Nombre total de pages vues

samedi 20 août 2011

Vazeh Əsgərov: “Bakı ilə Paris arasında beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq ildən-ilə genişlənir”


Vazeh Əsgərov: “Bakı ilə Paris arasında beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq ildən-ilə genişlənir”

Font ölçüsü Plus Minus - Siyasət
Vazeh Əsgərov
Vazeh Əsgərov
Cənubi Qafqaz dünyanın aparıcı dövlətlərinin marağında olub.
Bu sözləri Gün.Az-a Strasburqdan Fransada Azərbaycanlı Tələbələr Cəmiyyətinin prezidenti, siyasi ekspertVazeh Əsgərov Fransa prezidenti Nikola Sarkozinin oktyabr ayında regional səfəri çərçivəsində Azərbayacana gələcəyi barədə xəbəri şərh edərkən bildirib.

“Bu gün Bakı ilə Paris arasında beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq ildən-ilə genişlənməkdə davam edir. Eyni zamanda Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədri kimi də münaqişənin həllində öz səylərini artırmaqdadır. Son günlər fransız dilində olan erməni saytlarında Fransa prezidentinin carı ilin oktyabr ayında Ermənistana səfər edəcəyi xəbəri yayılmaqdadır. Hələ ki, bu informasiya rəsmi qurumlar tərəfindən təsdiq olunmayıb. Ümid edirəm ki, Fransa və ATƏT-in Minsk qrupunun digər iki həmsədr dövlətləri Cənubi Qafqaz regionuna yalnız öz maraqları üçün deyil, eyni zamanda bölgədə olan etnik  münaqişələrin həllində obyektiv addım atacaqlar”- deyə, Vazeh Əsgərov qeyd etdi.

Elnur Eltürk
Gün.Az

Aucun commentaire: