Nombre total de pages vues

jeudi 21 décembre 2023

 

Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Keçmişə ehtiram, gələcəyə inamla”: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi (çıxış) 

21 oktyabr 2023 


  Dr. Vazeh Əskərov

  Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü,

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin v.m.i.e. rektor, dosent

 -Hörmətli Yeni Azərbyacan Partiyası sədrinin müavini, Mərkəzi aparatın                 rəhbəri, Tahir müəllim!

- Hörmətli Nazirlər!

- Hörmətli rektorlar!

- Əziz tələbələr, xanımlar və cənablar!

Hər birinizi Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Keçmişə ehtiram, gələcəyə inamla”: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi tədbirində salamlamaqdan məmnun olduğumu bildirirəm.

Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir!

Ümummilli Lider Heydər Əliyev


          Qürurla qeyd edə bilərik ki, istər sovet dövründə istərsə də Azərbaycan 1991-ci ildə müsəqillik əldə etdikdən sonra azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və sonralar Ulu Öndərin ideyalarının layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin dövlətçilik fəaliyyətində təhsilə diqqət xüsusi yer tutur. XIX əsrin sonu və XX əsrlərdə azərbaycanlıların təhsil almağa maraqları artmış, müxtəlif Avropa və Rusiya Universitetlərinə tələbələrin göndərilməsi baş vermişdir. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, istər XIX əsrdə, istərsə də ötən əsrin əvvəllərində xaricə getmiş və ya göndərilmiş bir çox azrəbaycanlı gəncin taleyi acanıcaqlı sonluq ilə bitmiş, bəziləri xarici ölkələrdə böyük çətinliklər ilə həyatlarını başa vurmuş, digərləri isə ölkəyə qayıtdıqdan sonra sovet represiya maşınından xilas ola bilməmişdirlər.

Azərbaycanın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin hələ 1969-cu ildə Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ölkəmiz üçün dönüş nöqtəsi olmuş və məhz elə ilk günlərdən bütün sahələrdə islahatların aparılması ilə respublikamızın inkişaf strategiyasının əsası qoyulmuşdur. Çox qısa bir zamanda Azərbaycanın keçmiş ittifaq ölkələri arasında sənaye istehsalının artım sürətinə görə ilk yerə çıxması bütün mənalarda ölkə rəhbəriliyin təkcə respublikamızda deyil eləcə də, bütün SSRİ miqyasında nüfuzunun artmasına gətirib çıxartmışdır.

1970-1982-ci illər ərzində Azərbaycanda 5 yeni ali məktəb yaradılmış o cümlədən yeni ixtisaslar, kafedralar və laboratoriyalar fəaliyyətə başlamışdır. Beləliklə, 1960-ci illərdə Respublikada 12 ali məktəb fəaliyyət göstərirdisə, 1982-ci ildə Azərbaycanda ali təsil məktəblərin sayı artmış və təhsil alanların sayı 70 mindən 100 minə yüksəlmişdir. 1970-ci ildən etibarən hər il 800- 900 nəfər azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilmişdir. Ən əsası isə əvvəlki illərdən fərqli olaraq xarici universitetlərdə təhsil alan tələbələrin milli tərkibi 97.7 faiz azərbaycanlılardan ibarət idi, halbuki əvvəlki illərdə respublikadan kənarda təhsil almağa göndərilənlər arasında azərbaycanlıların payı cəmi 40%-ə çatırdı.

“Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki, ixtisaslaşmaq istəyirlər, onu daha da yaxşı bilməlidirlər... Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər”. Faktiki olaraq, Ümummilli liderin bu kəlamları onun ölkənin strateji inkişafını Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və peşəkar mütəxəssis kimi yetişməsində gördüyünün təsdiqidir.


Bu gün bir daha şahid oluruq ki, Ulu Öndərin təhsil siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı həmişə vurğulayır ki, dövlətin, xalqın gələcəyi intellektual inkişafla bağlıdır və elmə qoyulan sərmayə millətin sabahına xidmət edir. Bu yöndə ölkənin neft strategiyasından əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi sosial-iqtisadi islahatların davamlılığının uğurla gerçəkləşdirilməsinə xidmət edir. Ölkə rəhbəri müxtəlif ölkələrin təcrübəsini müqayisə edərək uğur qazanmağın əsas səbəblərini neft-qaz ehtiyatları ilə deyil, elmə, biliyə, yiyələnməklə əlaqələndirərək qeyd edir ki, təbii ehtiyatların və insan kapitalının sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir. Təhsilə qoyulan vəsaitin ölkənin hərtərəfli inkişafına, iqtisadiyyatın, davamlı tərəqqinin təmin olunmasına əsaslı zəmin yaratdığını vurğulayan dövlət başçısı təhsil sisteminin müasirliyi və effektivliyini dayanıqlı sosial-iqtisadi inkişaf strategiyasının reallaşmasının əsas şərtlərdən biri kimi səciyyələndirir.


       Dövlət başçısı 15 oktyabr 2003-cü ildəki seçkilərdə tam qələbə qazandıqdan sonra 31 oktyabr 2003-cü ildə andiçmə mərasimində, “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir” qeyd edən İlham Əliyev son 18 ildə qarşıya qoyduğu bütün strateji məsələlərə nail olmuşdur. Bundan əlavə dövlət başçısı həmişə vurğulayır ki, “dövlətin, xalqın gələcəyi intellektual inkişafla bağlıdır və elmə qoyulan sərmayə millətin sabahına xidmət edir”. Bu yöndə ölkənin neft strategiyasından əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi sosial-iqtisadi islahatların davamlılığınım uğurla gerçəkləşdirilməsinə xidmət edir. Ölkə rəhbəri müxtəlif ölkələrin təcrübəsini müqayisə edərək uğur qazanmağın əsas səbəblərini neft-qaz ehtiyatları ilə deyil, elmə, biliyə, yiyələnməklə əlaqələndirərək qeyd edir ki, təbii ehtiyatların və insan kapitalının sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir. Təhsilə qoyulan vəsaitin ölkənin hərtərəfli inkişafına, iqtisadiyyatın, davamlı tərəqqinin təmin olunmasına əsaslı zəmin yaratdığını vurğulayan dövlət başçısı təhsil sisteminin müasirliyi və effektivliyini dayanıqlı sosial-iqtisadi inkişaf strategiyasının reallaşmasının əsas şərtlərdən biri kimi səciyyələndirir. 


Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi 44 günlük “Dəmir yurmuq” Vətən müharibəsi zamanı xalqına müraciət etməsi və bütün çıxışlarında xalq ilə bir olaraq işğalçılara qarşı bütün cəbhələrdə mübarizə aparması  “Azərbaycan xalqı və dövləti heç vaxt işğal faktı ilə barışmayacaq” fikirləri bir daha öz təsdiqini tapdı. II Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi Azərbaycan tarixinə şanlı hərflərlə yazıldı və tarixə əbədi olaraq həkk olundu. Və Azərbaycan ərazi bütövlüyünü təmin etməklə tarixi ədalət bərqərar oldu, xalqın qürur və milli ləyaqəti bərpa olundu. Daha bundan sonra cənab Prezidentin də deyidiyi kimi “Bizi daha heç kim və heç nə dayandıra bilməz” və ölkəmiz bündan sonra da inkişaf edəcək və yeni uğurlara imza atacaqdır.

Ümumilli liderin 100 illik yubileyi ərəfəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti təşəbbüs ilə çıxış edərək Yeni Azərbaycan Partiyası Mərkəzi aparatının bir başa təçkilatçılığı ilə tələbələr arasında "Heydər Əliyev - 100: Mühəndislik hakatonu " intellektual yarışını təşkil etmişdir.

14-15 oktyabr tarixlərində baş tutmuş tədbir Azərbaycanda fəaliyyyət gösdərən və mühəndislik ixtisası üzrə təhsil verən universitetlərin tələbələrinin iştirakı ilə gənclərin innovasiya yönümlü poetnsialının aşkarlanması, komanda quruculuğu bacarıqlarının təkmilləşdirilməsi və innovasiya ekosistemində gənclərin iştirakının artırılması məqsədi daşıyır. İki gün davam edən yarışmada 21 ali təhsil müəssəsinin Kompyuter Elmləri və Mühəndsilik ixtisasları üzrə hər birində 4 iştirakçı olmaqla 30 komanda iştirak etmişdir.


Hakaton yarışmasının mövzuları 3 istiqamət üzrə, Ekologiya və ətraf mühit, Nəqliyyat və logistika, Texnologiya və innovasiya olmuşdur. 2 gün ərzində iştirakçılar onlara verilən tapşırıqlar üzrə layihələr icra etmiş və yarış müddətində komandalara sahə üzrə mentorlar dəstək vermişdir. Tələbələr onlara verilmiş tapşırıq əsasında kodlaşma işini təqdimat fomasında münsiflər qarşısında təqdim etmişdirlər.


Münsiflər heyəti : ADNSU, UFAZ və  eləcədə digər partnyor qurumlar tərəfindən komandaları qiymətləndirmişdir. Bu gün hər istiqamət üzrə bir qalib komanda elan olunacaq və baş sponsor “Kapital Bank ASC” tərəfindən komandalara pul mükafatı təqdim ediləcəkdir.

Fürsətdən istifadə edib tədbirin ərsəyə gəlməsi üçün Yeni Azərbaycan Partiyasına, hər bir iştirakçı Universitet rəhbərliyinə və Sponsorlara eləcədə Tədbirimizə ev sahibliyi etməyi qəbul etmiş Heydər Əliyev Mərkəzinin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.

Aucun commentaire: