Nombre total de pages vues

mardi 12 avril 2011

Novruz ve Pasxa

Novruz və Pasxa



          Hər il mart ayının 20 və 21 nə təsadüf edən və hamının sevimli bayramı olan Bahar bayramı - Novruz özündə bir çox xalqların qədim ənənəsini əks etdirir. Bu bayramın digər xalqlarda da təxminən eyni vaxtda və eyni formada təşkil olunmasından söhbət açmaq istərdim. Eyni ənənə dedikdə mən məhz qeyd etdiyimiz Novruz bayrami ərərfəsində adət etdiyimiz yumurta boyanması, ocaq qalanmasi ve onun üstündən atılması eləcə də yeni günün gələşi ilə arzuların tutulması, küsülülərin barışması və s. kimi adətləri nəzərdə tuturam. Maraqlidir, bildiyimiz kimi Novruzun geyd olunma tarixi 3000 ilə yaxindir. Elə ise  Novruzun diger xalqlarda və dinlerde olan oxşar cəhətlərini axtarmaq terinə düşərdi.
          Baharın gəlməsi bir cox medeniyyetlerde eyni qaydada qeyd edilir. Bura həmcinin Pasxani ve Novruz bayramini elave etmek olar. Eyni zamanda qeyd edim ki, bu bayramların geyd olunmasında bızi dinnlerin de rolu var. Ve bu günə geder bu movzuya aid bir sira fikirler ireli surulmuşdur. Bu fikirlerden birine gore bu iki bayramin kokunde azadliq ve dircelish deyilen amil durur ki, bunu biz Yahudi Pasxasi, Xristian Provaslav Pasxasi ve Turklerin de geyd etdiyi Yeni gune – Novruza aid ede bilerik. Bele ki, bu iki bayramin bir-birine oxsharligini biz yumurta gizardilmasinda, ocagin galanmasinda, bahar gülünün (Semeni) becerdilmesinde ve elece de bir sira geyim adetlerinin ve erzaq verdishlerinin olmasinda aciq ashkar goruruk. Bu bayramlarin bir oxshar ceheti de onlarin eyni vaxtda kecirilmesidir.
           Pasxa xristian ve yehudi dinlərində bu gun də geyd edilmekdedir. Bu iki bayram Baharin gelishi erefesinde ayri-ayri gunlerde kecirilir ve mahiyyet etibari ile de muxtelifdir. Bele ki, Yehudi Pasxasinin Xristian Pasxasina tesiri cox olmushdur. Qerblilere gore Yehudi Pasxasi Baharin birinci gununden ve Ayin tam halqa formasinda olmasinda sonra heftenin birinci bazarına teseduf edilir. Lakin, Bahar rəsmən 21 martda başlayır.
      Yəhudi Pasxasının kükö Yəhudi millətinin koceri tayfa olduqlari zamani yaranmishdir. Pasxa qədim yəhudi dilindən pesax - keçmə demekdir. Bele ki, bu bayram yahudilerin azad olduqları, Misirdən çıxışı munasibeti ile bayram edilməyə bashlamishdir. Bu azadligin kolelik uzerinde qelebesi kimi de basha dusulmekdedir.
Pasxa xristianlar ucun de cox vacib olan menevi bir bayramdir. Xristianlıqda Isa peygemberin iztirabları, onun ölümü və dirilməsi haqqında əsatirlə ılaqələndirilməkdədir. Əvvələr yəhudi və xristian pasxaları eyni vaxta təsadüf edirdi. Eramızın 325-cu ilində Ümumdünya kilsə məclisi xristian Pasxasını yahudi Pasxası qurtarandan bir həftə sonra qeyd etməyi qərara aldı. Bu tarix aprelin 4-dən mayın 8-dək olan dövrə düşür. Xristian Pasxasi bazar gunu xristian oruclugun bitmesi ile 8 gun davam edir.
         Fransada, kilsə zengləri Pasxanın gelişini bildirir. Belə ki, gədimdə kilsə zengləri müqəddəs cümə günü Isa peygemberin geyb olunması ilə dayandırılır ve bazar günü yenidən dirilməsi ilə çalşnardı. Efsaneye gore kilse zengleri cume gunu Romaya aparalir ve bazar gunu Pasxa yumurtasi ile geri gaytarilirdi. Yumurta yeni heyatin simvolu kimi gebul edilir ve Pasxada yumurta hediyye etmek Baharin gelishini bayram etmek kimi esrler boyu geyd edilmekdedir. Gerbi Avropada ve Fransada Pasxa yumurtasi enenesi yenidir ve orta esrlere tesaduf edir. Lakin yumurta hediyye etmek onu boyamaq ve ya bezemek xristianliqdan cox-cox evvel yaranmish ve koku kohne dunya enenesine soykenir. Ve bu enene bir cox olkelerde tesaduf edilir ki, her bir olke oz novbesinde onu oz dinine uygunlashdirir.
    Fransanın Alsaz bolgesinde elece de Almaniyada soz acdiğımız giymətli yumurtaları dovshan getirir. Pasxadan bir gun once kicik yashli ushaqlar yuvalar hazirlayir ki, valideynleri onu heyetde gizletsin ve Pasxa dovshani o yuvada coxlu rengli yumurta goysun. Seher tezden ushaqlar hemin yumurtalari axtarmaga gedirler. Burada dovshanin da secilmeyi ebes deyil bele ki, dovshan cilgin tebieti ile daha cox nesil artiran canli olaraq simvol kimi gebul olunur. Xristianligda dovshanin bashqa bir muhum ehemiyyet kesb eden simvolu da var ki, bu da onun Isa peygembere benzedilmesi ve onun boyuk gulaqlarini acib Allahin dediklerini eshitmesi elece de onlari heyata kecirilmesi ile ozunu gosterir.
       Qeyd edim ki, Fransanın Alsace bölgəsində Strasburq səhərində Baharin gelişi ilə mart ayinın ortalarına təsadüf edən böyük karnaval təşkil olunur. Karnaval seher saatlarindan axshama qeder bütün şəhəri əhatə edən hamının seviıli bayramına səbəb olur. Alaqarnliq düşənə yaxın bütün şəhər əhalisi və şəhərə gələn qonaqlar şəhərin məhşur Keiber meydanına axışır. Burada qışın bitməsini baharin gılişini arzulayan xalq Şaxta Babanının əoketi ətrafında tonqal qalayir və axşam saatlarına qədər bayram edir.
       Bu bayramin bashqa oxshar cehetlerinden biri de bayram gunlerinde adamlarin kohne geyimden cixib yeni geyimle evzlemesine ustunluk vermesidir. Gishdan beri rengi solmush ve kohnelmish paltarlar yeni daha elvan rengli ve yeni paltarlar ile evez olunur. Ve bir coxlari emindirler ki, Pasxa bayraminda yeni paltarlar onlara butun il boyu coxlu shanslar bexsh edecekdir.
    Pasxa bayramı həqiqətən də xiristianlılar arasında xristianlılıq rəmzinə çevrilmişhdir. Bele ki, bu bayram sənbə günü axşam bazar dününü doğru və yaxud sənbə günü günortadan sonra başhlamalıdir. Bu mərasimin zəngin irsi vardir. Söhbət həqiqətən də Baharın gəlişi ilə yeni gündən və yeni ildən gedir. Geyd edək ki, Pasxa qədim zamanlarda məhz Yeni ilin gəlişini bildirirdi. Bayramda, axşam düşdükdən sonra ay isığında yandırılan od da həmşinin təbiətin və insanların oyanmasına işarədir. Burada eyni zamanda təmizləyici, ruh verici bir ayin də var. Odun yandırılması həmçinin özünü il boyu insanda yaranmış xəstəliklərdən, pisliklərdən və pis düşüncələrdən təmizləmkək və gələcəkdə təbii fəlakətlərdən gorumaqüçündür.
         Yazin gelishi butun Serq ve Qerbde boyuk təmtaraq ilə bayrama sebeb olur. Ve bu bayram bezi hallarda 20 mart diger hallarda ise 21 martda kecirilir ki, bu da yazın gəlişini simvolizə edən qədim xalq bayramı sayilir. Nov-Ruz- yeni gun bayrami Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz həmçinin Bəhai təqvimində ilin ilk günüdür. Gedim eneneler ile zengin olan Novruzun tarixi cox gedim üç əsrə yaxindir.
      Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Biruni (XI əsr) Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.
       Nizamül Mülk (XI əsr) "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.
      Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur.
Novruz Azərbaycanda Vetenimiz Azerbaycanda Novruz cox genish bir ampulada kecirlir.
      Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.
           Novruz bayramı öncəsi adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şiriniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Oğlan və qızlar təzə paltar geyib çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir, küştü tuturlar. Novruz bayramında “haxışta”, “bənövşə”, “kos-kosa” oynayırlar.
         Novruz bayramında süfrədə yalnız acılıqdan, şorluqdan uzaq, şirniyə baxan xörəklər olmalıdır. Şirniyyatlardan şəkərbura, paxlava, badamburma, ballıbadı və s. qədər saymaq olar. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur.
          Gorunduyu kimi heqiqeten de Novruzun yashi boyukdur. Bir daha haminizin Novruzunu urekden tebrik edirem.
                                                                                                                                        Vazeh Əskərov
      Məmməd ISMAYILOV

Aucun commentaire: