Nombre total de pages vues

samedi 20 août 2011

Yaxşı olardı ki, təklif və təzyiqlər təcavüzkar Ermənistana olardı


Vazeh Əsgərov: “Yaxşı olardı ki, təklif və təzyiqlər təcavüzkar Ermənistana olardı”

Font ölçüsü Plus Minus - Qarabağ
Vazeh Əsgərov
Vazeh Əsgərov
Fransa Xarici İşlər Nazirinin Qarabağ münaqişəsinə dair fikir söyləməsi Kazan görüşündən sonra danışıqların bitmədiyini göstərir.
Bu sözləri Gün.Az-a Strasburqdan Fransada Azərbaycanlı Tələbələr Cəmiyyətinin prezidenti, ekspert Vazeh Əsgərov Fransanın xarici işlər naziriAlen Jüpenin “Bildiyim qədər Azərbaycan və Ermənistana əlavə təkliflər ediləcək” açıqlamasını şərh edərkən bildirib.

“Xüsusi olaraq, Rusiya ABŞ və Fransa prezidentləri Medvedev, Obama və Sarkozinin Dovil görüşü zamanı Ermənistan və Azərbaycan tərəflərinə siyasi iradə nümayiş elətdirməyə çağırması və eləcə də Kazan görüşündən əvvəl bir daha prezidentlər Obama və Sarkozinin hər iki tərəfə telefon və məktub ünvanlaması bu görüşün əhəmiyyətini vurğulayırdı.
Təəssüf ki, nəticə əldə olunmadı. Zənnimcə, Alen Jüpenin səsləndirdiyi fikirlər danışıqların müharibə yolu ilə deyil, məhz Minsk qrupu çərçivəsində aparılmasına yönəlib. Lakın yaxşı olardı ki, Minsk qrupu başçıları Qarabağ münaqişəsində beynəlxalq hüququn çıxartdığı qanunlara əsasən təklif və təzyiqləri məhz təcavüzkar Ermənistana edərdi” - deyə, Vazeh Əsgərov qeyd edib.

Elnur Eltürk
Gün.Az

Aucun commentaire: