Ümumilli
Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər
Əliyev və Yeni Azərbaycan” mövzusunda
Konfrans (çıxış)
9 dekabr 2023
Dr. Vazeh Əskərov
Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin v.m.i.e. rektor, dosent
-Hörmətli Yeni Azərbyacan Partiyası sədrinin
müavini, Mərkəzi aparatın rəhbəri, Tahir müəllim!
- Hörmətli Elm və Təhsil
Naziri Emin müəllim!
- Hörmətli YAP İdarə Heyətinin
üzvləri, siyasi həmfikirlər!
- Əziz tələbələr,
xanımlar və cənablar!
Hər birinizi Ümumilli
Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər
Əliyev və Yeni Azərbaycan” adlı konfransda salamlamaqdan məmnun olduğumu
bildirirəm.
Təqribən 1 il əvvəl,
2022-ci il noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti, cənab İlham
Əliyevin imzaladığı Sərəncamla 2023-cü il “ölkəmizdə Heydər Əliyev ili” elan
olunmuşdur. Müasir Azərbaycan Respublikasının banisi, ölkəmiz və vətəndaşlarımızın
hər birinin həyatında özünün misilsiz xidmətləri ilə dərin iz buraxmış Ulu öndərə
böyük məhəbbət və dərin ehtiram bəsləyən xalqımız bu qərarı xoş ovqat və böyük
sevinclə qarşılamışdır. Başa çatmaqda olan 2023-cü ilin bu günündən dönüb geriyə
baxdıqda “Heydər Əliyev ili” çərçivəsində, istər ölkəmizdə, istərsə də ölkəmizin
hüdudlarından kənarda xalqımızın Ümummilli liderimizin xatirəsini minlərlə konfrans,
forum, yarış və müsabiqələr, sərgilər və s. bu kimi tədbirlərlə minnətdarlıq
hissi ilə yad etdiyinin şahidi oluruq. Cari ildə Azərbaycan Dövlət Neft və Sənaye
Universitetində Ulu öndərin 100-illiyinə həsr olunmuş 50-dək müxtəlif konfrans,
forum, müsabizə keçirilmişdir. Onların bir qismi universitet daxili, bir qismi
beynəlxalq tərəfdaşlarımızla birgə ölkəmizin hüdudlarında kənarda təşkil
olunmuşdur. Ulu öndərin 100 illiyinə həsr olunmuş tədibrlərin arasında Yeni Azərbaycan
Partiyası ilə birgə təşkil olunmuş konfransın, Hakaton yarışmasının olmasını
böyük qürur hissi ilə vurğulayıram.
Yeni Azərbaycan
Partiyasının təşəbbüsü ilə bu gün “Heydər Əliyev və Yeni Azərbaycan” adlı
konfrans Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, yəni ali məktəbdə, tələbə
və gənclərimizin iştirakı ilə keçirilir. Bu adda konfrans elə belə bir məkanda,
belə bir auditoriyanın iştirakı ilə keçirilməlidir. Belə bir nəcib fəaliyyətin
universitetimizlə birgə təşkil olunması haqda qərar verdiyinə görə Azərbaycan
Dövlət Neft Sənaye Universitetinin çoxminli tələbə və müəllim heyəti adından Yeni
Azərbaycan Partiyasına öz minnətdarlığımı bildirirəm.
Ötən əsrin 70-ci illərindən
başlayaraq XXI əsrin əvvəllərinədək ölkəmiz üçün taleyüklü bir dövrdə öz adını əməlləri,
cəsarətli addımları və milli təfəkkürü ilə Azərbaycan tarixinə həkk etmiş Heydər
Əliyevin çoxşaxəli fəaliyyəti xalqımızın taleyində əbədi iz qoymuşdur.
Azərbaycan 1991-ci ildə
dövlət müstəqilliyini bərpa edtikdən sonra ölkəmiz onu itirmək təhlükəsi
qarşısında qalmışdır. Ölkədə müharibə gedirdi, idarəçilik isə yalnız xüsusi
maraqlara xidmət edir və yox dərəcəsində idi, respublikada xaos, anarxiya hökm
sürürdü. Yüz minlərlə insanın arzusu Heydər Əliyevin Bakıya dönüşü və xalqa rəhbərliyi
idi. Yeganə nicat yolunu Ulu öndərin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə
hakimiyyətə çağırırdı. Təəssüf olsun ki, o həm vaxtilə özünün vəzifə verdiyi Azərbaycanın
o zamankı hakimiyyət nümayəndələri tərəfindən
təqib olunmağa başladı. Eyni zamanda, xalq azadlıq hərəkatına yamaq kimi
qoşulmuş cəbhəçilər də Heydər Əliyevi gözdən salmağa cəhd edirdilər, amma heç
zaman buna nail ola bilmədilər.
Belə bir şəraitdə, “91-lər”
adlanan bir qrup ziyalı, əslində, bütün xalqın iradəsini həyata keçirərək Azərbaycanın
müstəqillik mübarizəsinin tarixində dönüş yaratdı. Tarixi reallıq bundan ibarətdir
ki, Heydər Əliyevin rəhbərliyi ilə yaranmış Yeni Azərbaycan Partiyası xalqın
müstəqillik uğrunda apardığı mübarizənin layiqli aparıcı siyasi qüvvəsi kimi
meydana çıxdı. Azərbaycan xalqının düşüncəsində əsl milli azadlıq və müstəqillik
simvolu olmuş Heydər Əliyev nəhayət Azərbaycan dövlətinə rəhbərliyə qayıtdı.
1993-cü ilin 3 oktyabr
tarixində keçirilən seçkilərdə xalqın böyük etimadı əsasında Azərbaycan
Respublikasının Prezidenti seçilən Heydər Əliyev milli maraqlardan irəli gələn
strateji hədəfləri uğurla reallaşdırmaqla ölkənin xilasına, rifah və tərəqqi
yoluna çıxmasına, respublikamızın əsl müstəqillik – de-fakto müstəqillik
qazanmasına nail oldu.
Dövlət başçısının 2023-cü
ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamında qeyd edildiyi
kimi, “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından
uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli
şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının
işığında qədəm qoymuşdur”.
Ulu öndərin fitri
liderlik istedadı, fenomenal hafizəsi, incə hissetmə və duyma qabiliyyəti,
nüfuzedici natiqlik bacarığı, dərin və ətraflı biliyi ona əsaslandırılmış,
bitkin qərarlar qəbul etməyə, insanların beyninə və qəlbinə asanlıqla yol
tapmağa, geniş xalq kütlələri ilə istənilən səviyyədə ünsiyyət qurmağa və
onları öz arxasınca aparmağa imkan vermişdir.
Ulu Öndərin neft
strategiyasının düzgün həyata keçirilməsi ilə ölkənin daxili və xarici siyasətinin
düzgün istiqamətdə davam etdirilməsi kimi mühüm prioritet məsələlərdən sayılır.
“Əsrin müqaviləsi” ilə həlledici neft strategiyası Azərbaycanın uzunmüddətli
inkişafına yol açmış oldu və Azərbaycanın siyasi və iqtisadi qüdrətini
artıraraq, sonrakı illərdə onun təşəbbüsü və liderliyi ilə regionun və
Avropanın enerji təhlükəsizliyini təmin edəcək neçə-neçə yeni transmilli enerji
və nəqliyyat layihələrinin həyata keçirilməsinə şərait yaratmışdır. Bu gün Azərbaycan
özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq
miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca
faktorlardan birinə çevrilmişdir.
Ümummilli lider özünün zəngin
dövlətçilik təcrübəsinə əsaslanaraq gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycan-Ermənistan
Dağlıq Qarabağ probleminin tənzimlənməsi üçün beynəlxalq və milli hüquqi baza, illər
sonra, 2020-ci ildə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab
İlham Əliyevin rəhbərliyi ilə qazanacağımız tarixi Qələbənin təməllərini yaratdı,
Bu gün xalqımız Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini ona olan böyük
sevgi və ehtiram hissi ilə yanaşı, müzəffər xalq olaraq böyük qürur, fəxarət və
möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıq hissləri ilə qarşılayır.
2 ay əvvəl uğurlu
antiterror əməliyyatları sayəsində Azərbaycan Respublikasının üçrəngli bayrağı
Xankəndində dalğalanmağa başladı və müstəqillik qazandığımızdan bəri nəhayət
ki, Azərbaycanın dövlət süverenliyi ölkənin bütün ərazisində təmin edildi.
Çıxışımı Ulu Öndər Heydər
Əliyevin 2003-cü ildə tarixi müraciətində vurğuladığı kəlamları və bu dahi şəxsiyyətin
siyasi varisi, Prezidentimiz, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin Şuşanın azad olunması müjdəsini Şəhidlər
Xiyabanından xalqa çatdırarkən bəyan etdiyi fikirlərlə davam etdirmək istəyirəm.
O zaman ulu öndərin tarixi müraciətində qeyd olunurdu: "İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev
başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Şuşanın azad edilməsi müjdəsini verən Prezident İlham Əliyev isə bildirmişdi
ki, “mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət
etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini
yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu
Öndərin ruhu şaddır bu gün!”
Ümummilli lider Heydər Əliyevin
vəsiyyəti, Prezidentimiz, Müzəffər Ali Baş komandan İlham Əliyevin vədi Azərbaycan
xalqının özünün soy kökünə, adət-ənənələrinə nə dərəcədə sıx bağlı olmasının əyani
təzahürüdür. 44 günlük Vətən müharibəsində qazandığımız zəfər və torpaqlaımızın
azad olunması Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin real nəticəsi
olmaqla yanaşı, həmçinin ulu öndər Heydər Əliyev ideyalarının təntənəsidir.
Heydər Əliyev öz zəngin
dövlətçilik təcrübəsi və bənzərsiz liderlik keyfiyyətləri ilə Azərbaycanı müstəqillik
yolunda inkişaf etdirməyə - müstəqilliyi daimi, dönməz və əbədi etməyə müvəffəq
olub, xalqımıza qürur və iftixar mənbəyi olan çoxsaylı tarixi nailiyyətlər
qazandırıb, yeni, müasir və müstəqil Azərbaycan reallığını yaratmış müdrik dövlət
xadimidir: "Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev
İli” elan edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, “müstəqil Azərbaycan
Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi
isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının
şərəfli vəzifəsidir”.
Vətən müharibəsində
qazandığımız zəfər bütün dünyaya əyani olaraq bir də onu göstərdi ki, ölkəmizdə
müasir, qüdrətli və qalib Azərbaycanın sağlam bünövrəsi yaradılıb – milli ruhda
tərbiyə almış, vətənpərvər gənc nəsil yetişib. Müasir vətənpərvər gəncliyin
gerçək nümunəsi Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid
olmuş universitetimizin tələbələrimizdir. Hər gün minlərlə tələbə ADNSU şəhidlərinin
xatirə guşəsinin önündən keçir və özünə dogma Vətənimiz üçün layiqli vətəndaş
kimi yetişmək andı verir. Vətənini sevən, onun tərəqqisinə çalışan gənclik ulu
öndərin prinsipləri əsasında yetişən gənc nəsildir.
Bu gün işğaldan azad
edilmiş, üçrəngli bayrağımızın qürurla və əzəmətlə dalğalandığı ərazilərdə nəhəng
bərpa-quruculuq işləri görülür, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin torpaqlara hər bir səfəri
təntənəli Zəfər yürüşünün davam etdiyini göstərir, qalib Azərbaycan Böyük Qayıdışı,
dayanıqlı və layiqli məskunlaşmanı yüksək səviyyədə təmin etmək iqtidarında
olduğunu bütün dünyaya nümayiş etdirir. Bütün Azərbaycan gəncliyi, yüzlərlə gənc
mühəndis işağldan azad olunmuş torpaqlarımıza həyatın yenidən qayıtması üçün
çalışır.
Burada toplaşanların yəqin
ki, hamısı bilir – Ümummilli lider Heydər Əliyev 1939-1941-ci illərdə o zaman
Azərbaycan İndustrial İnstitututu – Azİİ adını daşıyan universitetimizdə təhsil
alıb. Ali məktəbin 80 illik yubileyi zamanı, hazırda olduğunuz bu zalda çıxışı
zamanı ulu öndər bildirmişdi ki, “mənim üçün hər bir ali məktəb doğmadır və hər
bir ali məktəbin öz yeri vardır. Amma, mən bu sözləri deməyə bilmirəm, indiki
Neft Akademiyası (yəni, indiki ADNSU) vaxtilə bütün ali məktəblərə nümunə idi.
Mən istərdim ki, o, bu gün də nümunə olsun.”
Müasir dünyada ali təhsilin
mahiyyəti, texnologiyaları dəyişib, çoxsaylı universitetlər yaradılıb, gənclərin
qarşısında ölkədə, yoxsa digər dövlətlərin ali məktəblərində təhsil almaq
seçimi vardır, rəqabət böyükdür. Son illər ərzində ölkədə təhsil sahəsində
aparılan islahatlar sayəsində ali təhsil sektorunda ciddi irəliləyişlər vardır.
2023-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilk dəfə olraq
nüfuzlu QS agentliyinin reytinqlərində yer alıb. Biz bütün fəaliyyətimizlə
çalışacağıq ki, Ümummilli liderin söylədiyi kimi, başqalarına nümunə olan
universitet olaraq inkişaf edək.
Fürsətdən istifadə edib tədbirin
ərsəyə gəlməsi üçün Yeni Azərbaycan Partiyasına, hər bir iştirakçı dərin minnətdarlığımı
bildirirəm.
Aucun commentaire:
Enregistrer un commentaire