20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin
başlanğıcı oldu
Azərbaycan
Dövlət Neft və Sənaye Unviersitetinin rektor əvəzi.
Bu gün Azərbaycan xalqı “Qara
Yanvar” faciəsinin 34-cü ildönümünü qeyd edir. 20 yanvar şəhidlərimizi
qürur və ehtiramla anırıq. Azərbaycan xalqı öz müstəqilliyini 1991-ci ilin
oktyabrında yenidən qazandı. Lakin bu müstəqillik digər SSR-i xalqları kimi
asan, itkisiz və qansız başa gəlmədi. Tariximizə 20 Yanvar kimi bir şanlı gün
əlavə olundu. Son illərə qədər biz bu günü kədər və qüssə ilə qeyd etdik. Bu
illər ərzində sovet əsgərinin sovet vətəndaşına necə güllə aça biləcək
ixtiyarında ola biləcəyini anlamağa çalışdıq. Həmin günün tarixini yaşayan
eləcə də bu günki nəsil Azərbaycan xalqı fəxr edir ki, 20 Yanvarda öz
həyatlarını Azərbaycanın müstəqilliyi uğrunda şəhid etmiş övladları olub. Bu
gün Azərbaycan xalqının tarixində müstəqillik uğrunda qazandığı şanlı bir
gündür”.
XX əsrin sonu Dünyada baş verən iki
mühüm hadisə, 1989-cu ildə ADR və Qərbi Berlin arasındakı sərhəd istehkamı olan
Berlin divarının dağıdılması və 1991-ci ildə SSR-in süqut etməsi bir çox
dəyişikliklərə gətirib çıxardı. Belə ki, yenidənqurma siyasəti və aşkarlıq
adı altında yürüdülən siyasət müxtəlif nəticələrə o cümlədən SSR-nin münaqişə
zonalarından (Əfqanıstan, Afrika) eləcə də Almaniyadan qoşunlarının çıxarılması
ilə nəticələndi. SSR-in dağılmasının sürətlənməsi keçmiş sovet respublikalarının
xalqları arasında yeni mübaqişə ocaqlarının eləcə də müharibələrin yaranmasına
gətirib çıxardı və yeni müstəqil dövlətlərin yaranmasına sevetlər birliyinin
isə öz yerini MDB-yə (Müstəqil Dövlətlər Birliyinə) verməsi ilə
nəticələndi. Bu dövrdə sovetlər birliyinin dağılması prosesi daha da
surətləndi və keçmiş birliyə aid olan xalqlar arasında münaqişələr alovlanmağa
başladı. Bu proses Avropa olkələrinin (Yuqoslaviya, Çexoslovakiya)
parçalanması, yeni yaranan münaqişə ocaqlarının (Balkan və Qarabağ) alovlanması və
həmçinin 1991-ci ilin oktyabrında Azərbaycanın və eləcə də digər sovet
ölkələrinin ard-arda müstəqilliklərinin elan edilməsi ilə sovet dövrünün sonu
olaraq tarixə düşdü.
Azərbaycan xalqı öz müstəqilliyini
1991-ci ilin oktyabrında yenidən qazandı. Lakin bu müstəqillik digər SSR-i
xalqları kimi asan, itkisiz və qansız başa gəlmədi. Tariximizə 20 Yanvar kimi
bir şanlı gün əlavə olundu. Son illərə qədər biz bu günü kədər və qüssə ilə
qeyd etdik. Bu illər ərzində sovet əsgərinin sovet vətəndaşına necə güllə aça
biləcək ixtiyarında ola biləcəyini anlamağa çalışdıq. Həmin günün tarixini
yaşayan eləcə də bu günki nəsil Azərbaycan xalqı fəxr edir ki, 20 Yanvarda öz
həyatlarını Azərbaycanın müstəqilliyi uğrunda şəhid etmiş övladları olub. Bu
gün Azərbaycan xalqının tarixində müstəqillik uğrunda qazandığı şanlı bir
gündür.
Həmin illərin hadisələrini analiz
etdikdə görürük ki, Azərbaycan xalqı üçün müstəqilliyə gedən yol heç də asan
olmamışdı. Azərbaycanda Mixail Qorbaçov rəsmən “xalq düşməni” hesab olunur.
Belə ki, Sevet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu
Baş Katibi (1985-1991), SSRU-nin ilk və son prezidenti Qorbaçovun
erməni lobbisinin təsiri altına düşərək Qarabağı Azərbaycandan necə təcrid
etdiyini bütün Azərbaycan vətəndaşları yaxşı xatırlayır. 1980-cı illərin
sonlarından 2020-ci ilin sentyabr ayına qədər son 30 ildə Qarabağ münaqişəsi
keçmiş SSR-də Gürcüstan və onun separatçı Abxaziya və Cənubi Osetiya
respublikaları, yaxud Moldova ilə Dnestryanı arasında olan bir neçə dondurulmuş
münaqişədən biri idi. 1988-ci ildən başlayaraq Qarabağda baş verən hadisələrə
artıq azərbaycanlılar deyil, erməni separatçıları rəhbərlik edir. 1988-ci ilin
martında SSR-də Dağlıq Qarabağ bölgəsinin sosial-iqtisadi inkişafı haqqında
xüsusi qərar qəbul edilir. Qərara əsasən SSR Ali Soveti Rəyasət Heyətinin
1989-cu il yanvarın 12-də Dağlıq Qarabağ Muxtar Vilayəti üzərində Azərbaycanın
səlahiyyətlərinin götürülməsi, sonra isə ona verilməsi üçün xüsusi idarəetmə
formasının tətbiqi haqqında rəhbərliyin Mərkəzin nümayəndəsinin başçılıq etdiyi
xüsusi administrasiya komitəsinə, bu isə Dağlıq Qarabağın ayrılmasını nəzərdə
tuturdu. Sovet administrasiyası bu problemə xüsusi diqqət yetirərək regionda
vəziyyətin normallaşması görüntüsü yaratmağa çalışır. Eyni zamanda Azərbaycan
xalqının böyük faciəsinə və Qarabağda ilk etnik zəmində münaqişənin
alovlanmasına susur. Həmin dövrdə bu məsələdə Azərbaycanın o zamankı
rəhbərliyinin neytral mövqe tutması öz xalqına qarşı ən böyük xəyanətdir.
1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayət Sovetinin azərbaycanlı
deputatların iştirakı olmadan keçirilən iclasında Dağlıq Qarabağ Muxtar
Vilayətinin Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi haqqında qərar
qəbul edilir.
1989-cu il dekabrın 1-də Ermənistan
SSR Ali Soveti Dağlıq Qarabağın ilhaqı haqqında fərman qəbul etdi. Bu fərman
SSRİ və Azərbaycan Konstitusiyalarına zidd idi belə ki, Sovet Respublikasının
ərazisi yalnız müvafiq respublikaların qarşılıqlı razılığı ilə dəyişdirilə
bilərdi. Moskvanın Azərbaycana qarşı tendensiyalı siyasəti qəzəb və kütləvi
etirazlara səbəb olur. Vəziyyətə nəzarət etmək üçün Moskva hərbi müdaxiləni
seçir.
1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə saat 23:30-da ölkədə fövqəladə vəziyyət elan edilmədən ölkə
ərazisinə yeridilən 26 min sovet qoşunları 5 müxtəlif istiqamətdə Azərbaycanın
paytaxtı Bakıya daxil olur. Sovet əsgərləri tanklardan və zirehli texnikadan
sovet vətəndaşlarına atəş açır. Hadisə nəticəsində yüzlərlə dinc sakin həlak
olub, yaralanıb və itkin düşüb. Xalqımızın yaddaşına Qanlı Yanvar kimi düşən o
gecənin qanlı statistikası kifayət qədər ağırdır: 137 nəfər öldürülüb, 744
nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Ölən 137 nəfərdən 117-si
azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi və 3-ü tatardır.
1987-1991-ci illərdə Dağlıq Qarabağ
münaqişəsinin tərkib hissəsi kimi bütün azərbaycanlı əhalinin Ermənistandan
tamamilə qovulması siyasəti həyata keçir və 200 minə yaxın azərbaycanlı öz dədə
baba yurdlarından qovulur. Əgər XX əsrin əvvəllərində indiki Ermənistan
ərazisinin demək olar ki, yarısını azərbaycanlılar təşkil edirdisə, bu gün
qeyri-rəsmi statistikaya görə Ermənistanda əsirlərdən başqa bir nəfər də olsun
azərbaycanlı yoxdur. Qeyri rəsmi statistikaya
görə Azərbaycanda yaşayan ermənilərin sayı 20 min nəfərdən çoxdur.
1988-ci ildən 1994-cü ilə qədər
Cənubi Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında Azərbaycanın
ərazisində yerləşən Dağlıq Qarabağa nəzarət uğrunda müharibə baş verir.
Müharibə Azərbaycan torpaqlarınının uşğalı ilə başa çatır. Münaqişə 1992-ci il
fevralın 23-dən 26-na kimi Xocalı qətliamı ilə pik həddə çatır və bu qətliyamda
613 nəfər, o cümlədən 106 qadın və 83 uşaq həlak olur.
Qeyd etməliyik ki, 20 Yanvar
hadisələrinə ilk olaraq rəsmi reaksiya verən və bunu Azərbaycan xalqına qarşı faicə
adlandıran da ilk olaraq Ulu Öndər olmuşdur. Məhz həmin günün səhəri 21 yanvar
1990-cı il Heydər Əliyev sovet rejiminin onun üçün qoyduğu qadağalara
baxmayaraq öz həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı
nümayəndəliyinə gəlmiş və faciəni törədənləri dünya ictimaiyyəti qarşısında
ittiham etmiş, bəyənat verərək xalqımıza qarşı törədilmiş soyqırımı hümanizmə
zidd olduğunu vurğulamışdır. 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi
qiymət verilməsi də ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. İlk dəfə
21 noyabr 1990-cu il Ümummilli Lider
Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
20 Yanvar faciəsinə siyasi qiymət vermiş və qərar qəbul
etmişdir.
Azərbaycan Respublikası Prezidentinin
“20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5
yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı
Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq
tövsiyə edilmişdi. “20 Yanvar Şəhidi” fəxri adının təsis edilməsi
haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə
fərman imzalamışdır.
İkinci Qarabağ müharibəsi və ya
“Dəmir yumruq” əməliyyatı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və
Dağlıq Qarabağ münaqişəsinin başa çatması ilə tarixə düşdü. 27 sentyabr 2020-ci
il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin kobud
şəkildə pozulmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri erməni
təxribatlarının qarşısının alınması məqsədilə əks-həmlə əməliyyatlarına
başlayır. Respublika ərazisində hərbi vəziyyət elan edilir və ölkədə qismən səfərbərlik
elan edilib.
2020-ci
il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev
Şuşanın azad edildiyini elan etməklə və noyabrın 10-da Azərbaycan prezidenti,
Ermənistanın baş naziri və Rusiya prezidenti münaqişə zonasında bütün hərbi
əməliyyatların dayandırılması haqqında saziş imzalayır. Nəhayət 30 il davam
edən münaqişə Azərbaycanın BMT-nin 1993-cü ildən qəbul etdiyi 4 qətnamənin
tələbinə görə (No822, 853, 874, 884) Ermənistanın işğalına son qoyur və öz
ərazi bütövlüyünü bərqərar edir.
Razılaşmaya
əsasən, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə
də atılmadan, heç bir itki vermədən azad edilib. Müqaviləyə Ermənistan
ərazisindən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını
birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisi də daxildir.
Beləliklə, Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulyasiya aktına imza
atmağa məcbur etdi. Müqavilə həmçinin Rusiya sülhməramlı qüvvələrinin bölgədə
beş il müddətinə qalması və atəşkəsə nəzarət etmək üçün Rusiya-Türkiyə müşahidə
mərkəzinin yaradılmasını nəzərdə tutur.
Aucun commentaire:
Enregistrer un commentaire