Azərbaycan Xalq Cümhuriyyəti: ziyalılıqdan iqtisadi mühacirata...
Çar Rusiyasının Azərbaycan torpaqlarını parçaladıqdan və xalqı iki yerə böldükdən bir əsr keçməsinə baxmayaraq xalqımızın dövlərçilik ənənəsi unudulmadı. Xristiyanlaşma siyasəti apararaq bölgələrdə ermənilərin kütləvi yerləşdirilməsini və xalqlar arasında ədavətin yaradılmasına qədər işlər apararaq müharibələrə, münaqişələrə və xalqın ütnik təmizlənməsinə yol açdı. Brest-Litovsk müqaviləsindən sonra ilk dəfə müasir Azərbaycan, Ermənistan və Gürcüstan respublikalarının yaranmasına səbəb olmuş Zaqafqaziya Demokratik Federativ Respublikası Gürcüstanın qurupu tərk edib öz müstəqilliyini elan etməsi (26 may 1918) və bundan sonra Azərbaycan və Ermənistanın da müstəqilliklərini bəyan etməsi ilə nəticələndi.
28 may 1918-ci il Həssən bəy Ağayevin sədrliyi ilə keçən Milli Şurada Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Bütün çətinliyə sinə gəlməyə çalışan gənc respublika elmin inkişafı, təhsil, səhiyyə, ordu, iqtisadiyyat (xüsusən Universitetin açılması, 100 tələbənin xaricdə oxuması ilə bağlı əmr) və s. sahələrdə böyük işlər görməyə müəssər oldu. Respublika 23 ay fəaliyyət göstərdi ki, bu dövr ərzində 1918-cu ilin may-oktyabr ayları türklərin, 1918-ci il noyabr 1919-cu il avqust aylarında isə ingilislərin idarəçiliyində bulundu. Bir ildən az bir müddətdə isə beş dəfə rəhbərliyin dəyişılməsi ilə yaşadı və 1920-ci ilin yanvarında de-fakto tanındı.
İlk dövr Azərbaycan mühaciratı çöx qısa tarixi əhatə etsə də mühacirat tarixində çox böyük iz qoydu. Yenidən Rusiyanın, bu dəfə sovet Rusiyasının Azərbaycanı işğal etməsi ilə 70 il ərzində ADR də unudulmağa çalışdırıldı. Lakin Azərbaycan Xalq Cümhuriyyəti bu gün də Azərbaycan xalqının tarixində ilk parlament respublikası, Şərqdə eləcə də türk dövlətləri arasında ilk demokratik, dünyəvi və hüquqi ölkə modeli kimi öyrənilməkdədir.
VAZEH
Aucun commentaire:
Enregistrer un commentaire