Avstriya və Çex Respublikasına təlim səfərinin hesabatı
(May
24-30, 2015)
Vazeh Asgarov |
Gündəliyə uyğun olaraq ilk 3 günü biz Vena və Boku şəhərlərində Keyfiyyətin təminatı və Akredidasiya agentliyində, Elm, Tədqiqat və İqtisadiyyat Federal Nazirliyində, Campus Wien nin Elmi Tətqiqat Universitetində eləcə də Bokudadı University of Natural Resources and Life Sciences də olduq. Burada Boloniya sisteminin həyata keçirilməsi, keyfiyyətin təminatı və idarə olunması, Avstriyada ali təhsil və onun idarə olunmasına dair müxtəlif insanlarla çox maraqlı görüşlərimiz oldu.
Vazeh Əskərov Praqa Universiteti |
Növbəti günlərdə
isə biz Çexiya Respublikasında çox böyük tarixə malik olan Palasky University də,
Masaryk University, Charles University eləcə də Təhsil, Gənclər və İdman
nazirliyində University of Economics Prague görüşlər keçirtdik. Çexiya
Respublikasının sözügedən qurumlarında ali təhsilin inkişaf etdirilməsi, reform
və ixtisasartirma, keyfiyyətin təminatı sisteminin daxili inkişafetdirilməsi (
Developping internal QA system), bu işdə tələbələrin yeri və vəziyyəti, onların
təmsil olunması eləcə də keyfiyyətin təmin olunmasında tələbələrin öhdəlikləri,
doktorluq programları, Çexiya ali təhsil sistemində Boloniya prosesinin təmin
olunması, akreditasiya komisiyaları, Ali təhsil ocaqlarının reform və özünü
idarəetmə qaydaları ilə tanış olduq.
Bu görüşlər ərzində məni daha çox maraqlandıran bir
sıra məsələlər oldu ki, onları öz hesabatıma daxil etmək istərdim:
1.
Təhsilin
idarə edilməsinə yeni bir baxış, istifadə olunan bilik və bacarıq eləcə də müxtəlif
instutların təcrübəsi;
2.
Ali
təhsil müəssisələrində keyfiyyətin təmin olunmasında istifadə olunan müxtəlif dərəcə,
səviyyə və vasitələrin rolu;
3.
Kurrikulumların
həyata keçirilməsi (implementasiyası) tədris prosesində keyfiyyətin təminatına
təsiri;
Belə bir nəticəyə gəlmək olar ki, hər iki Avropa
dövlətlərinin Alı təhsil ocaqları və bu sahəyə rəhbərlik edən və aid olan
qurumlar mükəmməl təhsil standartları və normativləri ilə Boloniya təsisatları
tələblərinə cavab verən forma və strukturlar əsasında fəaliyyət göstərirlər.
Ali təhsil müəssisəsinin fəaliyyətinin şəffaflığının təmin olunması üçün eləcə
də universitetdaxili monitorinqlərin və qiymətləndirmələrin aparılması üçün təhsil
sisteminin elektron idarə olunması həyata keçirilir. Univesitetlerdə daxili və
xarici qiymətləndirmənin aparılması, kafedralarda çalışan əməkdaşların
retinqinin aparılması və onun mexanizmi maraq doğuran məsələlərdəndir. Universitetlərin
elmi potensialının artırılması, universitetlərin retinqlərinin qaldırılması
üçün görülən işlər də vacib sayıla bilər. Təhsilin müasir səviyyəyə çatdırmaq
üçün beynəlxalq təcrübədən faydalanmaq, müxtəlif beynəlxalq layihələrdə iştirak
edərək ali təhsil ocaqlarının nüfuzunun qaldırılmasına xidmət etmiş olar.
Vazeh Əskərov Avstriya |
Keyfiyyətin daxili və xarici təmin olunması
mexanizmi Palacky University də çox maraqlı təşkil olunması mexanizmi
movcuddur. Prosedur qaydalarına uyğun olaraq xususi təhsil proqramları
movcuddur ki, burada kreditlərin hesablanması və təlim mexanizmləri işlənilmişdir.
Qəbulun aparılması, tələbənin müəllim tərəfindən və özünüqiymətləndirmə
mexanizmi, informatik və təlim ressursları, tələbənin dəstəyi (support), təhsilin
davamlılığı və bitməsi eləcə də tələbənin iş ilə təmin olunması üçün
universitetin yaratdığı təşkilatların verdiyi dəstəklər vacib meyarlardan
sayıla bilər.
Vazeh Əskərov Carolina University |
Əlbətdəki təhsildə millilik məsələsi yoxur lakin
milli təhsil sisteminin getdikcə beynəlxalq təhsil sisteminə uyğunlaşdirmaq
bunun üçün mövcud olan müxtəlif beynəlxalq proqramlardan istifadə edərək ölkədaxili
və beynəlxalq universitetlər və təşkilatlar ilə universitetlərin əlaqələrinin
genişləndirilməsi, müxtəlif tələbə mübadilə proqramlarının işlənib
hazırlanması, xarici tələbələrin sayının artırılması üçün dərslərin müxtəlif
xarici dillərdə tədris edilməsi məsələləri də öyrənilməkdədir.
Düşünürəm ki, son zamanlar Azərbaycan Respublikası
Təhsil Nazirliyi tərəfindən tədrisin idarə olunması, təhsildə keyfiyyətin təmin
olunması mövzularında sistemli şəkildə müxtəlif beynəlxalq görüşlər həyata
keçirilir. Belə görüşlərə universitet rəhbərliklərdində dəvət olunması çox
mühüm bir addımdır. Əminəm ki, Azərbaycan Respublikasında təhsilin inkişafına
yönəlmiş bu tədbirlər ölkəmizdə təhsilin strateji hədəflərini və bu istiqamətdə
yerinə yetiriləcək meyarları müəyyən etməkdə yardımçı olacaqdır.
Dr.
Vazeh Əsgərov
Azərbaycan
Dillər Universiteti
Tədris
işlər üzrə prorektor
Aucun commentaire:
Enregistrer un commentaire