Nombre total de pages vues

lundi 27 décembre 2021

 

Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda əvəzsiz xidmətlər göstərmiş Xarizmatik Lider




Dosent Vazeh Əskərov

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,

Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru




O, yüksək intelektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir!

Ümummilli lider Heydər Əliyev

         Biz bu gün bir daha şahid oluruq ki, Ulu Öndərin başlatdığı siyasi yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ vaxtında Ümummilli lider 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı müraciətdə deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməkliyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Prezident İlham Əliyev elə ilk gündən xalq tərəfindən ona edilən etimadı doğrultmağa və xalqın iradəsi əsasında Prezident seçkilərindən sonra ölkənin inkişaf etdirilməsi üçün yüksək əzmlə işləməyə başlamış və haçansa xəyal görünən arzuları 18 il ərzində reallaşdırmağa başlamışdır.

         Bu illər ərzində Azərbaycanın iqtisadi inkişafı ölkəni regionda güc mərkəzinə çevirmiş eləcə də Cənubi Qafqazda lider bir dövlət kimi yerini təsdiqləmişdir. Azərbaycanın regionda yürütdüyü siyasət nəticəsində təkcə ölkəmizin deyil həmçinin regionda yerləşən digər dövlətlərin də maraqlarına xidmət etmişdir. Beynəlxalq müstəvidə əldə edilən uğurlar Azərbaycanın dünya dövlətləri arasında nüfuzunun artmasına və ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq, multikultural və tolorant dəyərləri ilə nüfuz qazanmasına gətirib çıxarmışdı.

         Azərbaycanın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri 1969-cu ildən Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ölkəmiz üçün dönüş nöqtəsi olmuş və məhz elə ilk günlərdən bütün sahələrdə islahatların keçirilməsi ilə respublikamızın inkişaf strategiyasının əsası qoyulmuşdur. Çox qısa bir zamanda Azərbaycanın keçmiş ittifaq ölkələri arasında sənaye istehsalının artım surətinə görə ilk yerə çıxması bütün mənalarda ölkə rəhbəriliyin təkcə respublikamızda deyil eləcə də bütün SSRİ miqyasında nüfuzunun artmasına gətirib çıxartdı.

Ulu Öndərin 1969-cu ildən başlayaraq ölkəmizin bütün sahələr üzrə inkişaf etdirilməsi Azərbaycanın uğurlu gələcəyini təmin etmiş oldu. Zəngin dövlətçilik irsi olan ölkəmizin idarə edilməsində vətənpərvərliyi və ənənələrin qorunmasına sadiqliyi nümayiş etdirən Ümummilli lider Heydər Əliyev elə ilk gündən, respublikaya rəhbərlik etməyə başladıqdan sonra hər zaman milli siyasi varisliyi irəli çəkmiş və xalqın gələcəyini intellektual inkişaf ilə bağlı olduğunu millətin gələcək sabahına xidmət edəcəyini bilmişdir. Belə ki, 1991-ci ildə müstəqilliyini qazanmış və ciddi siyasi və iqtisadi böhranla üzləşmiş, digər tərəfdən isə ərazilərinin işğal olunması ilə bir milyona yaxın qaçqın və köçkün problemləri olan bir gənc respublikanın yenidən dirçəlməsi və müstəqilliyini itirməməsi üçün yalnız və yalnız xalqın böyük etimad göstərdiyi və inandığı oğlu vətənpərvər Heydər Əliyevin köməkliyi ilə baş verməsi mümkün ola bilərdi.

         Ümummilli liderin ideyalarını, təcrübəsini eləcə də zəngin dövlətçilik irsini öyrənmək və tətbiq etmək heç şübhəsiz ki, “onun layiqli davamçısı, yüksək intellektli, praqmatik düşüncəsi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət Prezident İlham Əliyev” tərəfindən uğurla davam etdirilə bilərdi. İlham Əliyevin Prezident seçilməsindən öncə, 1994-2003-cü illərdə Azərbaycan üçün mürəkkəb beynəlxalq münasibətlər səraitində istər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi neft strategyasının və enerji diplomatiyasının həyata keçirilməsində, istərsə də Milli Məclisin deputatı kimi dövlətə şərəfli və layiqli xidmət nümunəsi ortaya qoyması ilə bu sahələrdə müstəsna xidmətləri olmuşdur. Dövlət başçısının Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası daimi komissiyanın üzvü olması Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi ölkəmizin maraqlarını beynəlxalq müstəvidə müdafiə edilməsində əvəzsiz rolu olmuşdur. Ölkə rəhbərinin Azərbaycan üçün çox mühüm sahələrindən biri Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi kütləvi idman işinin inkişafına böyük töhvə vermişdir.

         Dövlət başçısı 15 oktyabr 2003-cü ildəki seçkilərdə tam qələbə qazandıqdan sonra 31 oktyabr 2003-cü ildə andiçmə mərasimində, “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir” qeyd edən İlham Əliyev son 18 ildə qarşıya qoyduğu bütün strateji məsələlərə nail olmuşdur. Bundan əlavə dövlət başçısı həmişə vurğulayır ki, “dövlətin, xalqın gələcəyi intellektual inkişafla bağlıdır və elmə qoyulan sərmayə millətin sabahına xidmət edir”. Ölkə başçısı həmişə çıxışlarında vurğulayır ki, dövlətin, xalqın gələcəyi intellektual inkişafla bağlıdır və elmə qoyulan sərmayə millətin sabahına xidmət edir. Bu yöndə ölkənin neft strategiyasından əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi sosial-iqtisadi islahatların davamlılığınım uğurla gerçəkləşdirilməsinə xidmət edir. Ölkə rəhbəri müxtəlif ölkələrin təcrübəsini müqayisə edərək uğur qazanmağın əsas səbəblərini neft-qaz ehtiyatları ilə deyil, elmə, biliyə, yiyələnməklə əlaqələndirərək qeyd edir ki, təbii ehtiyatların və insan kapitalının sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir. Təhsilə qoyulan vəsaitin ölkənin hərtərəfli inkişafına, iqtisadiyyatın, davamlı tərəqqinin təmin olunmasına əsaslı zəmin yaratdığını vurğulayan dövlət başçısı təhsil sisteminin müasirliyi və effektivliyini dayanıqlı sosial-iqtisadi inkişaf strategiyasının reallaşmasının əsas şərtlərdən biri kimi səciyyələndirir. 

         Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi 44 günlük “Dəmir yumruq” Vətən müharibəsi zamanı xalqına müraciət etməsi və bütün çıxışlarında xalq ilə bir olaraq işğalçılara qarşı bütün cəbhələrdə mübarizə aparması “Azərbaycan xalqı və dövləti heç vaxt işğal faktı ilə barışmayacaq” fikirləri bir daha öz təsdiqini tapdı. II Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi Azərbaycan tarixinə şanlı hərflərlə yazıldı və tarixə əbədi olaraq həkk olundu. Və Azərbaycan ərazi bütövlüyünü təmin etməklə tarixi ədalət bərqərar oldu, xalqın qurur və milli ləyaqəti bərpa olundu. Daha bundan sonra cənab Prezidentin də deyidiyi kimi “Bizi daha heç kim və heç nə dayandıra bilməz” və ölkəmiz bündan sonra da inkişaf edəcək və yeni uğurlara imza atacaqdır.

Aucun commentaire: