Nombre total de pages vues

samedi 9 avril 2022

                 Brüssel sülh gündəliyi Azərbaycan siyasətinin növbəti                                    böyük uğurudur.








Dosent Vazeh Əskərov

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,

Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru

             Bu il aprel ayının 6-da Prezident İlham Əliyevin Brüssel səfəri çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş nazırı Nikol Paşinyan ilə görüşləri Azərbaycan diplomatiyasının növbəti uğuru kimi səciyyələnir. Görüş zamanı ölkəmiz üçün əldə olunmuş müsbət nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Bu səpgidə üçtərəfli ilk görüş 14 dekabr 2021-ci ildə keçirilmiş və məhz həmin görüşdə Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulmuş və bu müddət ərzində proseslərin davamı kimi tərəflər arasında intensiv təmaslar və danışıqlar aparılmışdır.

Görüşdə tərəflər arasında müzakirə edilən əsas məsələlərdən biri 2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra regionun inkişafı üçün 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin müddəalarının tam şəkildə həyata keçirilməsi, humanitar tədbirlərin davam etdirilməsi olmuşdur. Bundan əlavə tərəflər arasında sülh və etimadı təşviq etmək, iki ölkə arasında sərhədin delimitasiyası üçün konkret tədbirlər və nəqliyyat və kommunikasiyaların açılması da əsas mövzulardan olmuşdur.


Eyni zamanda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ev sahibliyi ilə Brüsseldə gerçəkləşdirilən görüşün nəticəsi olaraq iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, bir il əvvəl Azərbaycanın təqdim etdiyi təşəbbüs və bir müddət əvvəl orada təqdim etdilmiş əsas prinsiplər əsasında iki ölkə arasında sülh sazişi layihəsinin hazırlanmasına başlasınlar. İki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsinin hazırlanmasına başlanılması barədə təlimat verilməsi və iki ölkə arasında aprel ayının sonuna qədər birgə sərhəd kommissiyası yaradılması barədə razılaşdırılmanın olması da əldə edilmiş uğur kimi qiymətləndirilməkdədir. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır.

İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyevin təşkil edilmiş görüşləri və apardığı danışıqları iki ölkə arasında sülhün əldə olunmasında kifayət qədər mühüm rol oynamış və son Brüssel görüşü yeni formatın - Brüsel sülh gündəliyininin - əsasını qoymuşdu. Bu görüş eyni zamanda bölgədəki gərginliyin azalmasına xidmət edəcək razılığın alınması kimi də qeyd oluna bilər. Belə ki, münaqişə bitdikdən sonra tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyasının aparılması vacib məsələlərdən olaraq qalırdı. Brüssel görüşü zamanı sərhəd məsələləri müvzusunda müzakirə edilib və bu il aprelin sonunadək birgə sərhəd komissiyasının yaradılması razılaşdırılıb. Əminik ki, bu diplomatik uğur ilə sərhəddə gərginlik aradan qaldırılacaq və əldə edilmiş razılıq gərginliyin də azalmasına xidmət etmiş olacaqdır.


Bundan əlavə görüşdə tərəflər arasında sülhün və etimadın təşviqi üçün humanitar tədbirlərin aparılması, itkin düşmüş şəxslərlə bağlı məsələlər və eyni zamanda ərazilərin minalardan təmizlənməsinin vacibliyi vurğulanıb. Brüssel görüşündə Avropa İttifaqının dəstəyi ilə işğaldan azad olunmuş ərazilərin humanitar minatəmizlənməsi, reabilitasiyası və yenidənqurma işlərinə dəstək verəcəyi qeyd edilib. Eyni zamanda Birinci Qarabağ müharibəsi zamanı itgin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur.

Bu görüşün nəticə bir daha göstərir ki, Azərbaycan son illər ərzində Avropa İttifaqı ilə səmərəli və konstruktiv əməkdaşlıq edərək diplomatik müstəvidə qələbə qazanmışdır. Əlbəttə Avropa İttifaqının ilk növbədə məqsədi iki ölkə arasında münasibətlərin normallaşdırılmasını həyata keçirməkdən ibarətdir. Eyni zamanda bu görüş bir daha sübut edir ki, Avropa İttifaqı öz enerji təhlükəsizliyini təmin edilməsində Azərbaycanın rolunu anlayır və keçən son müddət ərzində Prezident İlham Əliyevin Avropa İttifaqı ilə təmasları eləcə də digər dünya liderləri, dövlət və hökümət başçıları ilə danışıqların aparılması onu göstərir ki, bü münasibətlər nəinki Azərbaycanın eləcə də Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olunmasında mühüm rol oynayır. 

Aucun commentaire: