Nombre total de pages vues

lundi 29 février 2016

 Azərbaycanda ilk dəfə Fransanın Strazburq 


Universitetinin doktorluq diplomu nostrifikasiya edilib


    
   Azərbaycanda ilk dəfə Fransanın Strazburq Universitetinin doktorluq diplomu nostrifikasiya edilib. Prezident yaninda Ali Attestasiya Komissiyası Azərbaycan Dillər Universitetinin rektorunun müşaviri, gənc alim Vazeh Əskərovun 2012-ci ildə müdafiə etdiyi doktorluq diplomunu təkrar attestasiya edərək təsdiqləyib.


  

  “Azərbaycanlıların emiqrasiyasi, tarix və perspektivlər: Fransa nümunəsi” adlı 400 səhifəlik doktorluq işi XIX əsrin sonundan başlayaraq yeni əsrə qədər olan tarixi faktları araşdırmaqdan ibarət olub. Müəllif azərbaycanlıların Fransaya miqrasiyasını zəngin sənədlər əsasında tədqiq etmiş, statistik göstəricilərə istinadla 70 000 azərbaycanlının bu ölkəyə miqrasiyasının səbəblərini araşdırmağa çalışmışdır. Fransada məskunlaşmış məşhur azərbaycanlılar haqqında da 10-a qədər bibloqrafik məlumatlar daxil edilib. Tədqiqat işində son 25 ildə Fransada məskunlaşmış 18 azərbaycanlı ailə ilə aparılan sorğu anketində nəinki Azərbaycan Respublikasından olan eləcə də 5 qonşu dövlətdən (Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran) Fransaya emiqrasiya etmiş azərbaycanlı ailələrin bu ölkəyə yerləşməsi haqqında geniş tədqiqat işi aparılıb.


    2014-cü ildə Vazeh Əskərovun Avropanın tanınmış “Presses Académiques Francophones” nəşriyyatında “Azərbaycanlıların emiqrasiyası, tarix və perspektivlər: Fransa nümunəsi” adlı 425 səhifəlik monoqrafiyası nəşr edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda bəhs olunan məsələ azərbaycanlıların miqrasiyasının öyrənilməsi baxımından xüsusi maraq doğurur.





http://avrasiya.net/sosial/743-ali-attestasiya-komissiyas-tarixind-ilk-qrar.html


Elnur Eltürk

Aucun commentaire: