Müasir
Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev dünya tarixinə parlaq və silinməz iz qoymuşdur.
Dosent Vazeh Əskərov
Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü,
Azərbaycan-Fransız
Universitetinin (UFAZ) icraçı direktoru
Aşıq ağlat məni, dolum, boşalım,
Əridim, bağrımın yağımı qaldı?
Yaşıl bostanımın, yaşıl bağımın,
Kökdən üzülməmiş tağımı qaldı?
Oxu asta-asta, de sərin-sərin,
Dərdimiz ağırdı, yaramız dərin.
Karvanı köçdüsə Dədə Heydərin,
Daha deyib-gülmək çağımı qaldı?
Zəlimxan Yaqub “Böyük ömrün dastanı”
Azərbaycan xalqı 12 dekabr 2003-cü ilin şənbə səhərini vətənin böyük oğlu, böyük şəxsiyyət, müdrik dövlət xadimi, Azərbaycanın prezidenti olmuş Heydər Əliyevin vəfatı xəbəri ilə açdı. Ölkədə yeddi günlük ümummilli matəm elan olunmuş, dövlət bayraqları endirilmiş, bütün dövlət tədbirlərinin keçirlməsi dayandırılmış və Azərbaycan xalqının milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynamış dahi şəxsiyyət Heydər Əliyevin vəfatı ilə bağlı hüzn ab-havası hökm sürürdü. Yerli telekanallarda Ümumilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı arxiv materialları nümayiş etdirilir. Ölkənin hökumət üzvləri, ziyalıl, ictimaiyyət nümayəndələri bir-birinin ardınca televiziyada çıxış edərək ümummilli lider Heydər Əliyevin vəfatı ilə bağlı kədərlərini bölüşürdülər. Natiqlər öz çüxışlarında xalqı hazırkı prezident İlham Əliyevin ətrafında sıx birləşməyə və atasının başladığı işi davam etdirməyə çağırırlar.
Milyonlarla insanın sevimlisinə çevrilmiş Ulu Öndər
hələ gənc ikən öz xalqının taleyüklü məsələlərində yaxından iştirak etmiş, yüksək
vəzifələrə layiq görülmüş və çiyinlərində öz ölkəsinin böyük yükünü daşımışdır.
Elə bu səbəbdəndir ki, Ümummilli liderin keçdiyi böyük
və mənalı eləcə də olduqca şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır.
Məhz Heydər Əliyevin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi ilə sovet
respublikaları arasında geridə qalmış Azərbaycanı qısa bir zamanda böyük bir
siçrayışla inkişaf yoluna gətirmişdir.
Həmin dövrdən başlayaraq ölkədə bu
vaxta qədər görünməmiş inkişaf və yüksəliş eləcə də tikinti-quruculuq işləri
başlanılmışdır. Respublikanın bütün sahələrində, siyasi və mədəni həyatında
uğurlu inkişaf başladılmış və Azərbaycanda yeni həyat başlamışdır. Bu inkişaf nəticəsində
tezliklə respublikanın bütün sahələrində, iqtisadiyyat, sənaye və kənd təsərrüfatında,
mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilmiş, çoxsaylı sənaye müəssisələri,
mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edilmişdir. İldən ilə yeni
yaşayış massivləri və qəsəbə və kəndləri salınır, məktəblər, uşaq bağçaları,
universitetlər açılırdı. Respublikamız üçün böyük əhəmiyyət kəsb edən yeni
saraylar, yaraşıqlı binalar və şəhərə gözəllik verən yaşıllıqlar salınırdı.
Ən əsası isə Ulu Öndərin Respublikaya
rəhbərlik etməsi ölkədə bu vaxta qədər görünməmiş milli ruhun, azərbaycançılığın
və kadr potensiallının milliləşdirilməsinin təməli qoyulmağa başlanılmışdır. Məhz
həmin dövrdən başlayaraq hər il yüzlərlə azərbaycan gənci təhsil almaq üçün
SSRİ-in ən qabaqcıl ali məktəblərinə göndrilmiş və azərbaycanlılar daha mühüm
dövlət vəzifələrinə irəli çəkilməyə başlanılmış, Azərbaycan dili dövlət dili
kimi təsbit edilmiş və bununla da tez bir zamanda ölkəmiz digər
respublikalar arasında qabaqcıl respublikalarından birinə çevrilmişdir.
Sovet dövrünün perestroyka dövründə
Qorbaçov rejiminin qəzəbinə tuş gəlmiş Ümummilli lider səhəti bəhanə gətirilərək
əvvəlcə müalicə adı ilə bütün dövlət işlərindən uzaqlaşdırılmış və sonra isə məcburən
təqaüdə göndərilmişdir. Lakin ölkədə baş verən hərcmərclik və səriştəsiz idarəçiliyin
baş alıb getməsinə dözə bilməyən və sonda məlum 20 Yanvar hadisələrindən bir
gün sonra xalqın xilaskarı ulu öndər Heydər Əliyev yenə də xalqımızın kədərini
bölüşmüş və ölkə vətəndaşlarına qarşı həyata keçirilmiş qanlı aksiyanı ifşa edərək
cəllad Qorbaçov hakimiyyətini ciddi tənqid edərək xalqa bir dayaq və təsəlli
olmuşdur.
Yenicə müstəqilliyini bərqrar etmiş
müstəqil Azərbaycan yenə də ciddi böhran
və ərazi bütövlüyünə qarşı ciddi təziqlər ilə üzləşmiş və müharibə şəraitinə düşmüşdür.
Ölkə yenicə bərpa etmiş müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir. Azərbaycan
xalqı yeganə çıxış yolu kimi təkidlə Heydər Əliyevin yenidən hakimiyyətə
çağırmış və yalnız onun uzaqgörən siyasi baxışı ilə gənc ölkənin düşdüyü bu
ağır vəziyyətdən eləcə də sosial-iqtisadı, hərbi-siyasi böhrandan çıxardacağına
inanmışdır.
1991-1993-cü illərdə Naxçıvanda
1993-cü ildən 2003-ü ilə qədər isə paytaxt Bakıda Ülü Öndər bütün əməyini sərf
edərək düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycanın inkişafı və vətəndaşlarının
rifahı uğrunda gecə-gündüz çalışmış və ölkəmizin müstəqilliyini əbədi etmiş eləcə
də ölkənin gələcək inkişafının bütün strateji hədəflərini müəyyən edərək Azərbaycanın
sonrakı illərində də inkişaf edərək möhkəmlənmsinin təməlini qoymuşdur. Ən əsası
isə öz xalqının gələcəyini düşünürək "İnanıram ki, mənim axıra çatdıra
bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm" deyərək dövlətin idarə edilməsini öz layiqli
davamçısı möhtərəm Prezident İlham Əliyev olduğunu bildirmişdir. Bu gün Azad Azərbaycan,
məhz Prezident İlham Əliyevin uğurlu siyasəti ilə idarə edilərək inkişaf
etdirilir.
Aucun commentaire:
Enregistrer un commentaire