Azərbaycanın qələbəsi şərəfinə
keçirilmiş Zəfər Paradının bir ili
Dosent Vazeh Əskərov
Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü
Azərbaycan-Fransız Universitetin (UFAZ) icraçı
direktoru
İkinci
Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Bütün xalq bu Qələbəni əldə
etmək üçün birləşdi, Ordumuzun arxasında durduvə Ordumuz Ali Baş Komandanın əmrlərini
ləyaqətlə yerinə yetirdi.
Prezident İlham Əliyev
Bu gün zəfər Paradının keçirilməsindən bir il ötür. Məhz
bir il əvvəl xalqımız düşmən üzərində şanlı qələbə qazandıqdan bir ay sonra 2020-ci
ilin 10 dekabr tarixində Bakının Azadlıq meydannda Zəfər Paradının keçirilməsinin
şahidi oldu. Bu hadisə tarixi bir hadisə kimi yaddaşlara həkk olundu. Hərbi Zəfər
Paradında 3000-dən artıq Azərbaycan əsgəri və zabiti eləcə də qardaş Türkiyənin
əsgər və zabitləri iştirak etmişdir. Zəfər Paradını Azərbaycan Silahlı Qüvvələrinin
Ali Baş Komandanı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və fəxri
qonaq qismində dəvət edilmiş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul
etmişdir. Paradın ən əlamətdar hadisələrindən biri Şuşa şəhəri azad edildikdən
sonra, Azərbaycan hərbiçiləri tərəfindən şəhər üzərinə qaldırılmış Zəfər
bayrağı meydana gətirilmişdir. Daha sonra müharibə zamanı Azərbaycan ordusuna
qarşı döyüşməyə cəhd göstərmiş lakin məğlub duruma düşərək təslim edilmiş düşmənənin
silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qisminin nümayiş olunması
Azadlıq Meydanında təşkil edilmiş Zəfər Paradından verilmiş daha bir önəmli
mesaj idi.
Zəfər Paradına Türkiyə prezidentinin qəxri qonaq qismində
iştirak etməsi böyük bir tarixi hadisə idi. Türkiyənin, başda prezident Rəcəb
Tayyib Ərdoğan olmaqla Vətən müharibəsinin ilk günündən Azərbaycana dəstək verməsi
Azərbaycan Türkiyə qardaşlığının təzahürünü bütün dünyaya bir daha nümayiş
etmişdir. Oz çixişında Türkiyyə prezidenti - Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman
böyük lider Heydər Əliyevin “Bir millər, iki dövlət” şüarını rəhbər tutduq
- deyə vurğulamışdır.
Tarixdə Bakının Azaqlıq meydanında bir çox paradlar təşkil
edilmiş və bundan sonra da təşkil olunaqdır. Ancaq 10 dekabr 2020-ci ildə
keçirilmiş Zəfər Paradının xususi önəmi vardır. Belə ki, Ümumilli lider Heydər
Əliyev və onun davamçısı Prezident İlham Əliyev bütün ali kürsülərdə çıxışları
zamanı eləcə də Azərbaycan xalqının qarşısında çıxışlarında və xüsusən də
qaçqın və köçkünlər ilə olan görüşlərdə hər zaman bildiridilər ki, bir gün gələcək
və biz işğal edilmiş torpaqlara geri dönəcəyik. Və hər zaman Azərbaycanı
inkişaf etdirmək üçün hər bir vətəndaşın fəal olmaqları bildirirdilər. Nəhayət
bu gün gəldi. Uzun sürən hazırlıqlar və Azərbaycanın bütün sahələrdə işkişaf
etdirilməsi 44 günlük müharibə zamanı Azərbaycanın Zəfəri ilə başa çatdı.
Zəfər Paradında nümayiş etdirilən texnikalar və qənimət
kimi əldə edilmiş düşmənin hərbi texnikası bütün dünyada maraqla izlənildi. Və
bu Azərbaycan Ordusunun hərbi əməliyyatlar zamanı müasir döyüş texnikalarına
malik olması və onlardan uğurla istifadə etməsini subut etdi.
Bu gün Azərbaycan
xalqı xöşbəxtdir. 30 ilə qədər davam edən işğala qəhrəman əsgərlərimizin şücaəti,
rəşadətli Azərbaycan ordusu və Müzəffər Ali Baş Komandanın güclü iradəsi və
siyasəti ilə son qoyulmuşdur. Bu qələbə Azərbaycan xalqı üçün ləyaqət
simvoludur.
Cənab
Prezident müharibədən sonrakı çıxışlarında qeyd edir ki, Qarabağ müharibəsi
artıq bitmişdir ancaq münaqişə hələ bitməyib. Belə ki, hər bir Azərbaycan vətəndaşını
bunu unutmamalı və bu məsələ ilə bağlı bundan sonra da prinsipiallıq nümayış
etdirməlidir.
Aucun commentaire:
Enregistrer un commentaire