İlk öncə qeyd edim ki, Qi Tesye Fransa-Ermənistan dostluq qrupunun üzvüdür və o birinci dəfə deyil ki, regiona səfər edir.
Bu sözləri Gün.Az-a Strasburqdan Fransada Azərbaycanlı Tələbələr Cəmiyyətinin prezidenti, siyasi ekspert Vazeh Əsgərov Fransa deputatların Dağlıq Qarabağa səfərini şərh edərkən bildirib.
“Onu müşayiət edən digər deputatlar da həmçinin Xalq Hərəkatı Birliyi Partiyasının üzvləridir. Adətən bu kimi görüşlər məqsədli şəxsi ambisiya kimi qələmə verilir. Lakin Fransanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və ən əsası onun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində bir vasitəçi rolunu oynamasını nəzərə alsaq bu hərəkət ol verilməzdir” - deyə, Vazeh Əsgərov qeyd etdi.
Vazeh Əsgərov eyni zamanda Qarabağa səfər edəcək insanların Azərbaycana müraciət etməli olduğunu bildirdi.
“Fransalı deputatlar Qarabağ, Azərbaycan torpağına ayaq basırsa məhz Azərbaycanın məsul şəxsləri ilə icazə almalı və rəsmilərlə görüşməlidirlər. Xüsusilə, Azərbaycan diasporu bu istiqamətdə fəaliyyətini gücləndirməlidir ki, belə səfərlər baş tutmasın” - deyə, V.Əsgərov vurğuladı.
Elnur Eltürk
Gün.Az

Aucun commentaire:
Enregistrer un commentaire