Hər il Baharda qeyd olunan Novruz, Pasxa və Pesax bayramları
Doktor Vazeh Əskərov
Dosent, Tarix üzrə fəlsəfə doktoru
Hər il mart ayının 20 və 21 nə təsadüf edən və hamının sevimli
bayramı olan Bahar bayramı - Novruz özündə bir çox xalqların qədim ənənəsini
əks etdirir. Bu bayramın digər xalqlarda da təxminən eyni vaxtda və eyni
formada təşkil olunmasından söhbət açmaq istərdim. Eyni ənənə dedikdə mən məhz
qeyd etdiyimiz Novruz bayrami ərərfəsində adət etdiyimiz yumurta boyanması,
ocaq qalanmasi və
onun üstündən atılması eləcə də yeni günün gələşi ilə arzuların tutulması,
küsülülərin barışması və s. kimi adətlər nəzərdə tutulur. Maraqlıdır,
bildiyimiz kimi Novruzun geyd olunma tarixi 5000 ilə yaxindir. Elə isə Novruzun
digər xalqlarda və dinlərdə olan oxşar cəhətlərini axtarmaq yerinə düşərdi.
Baharın gəlişi bir çox mədəniyyətlərdə eyni qaydada qeyd edilir.
Bura həmçinin Pasxanı və Novruz bayramını əlavə etmək olar. Eyni zamanda qeyd
edim ki, bu bayramların geyd olunmasında bəzi dinnlərin de rolu var. Və bu günə
qədər bu mövzuya dair bir sıra fikirlər irəli sürülmüşdür. Bu fikirlərdən
birinə görə bu iki bayramın kökündə azadlıq və dirçeliş deyilən amil durur ki,
bunu biz Yəhudi Pasxası, Xristian
Provaslav Pasxası ve Türklərin də geyd etdiyi Yeni günə – Novruza aid edə bilərik. Belə ki, bu iki bayramın
bir-birinə oxşarlığını biz yumurta qızardılmasında, ocağın qalanmasında, bahar
gülünün (Səməni) becərdilməsində və eləcə də bir sira geyim
adətlərinin və ərzaq vərdişlərinin olmasında açıq aşkar görürük. Bu bayramların
bir oxşar cəhəti də onların eyni vaxtda keçirilmesidir.
Pasxa xristian və yəhudi dinlərində bu gün də qeyd
edilməkdədir. Bu iki bayram Baharın gelişi ərəfəsində ayri-ayri günlərdə
keçirilir və mahiyyət etibari ilə də müxtəlifdir. Belə ki, Yəhudi Pasxasının
Xristian Pasxasına təsiri çox olmuşdur. Qərblilərə görə Yəhudi Pasxası Baharın
birinci günündən və Ayın tam halqa formasında olmasında sonra həftənin birinci
bazarına təsadüf edilir. Lakin, Bahar rəsmən 21 martda başlayır.
Yəhudi Pasxasının kökü Yəhudi millətinin köçəri tayfa olduqları zamanı
yaranmışdır. Pasxa qədim yəhudi dilindən pesax - keçmə
deməkdir. Belə ki, bu bayram yahudilərin azad olduqları, Misirdən çıxışı
münasibəti ilə bayram edilməyə başlamışdır. Bu azadlığın köləlik üzərində
qələbəsi kimi də başa düşülməkdədir. Pasxa xristianlar üçün də çox vacib olan
mənəvi bir bayramdır. Xristianlıqda Isa peyqəmbərin iztirabları, onun ölümü və
dirilməsi haqqında əsatirlər ilə əlaqələndirilməkdədir. Əvvələr yəhudi və
xristian pasxaları eyni vaxta təsadüf edirdi. Eramızın 325-cu ilində Ümumdünya
kilsə məclisi xristian Pasxasını yəhudi Pasxası qurtarandan bir həftə sonra
qeyd etməyi qərara aldı. Bu tarix aprelin 4-dən mayın 8-dək olan dövrə düşür.
Xristian Pasxası bazar günü xristian orucluğun bitməsi ilə 8 gün davam edir.
Fransada, kilsə zəngləri Pasxanın gəlişini bildirir. Belə ki,
qədimdə kilsə zəngləri müqəddəs Cümə günü
Isa peyqəmbərin geyb olunması ilə dayandırılır və bazar günü yenidən dirilməsi
ilə çalınardı. Əfsanəyə görə kilsə zəngləri cümə günü Romaya aparalır və bazar
günü Pasxa yumurtası ilə geri qaytarılırdı. Yumurta yeni həyatin simvolu kimi
gəbul edilir və Pasxada yumurta hədiyyə etmək Baharın gəlişini bayram etmək
kimi əsrlər boyu qeyd edilməkdədir. Qərbi Avropada və Fransada Pasxa yumurtası
ənənəsi yenidir və orta əsrlərə təsadüf edir. Lakin yumurta hədiyyə etmək onu
boyamaq və ya beəzmək xristianlıqdan çox-çox əvvəl yaranmiş və kökü köhnə dünya
ənənəsinə söykənir. Və bu ənənə bir çox ölkələrdə təsadüf edilir ki, hər bir
ölkə öz növbəsində onu öz dininə uyğunlaşdırır.
Fransanın Alsaz bölgəsində eləcə də Almaniyada söz acdiğımız
giymətli yumurtaları dovşan gətirir. Pasxadan bir gün öncə kiçik yaşlı uşaqlar
yuvalar hazırlayır ki, valideynləri onu həyətdə gizlətsin və Pasxa dovşani o
yuvada çoxlu rəngli yumurta qoysun. Səhər tezdən uşaqlar həmin yumurtaları
axtarmağa gedirlər. Burada dovşanın da seçilməsi əbəs deyil. Belə ki, dovşan
çilğın təbiəti ilə daha çox nəsil artıran canlı olaraq simvol kimi gəbul
olunur. Xristianlıqda dovşanın başqa bir mühüm əhəmiyyət kəsb edən simvolu da
var ki, bu da onun Isa peyqəmbərə bənzədilməsi və onun böyük qulaqlarırı açib
Allahın dediklərini eşitməsi eləcə də onları həyata keçirilməsi ilə özünü göstərir.
Qeyd edim ki, Fransanın Alsace bölgəsində Strasburq səhərində
Baharın gəlişi ilə mart ayının ortalarına təsadüf edən böyük karnaval təşkil
olunur. Karnaval səhər saatlarından axşama qədər bütün şəhəri əhatə edən
hamının sevimli bayramına səbəb olur. Alaqarnliq düşənə yaxın bütün şəhər
əhalisi və şəhərə gələn qonaqlar şəhərin məhşur Kleiber meydanına axışır. Burada
qışın bitməsini baharin gəlişini arzulayan xalq Şaxta Babanının moketi
ətrafında tonqal qalayır və axşam saatlarına qədər bayram edir.
Bu bayramın başqa oxşar cəhətlərindən biri də bayram günlərində adamların
köhnə geyimdən çıxıb yeni geyimlə əvəzləməsinə üstünlük verməsidir. Qışdan bəri
rəngi somuş və köhnəlmiş paltarlar yeni daha əlvan rəngli paltarlar ilə əvəz
olunur. Və bir çoxları əmindirlər ki, Pasxa bayramında yeni paltarlar onlara
bütün il boyu çoxlu şanslar bəxş edəcəkdir.
Pasxa bayramı həqiqətən də xiristianlar arasında xristianlılıq rəmzinə
çevrilmişdir. Belə ki, bu bayram sənbə günü axşam bazar gününə doğru və yaxud sənbə
günü günortadan sonra başlamalıdır. Bu mərasimin zəngin irsi vardir. Söhbət
həqiqətən də Baharın gəlişi ilə yeni gündən və yeni ildən gedir. Qeyd edək ki,
Pasxa qədim zamanlarda məhz Yeni ilin gəlişini bildirirdi. Bayramda, axşam
düşdükdən sonra ay isığında yandırılan od da həmşinin təbiətin və insanların
oyanmasına işarədir. Burada eyni zamanda təmizləyici, ruhverici bir ayin də
var. Odun yandırılması həmçinin özünü il boyu insanda yaranmış xəstəliklərdən,
pisliklərdən və pis düşüncələrdən təmizləmkək və gələcəkdə təbii fəlakətlərdən
gorumaqüçündür.
Yazın gəlişi bütün Şərq və Qərbdə böyük təmtaraq ilə bayrama səbəb
olur. Və bu bayram bəzi hallarda 20 mart digər hallarda isə 21 martda keçirilir
ki, bu da yazın gəlişini simvolizə edən qədim xalq bayramı sayilir. Nov-Ruz- yeni
gün bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz
bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra
xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə
şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim
zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda
və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə
qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü
sayılır. Novruz həmçinin Bəhai təqvimində ilin ilk günüdür. Qədim ənənələr ilə
zengin olan Novruzun tarixi üç əsrə yaxindir.
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz
bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer
tutduğunu göstərirlər. Əbu Reyhan Biruni (XI əsr) Novruz bayramı haqqında
müxtəlif rəvayətlərdən onun yaranması səbəblərindən, bu bayram münasibətilə
xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin
oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram
olduğunu qeyd etmişdir.
Nizamül Mülk (XI əsr) "Siyasətnamə" əsərində Novruz bayramından
yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir.
Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış
"Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.
Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Novruz Azərbaycanda Vətənimiz Azərbaycanda Novruz çox geniş keçirlir.
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin,
təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni
göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd
həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“gün
çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə
etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq
ənənələrinin davamıdır.
Novruz bayramı öncəsi adətən evdə həyətdə abadlıq, təmizlik
işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şiriniyyat növləri (qoğal,
külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir.
Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır,
tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər
barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Oğlan və qızlar
təzə paltar geyib çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir,
küştü tuturlar. Novruz bayramında “haxışta”, “bənövşə”, “kos-kosa” oynayırlar.
Novruz bayramında süfrədə yalnız acılıqdan, şorluqdan uzaq,
şirniyə baxan xörəklər olmalıdır. Şirniyyatlardan şəkərbura, paxlava,
badamburma, ballıbadı və s. qədər saymaq olar. Adətə görə süfrəyə "s"
hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək
balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur.
Göründüyü kimi həqiqətən de Novruzun yaşi böyükdür. Bir daha
hamınızın Novruzunu ürəkdən təbrik edirəm.
Aucun commentaire:
Enregistrer un commentaire