Nombre total de pages vues

samedi 20 août 2011

“Fransa hakimiyyətində münaqişənin uzanması ilə bağlı narahatçılıq var”


“Fransa hakimiyyətində münaqişənin uzanması ilə bağlı narahatçılıq var”

Font ölçüsü Plus Minus - Siyasət
Vazeh Əsgərov
Vazeh Əsgərov
Fransa hakimiyyətində də münaqişənin uzanması və həll edilməməsi narahatçılığı var.
Bu sözləri Gün.Az-a Strasburqdan Fransada Azərbaycanlı Tələbələr Cəmiyyətinin prezidenti Vazeh ƏsgərovAzərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazandakı üçtərəfli görüşü ərəfəsində Fransa prezidenti Nikola Sarkozinin Ermənistan prezidenti Serj Sarkisyana məktubunu şərh edərkən bildirib.

“Fransa hakimiyyəti 2008-ci ildə Gürcüstan hadisələrindən sonra da Qarabağ münaqişəsinin belə partlamasından ehtiyyat edir və ona görə, siyasi dairələrdə münaqişənin həllinin vacibliyi gündəmə gətirilib. Bu gün danışıqlar nəticəsiz başa çatsa, müharibə məsələsi gündəmə gələcəyi faktoru beynəlxalq ictimaiyyəti narahat edir. Burada əsas qərarı Ermənistan prezidenti verməlidir, çünki beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir” - deyə, V.Əsgərov qeyd etdi.

Elnur Eltürk
Gün.Az

Aucun commentaire: