Müasir Azərbaycan tariximizin Zəfəri
Vazeh Əskərov
Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin v.m.i.e. rektor, dosent
İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi.
Prezident İlham Əliyev
İki il bundan öncə 10 dekabr 2020-ci il Vətən müharibəsində xalqımız düşmən üzərində şanlı qələbə qazandıqdan bir ay sonra Azərbaycanın qələbəsi şərəfinə Bakının azadlıq Meydanında Zəfər Paradı keçirilmişdir. Bu hadisə müasir Azərbaycan tarixinin ən şanlı qələbə paradı kimi tarixə düşmüşdür. Hərbi Zəfər Paradında 3000-dən artıq Azərbaycan əsgəri və zabiti eləcə də qardaş Türkiyənin əsgər və zabitləri də iştirak etmiş, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artileriya qurğuları, hava sistemindən müdafiə sistemləri eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Zəfər Paradını Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və fəxri qonaq qismində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir.
Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqının həmişə yanında olan və həmrəyliyini ifadə edən qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun bir daha əyani nümayişi olmuşdur. Bu hadisə bir daha xalqlarımız arasında bəlkə də dünyada bənzərsiz olan qardaşlığın ən öndə göstəricisi kimi həmrəyliyimizi bir daha dünya ictimaiyyətinə sübut etmişdir. Heç də təsadüfü deyil ki, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan öz çıxışında - Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq - deyə vurğulamışdır.
Zəfər Paradının ən əlamətdar hadisələrindən biri isə Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbiçiləri tərəfindən şəhər üzərində qaldırılmış Zəfər bayrağı meydana gətirilmişdir. Tariximizin ən şanlı səhifələrindən olan Zəfər Paradını izləmək üçün ölkəmizin bütün bölgələrindən Bakıya on minlərlə soydaşlarımız gəlmiş və Vətən müharibəsinin parlaq qələbəsini təntənə ilə izləmişdirlər. Zəfər Paradında verilmiş digər ən önəmli mesajlardan da biri məhz Vətən müharibəsi zamanı Azərbaycan ordusuna qarşı döyüşməyə cəhd göstərmiş lakin məğlub duruma düşərək təslim edilmiş düşmənənin silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qisminin Azadlıq Meydanında təşkil edilmiş paradda nümayiş olunması olmuşdur.
Zəfər Paradının keçirilməsinin digər önəmi isə Vətən müharibəsində xalqın göstərdiyi həmrəyliyi və mübarizəni eləcə də Ali Baş Komandanın hər zaman ətrafında böyükdən kiçiyə bir əsgər kimi dayanması faktı olmuşdur. Uzun illər ərzində ölkənin hərbi gücünün artırılması istiqamətində, ordunun döyüş qabiliyyətinin möhkəmlənməsi, müasir silah-sursat, texnika ilə təhciz edilməsi ölkəmizin zəfərə gedən yolunu təmin etmişdir. Ümumilli lider Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyev bütün ali kürsülərdə çıxışları zamanı eləcə də Azərbaycan xalqının qarşısında çıxışlarında və xüsusən də qaçqın və məcburi köçkünlər ilə olan görüşlərdə hər zaman bildiridilər ki, bir gün gələcək və biz işğal edilmiş torpaqlara geri dönəcəyik. Və hər zaman Azərbaycanı inkişaf etdirmək üçün vətəndaşların fəal olmalarının vacibliyini bildirirdi.Nəhayət uzun sürən hazırlıqlar və Azərbaycanın bütün sahələrinin işkişaf etdirilməsi 44 günlük müharibə zamanı Azərbaycanın Zəfəri ilə başa çatdı.
Azərbaycan xalqı Ulu Öndər tərəfindən başladılmış və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uğurlu siyasi yol ilə Zəfər qazandı. Zəfərə gedən yol çətin və uzun eləcə də müxtəlif peşəkar hazırlıqlar tələb edən şərəfli bir sonluq ilə qısa bir müddətdə bütün Azərbaycan xalqının arzuladığı sonluq ilə nəticələndi.
Cənab Prezident müharibədən sonrakı çıxışlarında qeyd edir ki, Qarabağ müharibəsi artıq bitmişdir ancaq münaqişə hələ bitməyib. Belə ki, hər bir Azərbaycan vətəndaşı bunu unutmamalı və bu məsələ ilə bağlı bundan sonra da prinsipiallıq nümayış etdirməlidir.
Aucun commentaire:
Enregistrer un commentaire