Müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası
Dosent Vazeh Əskərov
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,
Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı
direktoru
Müasir Azərbaycanın
memarı Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası
Sovetlər
birliyinin dağılmasından və Azərbaycannın müstəqillik əldə etməsindən sonra
dilindən, dinindən və milli-mənəvi dəyərlərdən asılı olmayaraq bütövlükdə
dövlətçilik ənənələrinin formalaşdırilmasında mühüm işlər görmüş Ulu Öndər
sonralar 1990-cı illərin əvvələrindən
başlayaraq ölkəmizdə yeni istifadə edilərək inkişaf etdirilən azərbaycançılıq
ideologiyasının mühüm elementlərinin daha da inkişaf etdirilməsində əvəzsiz işlər
görməklə tarixə düşmüşdür. Azərbaycançılıq ideologiyası xüsusən də yeni müstəqillik
əldə etmiş respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və
inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülmüş əvəzedilməz bir
ideologiyaya çevrilmişdir.
Azərbaycanın
böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider
Heydər Əliyevin hələ 1969-cu ildə Azərbaycan Komunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi seçilməsi ölkəmiz üçün dönüş nöqtəsi olmuş və məhz
elə ilk günlərdən bütün sahələrdə islahatların aparılması ilə respublikamızın inkişaf
strategiyasının əsası qoyulmuşdur. Çox qısa bir zamanda Azərbaycanın keçmiş
ittifaq ölkələri arasında sənaye istehsalının artım surətinə görə ilk yerə
çıxması bütün mənalarda ölkə rəhbəriliyin təkcə respublikamızda deyil eləcə də
bütün SSRİ miqyasında nüfuzunun artmasına gətirib çıxartmışdı.
Milyonlarla insanın sevimlisinə çevrilmiş Ulu Öndər
hələ gənc ikən öz xalqının taleyüklü məsələlərində yaxından iştirak etmiş, yüksək
vəzifələrə layiq görülmüş və çiyinlərində öz ölkəsinin böyük yükünü daşımışdır.
Elə bu səbəbdəndir ki, Ümummilli liderin keçdiyi böyük və mənalı eləcə də
olduqca şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Məhz Heydər
Əliyevin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi ilə sovet respublikaları
arasında geridə qalmış Azərbaycanı qısa bir zamanda böyük bir siçrayışla
inkişaf yoluna gətirmişdir.
Həmin dövrdən başlayaraq ölkədə bu vaxta qədər görünməmiş inkişaf və yüksəliş eləcə də tikinti-quruculuq işləri başlanılmışdır. Respublikanın bütün sahələrində, siyasi və mədəni həyatında uğurlu inkişaf başladılmış və Azərbaycanda yeni həyat başlamışdır. Bu inkişaf nəticəsində tezliklə respublikanın bütün sahələrində, iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilmiş, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edilmişdir. İldən ilə yeni yaşayış massivləri və qəsəbə və kəndləri salınır, məktəblər, uşaq bağçaları, universitetlər açılırdı. Respublikamız üçün böyük əhəmiyyət kəsb edən yeni saraylar, yaraşıqlı binalar və şəhərə gözəllik verən yaşıllıqlar salınırdı.
Sovet dövrünün perestroyka dövründə
Qorbaçov rejiminin qəzəbinə tuş gəlmiş Ümummilli lider səhəti bəhanə gətirilərək
əvvəlcə müalicə adı ilə bütün dövlət işlərindən uzaqlaşdırılmış və sonra isə məcburən
təqaüdə göndərilmişdir. Lakin ölkədə baş verən hərcmərclik və səriştəsiz idarəçiliyin
baş alıb getməsinə dözə bilməyən və sonda məlum 20 Yanvar hadisələrindən bir
gün sonra xalqın xilaskarı ulu öndər Heydər Əliyev yenə də xalqımızın kədərini
bölüşmüş və ölkə vətəndaşlarına qarşı həyata keçirilmiş qanlı aksiyanı ifşa edərək
cəllad Qorbaçov hakimiyyətini ciddi tənqid edərək xalqa bir dayaq və təsəlli
olmuşdur.
Ulu
Öndərin 1969-cu ildən başlayaraq ölkəmizin bütün sahələr üzrə inkişaf
etdirilməsi Azərbaycanın uğurlu gələcəyini təmin etmiş oldu. Zəngin dövlətçilik
irsi olan ölkəmizin idarə edilməsində vətənpərvərliyi və ənənələrin qorunmasına
sadiqliyi nümayiş etdirən Ümummilli lider Heydər Əliyev elə ilk gündən,
respublikaya rəhbərlik etməyə başladıqdan sonra hər zaman milli siyasi
varisliyi irəli çəkmiş və xalqın gələcəyini intellektual inkişaf ilə bağlı
olduğunu millətin gələcək sabahına xidmət edəcəyini bilmişdir. Belə ki, 1991-ci
ildə müstəqilliyini qazanmış və ciddi siyasi və iqtisadi böhranla üzləşmiş,
digər tərəfdən isə ərazilərinin işğal olunması ilə bir milyona yaxın qaçqın və
köçkün problemləri olan bir gənc respublikanın yenidən dirçəlməsi və
müstəqilliyini itirməməsi üçün yalnız və yalnız xalqın böyük etimad göstərdiyi
və inandığı oğlu vətənpərvər Heydər Əliyevin köməkliyi ilə baş verməsi mümkün
ola bilərdi.
Yenicə müstəqilliyini bərqrar etmiş
müstəqil Azərbaycan yenə də ciddi böhran
və ərazi bütövlüyünə qarşı ciddi təziqlər ilə üzləşmiş və müharibə şəraitinə
düşmüşdür. Ölkə yenicə bərpa etmiş müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir.
Azərbaycan xalqı yeganə çıxış yolu kimi təkidlə Heydər Əliyevin yenidən
hakimiyyətə çağırmış və yalnız onun uzaqgörən siyasi baxışı ilə gənc ölkənin
düşdüyü bu ağır vəziyyətdən eləcə də sosial-iqtisadı, hərbi-siyasi böhrandan
çıxardacağına inanmışdır.
1991-1993-cü illərdə Naxçıvanda
1993-cü ildən 2003-ü ilə qədər isə paytaxt Bakıda Ulu Öndər bütün əməyini sərf
edərək düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycanın inkişafı və vətəndaşlarının
rifahı uğrunda gecə-gündüz çalışmış və ölkəmizin müstəqilliyini əbədi etmiş eləcə
də ölkənin gələcək inkişafının bütün strateji hədəflərini müəyyən edərək Azərbaycanın
sonrakı illərində də inkişaf edərək möhkəmlənmsinin təməlini qoymuşdur. Ən əsası
isə öz xalqının gələcəyini düşünürək "İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin
köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər
inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyərək dövlətin idarə
edilməsini öz layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev olduğunu
bildirmişdir. Bu gün Azad Azərbaycan, məhz Prezident İlham Əliyevin uğurlu
siyasəti ilə idarə edilərək inkişaf etdirilir.
Aucun commentaire:
Enregistrer un commentaire