Prometey hərəkatı
Xaricdə dərc
olunmuş əsərlərdən danişanda azərbaycanlı mühacirlərin də fəal olduğu prometey
hərəkatından danışmamaq olmaz. 1926-1938-ci illər arasında Parisdə fransız dilində
dərc olunan jurnal öz dövrünün siyasi həyatında kifayət qədər aktivlik nümayiş
etdirmiş və hadisələrin cərəyan etməsində müəyyən rola sahib olmuşdur. Bəs bu
prometeyçilər kimlər idi? Əsasən keçən əsrin 20-30-cu illərində sovet rejiminə
qarşı mübarizə aparan məzlum xalqlardan ibarət olan və öz vətəndaşlarının milli
azadlıqlarını təmin etmək və müstəqil respublikalar qurmaq arzusunda olan
keçmiş Çar Rusiyadan olan lakin qeyri ruslardan təşkil olunmuş insanlar
prometey hərəkatı ətrafında cəmləşirdi. Elə bu səbəbdən idi ki, bu hərəkatda
keçmiş ölkə rəhbərləri, nazirlər və diplomatlar iştirak edirdi. Prometeyçilər
əsasən türk dövlətlərindən olan nümayəndələrdən təşkil olunsa da onu bir türk
təşkilatı adlandırmaq düzgün olmazdı. Lakin hərəkatın Polşada fəaliyyət
göstərməsi və türklərin aktiv rolu bu iki dövlət siyasətinin də sovet rejiminə
olan münasibətlərindən qaynaqlanırdı.
Ümumi baxanda
prometeyi üç ideya birləşdirir: millətlərin azadlığı, bütün hallarda sovet
rejimi ilə heç bir mümkün əlaqənin qurulması və digər qeyri-rusları bu hərəkat
ətrafında mübarizəyə cəlb etmək. Azərbaycalıların prometey hərəkatındakı rolu
da az olmamışdı. Onlardan M. Rəsulzadəni, Mir Yaqub Mehdiyevi, M. B.
Məmmədzadə, Arif Kərim, M. Vəkilovu göstərmək olar[1].
Prometey hərəkatının mətbu orqanı Prometey jurnalı olsa da fəallar ayrı-ayrı
xalqların da jurnallarını dərc edir və fəaliyyət göstərməyə yardımçı olurdular.
Azərbaycanlıların Berlində dərc etdirdikləri Qurtuluş jurnalı da bu səpgidən idi.
On iki illik
fəaliyyətdən sonra 1938-ci ildə 137-ci sayını dərc etdirən Prometey
fəaliyyətini dondurur. Sonrakı illərdə Polşanın (1939) və Parisin (1940)
almanlar tərəfindən işğalı reallaşır. II Dünya müharibəsindən və Soyuq
müharibənin başlaması eləcə də bu tarixi çevrilişlərdə yaranmiş yeni mühacir
ordusu Prometey hərəkatının tam bir başqa formatda davam etdirilməsi ilə
nəticələnir. Soyuq müharibənin digər əsas iştirakçısı olan ABŞ prometeyçilərə
maraq göstərir və 1950-ci ildə Münhendə Institute for the Study of the URSS (SSR-nin tədqiqatı institutu) yaradılır. İnstitut
iyirmi illik fəaliyyəti dövründə bir çox jurnallar dərc etmişdi[2].
Aucun commentaire:
Enregistrer un commentaire