fəlsəfi və mənəvi meyllilik hiss olunur ki, bu da Sosiologiyanın bu dövr ərzində formalaşması üçün prosesləri kölgədə qoyur.
Sosiologiyanın tarixini araşdırmaq bizə iki əsas dövrü öyrənməyi əsas verir:
1.   Fəlsəfi, sosial, siyasi və tarixi fikirlərə əsaslanan və XVIII əsrə qədər davam edən ümumi sosiologiya;
2.      İkinci dövr özü üç böyük hissələrə ayrılır;
a)      İlk pionerlər olan Karl Marks, August Comte
b)   Təsisçilər, Amerika sosioloqları və Maks Veber, eləcə də Durkheimin əsərləri
c)      Varislər, müasir sosiologiya.
Tarixçilərin fikirlərinə görə təsisçi qəhramanlar adətən şərqdən gəlir və yerləşmək üçün qərbə yönəlirlər. İlk köçəri ovçular da məhz eramızdan 400 000 il əvvəl Orta Paleolit dövründə Şərqi Afrikadan o vaxtlar hələ insan izi olmayan Avropaya Orta Şərqdən keçərək gəlmişlər. İlk insan Günəşin firlanma istiqamətini tutaraq Asiyanın qərbindəki torpaqlara qədər yerləşmişdi. Eramızdan qabaq III əsrdən etibarən Asiyanın səhralarından Avropaya hind-avropalıların köçü başlayır. Yeni tarixi araşdırmalar sübut etməyə çalışır ki, bütün millətlər mühacir axınları zamanı müxtəlif əhalinin sürətli qarışığından əmələ gəlmiş, formalaşmış və dövrlərdən asılı olaraq bu proses sürətli və ya asta templə davam etmişdir. Məsələn, bizim eranın IV və VII əsrlərindəki işğallar insanların yerdəyişməsini daha da sürətləndirdi və eləcə də Roma imperiyasının süqutu zamanı mədəni və sosial mənzərəni tamamilə dağıtdı.
Müasir mühacirət avropalıların Amerika qitəsinə köçü ilə səciyyələnir. Minlərlə insan axını “yeni həyat” axtarışı ilə yad məkana axışır. Bu köçün cəmiyyət üçün müxtəlif səbəbləri var. Belə ki, burada söhbət təşkilli surətdə və ya kölə, eləcə də iş və pul qazanmaq üçün mühacirət edənlərdən söhbət gedir.
Bu gün mühacirətin baş vermə səbəblərini araşdırarkən ortaya iqtisadi, demoqrafik, siyasi və s. məsələlər çıxır. Rəqəmlərə nəzər saldıqda aydın görünür ki, hər il bir milyondan artıq insan öz ölkəsini müxtəlif səbəblərə görə, əsasən də iqtisadi çətinliyə görə tərk edir. Bir o qədər də insan sığınacaq almaq üçün çalışır. Dünya ölkəsinin 125 milyon nəfəri doğulduğu ölkə hüdudlarından kənarda yaşayır. Bu rəqəmlər dünya əhalisinin 2,5%-i təşkil edir[1].
İmmiqrasiya siyasətini araşdıran fransalı tədqiqtçı Maxime Tandonnet üç model təklif edir[2]:
         1) Əhalinin köç edərək yerləşməsi əsasən üç qərb ölkəni (ABŞ, Kanada, Avstraliya) əhatə edir və bu, əsasən immiqrasiyanın gələcəyini və dinamizmini tərənnüm edir.
       2)   İmmiqrasiya hüququ (Cenevrə Konvensiyası 1951)[3]. Bu model birincidən çox fərqlənir və daha çox insanlar üçün kvota tələb etməyən Avropa mühacirətinə aiddir. Belə ki, əsrlər boyu avropalılar özləri işğal və köçlərin səbəbkarı idilər. İndi isə həmin avropalılar öz torpaqlarında yerləşmək üçün miqrantlara qanunlar tətbiq edirlər. Müəllif həmçinin qeyd edir ki, bu gün Qərbi Avropa bu forma mühafizəkar mühacirətdən imtina edir.
       3)    Üçüncü növ isə qeyri-stabil mühacirətdir ki, bu əsasən əmək fəaliyyəti ilə əlaqədardır. Bu mühacirət növü bütün dünya sakinlərinin mühacirəti ilə bağlıdır ki, bu halda mühacirlər uzun müddətli oturum sənədlərinə ümid bəsləyə bilməz və yerləşdiyi ölkədən iş müqavilələrinin müddətinədək çox oturum haqqında icazə ala bilməz.

Sosiologiya və Azərbaycanda sosioloji düşüncələr
Azərbaycanda sosioloji fikirlərə qədim zamanlardan rast gəlmək olur. Belə ki, Avestada yaxşı ilə pisin, xeyir və şərin müqavimətini əks etdirən səhnələrə rast gəlinir. Nizami Gəncəvi, Siracəddin Urməvi, Nəsrəddin Tusi öz əsərlərində hüquqi münasibətə, dövlət idarəçiliyi, ailə məsələlərinə geniş yer aryırırdılar. Məsələn, Urməviyə görə cəmiyyət insan orqaniziminə bənzəyir və onun idarəçiliyi başçıdan asılıdır. XIX əsrin əvvəllərində M.F.Axundov və A.Bakıxanov öz əsərlərində ictimaiyyətə sosioloji məsələlərdən bəhs edir. Daha sonralar biz Məhəmməd Hadinin, Hüseyn Cavidin, Abdulla Şaiqin yazılarında sosioloji problemlərə müraciətləri görürük. XX əsrin əvvəlləri öz ictimai fəaliyyətləri ilə dahi M.Ə. Rəsulzadə, Ə. Hüseynzadə, Ə. Ağaoğlu, Ü. Hacıbəyov və s. yeni cəmiyyətin qurulmasında (ADR) böyük rol oynamışlar.
Bolşeviklərin hakimiyyətə gəlişi ilə elmin sosial fikirlərə olan münasibəti də dəyişdi və Sosiologiya elmi burjua təbəqəsinə aid edildiyinə görə cəmiyyətdə qadağan olundu. 20-ci illərin əvvələrində universitetlərdə və akademiyalarda Sosiologiya sosial elmlərlə birləşdirilərək ictimaiyyət elmi adı altında tədris olunmağa başladı. 1924-cü ildən etibarən SSR-i ərazisində Sosiologiya bir elm kimi ləğv olundu və Sosiologiya sözünün də işlənməsi qadağan olundu[4]. Yalnız 60-cı illərdə yenidən Sosiologiyanın “hüququ” bərpa olundu. Əsas səbəblərdən biri Sovet məkanında yaşayan müxtəlif xalqların və eləcə də millətlərarası münasibətlər idi. Belə ki, SSR-i çoxmillətli bir dövlət idi və əhalisinin 45% ni qeyri-ruslar təşkil edirdi[5]. Məhz Xruşovun kommunist partiyasının 1956-cı il XX iclasındakı çıxışından sonra Sovet Sosiologiya Assosiasiyasının (1958) yaradılmasına təkan oldu. 1964-cü ildə SSR-i məkanında ilk dəfə bütün respublikaların sosial elmlər üzrə tədqiqatçılarının konfransı təşkil olundu. 1966-cı il isə Sovet sosioloqları ilk dəfə Evianda (Fransa) baş tutmuş VI beynəlxalq sosioji konqresdə iştirak edirlər.
Bu hadisədən sonra Azərbaycanda da Sosiologiya elminə yeni maraq müşahidə olunur və ilk dəfə olaraq 1968-ci ildə C.T.Əhmədlinin və V.Ə. Paşayevin “Burjua sosiologiyanın tənqidi” və 1972 C.T.Əhmədli və J.Sogomonovun “Sosiologiyaya dair söhbətlər” adlı kitabları işıq üzü görür. Bu iki əsər ilə Azərbaycan oxucusu Sosiologiyanın bir sıra vacib problemləri ilə, eləcə də sosioloji biliklərin müxtəlif səviyyələri ilə yığcam şəkildə tanış olur və bundan sonra daha sanballı sosioloji tədqiqatlar aparmağa maraq göstərir. Bu dövrün sosioloji baxışları bəzi ideoloji ehkamlardan azad olmasa da, gələcəkdə bu sahədə tədqiqatların aparılmasına geniş istiqamət vermişdi.
Müstəqilliyin bərpasından sonra Azərbaycanlı sosioloqlar Sosiologiyanın yeni struktur və mexanizmlərini işləyib hazırladılar. Hal-hazırda keçən dövr ərzində Sosiologiya bir elm kimi Azərbaycan Milli Elmlər Akademiyasında və Bakı Dövlət Universitetində tədris olunur. 




Azərbaycan diasporu
Son 200 il ərzində Azərbaycan diasporu əsasən üç ölkənin vətəndaşları ilə formalaşmışdır: İran, Türkiyyə və Azərbaycan. Ümümilikdə azərbaycanlılar və ya azərbaycan türkləri eyni zamanda Rusiya (Dağıstan), Gürcüstan (Borçalı) ərazisində yaşamaqdadırlar. Azərbaycan türklərinin tarixən məskunlaşdıqları, lakin bu gün müharibə şəraitinə görə öz torpaqlarından didərgin düşmüş məkan da vardır ki, bu da indiki Ermənistandır.
Antropoloji cəhətdən Avropoid irqinin Kaspi tipinə aid olan azərbaycanlıların sayını dəqiq təyin etmək çətindir. Eləcə də Azərbaycan diasporunun da coğrafi hüdudunu və sayını öyrənmək çətinliklər yaratmaqdadır və dəqiq say söyləmək çətindir. Lakin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev öz çıxışlarının birində demişdir ki, o, 50 milyon azərbaycanlının prezidentidir[6]. Bu gün istər UNESCO-nun, istər Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, istərsə də xaricdə akkreditə olunmuş Azərbaycan səfirlikləri və nümayəndəliklərinin verdiyi rəqəmlər də bu sayı təsdiqləməkdədir.
Azərbaycan disaporası haqqındakı bilgilərimiz yeni olsa da, diaspora tarixi daha qədimdir və onu bir neçə dövrlərə bölmək olar:
1.   Birinci dövr VII əsrin sonları VIII əsrin əvvəli ərəblərin işğalı ilə başlamış və bu dövrdən əvvəlki Azərbaycan diasporası haqqında məlumatımız yoxdur. Daha çox tekallahlığı qəbul etməyən və müxtəlif inanclara sahib olan (atəşpərəstlər, bütpərəstlərin) insanların köçü ilə yadda qalır.
2.      İkinci dövr Şərqdə intibah ilə başlamış, XVIII əsrə kimi davam etmiş və Teymurləngin Azərbaycan torpaqlarını işğal etməsi ilə daha çox şairlərin və yazıçıların köç etməsi ilə səciyyələnir.
3.      Üçüncü dövr rusların Qafqazı işğal etməkləri, Gülüstan və Türkmənçay müqavilələrinin bağlanması, Rusiya-İran, Rusiya-Osmanlı müharibələri ilə yaranmış siyasi şəraitə görə öz torpaqlarını tərk etmək məcburiyyətində olan soydaşlarımız ilə formalaşmışdır.
4.      XIX əsrin əvvəllərində Azərbaycan mühacirəti daha intensiv xarakter alır, daha çox ziyalıların köçü ilə reallaşır. Bu dövrün özünü bir neçə hissəyə ayırmaq olar:
a) 1905-ci ildə ilk etnik münaqişə, erməni-azərbaycan münaqişəsinin yaranması və regionda baş verən inqilablar (Rusiyada 1905-1907-ci illər, İranda 1908-ci il Məşrutə və Türkiyədə 1908-ci il Gənc Türklər İnqilabı).
b)  Birinci Dünya müharibəsi və Azərbaycan Demokratik Respublikasının qurulması ilə başlanan mühacirət.
c)  İkinci Dünya müharibəsi və 1945-ci il İran inqilabı, eləcə də soyuq müharibənin başlanması.
d)      Sovetlər birliyinin dağılması və diasporaya yeni baxışın yaranması.
Ümumilikdə, azərbaycanlıların xaricdə ilk təşkilatlanmaları və müasir diasporanın formalaşması II Dünya müharibəsindən sonraya, daha dəqiq desək, 1949-cu il Məmmədəmin Rəsulzadənin başçılığı ilə yaranmış Azərbaycan Mədəniyyət dərnəyi ilə başlanmışdır. Digər bir dərnək isə 1958-ci il ABŞ-ın New Cersi ştatında “Amerika-Azərbaycan Təşkilatı” adı altında fəaliyyətə başlamışdır. Lakin həmin dövrün siyasi vəziyyəti və ideologiyası diasporanın milli ruhda formalaşmasına dəstək ola bilməzdi. 1949-cu ildən AzərbaycanınXarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti” yaranır, 1960-cı ildən “Vətən Səsi” jurnalı və 1982-ci ildən “Odlar Yurdu” qəzeti nəşrə başlayır. 1947-1975-ci illər ərzində təşkilat Danimarkada, İtaliyada və Fransada “Azərbaycan mədəniyyəti günləri” keçirir. Lakin yenə də qeyd etmək istərdik ki, Sovet sisteminin qapalı olmasına görə Azərbaycan diasporasının bu təşkilatlarla əlaqə qurmağı yasaq olaraq qalırdı.
80-cı illərdə Elçin Əfəndiyevin yaratdığı “Vətən Təşkilatı” diasporu ilə vətən arasında əlaqələrin qurulmasında, eləcə də Tadeusz Swietochowski, Ehmed Chmide, Audrey L. Altstadt kimi alimlərin Azərbaycanla əlaqələrinin qurulmasında müstəsna rol oynadı. 1986-1992-ci illər arasında təşkilat xaricdə 50-yə yaxın dostluq cəmiyyəti, təşkilat və qurumlar yaratmağa müəssər oldu. 18 oktyabr 1918-ci il Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi və bu tarixdən başlayaraq tarixdə yaşayan azərbaycanlılara da münasibət dəyişdi. 26 dekabr 1991-ci il Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 31 dekabr azərbaycanlıların həmrəylik günü kimi qəbul olundu.
Bu gündən 25 il keçməsinə baxmayaraq, Azərbaycan diasporası hələ də öyrənilməkdədir. Bu sahəyə dövlətin də həmişə böyük dəstəyi olmuşdur. Lakin deyə bilərik ki, Azərbaycan diasporasının öyrənilməsinə və eləcə də güclü lobbinin qurulmasına mütləq surətdə diaspora tarixi araşdırılmalı, diasporanın səbəbləri, sayının formalaşma mərhələləri, çoğrafiyası və yaşayış səviyyəsi, eləcə də diaspora quruculuğunda nəşrlər tədqiq edilməlidir.




[1] TANDONNET Maxime (2007), Géopolitique des migrations. La crise des frontières, Paris, Ellipses Marketing.
[2] TANDONNET Maxime (2007), Géopolitique des migrations. La crise des frontières, Paris, Ellipses Marketing.
[3] 28 iyul 1951-ci il qaçqınların statusu ilə bağlı Cenevrə Konvensiyası və ya sadəcə Cenevrə Konvensiyası, qaçqınların huquq və dövtətin hüquqi öhdəliklərini müəyyən edən sənəddir. 1967-cı ildə qəbul olunmuş protokol Konvensiyanın coğrafi və zaman məhdudiyyətini ləğv etmişdir.
[4] MESPOULET Martine (2007), La « renaissance » de la sociologie en URSS (1958-1972), Revue d'Histoire des Sciences Humaines 1/2007 (n° 16), p. 57-86.
[5]ЯДOВ Владимир (1998), Социология в России, Москва, Издательство Института социологии РАН.
[6] Azərbaycan jurnalı, 17 mart 2006.

VAZEH

lundi 4 mai 2015

Ali Mardan bey Toptchibachi

         À différentes périodes de l’histoire du début du XXème siècle, le mouvement national azerbaïdjanais recherche à développer la démocratie. La vie d'Ali Mardan Toptchibachi (1859-1934) se situe exactement à l'époque de la naissance et du développement du djadidisme, du panturquisme et du nationalisme. Ali Mardan bey, né en 1859 à Tbilissi, est scolarisé en 1865 dans un gymnase de sa ville natale et continue ses études entre 1884-1888 en histoire et philologie à l'Université de Saint-Pétersbourg1. Après l’Université, le conseil scientifique du département de la faculté de Droit décida de lui proposer un poste de professeur. Cependant, la loi impériale de 1888 n’autorisait pas le travail des non-chrétiens à l’Université, ce qui lui amène à rentrer à Bakou. Entre 1897 et 1917, il fut l’un des organisateurs et rédacteurs du journal Kaspi. Devenu l'un des premiers fondateurs de réforme intellectuelle des musulmans et dirigeant du mouvement sociopolitique de la Russie tsariste, A. M. Toptchibachi sera en août 1905 parmi les organisateurs du Ièr Congrès des musulmans de Russie à Nizhniy Novgorod. En 1906, il est aussi parmi les leaders du premier parti politique dit « Union des musulmans de la Russie » (Ittifagi-Muslimin). En tant que membre de la Ire Douma d’État, il signe en juillet 1906 le « Manifeste de Viborg » et sera condamné à trois mois de prison2.
        L’activité politique d’Ali Mardan bey se développe pendant les révolutions de Février et Octobre 1917. En 1918, il fut l'un des fondateurs de l'indépendance de l’Azerbaïdjan et ne put rester que trois mois au pays. D’abord il devint ministre sans portefeuille à Gandja, ensuite ambassadeur azerbaïdjanais en Géorgie et en Turquie. Le 28 décembre 1918, il fut élu par le parlement de l'Azerbaïdjan comme chef de la délégation sur la conférence de la paix de Versailles. Arrivant à Paris en mai 1919, Ali Mardan bey mène une activité dynamique en publiant 12 bulletins d’informations et plusieurs articles dans la presse française. Après huit mois de travail, le 12 janvier 1920, l’indépendance de l’Azerbaïdjan fut reconnue de facto. A. M. Toptchibachi eut un rôle exceptionnel dans la maintenance de l’indépendance de l’Azerbaïdjan durant les 23 mois de son existence. Avec la chute de la République Démocratique d’Azerbaïdjan, la vie diplomatique de Toptchibachi, comme celle du reste de la délégation, change et il connaît une nouvelle vie - émigrée. Le reste des 14 ans de sa vie, il vécut en exil en France avec beaucoup de difficultés. Il garda ses responsabilités malgré toutes les difficultés financières et resta l’un des leaders de l'émigration politique des années vingt et trente, continuant son combat jusqu’à la mort pour la liberté et les droits de son peuple ainsi que pour l’indépendance de son pays.



         Entre 1920 et 1934, A. M. Toptchibachi vécut à Paris et continue ses activités politiques avec la publication d’un livre sur des hommes littéraires, d’articles dans les journaux et des magazines sur l'histoire, la géographie, la littérature ainsi que sur la création de la RDA. À la question de savoir pourquoi Ali Mardan bey choisit Paris alors que la plupart des migrants politiques ainsi que les leaders de la RDA s’installaient en Turquie, R. Aboutabilov explique que Paris pouvait être choisie comme une ville de résidence pour deux raisons, premièrement la possibilité de continuer les pourparlers avec les dirigeants des grandes puissances sur l’indépendance de l’Azerbaïdjan et deuxièmement, Toptchibachi était toujours pour l’unification et l’indépendance du Caucase or, Paris rassemblait tous les anciens gouvernants de l’Arménie, de la Géorgie et du Caucase du Nord. Les efforts d’Ali Mardan bey ne seront pas inutiles : le 10 juin 1921 fut signée la déclaration de l’Union des Républiques du Caucase. Quatorze ans après, un autre document se met en place le pacte de la Confédération Caucasienne (Aboutabilov, 2006 : 46).



      R. Aboutabilov (2006), cite aussi quelques lettres d’A. M. Toptchibachi adressée à Dj. Hadjibeyli en montrant les difficultés financières de ce grand homme politique. Nous en présentons quelques-unes :
    Notre situation matérielle est mauvaise : 100 francs reçus à titre de prêt de la délégation de Géorgie sont déjà dépensés. Nous pouvons à peine vivre le mois de février, après c’est un scandale. 29 janvier 1920

     J’ai reçu votre lettre, dans laquelle vous me demandez une aide financière. Ni moi, ni la caisse de la délégation ne possédons plus d’argent… 30 juillet 1928

  L'humeur, particulièrement liée avec les événements de derniers jours est affreuse. Les dettes sont augmentées, il y a le froid et l’absence complète des ressources… 14mai 1932 (Aboutabilov, 2006 : 50).

     Ali Mardan bey a décédé le 5 novembre 1934 dans la région parisienne, à Saint-Denis, et est enterré dans le cimetière de Saint-Cloud. Une partie des descendants d'Ali Mardan Toptchibachi est restée en France tandis que l'autre partie vit actuellement en Turquie. Dans la délégation envoyée à Paris, il y avait le fils d’Ali Mardan bey, Alekber bey Toptchibachi (1896-1977), qui a joué le rôle de secrétaire de la délégation. Le numéro 11 du journal Prométhée de 1934 consacra un numéro publication entière à Ali Mardan. La femme d’Ali Mardan bey, Peri Topchibachi (1973-1947) ainsi que ces deux fils Ali Akbey bey (1896-1977 et Rachid bey [1900-1926] sont enterrés dans le cimetière de Saint-Cloud (Aboutalibov, 2008).

    En 1997, pour la commémoration d’A. M. Toptchibachi, est apposée une plaque commémorative au numéro 37 de la rue Descamps de Paris où vécut le président du Parlement RDA pendant une période.



   1.   À l’époque de la Renaissance, dans l’enseignement scolaire sont apparues un certain nombre des nouvelles écoles humanitaires connues comme lycées, gymnase. La première école latine est établie en 1510 à Londres. En Allemagne, elle était construite en 1526 à Nuremberg. Elle est fondée en Russie (Moscou) seulement en 1703.
  2. « Le Manifeste de Vyborg » est signé le 9/10 juillet 1906 par un groupe de députés de la première Douma d'État pour protester contre la dissolution anticipée du Parlement. Sa préparation eut lieu à Vyborg, non loin de Saint-Pétersbourg.


VAZEH

in: Vazeh Asgarov, "Immigration Azerbaïdjanaise" (2013), PAF, p.425


http://www.amazon.fr/Limmigration-Azerba%C3%AFdjanais-g%C3%A9n%C3%A9rale-histoire-perspectives/dp/3841622224


mardi 3 mars 2015

Massacre de Khodjali


Khojaly Massacre  





Khojaly was Azerbaijan settlement situated within the administrative borders of the Nagorno Karabakh region of the country, on the road Agdam -- Shusha, Khankendi (Stepanakert) — Askeran near the only airport of the region. Its population constituted over 7 thousand people. Because of its communication advantage of harboring the civil airport just before the start of Nagorno-Karabakh conflict it had become shelter for refugee Meskhetian Turks fled the bloody inter-ethnic clashes in central Asia as well as Azerbaijani refugees deported from Armenia. 

Late into the night of February 25, 1992 the city has become under the intensive fire from the town of Khankendi and Askeran already occupied by Armenian forces. At night from February 25 to 26 the Armenian armed forces supported by the ex-Soviet 366th regiment completed the surrounding of the town already isolated due to ethnic cleansing of Azerbaijani population of its neighboring regions. The joint forces have occupied the town which has been brought in rubbishes by heavy artillery shelling. After all 150 people defending the town were killed by overwhelmed fire and by superior forces of advancing army regiments the remaining handful of the town's defendants provided a humanitarian corridor for several hundreds of the town's residents to escape their homes.

Under the heavy conditions the towns' population moved into the darkness of night to be met at the middle of the route by ambush of Armenian forces and militia. Several thousands of fleeing civilians were ambushed at several points and being shelled by bullet rain tried to find refuge in the near-by forests and mountains terrain. However advances punitive teams of so called NK defense army after eliminating handful of policemen accompanying the refugees column reached out unprotected civilians to slaughter some, finish off others, having some bodies mutilated and scalped as the notorious karabakh war trophies.

In a few hours of night from 25 to 26 February 613 civilians were killed including 106 women, 83 children. 56 people were killed with outrageous brutality, 8 families were totally exterminated, 25 children lost both parents while 130 children lost at least one parent in a massacre which has become the most brutal punishment of civilians during the whole 3 years of the conflict's military phase.


vendredi 20 février 2015

Les peuples déportés d'Union soviétique et le plan de déportation des Azerbaïdjanais entre 1942-1948

                               

     Le pacte germano-soviétique et l'annexion de la Finlande, de la Moldavie, des pays baltes et de la Pologne par l'URSS et en raison des interventions ouverte des groupes divers de la population contre le régime, l’état planifie des déportations de masse vers les camps de Sibérie accusant les populations de collaboration avec l’Allemagne nazie. L’opération Barbarossa de l'Allemagne nazie contre l'URSS accéléra ce processus. Après deux mois d’opérations militaires, la déportation des personnes collectives touchait les groupes ethniques. À cette époque, les Allemands de la Volga, les Tatars de Crimée, les Kalmouks et les peuples du Caucase (les Turcs Meskhets) prenant des mesures dragonniers pour renforcer sa situation militaire, furent déportés vers des camps de travail forcé. Grâce à Mir Djafar Baguirov1, le premier secrétaire d’Azerbaïdjan en 1933-1953, le plan de déportation des Azerbaïdjanais en 1942-1948 vers l’Asie Centrale ne se réalisera pas (Arzumanli, Mustafa, 1998). Par contre, les relations étroites de Baguirov avec Staline n’empêcheront pas l’organisation de grandes déportations des Azerbaïdjanais autochtones de l’Arménie prévus dans les années 1948-1953. Cela suivra donc un peu plus tard.

Les Allemands de la Volga étaient des individus ethniquement allemands vivant près de la Volga et de la Mer Noire. S’inquiétant de la collaboration avec l’Allemagne nazie, Staline ordonna le déplacement massif près d'un million de populations vers l'est. Après la guerre ils s’installent dans l’Oural, en Sibérie au Kazakhstan. À partir des années 1980, en profitant de la loi du droit au retour la plupart des Allemands de la Volga émigrent pour la patrie de leurs ancêtres.
Les Tatars de Crimée sont collectivement accusés, comme les peuples déportés du Caucase, d'actes de « collaboration » avec l'occupant. En 1944, 191 044 Tatars prennent le chemin de l'exil, principalement vers l'Ouzbékistan. Ils seront remplacés par des colons russes et ukrainiens. Cette population pourra quitter l’Asie centrale dans les dernières années de l’Union Soviétique et retournera en Ukraine.
Les Turcs Meskhets sont un groupe musulman déporté vivaient dans la région de la Meskhetie, dans le sud de la Géorgie, qui forme aujourd’hui la région administrative de Samtskhe-Javakheti. Les autorités soviétiques ont considéré dangereux d’avoir des Georgiens musulmans habitant à la frontière turque. Dans la nuit du 14 novembre 1944, quasiment toute la population des Meskhets musulmans (environ 300.000) fut rassemblée et exilée en Asie centrale. À titre de condition pour adhérer au Conseil de l’Europe en 1999, la Géorgie s’est engagée à faciliter le retour des Meskhets d’ici 2011.

1.Mir Djafar Baguirov (est né 1895 Gouba, mort 26 mai 1956 Bakou) est le premier azerbaïdjanais devenu secrétaire de la SSR d’Azerbaïdjan entre 1933 et 1953. Dès le 1918 il participe activement dans l’installation du parti communiste au Caucase est devient un ami proche de Lavrenti Beria qui lui apportera un soutien dans le lancement de sa carrière. Après la mort de Staline et la chute de L. Beria en 1953, M. D. Baguirov est limogé arrêté et condamné à mort, pour la répression qu’il avait organisée en Azerbaïdjan dans les années 1920. Il est aussi coupable de la mort d’environ 70 000 intellectuels azerbaïdjanais condamnés dans les années 1930.

Vazeh ASGAROV

http://www.amazon.fr/Limmigration-Azerba%C3%AFdjanais-g%C3%A9n%C3%A9rale-histoire-perspectives/dp/3841622224


mardi 17 février 2015

“İnsan nəyisə çox istəyəndə ona nail olur” – 

Uğur hekayəsi


Azərbaycan Dillər Universitetinin prorektoru Vazeh Əsgərovun uğur sirri
Deyir ki, uğur qazanmağın birinci şərti insanın nə istədiyini bilməsidir. Onun fikrincə, insan istəyində israrlı olmalıdır. Lazım gəlsə, bir işin arxasınca beş dəfə getməlidir ki, istədiyinə nail olsun. Müsahibimiz Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektoru, müasir tarix üzrə fəlsəfə doktoru Vazeh Əsgərovdur.









- Vazeh bəy, orta məktəbi bitirdikdə, niyə məhz fransız dilini seçdiniz?- Oxuduğum məktəbdə valideynlərim mənə dərs deyib. Atam fizikadan dərs deyib və bir müddət sinif rəhbərim olub. İlk fransız dili müəlliməm kimi anam bu dili mənə sevdirib. Fransızca heç nə anlamasam da, 5 yaşımda artıq fransızca şeirlər deyirdim. Bu dili sevsəm də, ixtisas seçimi zamanı fransız dili mənim üçün maraqlı olmayıb. Çünki əhatəmdə fransız dili biliciləri olan qohumlarım kifayət qədər idi. Mən daha çox hüquq, politologiya, tarix sahəsində təhsil almaq istəyirdim. Amma ixtisas seçimi zamanı anamın xahişi ilə lap sonda fransız dili ixtisasını yazdım və buraya qəbul oldum. 

- Tələbəykən Fransanın Azərbaycandakı səfirliyində də çalışmısınız. Belə bir yerdə çalışmaq çoxlarının arzusudur. Bir tələbə buna necə nail oldunuz?- Mən 3-cü kursda oxuyarkən Fransanın Azərbaycandakı səfirliyi regionlarda fransız dili dərsləri təşkil edirdi və fakültə dekanlığın təqdimatı ilə mən də aktiv tələbə kimi həmin kurslara qatıldım. Qısa müddətli müqavilə ilə səfirlikdə işləməyə başladım. Sonra müqavilənin müddəti uzadıldı və 4-cü kursda da işimə davam etdim. Burada müəllim kimi çalışırdım və böyük təcrübə topladım. Universiteti bitirəndən sonra hərbi xidmətə yollandım və xidmətimi başa vurduqdan sonra Fransa səfirliyindən məni yenidən işə dəvət etdilər. Buna görə də hərbi xidmətdən qayıdandan bir gün sonra səfirliyin mədəniyyət şöbəsində direktor müavini kimi işə başladım. Burada bir il çalışdım. 

- Maraqlıdır, niyə səfirlikdəki iş yerinizi tərk etdiniz?- Gənc olduğuma görə daha çox axtarışlar edirdim. Daha dinamik, hərəkətli iş axtarırdım. Həm də yarımştat işlədiyim üçün məvacib məni qane etmirdi. Başqa fransız təşkilatlarından iş dəvəti alan kimi səfirliyi tərk etdim. Lakin sonralar qısamüddətli müqavilələrlə daha bir neçə il səfirliklə əməkdaşlıq etdim. 

- Fransa səfirliyini tərk etsəniz də, bir müddət sonra Fransaya təhsil almağa yollandınız...- Dediyim kimi, uşaqlıqdan fransız dilinə həvəsim olub. Çalışmışam ki, bu dilin dərinliklərinə yiyələnim, fransızlar kimi danışım, onların mədəniyyəti ilə yaxından tanış olum. Bunları arzulayan insan kimi təbii ki, fikrimdən Fransaya bir dəfə də olsa, səfər etmək keçirdi. Səfirlikdə işlədiyim dövrdə bir çox insanların Fransaya getməsi üçün sənədlərinin hazırlanmasına yardım etməyimə baxmayaraq, düşünürdüm ki, hələ Fransaya getməyə hazır deyiləm. 
2003-cü ildə İsveçin Azərbaycanda fəaliyyət göstərən bir şirkətində çalışırdım. Həmin dövrdə ailə qurmağa hazırlaşırdım. Ailə quracağım xanım fransız dili mütəxəssisi idi və mənimlə eyni universitetdə oxumuşdu. Biz həyatımızı bir az dəyişdirmək üçün ailə qurandan sonra Fransaya getməyi planlaşdırırdıq. Çox böyük həvəslə olmasa da, hər ikimiz sənədlərimizi hazırlayıb Fransadakı universitetlərə göndərdik. Hər ikimiz Robert Şuman Universitetindən dəvət aldıq. İyulda artıq bildik ki, Fransada təhsil alacağıq. 2003-cü ilin oktyabr ayında biz Fransaya gələndə 10 gün idi ki, ailə həyatı qurmuşduq. Fransada çox çətin, təlatümlü və eyni zamanda çox maraqlı bir həyat yaşadıq. Əvvəlcədən məni o qədər çətin həyat gözləyəcəyini bilsəydim, yəqin, oraya getməzdim. 

- Təhsil haqqınızı özünüz ödəyirdiniz?- Fransada oxuduğum müddət ərzində özüm özümü maliyyələşdirmişəm. Daha çox işimə diqqət ayırmalı idim ki, ailəmi təmin edə bilim. Amma bildiyiniz kimi Fransa, Almaniya, Avstriya və s. Avropa ölkələrində təhsil haqqı çox deyil. İllik 500-600 avro civarında olan illik ödəməyə sığorta, tələbə kartı, mədəniyyət və idman kartları və digər ödəmələr daxildir. İlk birinci il yoldaşıma 190 avro universitet təqaüdü verilirdi. Bu, o qədər böyük rəqəm olmasa da, həmin dövr bizə kömək oldu. Ümumiyyətlə isə Fransada bir tələbənin ay ərzində dolanışığı üçün 650-700 avro pul tələb olunur.

- O zaman iş tapana kimi xeyli əziyyət çəkmisiniz yəqin...- Elədir. Fransaya gedən kimi iş tapacağımı düşünürdüm. Amma bilmirdim ki, iş tapmaq o qədər də asan deyil, uzun prosedur tələb edir. İşə çox ehtiyacım var idi, dərsdə oturanda ancaq dolanışığım haqqında düşünürdüm. Heç cür beynimi dərsə cəmləyə bilmirdim. Amma əmin oldum ki, insan nəyisə çox istəyəndə ona nail olur. Fransadakı dostlarım mənə iş tapmağın yollarını göstərdilər. Noyabrın sonunda mən artıq özümə “qara iş”, yəni sənədsiz-filansız iş tapdım. Yanvar ayından isə məni Strasburqdakı liseylərin birinə imtahan prosesinə nəzarətçi götürdülər. 4 il ərzində həmin liseydə işlədim. Onu da qeyd edim ki, Fransada qəbul olduğum işlərdə məni bir aylığına işə götürürdülər, amma sonradan bu vaxt uzadılırdı. Bunun səbəblərindən biri fransız dilində çox səlis danışmağım idi. Məəttəl qalırdılar ki, bu dili harada bu qədər səlis öyrənmişəm. Tələbə dostlarımın çoxu Mopassanın, Viktor Hüqonun dilində danışdığımı deyirdilər. Onlara mənim adi danışıq dilində deyil, daha çox ədəbi dildə danışmağım qəribə gəlirdi. 

- Deyəsən, məktəb illərindəki arzunuzu Fransada reallaşdırdınız və magistratura pilləsində hüquq ixtisasına daxil oldunuz?- Mənim hüquqa nə qədər həvəsim olsa da, artıq ailə məsuliyyətim var idi. Düşünürdüm ki, Fransaya gedəndən sonra bir il nə əldə edəcəyiksə, onunla da geri qayıdacağıq. Yəni bir il Fransada qalmağı planlaşdırırdıq. Amma bu, 10 il çəkdi. Bir il hüquq oxudum. Bir ildən sonra qarşımda iki seçim var idi. Ya Azərbaycana qayıtmalı, ya da burada qalmalıydım. Gördüm ki, burada həm işləmək, həm də oxumağım üçün böyük imkanlar var. Düşündüm ki, işlədiyim üçün hüquq fakültəsində təhsilimi davam etdirə bilməyəcəyəm. Çünki bu fakültədə işləyə-işləyə oxumaq o qədər də asan deyildi. Mənim qarşımda ambisiyam bu cür bölünmüşdü; ilk növbədə özümü və ailəmi dolandırmalı və eyni zamanda təhsilimi davam etdirməli idim. Buna görə daha yaxşı bildiyim dilçilik sahəsində təhsilimi davam etdirmək qərarına gəldim. Magistr təhsilindən sonra 2007-ci ildə mən və yoldaşım sahəmizi dəyişərək sosial elmlər departamentində doktoranturaya yazıldıq. 

- Xaricdə təhsil alan gənclərimizin əksəriyyəti ya biznes sahəsinə gedir, ya bank sektoruna maraq göstərirlər, amma siz təhsil sahəsində işə başladınız. Elmə, təhsilə marağınız bu qədərmi böyükdür?- Qeyd edim ki, Azərbaycan Dillər Universitetinə daxil olanda müəllimlik peşəsinə marağım yox idi. Yenə də hüquq, tarix məni özünə çəkirdi. Müəllimliyə olan marağımı ilk dəfə 3-cü kursda pedaqoji təcrübəyə gedərkən hiss etdim. Auditoriyaya daxil olanda anladım ki, müəllimlik mənə qanla keçib. Babam, nənəm, atam, anam, xalalarım da müəllim olub. Buna baxmayaraq, müəllim olmaq istəmirdim. Çünki həmin dövrdə müəllimin məvacibi aşağı idi. Düşünürdüm ki, ixtisasımı dəyişəcəyəm. 

- Bəs necə oldu ki, Azərbaycan Dillər Universitetində işə başladınız?- Azərbaycana qayıdanda harada işləyəcəyimi düşünməmişdim. Dostlarım ailəmlə qayıtmağımı və əvvəlcədən iş tapmağımı məsləhət görürdülər. Lakin düşünürdüm ki, əcnəbi bir ölkədə çətinliklərə sinə gəlmişəmsə, öz vətənimdə bu, heç vaxt çətin ola bilməz. Universitetin rektoru Səməd Seyidovun burada işləməyimdə rolu danılmazdır. Doktorluq işimi müdafiə etməzdən 1 il əvvəl təsadüfən Səməd Seyidov Fransada çalışdığım hotelin qonağı idi. Səməd müəllimdən doktorluq işimdə münsiflər heyətində təmsil olunmağını xahiş etdim. O, Bakıya qayıdandan sonra tanışlıq üçün işimi ona yolladım və müdafiəmdə iştirak etdi. Əgər Səməd müəllim müdafiəmə qatılmasaydı, ya ümumiyyətlə, müdafiə edə bilməyəcək, ya da istədiyim nəticəni almayacaqdım. Ermənipərəst münsiflərin mənə tikanlı sözlər deməsi, dolaşdırmaq istəməsi, onlara cavabım və Səməd müəllimin məni müdafiə etməsi çox kömək oldu. Müdafiədən sonra Səməd Seyidov məni və yoldaşımı Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığa dəvət etdi. Bu, Səməd müəllimin mənə və digər həmkarlarıma etdiyi ilk iş təklif deyildi. Düşünürəm ki, bu insanın simasında Azərbaycan Dillər Universitetində işləmək özü bir xoşbəxtlikdir.

- Birbaşa Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektor vəzifəsinə gəldiniz?- Xeyr, universitetin Elmi hissə strukturu nəzdində Gənc Tədqiqatçılar Assosiasiyası yaradıldı və məni oraya rəhbər təyin etdilər. Bir ay keçmədi ki, Səməd Seyidov məni özünə müşavir təyin etdi. Bu, çox məsuliyyətli, maraqlı və eyni zamanda çətin bir iş idi. Bir ildən sonra 2014-cü ildə tədris işləri üzrə prorektor vəzifəsinə təyin olundum. 

- Fransada həm də ictimai fəaliyyət göstərmisiniz. Fransadakı Azərbaycanlı Tələbələr Assosiyasiyasının prezidenti, Strasburq Azərbaycan Evinin həmtəsisçisi və İdarə Heyətinin üzvü olmusunuz. Bundan əlavə, Strasburqda olduğunuz müddətdə müxtəlif tələbə və diaspor təşkilatlarında fəaliyyət göstərmiş, Azərbaycan həqiqətlərinin fransız ictimaiyyəti arasında yayılmasında fəallıq nümayiş etdirmisiniz. Həmçinin Fransada fəaliyyət göstərən xarici və yerli tələbə cəmiyyətlərinin fəal üzvü, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının bülleteni olan AZER-İNFO-nun baş redaktoru olmusunuz. Ermənilərin çoxluq təşkil etdiyi bir ölkədə ictimai fəallıq göstərmək çətin deyildi ki? - Əlbəttə, asan deyildi. Ermənilər bizim təşkil etdiyimiz bütün işləri pozmağa can atırdılar. 2003-cü ilə qədər biz ermənilər üçün o qədər də böyük hədəf deyildik. Çünki onların on illərlə formalaşmış diasporları var idi. Bizim fəaliyyətimiz, varlığımız onları o qədər də narahat etmirdi. Amma sonradan türk təşkilatları, eləcə də digər təşkilatlarla əməkdaşlıq etməyimiz, onları bizim mədəni nümayişlərə dəvət etməyimiz erməniləri qıcıqlandırmağa başladı. Meriyadan icazə alıb keçirdiyimiz mitinqlərdə iğtişaşlar törətməyə cəhd edirdilər ki, problem yaransın və meriya bizə mitinq keçirmək üçün bir də icazə verməsin. Hazırlıqlı olduğumuzdan, təbii ki, istədiklərinə nail ola bilmirdilər.
Fransadakı təşkilati fəaliyyəti bir neçə kəlmə ilə demək çətindir. Hər halda bu işdə əziyyəti keçmiş çoxlu tələbə dostlarım və daima bizə dəstək olan dostlarımız var idi. Əminliklə deyə bilərəm ki, mən bu işi sevə-sevə görür və əlimdən gələni etməyə çalışırdım ki, Azərbaycanın səsi həmişə yaxşı yerlərdən gəlsin. 500 nəfərlik tələbə yeməkxanasında dünyanın müxtəlif nöqtələrindən gəlmiş tələbələr bizim aş-qaranı yeyirlərsə, üstündən ayranımızı içib şəkər çörəyinin dadına baxırlarsa və arxa fonda sərgilənmiş Azərbaycanı əks etdirən guşəni görür və klassik musiqimizə qulaq asırlarsa, tələbə üçün bundan böyük fəxarət hissi nə ola bilər ki...

-10 il Fransada yaşamış birisi kimi bir fransızı necə təsvir edərdiniz?- Fransız deyəndə ilk olaraq gözümün qarşısında böyük bir mədəniyyət durur. Onlar italyanlardan, ingilislərdən, ispanlardan çox fərqlidirlər. Adi bir fransız, italyan və alman hotelə girib eyni şeyi tam fərqli soruşacaqlar. Fransızların vəzifə sahiblərində də, fəhləsində də bir zadəganlıq var. 
Digər avropalılar kimi fransızlar da gəlmələri soyuq qarşılayırlar. Amma onların içərisinə girmək üçün bir mərhələ var ki, onu keçəndən sonra sənə çox doğma yanaşırlar. Fransada yaşadığım dövrdə fransızların isti münasibətinin sayəsində özümü heç vaxt kənar adam saymadım. Çünki mən onların dilində danışırdım. Həmçinin mənsub olduğum xalqın mədəniyyətini unutmamaq şərtilə, o ölkəyə inteqrasiya etmişdim. 

- Övladlarınız yəqin Fransada dünyaya gəliblər. Oranın vətəndaşıdırlar?- Bəli, hər 2 övladım Fransada dünyaya gəlib. Amma Fransa vətəndaşı deyillər. Fransada torpaq hüququ deyilən bir şey var. İnsan o torpaqda doğulubsa, o torpağa haqqı çatır. Onlar doğulandan sonra başqa ölkəyə köçsələr, həddi-buluğa çatandan sonra o dövlətə qayıdıb vətəndaşlıq hüququ alıb yaşaya bilərlər. Bir də bizdən fərqli olaraq, uşaqlara viza kartı 1 illik deyil, 5 illik verilir. 

- Fransa kimi bir ölkədə təhsil almısınız. İstədiyiniz pillədəsinizmi?- Doğrusu, bu barədə düşünməmişəm. Azərbaycanda hansısa vəzifəyə təyin olunmaq iddiam olmayıb. Vətənə xeyirli ola biləcəyim sahədə xidmət göstərmək üçün qayıtmışam. Fransada da qala bilərdim. Çünki 10 ildən sonra uyğunlaşdığım bir ölkəni ailəmlə birlikdə tərk etmək, qeyri-müəyyən həyata qayıtmaq o qədər də asan deyildi. Yalnız ölkəmə xidmət etmək üçün belə bir addım ata bilərdim. 

- Uğur sirriniz nədir?- Uğur qazanmağın birinci şərti insanın nə istədiyini bilməsidir. Uğur qazanmaq insanın taleyi, qismətidir. Amma xarakter də uğur qazanmaqda çox böyük rol oynayır. Fransızlardan öyrəndiyim bəzi şeylərdən biri də odur ki, mən sübut etməliyəm ki, həqiqətən nəyisə istəyirəm. İstəyimdə israrlı olmalıyam, bir işin arxasınca lazım gəlsə, beş dəfə getməliyəm ki, istədiyimə nail ola bilim. Özünə inamlı və işlədiyin sahədə savadlı olmaq da əsas prinsipimdir. Balaca bir şey də bilsən, onu mükəmməl bilməlisən. Uğur qazanmaq üçün əzmkar olmaq lazımdır. 
Son olaraq qazandıqlarıma görə valideynlərimə minnətdar olduğumu bildirmək istərdim. Məhz onların mənə aşıladığı xüsusiyyətlər, verdiyi tərbiyə, təhsilin sayəsində bu pillədəyəm. Uzun illər fikirləşmişəm ki, valideynlərin borcundan necə çıxmaq olar. Sonra anlamışam ki, valideynin borcundan çıxmaq mümkünsüzdür. Valideyn səni dünyaya gətirib, sən valideyni təzədən dünyaya gətirə bilməzsən. Sən valideynlərinə olan borcunu öz övladlarının qarşısında ödəməlisən.




Lalə MUSAQIZI 
http://kaspi.az/news.php?id=19976

mardi 3 février 2015

Prometey hərəkatı


Xaricdə dərc olunmuş əsərlərdən danişanda azərbaycanlı mühacirlərin də fəal olduğu prometey hərəkatından danışmamaq olmaz. 1926-1938-ci illər arasında Parisdə fransız dilində dərc olunan jurnal öz dövrünün siyasi həyatında kifayət qədər aktivlik nümayiş etdirmiş və hadisələrin cərəyan etməsində müəyyən rola sahib olmuşdur. Bəs bu prometeyçilər kimlər idi? Əsasən keçən əsrin 20-30-cu illərində sovet rejiminə qarşı mübarizə aparan məzlum xalqlardan ibarət olan və öz vətəndaşlarının milli azadlıqlarını təmin etmək və müstəqil respublikalar qurmaq arzusunda olan keçmiş Çar Rusiyadan olan lakin qeyri ruslardan təşkil olunmuş insanlar prometey hərəkatı ətrafında cəmləşirdi. Elə bu səbəbdən idi ki, bu hərəkatda keçmiş ölkə rəhbərləri, nazirlər və diplomatlar iştirak edirdi. Prometeyçilər əsasən türk dövlətlərindən olan nümayəndələrdən təşkil olunsa da onu bir türk təşkilatı adlandırmaq düzgün olmazdı. Lakin hərəkatın Polşada fəaliyyət göstərməsi və türklərin aktiv rolu bu iki dövlət siyasətinin də sovet rejiminə olan münasibətlərindən qaynaqlanırdı.
Ümumi baxanda prometeyi üç ideya birləşdirir: millətlərin azadlığı, bütün hallarda sovet rejimi ilə heç bir mümkün əlaqənin qurulması və digər qeyri-rusları bu hərəkat ətrafında mübarizəyə cəlb etmək. Azərbaycalıların prometey hərəkatındakı rolu da az olmamışdı. Onlardan M. Rəsulzadəni, Mir Yaqub Mehdiyevi, M. B. Məmmədzadə, Arif Kərim, M. Vəkilovu göstərmək olar[1]. Prometey hərəkatının mətbu orqanı Prometey jurnalı olsa da fəallar ayrı-ayrı xalqların da jurnallarını dərc edir və fəaliyyət göstərməyə yardımçı olurdular. Azərbaycanlıların Berlində dərc etdirdikləri Qurtuluş jurnalı da bu səpgidən idi.
On iki illik fəaliyyətdən sonra 1938-ci ildə 137-ci sayını dərc etdirən Prometey fəaliyyətini dondurur. Sonrakı illərdə Polşanın (1939) və Parisin (1940) almanlar tərəfindən işğalı reallaşır. II Dünya müharibəsindən və Soyuq müharibənin başlaması eləcə də bu tarixi çevrilişlərdə yaranmiş yeni mühacir ordusu Prometey hərəkatının tam bir başqa formatda davam etdirilməsi ilə nəticələnir. Soyuq müharibənin digər əsas iştirakçısı olan ABŞ prometeyçilərə maraq göstərir və 1950-ci ildə Münhendə Institute for the Study of the URSS (SSR-nin tədqiqatı institutu) yaradılır. İnstitut iyirmi illik fəaliyyəti dövründə bir çox jurnallar dərc etmişdi[2]




[1] İBRAHİMLİ Xaləddin (1996), Azərbaycan Siyasi Mühacirəti (1918 - 1991), Bakı, Elm.
[2] COPEAUX Étienne (1993), Le mouvement Prométhéen, in CEMOTI (Cahiers d’études sur la Méditerranée orientale et le monde turc-iranien), N° 16, juillet- décembre. 

jeudi 22 janvier 2015

Azərbaycan Xalq Cümhuriyyəti: ziyalılıqdan iqtisadi mühacirata...

     Çar Rusiyasının Azərbaycan torpaqlarını parçaladıqdan və xalqı iki yerə böldükdən bir əsr keçməsinə baxmayaraq xalqımızın dövlərçilik ənənəsi unudulmadı. Xristiyanlaşma siyasəti apararaq bölgələrdə ermənilərin kütləvi yerləşdirilməsini və xalqlar arasında ədavətin yaradılmasına qədər işlər apararaq müharibələrə, münaqişələrə və xalqın ütnik təmizlənməsinə yol açdı. Brest-Litovsk müqaviləsindən sonra ilk dəfə müasir Azərbaycan, Ermənistan və Gürcüstan respublikalarının yaranmasına səbəb olmuş Zaqafqaziya Demokratik Federativ Respublikası Gürcüstanın qurupu tərk edib öz müstəqilliyini elan etməsi (26 may 1918) və bundan sonra Azərbaycan və Ermənistanın da müstəqilliklərini bəyan etməsi ilə nəticələndi. 
        28 may 1918-ci il Həssən bəy Ağayevin sədrliyi ilə keçən Milli Şurada Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Bütün çətinliyə sinə gəlməyə çalışan gənc respublika elmin inkişafı, təhsil, səhiyyə, ordu, iqtisadiyyat (xüsusən Universitetin açılması, 100 tələbənin xaricdə oxuması ilə bağlı əmr) və s. sahələrdə böyük işlər görməyə müəssər oldu. Respublika 23 ay fəaliyyət göstərdi ki, bu dövr ərzində 1918-cu ilin may-oktyabr ayları türklərin, 1918-ci il noyabr 1919-cu il avqust aylarında isə ingilislərin idarəçiliyində bulundu. Bir ildən az bir müddətdə isə beş dəfə rəhbərliyin dəyişılməsi ilə yaşadı və 1920-ci ilin yanvarında de-fakto tanındı. 
        İlk dövr Azərbaycan mühaciratı çöx qısa tarixi əhatə etsə də mühacirat tarixində çox böyük iz qoydu. Yenidən Rusiyanın, bu dəfə sovet Rusiyasının Azərbaycanı işğal etməsi ilə 70 il ərzində ADR də unudulmağa çalışdırıldı. Lakin Azərbaycan Xalq Cümhuriyyəti bu gün də Azərbaycan xalqının tarixində ilk parlament respublikası, Şərqdə eləcə də türk dövlətləri arasında ilk demokratik, dünyəvi və hüquqi  ölkə modeli kimi öyrənilməkdədir.  

VAZEH